18
1933-1939-cu illərdə ölkənin hərbi xərçləri 10 dəfə artmış və 1938-1939-cu
illərdə illik büdcənin 58%-i həcmində olmuşdur.Bu illərdə Almaniyada 300 yeni
hərbi zavod tikilmişdi ki,onlardan 60-ı aviasiya,45-i avtomobil və tank,70-i isə
kimya tipli idi.
1935-ci ilin martında faşist hökuməti “ Ümumi hərbi mükəlləfiyyət keçiril-
məsi haqqında “ qərar verdi və bununla alman ordusuna qoyulan məhdudiyyətlər
aradan qaldırıldı.1935-1939-cu illərdə orduda əsgər və zabitlərin sayı 5 mln.
nəfərə çatdırıldı.Bu dövrdə Almaniyada yaşayan yəhudilərə qarşı məhdudiyyət
gücləndi-rildi.1936-cı ildə qəbul olunmuş qanunla yəhudilərə vətəndaşlıq hüququ
verilməsindən imtina olundu.”Büllur gecəsi” adını almış hadisə isə 1938-ci il no-
yabrın 9-da baş verdi.Kütləvi şəkildə yəhudilərə qarşı qırğınlar törədildi.
Üçüncü reyx xarici siyasətdə fəal mövqe tutdu.1936-1937-ci illərdə Berlin-
Roma-Tokio oxu yaradıldı.1936-cı ilin iyulunda Almaniya İtaliya ilə birlikdə
İspaniya Respublikasına qarşı hərbi əməliyyata başladı.1938-ci ilin martında Avs-
triyanı işğal edən faşist Almaniyası 1939-cu ildə Çexoslovakiyanı ələ keçirdi.Al-
man qoşunlarının təcavüzkar hərəkətləri ABŞ,İngiltərə və Fransa dövlətləri tərə-
findən müdafiə edilirdi.Həmin dövlətlər faşist Almaniyasını Sovet İttifaqına qarşı
açıq şəkildə təhrik etməklə beynəlxalq gərginliyi daha da kəskinləşdirdilər.
İngiltərə 1918-1939-cu illərdə Birinci dünya müharibəsinin
İngiltərənin sosial-iqtisadi və siyasi vəziyyətinə təsiri
Birinci dünya müharibəsi Böyük Britaniya imperiyasının gələcək inkişafına
ciddi təsir göstərdi.İngiltərə müharibədən qalib çıxmasına baxmayaraq,onun ma-
liyyə-iqtisadi vəziyyəti xeyli zəiflədi.Ölkənin sənaye istehsalı 20% aşağı düşdü.
İngiltərənin müharibə dövründə ixracatı 2 dəfə azaldı,idxalatı isə bir o qədər artdı.
Onun başlıca rəqibləri Avropada Fransa,Asiyada isə Yaponiya oldu.
Birinci dünya müharibəsində 743 min nəfərİngiltərə vətəndaşı həlak oldu,
1693 min nəfər isə yaralandı.Bununla belə əsas düşmən olan Almaniya impe-
riyası sıradan çıxmışdı.Onun Afrikadakı mülkləri Böyük Britaniyanın koloni-
19
yasına çevrilmişdi.Bu torpaqların hesabına imperiyanın ərazisi 2,6 mln.km
2
olmuş,əhalisi isə9 mln nəfəri keçmişdi.Bundan başqa İngiltərə Fransa ilə birlikdə
Millətlər Cəmiyyətində mövqeyini möhkəmləndirmiş və mandatlıq əldə etmişdi.
1918-ci ilin əvvəllərində seçki islahatı keçirildi ki,buna əsasən 21 mln-a
dək vətəndaş seçki hüququ qazandı.30 yaşından yuxarı qadınlara,21 yaşından
yuxarı isə kişilərə seçki hüququ verildi.1918-ci il dekabrın 14-də parlament seç-
kiləri keçirildi.Mühafizəkarlar 484 yer,liberallar isə 136 yerə sahib oldular.Ley-
boristlər partiyası isə 2,2 mln səs,yaxud 60 deputat mandatı aldı.Mühafizəkarlar
yenidən liberal lider Lloyd Corcun başçılığı altında koalision hökumət yaradıl-
masının tərəfdarı kimi çıxış etdilər.Həmin dövrdə ölkədə fəhlə hərəkatı geniş
xarakteraldı.1920-ci il 31 iyul-1 avqustda Komunist Pariyasının qurultayı keçiril-
di.Qurultayda müxtəlif kommunist qruplarından və sosialist təşkilatlarından 152
nümayəndə iştirak edirdi.Beləliklə,Britaniyada yeni siyasi partiya Komunist Par-
tiyası formalaşdı.
1919-20-ci illərdə İngiltərə imperiyasında milli-azadlıq hərəkatı da geniş
vüsət almışdı.Hindistanda başlanan azadlıq hərəkatı,xüsusilə,fərqlənirdi.1919-cu
ildə Amritsarda nümayişlər başlandı.Ancaq,ingilis hökuməti hərəkata qarşı güc
tətbiq etdi.
1921-ci ilin dekabrında Misirdə ingilis hökmranlığına qarşı başlanan müba-
mübarizə ölkənin formal müstəqil elan edilməsi ilə nəticələndi.Misir xalqı müstə-
qillik qazanmadı və ingilislərə qarşı mübarizəni davam etdirdi.
Bu dövrdə müstəqillik uğrunda mübarizə aparan xalqlardan biri də İrlan-
diya xalqı idi.Azadlıq mübarizəsinə Şinfeyn partiyası rəhbərlik edirdi.1918-ci ilin
parla- ment seçkilərində İrlandiya respublikaçıları deputat mandatlarının ¾-nü
aldılar. Ancaq,onların İngiltərə parlamentində təmsil olunması mümkün olmadı.
Buna görə də Dublində milli parlament yaradıldı və 1919-cu ilin yanvarında
İrlandiya Respublikası elan edildi.Respublikanın prezidenti şinfeynçilərin lideri
de-Valera oldu.Nəticə etibarilə 1921-ci il dekabrın 6-da Londonda ingilis höku-
məti ilə müqavilə imzalandı.Ölkənin 26 qraflıqdabirləşən cənub hissəsi domini-
onluq hüququ əsasında ”Azad İrlandiya dövləti “ adlandırıldı.Şimal-şərq qraflığı
20
isə Böyük Brtianiyaya birləşdirildi.İngiltərə dövləti İrlandiyada quru qoşunları və
hərbi dəniz donanması saxlamaq və ölkənin xarici siyasətini istiqamətləndirmək
hüququnu əldə etdi.
Lloyd Corc hökuməti daxili siyasətdə olduğu kimi,beynəlxalq münasibət-
lərdə də çoxlu çətinliklərlə qarşılaşırdı.İmperiyanın Sovet Rusiyasına qarşı mü-
daxiləsiuğursuzluqla nəticələndiyinə görə 1921-ci il martın 16-da iki dövlət ara-
sında müqavilə imzalandı.Bununla İngiltərə Sovet dövlətini de-fakto tanıdığını
bildirdi.Ancaq,bu addımlar hökumət böhranının qarşısını ala bilmədi.Belə ki,
1922-ci il seçkiləri ərəfəsində mühafizəkarlar koalisiyanı müdafiə etməkdən
imtina etdilər.Bu,1922-ci il oktyabrın 19-da Lloyd Corc hökumətinin istefa ver-
məsinə səbəb oldu.Yeni hökumət kabinetini mühafizəkarların nümayəndələrindən
olan Endryu Bona Lou təşkil etdi.Tezliklə,Sovet Rusiyası ilə münasibətlər kəs-
kinləşdi.
Mühafizəkarlar ölkədə sabitlik yaratmaq məqsədilə proteksionizm siyasəti
yeritməyə cəhd etdilər.1923-cü ilin mayında Bona Lounu Stenli Bolduin əvəz
etdi.
Həmin ilin dekabrın 6-da isə mühafizəkarlar seçkilərdə məğlub oldular.
Bu,ölkədəyeni ictimai-siyasi dəyişikliklərin başlanğıcını qoydu,mühafizəkarların
siyasi nüfuzdan düşdüyünü göstərdi.Bundan sonra xalq kütlələri arasında demok-
ratik azadlıqlara meyl genişlənməyə başladı.
Kapitalizmin nisbi sabitləşməsi illərində
İngiltərənin daxili və beynəlxalq vəziyyəti
1924-cü il yanvarın 23-də Ramsey Makdonaldın başçılığı altında birinci
leyborist hökuməti təşkil olundu.Leyboristlər bir sıra islahatlar həyata keçirə
bildilər.Belə ki,yaşayış binaları üçün dövlət subsidiyaları ayrıldı,əlilliyə görə
pensiya müəyyən edildi,çay,qənd və digər mallar üzərinə qoyulmuş aksiz vergi-
ləri aşağı salındı.Ancaq,leyboristlər seçkiqabağı vədlərini tamamilə yerinə yetirə
bilmədilər. Belə ki,işsizlik aradan qaldırılmadı,şaxtalar,elektrostansiyalar,dəmir
yolları milliləşdirilmədi.1924-cü il fevralın 1-də leyborist hökuməti Sovet döv-
Dostları ilə paylaş: |