Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə


-1923-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   2   3   4   5   6   7   8   9   ...   33


 
1918-1923-cü illərdə beynəlxalq münasibətlər
  
Paris sülh konfransı 
 və Versal sisteminin yaradılması
 
1918-сi  ilin  payızında  Antanta  qoşunları  Qərb  cəbhəsində  hücuma  keç- 
dilər.Almaniyada  inqilabi  həyəcanlar  başladı  ki,bu  imperiya  rəhbərliyini  sülh 
danışıqları  aparmağa  məcbur  etdi.Tezliklə,Almaniyanın  müttəfiqləri  Bolqarıstan, 
Türkiyə  və  Avstriya-Macarıstan  da  təslim  aktını  imzalamağa  hazır  olduqlarını 
bildirdilər.1918-ci il noyabrın əvvəllərində başlanmış inqilab Almaniyada Hohen- 
sollernlər sülaləsinin süqutu ilə nəticələndi.Noyabrın 11-də Kompyen meşəsində, 
general    Foşun  vaqonunda  alman  nümayəndə  heyəti  təslim  haqqında  aktı  imza- 
ladı.
 
1919-cu  il  yanvarın  18-də  Parisdə  qalib  dövlətlərlə  Almaniya  və  onun 
müttəfiqləri  arasında  müqavilə  bağlamaq  üçün  sülh  konfransı  açıldı.Konfransda 
Antanta  tərəfində  vuruşan  27  dövlət  iştirak  edirdi.Konfransın  işində  aparıcı  rol 
ABŞ prezidenti V.Vilsona,İngiltərənin Baş naziri L.Corca və Fransanın Baş naziri 
J.Klemansoya məxsus idi. 
 
Fransanın hakim dairələri Almaniyanın tamamilə zəiflədilməsinin tərəfdarı 
kimi çıxış edirdilər.Onlar Reyn çayının sol sahillərinin Almaniyadan alınaraq ki- 
çik  Reyn  Respublikasının  yaradılması  və  bu  respublika  üzərində  Fransanın  pro- 
tektoratlığının  bərqərarar  olmasını  irəli  sürürdülər.Həmçinin,Fransa  rəhbərliyi 
Bavariyanın  Almaniyanın  tabeliyindən  çıxarılması  ümidində  idi.Ancaq,ABŞ  və 
İngiltərə  rəhbərliyi  Fransanın  təşəbbüsü  ilə  razılaşmır  və  Almaniyanın  tamamilə 
zəiflədilməsini  istəmirdilər.Güclü  Almaniyadan  Sovet  Rusiyasına  qarşı  istifadə 
etmək də nəzərdə tutulurdu. 
           Almaniya  Versal  müqaviləsinin  müqaviləsinə  görə  Avropada  çox  böyük 
ərazilərini itirdi.1871-ci ildə  Almaniya  tərəfindən  ələ  keçirilmiş  Elzas və Lo-
taringiya  torpaqları  Fransaya  qaytarıldı.Saar  kömür  hövzəsi  15  il  müddətinə 
Millətlər Cəmiyyətinin tabeliyinə keçdi.Eypen, Molmedi və Morena Belçikaya  
verildi,Şimali Şlezviq üzərində isə Danimarkanın idarəçiliyi tanındı. 
Almaniya,həmçinin,Avstriya və Çexoslivakiyanın müstəqilliyini tanımaqla  



 
yanaşı,Pozdnan,Şərqi Prussiya və Yuxarı Sleziyanın bir hissəsinin Polşaya veril-  
məsi  şərtilə  onun  müstəqilliyini  qəbul  etdi.Almaniya  Dansiqə  olan  iddialarından 
əl çəkdi və bu şəhər Millətlər Cəmiyyətinin nəzarəti altında azad şəhər elan olun-
du.Memel  (Klaypeda)  torpaqları  Almaniyadan  alındı  və  1923-cü  ildə  Litvaya 
keçdi.Almaniya-Polşa  sərhəddinə  dair  məsələ  isə  Polşanın  zərərinə  həll  olun-
du.Belə  ki,  Polşa  Baltik  dənizinə  çıxış  yolu  əldə  edə  bilmədi,100  min  km
2
-dən 
çox ərazi Almaniyanın tabeliyində qaldı.Almaniya ordusu 100  min nəfərlik zabit 
və  əsgər  heyətindən  ibarət  elan  edildi.Bu  kontingentin  4  min  nəfəri  zabit  olmalı 
idi.Almaniya ordusunda əsgər  və  unter-zabitlərin 12  il,zabitlərin  isə 45  il  xidmət 
etməsi  müəyyən  olundu.Reyn  çayının  hər  iki  sahili  hərbsizləşdirilmiş  zona  elan 
edildi.Almaniyadan  alınacaq  təzminat  isə  132  mlrd.marka  həcmində  müəyyən- 
ləşdirildi. 
 
1919-cu il sentyabrın 10-da Avstriya ilə Sen-Jermen müqaviləsi imzalandı. 
Müqavilənin şərtinə görə  Avstriya və Çexoslivakiyanın müstəqilliyini tanıyır və 
özünün  keçmiş  əyalətləri  olan  Bohemiya  və  Moraviya  torpaqlarını  ona  güzəştə 
gedirdi.Avstriya,həmçinin,Yuqoslaviyanın  da  müstəqilliyini  tanımaqla  Cənubi 
Slavyan    torpaqlarından  imtina  edirdi.Bu  torpaqlar  sonralar  İtaliya  və  Yuqos- 
laviya    arasında  bölüşdürüldü.İtaliya  Triestlə  birlikdə  İstriyanı  ələ  keçirdi.Yuqos 
laviyanın tərkibinə isə keçmiş Avstriyaya məxsus Sloveniya, Dalmasiya, Bosniya 
və  Hersoqovina  torpaqları  daxil  oldu.Avstriya  ordusu  30  min  nəfərlik  heyətdən 
ibarət olmalı idi. 
1920-ci  ilin  iyunun 4-də Macarıstanla  Böyük  Trianon  müqaviləsi  imzalan- 
dı.  Müqavilənin  şərtinə  görə    Macarıstan  Yuqoslaviyanın  müstəqilliyini  tanıyır, 
Xorvatiya  və  Sloveniyanın  Qərb  hissəsinə  iddialarından  əl  çəkirdi.Macarıstan, 
həmçinin,Çexoslovakiyanın  müstəqilliyini  tanımaqla  yanaşı,Slovakiya  və  Za- 
karpat  Ukraynasını  ona  güzəştə  gedirdi.Transilvaniya  və  Banatın  Şərq  hissəsi 
Rumınıyaya verilirdi.Baçka və Banatın qərb hissəsi isə Yuqoslaviyaya keçirdi.  
Macarıstan ordusu 35 min nəfərdən ibarət heyətlə məhdudlaşdırıldı. 
         1919-cu il noyabrın 27-də Bolqarıstanla Neji-Syur-Sen müqaviləsi imzalan- 
dı.Şərtə  görə  Bolqarıstanın  Egey  dənizinə  cüzi  çıxışı  qaldı.Cənubi  Dobruca 



 
Rumıniyaya  verildi.Bolqarıstan  ordusu  20  min  nəfərlik  əsgər  və  zabit  heyəti  ilə 
müəyyən olundu. 
1920-ci  il  avqustun  10-da  Osmanlı  imperiyaı  ilə  Sevr  müqaviləsi  imza- 
landı.Şərtə  görə  Ədirnə  ilə  birlikdə  Şərqi  Frakiya,Dardanel  boğazının  Avropa 
hissəsi,  Halliopol  yarımadası,həmçinin,İzmir  Yunanıstana  verildi.Dodekan  adası 
isə  İtaliyaya  keçdi.Bosfor  və  Dardanel  boğazları,Mərmərə  dənizi  formal  olaraq 
Türkiyənin  tabeliyində  qaldı.Lakin,bu  bölgələrə  beynəlxalq  komissiya  nəzarət 
etməli  idi.Bütün  millətlərin  ticarət  və  hərbi  gəmiləri  üçün  bu  zonalar  açıq  elan 
olundu.Türkiyə  50  min  nəfərdən  artıq  əsgər  və  zabit  saxlaya  bilməzdi.Sevr 
müqaviləsi  əslində  Türkiyəni  təslim  vəziyyətində  qoydu.Beləliklə,Versal,Sen-
Jermen,Trianon,Neji və Sevr müqavilələri Versal sistemini yaratdı. 
Millətlər Cəmiyyəti.Mandatlıq sistemi. 
Versal  müqaviləsinin  başlıca  müddəalarından  biri  də  Millətlər  Cəmiy- 
yətinin yaradılması haqqında paktın imzalanması idi.Hələ bu ideya Birinci dünya 
müharibəsi  illərində  Antanta  dövlətlərinin  hakim  dairələri  tərəfindən  irəli  sürül- 
müşdü.Millətlər Cəmiyyəti formal olsa da beynəlxalq sülh və təhlükəsizliyə təmi- 
nat verən təşkilat rolunu oynayırdı.Təşkilat iqtisadi, maliyyə və hərbi sanksiyalar 
tətbiq  etmək  səlahiyyətinə  malik  idi.Ümumiyyətlə,Millətlər  Cəmiyyəti  İngiltərə 
və Fransanın maraqlarını təmin edir və Sovet dövlətinə qarşı diplomatik və hərbi 
mübarizə aparırdı.Millətlər Cəmiyyətiİngiltərə,Fransa və Yaponiyaya keçmiş  Al- 
maniya  və  Osmanlı  imperiyasının  mülklərində  müstəmləkə  siyasəti  yeritməyə 
şərait yaradırdı.              
Həmçinin,Mandatlıq  sistemi  də  müəyyənləşdirildi  ki,İngiltərə  Fələstin, 
Transiordaniya,İraq,Tanqanika  üzərində,  Fransa  isə  Suriya,  Livan,Toqo    və  Ka- 
merunun bir hissəsi,Yaponiya isə Marian, Karolina və Marşall  adaları üzərin-   
də mandatlıq hüququ əldə etdi.Bununla İngiltərə, Fransa və Yaponiya dövlətlə- 
lərinin  mandatlıq  səlahiyyəti  təsdiq  edildi  və  beynəlxalq  münasibətlərdə  böyük 
rol oynayan Mandatlıq sistemi yaradıldı. 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə