Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

42 
 
nin  başçılığı  altında  “Üçüncü  intetnasonalist”  qrupu  yaratdılar.Lakin,bu  qrup 
faşizmlə gələcəkdə mübarizə aparmaq üçün heç bir iş görmədi. 
 
1924-cü  ilin  aprelində  İtaliyada  parlament  seçkiləri  keçirildi.Bütün  müxa- 
lifət  siyasi  partiyaları-sosialistlər,kommunistlər  və  katoliklər  2,5  mln,faşistlər  isə 
4,5  mln.səs qazandılar.Parlamentdə böyük  üstünlük  faşistlərə  məxsus oldu.1924-
cü  ilin  mayında  deputat-sosialist  DokamoMottiotti  faşizmə  qarşı  açıq  çıxış  etdi. 
Buna  görə  də  1924-cü  ilin  iyununda  faşistlər  Mottiottini  öldürdülər.Ölkədə  anti- 
faşist nümayişlər və mitinqlər keçirildi. 
 
1924-cü  ilin  iyununda  sosialistlər,katoliklər,liberallar  və  digər  müxalifət 
par- tiyaları faşizmə etiraz əlaməti olaraq parlamenti tərk etdilər.Onalr “Aventin “ 
adlı  müxalifət  fraksiyası  komitəsi  yaratdılar.Bu  komitə  kraldan  Mussolini  höku- 
mətinin istefasını ,faşist parlamentinin buraxılmasını tələb etdilər. 
 
1925-1926-cı  illərdə  faşist  hökumətinin  antixalq  siyasəti  davam  etməkdə 
idi.1925-ci ilin dekabrında faşist parlamentinin qəbul etdiyi qanuna görə hökumət 
yalnız  kralın  qarşısında  məsuliyyət  daşıyırdı.1926-cı  ildə  qəbul  edilmiş  qanunla 
isə  hökumət  qanunları  dəyişdirmək  və  parlamentin  razılığı  olmadan  qüvvəyə 
çıxarmaq hüququ əldə edirdi. 
 
1926-cı  ilin  aprelində  həmkarlar  ittifaqları  haqqında  qanun  qəbul  olundu 
ki,buna  əsasən  qeyri-faşist  həmkarlar  təşkilatları  buraxıldı.Yalnız,faşist  sindikat- 
larının işçilərinin hüquqları müdafiə edilirdi.Həmin ilin noyabrında isə Mussolini 
hökumətinə  fövqəladə  qanunlar  qəbul  etmək,bütün  siyasi  partiyaları  buraxmaq, 
onların qəzetlərinin nəşrini dayandırmaq və digər hüquqlar verildi.Bu səlahiyyət- 
lərin  həyata keçirilməsinə  mane olanlara qarşı  xüsusi tribunal  yaradıldı.Çox keç- 
mədən siyasi çıxışlara görə məhkəməsiz ölüm hökmü geniş yayıldı. 
 
Bu dövrdə aqrar məsələ mühüm əhəmiyyət kəsb edirdi.1926-cı ilin sentyab 
rında Cənubi İtaliyada aqrar məsələ ilə bağlı ilk konfrans aşıldı.1927-ci ilin apre- 
lində faşist parlamenti “Əmək xartiyası” adlı xüsusi akt qəbul etdi.Xartiya fəhlə- 
lərin etiraz formasında çıxışlarını müdafiə edirdi. 
1928-ci  ildə parlament rejimi praktik olaraq ləğv edildi.Belə ki,parlamentə 
seçkilərdə  yeni  qaydalar  tətbiq  olundu.Seçkilərdə  yalnız  bir  partiyanın-faşist 


43 
 
parti-  yasının  namizədi  verilə  bilərdi.Faşist  partiyasının  və  dövlətinin  ali  orqanı 
Böyük  Faşist Şurası oldu.Faşist  hökuməti  ilə  Papa arsında  münasibətlər  qaydaya 
salındı. 
Papa XI Piy demokratik hərəkata qarşı Mussolini ilə ittifaq bağladı.1929-cu 
ilin fevralında Mussolini hökuməti Papa ilə Lateran sazişini imzaladı.Sazişə görə 
Romada Vatikan dövləti yaradıldı.Katolik kilsəsi İtaliya kralına pərəstiş edir,onun 
yepiskopları isə dövlətə və krala sədaqət andı içirdi.Bununla Vatikan faşizmi mü- 
dafiə etmiş olurdu. 
İtaliya dünya iqtisadi böhranı illərində 
1929-cu  ildə  başlanan  dünya  iqtisadi  böhranı  İtaliyanın  sosial-iqtisadi 
vəziyyətinə ciddi təsir  göstərdi.1932-ci  ildə İtaliyanın sənaye istehsalı 1929-cu  il 
səviyyəsinin 1/3-ni təşkil edirdi.Ölkənin xarici ticarəti isə 3 dəfə azalmışdı.Artıq, 
1933-cü  ildə  1mln.nəfər  işsiz  idi.İqtisadi  böhran  antifaşist  mübarizəni  gücləndir- 
di.Polis  represiyarı  və  faşist  terroruna  baxmayaraq,tətillər  və  nümayişlər  böyük 
vüsət  almışdı.Şəhərlərdə  və  kəndlərdə  faşistlərlə  fəhlələr  arasında  iğtişaşlar  güc- 
lənmişdi. 
Ancaq,faşizmə  qarşı  mübarizə  sakit  xarakter  daşıyırdı.Faşizm  minlərlə 
insanı  həbs  etmiş,onların  mübarizə  gücünü  qırmışdı.Hərəkat  iştirakçılarının  bir 
hissəsi  isə  mühacirət  etmişdi.Hələ  1929  cu  ildə  Parisdə  karl  Rosselin  rəhbərliyi 
altında “həmrəylik və azadlıq” təşkilatı yaradılmışdı.Bu təşkilat İtaliyanın demok- 
ratik respublika elan edilməsi tələbi ilə çıxış edirdi.Lakin,təşkilatın üzvləri faşist- 
lərin  təzyiqlərinə  tab  gətirə  bilmədilər.Yalnız,1930-cu  ildə  Parisdə  İtaliya  Sosia- 
list  Partiyası  yenidən  bərpa  edildi.Yeni  siyasi  partiyaya  Petro  Nenni  başçılıq 
edirdi. 
1933-1939-cuillərdə İtaliyanın daxili və 
beynəlxalq vəziyyəti 
 
1933-1934-cü  illərdə  İtaliyada  korporasiyaların  yaradılması  geniş  xarakter 
aldı.Bu  korporasiyalar  xüsusi  korporasiya  nazirliyinə  tabe  edildi  ki,onun  rəhbəri 
Mussolini  oldu.1938-ci  ildə  deputatlar  palatası  yaradıldı.Palatanın  700-dək 


44 
 
deputatını Mussolini təyin edirdi.İtaliya faşizmi ölkənin kənd təsərrüfatı həyatına 
ciddi  müdaxilə  edirdi.Belə  ki,dövlət  monopolistlərə  böyük  həcmdə  kreditlər 
verir,bununla  faşist  hökumətini  möhkəmləndirdi.Artıq,30-cu  illərin  ortalarında 
çuqun  istehsalı  77%,  gəmi  istehsalı  80%,  təyyarə  istehsalı  isə  22%  təşkil  edirdi. 
Ümumiyyətlə,İtaliyada  dövlət  kapitalizminin  inkişafına  xidmət  edəniqtisadi 
siyasət yeridilirdi.İtaliya faşizminin hərbi siyasəti isə ölkənin tamamilə militarist- 
ləşdirilməsinə  yönədilmişdi.1934-cü  ildə  bu  siyasət  ciddi  xarakter  daşımağa 
başladı. 
İtaliya  əhalisinin  18-yaşından  55-yaşınadək  vətəndaşlarıhərbi  xidmət  keç- 
məli,yaxud ehtiyatda saxlanılırdı.Hər il İtaliyanın hərbi qüvvələri güclənirdi.İta- 
İtaliya imperalizmi hələ kifayət qədər güclü deyildi.Buna görə də özünə beynəl- 
xalq  aləmdə  müttəfiqlər  axtarmağa  başladı.Yaponiyanın  Uzaq  Şərqdə  işğalçılıq 
siyasəti,Hitler  Almaniyasının  Avropada  aqressiv  hərəkətləri  Versal-Vaşinqton 
sisteminin dağılmasına  gətirib çıxardı.İngiltərə,Fransa və ABŞ-ın hakim dairələri 
faşizmi  SSRİ-yə  yönəltməklə  onun  təhlükəsini  Avropadan  uzaqlaşdırır  və  Sovet 
İttifaqını sarsıtmağa çalışırdılar. 
1935-ci  ilin  oktyabrında  İtaliyanın  Efiopiya üzərinə  hücümu başladı. Döv- 
rün  müasir  silahları  ilə  silahlanmış  Mussolinin  faşist  hökuməti  Efiopiya  ordu- 
sunun  müqavimətini qırdı.İtaliya  faşizmi  Efiopiyada barbar  metodlarla  müharibə 
aparırdılar.1936-cı  ilin  mayınadək  Efiopiya  ordusunun  müqaviməti  qırıldı  və 
bütün ölkə ərazisi işğal edildi.İtaliya faşizminin Şərqi Afrikada işğalçılıq siyasəti 
mütərəqqi  bəşəriyyətin  və  İtaliyanın  sülhsevər  əhalisinin  etirazına  səbəb  oldu. 
1935-ci ilin oktyabrında Brüsseldə çağırılmış qurultay faşizmin Efiopiyada işğal- 
çılıq siyasətini açıq ifşa etdi.Lakin,faşizmin işğalçılıq siyasəti davam etməkdə idi. 
İtaliya-Efiopiya  müharibəsi  və  İtaliya  faşizminin  işğalçılıq  siyasəti  onun 
Almaniya  ilə  yaxınlaşmasına  gətirib  çıxardı.1936-cı  ildə  Hitler  və  Mussolini 
İspaniya Respublikasına qarşı birgə mübarizə aparmaq üçün  saziş bağladı.Ancaq, 
müdaxilənin  ilk  illərində  İtaliya  faşizmi  müvəffəqiyyət  qazana  bilmədi.Belə  ki, 
Qvadalaxar yaxınlığında İtaliya ordusu məğlub oldu və qaçmağa başladı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə