Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   2   3   4   5   6   7   8   9   ...   33

15 
 
bərpa etmək proqramını həyata keçirdi.Almaniya 1929-cu ildə Fransa,İspaniya və 
Belçikaya  silah  satmağa  başladı.Bu  dövrdə,həmçinin,nasional-sosial  hərəkat  da 
gücləndi.  Təkcə,1928-ci  ildə  ölkə  ərazisində  20  min  mitinq  keçirildi.Onlar  geniş 
xalq  kütlələri  arasında  müharibə  təbliğatı  aparır,Almaniyanın  silahlandırılmasını 
tələb  edir,eyni  zamanda  öz  təşkilatlarını  genişləndirməyə  çalışırdılar.Faşistlərin 
belə  fə aliyyəti  Almaniyanın  hakim  dairələrini represiyalara rəvac verməyə  məc- 
bur  etdi.Belə  ki,ölkənin  sosial-demokrat  Daxili  İşlər  Naziri  Zeverinqin  əmri  ilə 
polis 1929-cu  il  mayın 1-də  Berlin  fəhlələrinin dinc  nümayişinə atəş açdı.Bunun 
nəticəsində  32  nəfər  həlak  oldu,235  nəfər  isə  yaralandı.Bundan  sonra  ölkədə 
kütləvi  həbslər  başlandı,Qırmızı  Cəbhəçilər  İttifaqının  fəaliyyəti  isə  qadağan 
edildi. 
 
Berlində  nümayişçilərin  güllələnməsi  bütün  Almaniya  ərazisində  əks-səda 
doğurdu  və    mitinqlər  dalğası  genişləndi.Berlinin  fəhlə  rayonu  olan  Veddinqdə  
güclü  barrikada  döyüşləri  başlandı.Dünya  iqtisadi  böhranı  ərəfəsində  genişlənən 
mitinqlər göstərdi ki,ölkədə müxtəlif dairələr arasında ziddiyətlər kəskinləşmiş və 
bu  qarşıdurmanı  aradan  qaldırmaq  üçün  hökumət  polis  və  ordu  qüvvələrindən 
istifadə  etməklə  isə  yalnız  konfliktləri  gücləndirirdi.Buna  görə  də  tam  qətiyyətlə 
demək  olar  ki,Almaniyada  kapitalizm  1924-1928-ci  illərdə  nisbi  sabitləşmə 
dövrünü keçirmişdir.Bu isə özünü 1929-cu ildə dünya iqtisadi böhranıın dağıdıcı 
təsirləri  əvəz  etdi  ki,nəticə  etibarilə  alman  xalqı  böyük  maddi  və  mənəvi  dağın- 
tılara məruz qaldı. 
Dünya iqtisadi böhranının Almaniyanın  
 iqtisadi və siyasi vəziyyətinə təsiri 
Dünya  iqtisadi  böhranının  başlanması  Müller  hökumətini  “Daues  planı” 
nına  yenidən  baxmağı  Qərb  dövlətləri  qarşısında  qoymağa  məcbur  etdi.Höku- 
mətin  istefasından sonra  yeni  hökumət kabineti təşkil edən  H.Bryuninq təzminat 
məsələsi  ilə  məşğul  olmağa  başladı.1930-cu  ilin  mayında  Haaqada  keçirilmiş 
konfransda “Yunq planı  qəbul edildi.Plana görə Almaniya 59 il müddətində113,9 
mlrd.marka həcmində təzminat ödəməli idi. 


16 
 
Ümumiyyətlə,dünya iqtisadi böhranı ölkə iqtisadiyyatına ciddi zərbə vurdu. 
Belə ki,polad istehsalı 1929-cu ildə 16,1 mln.ton olduğu halda,1932-ci ildə bu rə- 
qəm 5,6 mln.ton oldu,çuqun istehsalı isə 29 % aşağı endi. 
 
Bryuninq  hökuməti  xarici  siyasət  sahəsində  başlıca  olaraq  Lokarno  sazi- 
şinin  şərtlərini  yerinə  yetirməyə  başladı.1932-ci  ildə  keçirilən  prezident  seçki- 
lərində  Hindenburqun  rəqibləri  Düsterberq,E.Telman  və  A.Hitler  oldular.Seç- 
kilərdə  53%  səs  qazanan  Hindenburq  prezident  seçildi.Hitler  36,8%,  Telman  isə 
10,2% səs əldə edə bildi. 
 
Hindenburq  1932-ci  il  iyunun  1-də  Mərkəz  partiyasının  üzvü  Fon  Papenə 
hökumət  təşkil  etməyi  tapşırdı.İyunun  sonlarında  yeni  seçkilər  keçirildi.Seçki- 
lərdə  nasional-sosialistlər  13,8  mln.səs  və  ya  133  mandat,kommunistlər  isə  5,3 
mln.səs  və  ya  89  mandat  aldılar.Katolik  mərkəz  75,millətçilər  37,Xalq  partiyası 
23,demokratlar  20  mandat  əldə  etdilər.Artıq  ölkədə  nasional-sosializmin  nüfuzu 
artırdı.Nəhayət,1933-cü il yanvarın 30-da A.Hitler kansler təyin edildi,Fon Papen 
isə  vitse-kansler  vəzifəsini  tutdu.1933-cü  ildən  1945-ci  ilədək  Üçüncü  reyx 
hakimiyyətdə oldu.1933-cü il martın 14-də AKP və kommunist yığıncaqları rəsmi 
olaraq qadağan edildi. 
 
30-cu illərdə dünyada hökm sürən avtoritar şərait,çoxsaylı diktator rejimlıə-
rinin mövcud olması,ABŞ-ın Avropa işlərinə qarışmamaq və İşgiltərənin sakitləş-
dirmə  siyasəti  nasional-sosialistlərin  əleyhinə  olan qüvvələri  zəiflədirdi. Ölkə- 
də həmin qüvvələrin nüfuzu nasional-sosialistlərlə müqayisədə xeyli aşağı idi. 
 
1933-cü  il  iyunun  23-də  Almaniya  Sosial-Demokrat  Partiyası  qadağan 
edildi.İyulun  14-də  Nasional-Sosialist  Partiyasından  başqa  bütün  partiyaların 
buraxılması haqqında qanun qəbul olundu.Həmin ilin sentyabr ayında “İrsi həyət- 
lər  haqqında“  qanun  verildi.Qanuna  əsasən  kənd  əhalisi  kəndlilər  və  təsərrüfat 
sahibləri adlanan dərəcələrə bölündü. 
     
 
 
 


17 
 
Almaniya 30-cu illərin ortalarında və İkinci  dünya müharibəsi 
                                              ərəfəsində 
 
1934-cü  il  avqustun  2-də  86  yaşlı  prezident  Hindenburq  vəfat  etdi.Bütün 
hakimiyyəti  öz  əlində  birləşdirən  Hitlet  ömürlük  fürer  oldu.O,öz  hakimiyyətini 
möhkəmləndirmək  üçün  qısa  müddət  ərzində  güclü  terror  aparatı  yaratdı.İctimai 
həyatın  bütün  sahələrinə  nəzarət  etmək  məqsəsilə  “  Gizli  polis  “  (Gestapo)  və 
onun  fəaliyyət  mexanizmini  formalaşdırdı.Eyni  zamanda  “Hücumçu  dəstələr” 
(SA),“Müdafiə dəstələri “ (SS), “Təhlükəsizlik xidməti” (SD) faşist diktaturasının 
əsas dayağına çevrildi. 
 
1933-1934-cü  illərdə  bütün  sənaye  sahələri  nəqliyyat,ticarət,sənətkarlıq 
mərkəzləri,həmçinin,banklar  və  müxtəlif  kompaniyalar  diktator  hakimiyyətinin 
möhkəmləndirilməinə xidmət etməli idi. 
 
1933-cü  ilin  əvvəllərində  Hitler  hökuməti  “Milli  Əmək  haqqında”  qanun 
qəbul  etdi.Bununla  müəssisə  sahiblərinin  fəhlələr  üzərində  hökmranlığına  qoyu- 
lan  məhdudiyyət  aradan  qaldırıldı.Artıq,bu  dövrdə  fəhlələrin  gündəlik  iş  rejimi 
12-14  saata  çatırdı.Faşist  rəhbərliyi  işsizliyin  “ləğv  edilməsi”  istiqamətində  real 
addımlar atdı.Belə ki,işsiz  fəhlələr ağır  işlərə,xüsusilə,strateji  yolların  tikintisinə, 
hərbi  qüvvələrin  möhkəmləndirilməsi  üçün  xidmətə,habelə,əmək  düşərgələrinə 
göndərildi. 
 
 Fürer ölkənin kənd  təsərrüfatını da  faşist  hərbi qaydalarına  uyğunlaşdırdı. 
Kəndlilər  üzərində  yunkerlərin  hökmranlığı  möhkəmləndirildi  ki,bu,kulak  təsər- 
rüfatının inkişafına ciddi təkan verdi.”İrsi həyətlər haqqında” qanun isə iri torpaq 
sahiblərinə  böyük  güzəşt  demək  idi.Nəzərdən  keçirilən  illərdə  Almaniyada  1,5 
mln.işsiz olan kəndli böyük şəhərlərə axışırdı. 
 
Faşist  rəhbərliyinin  müharibəyə  hazırlıq  məqsədilə  1935-ci  ildə  qəbul 
etdiyi “ Əmək mükəlləfiyyəti haqqında “ qanun isə gənclərin daha ağır işlərə sə- 
bərbər  edilməsinə  səbəb  oldu.Artiq,bu  dövrdən  etibarən  hitlerçilər  “bolşevizm”  
və “kommunizm” lə açıq mübarizəyə başlamışdılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə