Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   2   3   4   5   6   7   8   9   ...   33

12 
 
müqaviləsi  Sovet  dövlətinin  böyük  diplomatik  müvəffəqiyyəti  idi.Belə  ki,bu 
müqavilə  Sovet  dövlətinə  qarşı  kapitalist  dövlətlərinin  vahid  cəbhə  yaratmaq  
planlarını  pozdu. 
Ancaq,Sovet dövlətinin  Antanta dövlətləri ilə sazişə gəlmək cəhdi baş tut- 
madı.Tərəflər arasında danışıqların 1922-ci ilin  yayında Haaqa konfransına keçi- 
rilməsinə baxmayaraq, real  nəticələr əldə edilmədi.Bununla belə  Sovet  höküməti 
Genuya  konfransından  tərksilah  uğrunda  mübarizəyə  başlamaq  üçün  istifadə 
etməyə  cəhd  göstərdi.Konfransda  silahların  azaldılması  və  vəhşi  müharibə  vasi- 
tələri  olan  “zəhərli  qazların,  havada  silahlı  mübarizənin  və  başqa  vasitələrin 
qadağan  edilməsi”  məsələsinin  müzakirə  olunmasını  təklif  etdi.Ancaq,Antanta 
dövlətləri bu təklifi müzakirə etmədilər. 
                                 Lozanna konfransı 
 
 
 
 
 
 
Antanta dövlətlərinin yeritdiyi siyasət türk xalqının da etirazına səbəb oldu. 
1920-ci  ilin  aprelində  Ankarada  Türkiyədə  Böyük  Millət  Məclisi  açıldı.Məclis   
özünü ölkədə qanuni hakimiyyət elan etdi.Böyük Millət Məclisi Mustafa Kamalı  
Türkiyənin  rəhbəri  seçməklə  Sevr  müqaviləsinin  şərtlərini  qəbul  etmədiyi 
bildirdi.Antanta Ali Şurası kamalistlərə qarşı yunan ordusunun müdaxiləsinə yar- 
dım  göstərdi.  Bununla  müdaxiləçilər  Türkiyədə  milli-azadlıq  hərəkatına  zərbə 
vurmağa cəhd etdi.Lakin, türk ordusu yunan qoşunlarını ağır məğlubiyyətə uğrat- 
dı  və  1922-ci  ilin  sentyabrında  İzmirə  daxil  oldu.1922-ci  il  oktyabrın  11-də  isə 
Mudanya yaxınlığında Türkiyə ilə Antanta ölkələri arasında müqavilə imzalandı. 
Həmin ilin noyabrında 20-də Lozanna şəhərində Türkiyə ilə müqavilə bağ-  
bağlamaq üçün sülh konfransı açıldı.Lozanna  konfransında  İngiltərə, Fransa,  
İtaliya,Yaponiya,Rumıniya,Yunanıstan,Yuqoslaviya  və  Türkiyə  iştirak  edirdi. 
ABŞ  isə  Lozanna  konfransında  müşahidəçi  kimi  təmsil  olunmuşdu.Konfransda 
Türkiyə  Cümhuriyyətinin  tanınması  məsələsi  başlıca  yer  tuturdu.Nəhayət,uzun 
müddət aparılan müzakirələrdən sonra 1923-cü il iyulun 24-də müttəfiqlərlə Tür- 
kiyə  arasında  Qara  dəniz  hövzəsinə  dair  saziş  imzalandı.Sazişə  əsasən  İzmir, 
Ədirnə  ilə  birlikdə  Şərqi  Frakiya,Halliiopol  yarımadası  və  Kürdüstan  Türkiyəyə 


13 
 
verildi.Bununla  Sevr  müqaviləsinin  şərtləri  ləğv  olundu.Həmçinin,Türkiyə  üzə- 
rində  Qərb  dövlətlərinin  maliyyə  nəzarəti  aradan  qaldırıldı.Bu,əslində  kamalist- 
lərin  qələbəsi  demək  idi.Beləliklə,Lozanna  konfransının  qərarlarına  əsasən  Os- 
manlı imperiyası süqut edərək tarix səhnəsindən silindi. 
 
    Almaniya 1918-1939-cu illərdə 
Birinci dünya müharibəsindən sonra Almaniyanın 
sosial-iqtisadi və siyasi vəziyyəti 
 
Birinci  dünya müharibəsində Almaniyanın məğlubiyyətə uğraması ölkənin 
iqtisadi  və  siyasi  həyatına  ciddi  təsir 
göstərmiş
  və  ictimai  ziddiyyətlər  kəskin- 
ləşmişdi. Almaniya müharibədə 1,8 mln.nəfər itirmiş, 980  min nəfər isə arxa cəb- 
hədə aclıqdan və digər xəstəlikdən tələf olmuşdu.Bundan  başqa 1,5 mln.nəfər isə 
şikəst  olmuşdu.Eyni  zamanda  Almaniya  sənayesi  də  son  dərəcə  ağır  vəziyyətə 
düşmüşdü.Həmin  dövrün  statistik  məlumatına  görə,sənayedə  istehsalın  həcmi 
1913-cü illə  müqayisədə 1918-ci ildə  57%  aşağı düşmüşdü.Artıq,bu dövrdə Al- 
maniyanın  xarici  dövlətlərə  borcu  160  mlrd.markaya  çatırdı.Ölkənin  iqtisadi 
vəziyyətinin ağırlığı geniş xalq kütlələrinin mövcud quruluşa qarşı mübarizəsinin 
güclənməsinə səbəb oldu.
 
1918-ci il noyabrın 3-də Kildə başlanan inqilabi həyəcanlar noyabrın 10-da 
Ebertin  başçılığı  altında  hökumətin  formalaşması  ilə  nəticələndi.Hökumət  noya- 
brın  11-də  Antanta  ilə  müqavilə  bağladı  ki,bununla  Almaniya  I  dünya  mühari- 
bəsindən çıxdı və müharibə başa çatdı.1918-ci il dekabrın 30-dan 1919-cu il yan- 
varın 1-dək Berlində Kommunist Partiyasının təsis konfransı keçirildi. 
1918-ci  il  iyunun 28-də Versalda qalib dövlətlərlə  Almaniya arasında sülh 
müqaviləsi  bağlandı.Almaniya  ərazisinin  13%-ni,əhalisinin  isə  11%-ni  itirdi. 
Avqustda  isə  çağrılmış  Milli  Yığıncaq  Veymar  konstitusiyası  adı  altında  yeni 
konstitusiyanı  qəbul etdi.Konstitusiya  monarxiyanın  hakimiyyətinə son qoydu,iri 
burjua  ziya  və  mülkədarların  iqtisadi  və  siyasi  hökmranlığına  şərait  yaratdı.Eyni 


14 
 
zamanda  ölkədə  burjua-demokratik  azadlıqları  elan  etdi.Ölkə  prezidenti  böyük 
səlahiyyətlər  aldı.Belə  ki,prezident  fövqəladə  vəziyyət  elan  edə  bilər  və  bu,icti- 
mai hərəkatları yatırmaq üçün istifadə edilməli idi. 
 20-ci illərin əvvəllərində ölkənin ayrı-ayrı şəhərlərində,o cümlədən Ham- 
burq,Rur vilayəti,Saksoniya,Turingiya və digər şəhərlərdə inqilabi çıxışlar baş  
verdi.Hökumət bu çıxışları yatırmaq üçün böyük qüvvə sərf etdi. 
 
1922-ci  ilin  sonu-1923-cü  ilin  əvvəllərində  Almaniya  və  Fransa  arasında 
münasibətlər  kəskinləşdi.Fransa  və  Belçika  qoşunları  Rur  və  Reyn  vilayətini  ələ 
keçirməyə cəhd etdi.Ancaq,bu cəhd real nəticə vermədi. 
 
1923-cü  ilin  noyabrında  Münxendə  faşistlərin  dövlət  çevrilişi  cəhdi  də 
müvəffəqiyyətlə  nəticələnmədi.Ümumiyyətlə,1918-1923-cü  illər  Almaniya  tari- 
xində kəskin inqilabi həyəcanlar dövrü kimi tarixçilərin diqqətindədir. 
Almaniya  kapitalizmin nisbi sabitləşməsi dövründə
 
Almaniyada  sabitləşmə  illəri  1924-1928-ci  illəri  əhatə  edir.Bu  dövrün 
başlıca  xüsusiyyəti  ondan  ibarətdir  ki,ölkə  iqtisadiyyatında  stabillik  yarandı, 
böhranın  nəticələri  aradan  qaldırıldı.Almaniyadan  alınacaq  təzminatla  əlaqədar 
amerikan  generalı  C.Dauesin  başçılığı  altında  ekspert  komissiyası  yaradıldı.Bu,“ 
Daues planı” adı ilə tarixə düşdü.Plana görə Almaniya 1924-1925-ci illərdə qalib 
dövlətlərə 1 mlrd.marka məbləğində təzminat ödəməli idi.1929-cu ildə isə ödəni- 
ləcək  təzminatı  2,5  mlrd.markaya  çatdırmaq  nəzərdə  tutulurdu.Təzminatın  göm- 
rük rüsumları,vergilər,dəmir  yolları  və digər sahələrdən  gələn  gəlirlərin  hesabına 
ödənilməsi müəyyənləşdirilmişdi. 
1925-ci  il  fevralın  28-də  ölkənin  ilk  prezidenti  F.Ebert  vəfat  etdi.Seç- 
kilərdə  P.Hindenburq  V.Marks  üzərində  qələbə  qazandı  və  ölkə  prezidenti  oldu. 
Yeni  hökumət  kabinetini  V.Marks  təşkil  etdi.Hökumətin  tərkibinə  Milli,Xalq  və 
Katolik partiyalarının nümayəndələri cəlb edildilər. 
 
1928-ci  il  mayın  20-də  reystaqa  növbəti  seçkilər  keçirildi.Seçkilərin 
nəticəsi  olaraq  iyun  ayında  sosial-demokratların  nümayəndəsi  G.Müller  “Böyük 
koalisiya”  hökumətini  yaratdı.”Böyük  koalisiya”  hökuməti  alman  hərbi  gücünü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə