Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   2   3   4   5   6   7   8   9   10   ...   33

21 
 
lətini  tanıdı  və  onunla  diplomatik  münasibətlər  qurdu.Avqustun  8-də  SSRİ  ilə 
İngiltərə  arasında  “Ticarət-iqtisadi  əməkdaşlıq  haqqında”  müqavilə  imzalandı. 
Leyborist  hökuməti,  həmçinin,“Daues  planı”nı  müdafiə  etdi,mühafizəkarların 
kolonial siyasətini dəstəklədi. 
1924-cü  il oktyabrın 29-da keçirilmiş seçkilərdə  mühafizəkarlar böyük  üs- 
tünlük qazandılar və Bolduinin başçılığı altında hökumət kabineti təşkil etdilər. 
Buna  baxmayaraq,ziddiyyətlər  davam  etməkdə  idi.1926-cı  ilin  aprelin  30-da 
yenidən tətillər başlandı  və  mayın 4-də ölkədə ümumi tətil elan edildi.Tətildə 18 
mlnnəfər iştirak edirdi.Bu,bütün ölkə əhalisinin 40%-i demək idi.Lakin,mayın12-
də  tətilin  dayandırılması  haqqında  qərar  verildi.Bununla  ingilis  fəhlələri  məğlub 
oldu.1926-cı ilin dekabrında onlar yenidən işə qayıtdılar. 
1927-ci  ildə  İngiltərə  parlamenti  “Sənayedə  konfliktlər  haqqında”  qanun 
qəbul  etdi.Fəhlələr  həmin  qanunu  “Ştrexbreyxer  xartiyası”  adlandırdılar  ki,buna 
əsasən  ümumi  tətil  və  piketlər  qadağan  olundu,siyasl  məqsədlər  üçün  həmkarlar 
ittifaqlarının fondlarının yaradılması məhdudlaşdırıldı.Bundan sonra tred-yuni- 
nionların reformist liderləri burjuaziya  ilə əməkdaşlıq  yolu  tutdu.1928-ci ilin  
yanvarında  iri  sənayeçilər  və  tred-yunionlar  imperiya  kimya  trestinin  rəhbəri 
Alfred  Mondun  başçılığı  altında  birləşdilər.Praktiki  olaraq  “Mondizm”  siyasəti 
tətillərin ləğv edilməsi demək idi. 
1928-ci  ildə  leyborist  partiyası  yeni  proqram-“leyborizm  və  millət”adlı 
proqram qəbul etdi.Bu proqrama əsasən leyboristlər liberalların sənayedə “ictimai 
konsernlər”  təşkil  edilməsi  kimi  başa  düşülən  şüarını  “ictimai  korporasiyalar” 
formasında  dəyişdirilməsini  irəli  sürürdülər.Bu  dövrdə  iqtisadiyyatda  müəyyən 
canlanma  olsa  da,yalnız  1929-cu  ildə  sənaye  istehsalı  1913-cü  il  səviyyəsinə 
çatdı.İngilis  xalqının  mühafizəkarların  siyasətindən  ciddi  narazılığı  1929-cu  il 
mayın 30-da  keçirilmiş seçkilərdə  leyboristlərin qələbəsini  təmin  etdi.Yeni seçki 
qanununa görə 21 yaşdan yuxarı kişilər və qadınlar seçkilərdə iştirak edə bilərdi. 
Ümumiyyətlə,  leyboristlər  seçkilərdə  8360  min  səs  qazandılar  ki,bu  da  1924-cü 
ildə keçirilmiş seçkilərdə əldə edilən səslə müqayisədə 3 mln-dan çox səs demək 
idi.Parlamentdə  böyük  üstünlükdən  istifadə  edən  leyborist  lider  Ramsey  Mak- 


22 
 
donald  ikinci  hökumət  kabineti  təşkil  etdi.Seçkidən  öncə  verdikləri  vədə  əməl 
edərək onlar 1929-cu il oktyabrın 3-də Sovet İttifaqı ilə diplomatik münasibətləri 
bərpa  etdilər.Buna  baxmayaraq,ikinci  leyborist  hökuməti  ölkədə  genişlənən 
antisovet kompaniyanı müdafiə etməkdə idi. 
İngiltərə dünya iqtisadi böhranı illərində 
1929-cu  ildə  dünya  iqtisadi  böhranının  başlanması  1930-cu  ilin  ilk  ayla- 
rında  İngiltərəyə  də  öz  təsirini  göstərdi.Avropanın  aparıcı  dövlətləri  olan  ABŞ, 
Almaniya  və  Fransa  ilə  müqayisədə  iqtisadi  böhran  İngiltərədə  daha  ciddi  prob- 
lemlər  yaratdı.Çünki,kapitalizmin  nisbi  sabitləşməsi  illərində  İngiltərə  iqtisa- 
diyyatı  kifayət  qədər  inkişaf  etməmişdi.Kömür,çuqun  və  metal  istehsalı  xeyli 
aşağı  düşdü.Ağır  vəziyyət  ölkənin  kənd  təsərrüfatında  da  dərin  kök  salmışdı. 
İngiltərənin  ixracatı  iki  dəfə  ixtisar  olunmuşdu.1932-ci  ildə  hər  4  fəhlədən  biri 
işsiz idi. 
Makdonald hökuməti iqtisadi böhrandan çıxmaq üçün burjua metodları tət-  
biq etmək  istədi.Ancaq,bu tədricən ölkədə ciddi  narazılıqlar törətdi.Hökumət da- 
xili  siyasətdə  verdiyi  vədləri  yerinə  yetirə  bilmədi.Belə  ki,7  saatlıq  iş  günübərpa 
edilmədi,1927-ci  ildə  qəbul  edilmiş  antihəmkarlar  ittifaqı  haqqında  qanunun 
dəyişdirilməsinə təşəbbüs göstərilmədi.Bütün bunlar işsizlərin “aclıq yürüşləri”nə 
şərait yaratdı.Nəticədə hökumət kabineti iflasa uğradı. 
1931-ci ilin avqustunda Makdonald “Milli hökumət” təşkil etdi.Onun tərki- 
binə  beş  leyborist  nazir,həmçinin,mühafizəkarlar  və  liberallar  daxil  oldular.Bu-  
nunlaleyboristlərin  burjuaziya  ilə  ittifaqı  baş  tutdu.Makdonald  Milli-Leyborist 
Partiya adlanan partiya yaratdı. 
1931-ci ilin payızında keçirilmiş parlament seçkilərində milli koalisiya 497 
yer aldı.Seçkilərdə mühafizəkarlarböyük üstünlük qazandılar.Milli leyboristlər isə 
13  mandat əldə edə bildilər.Bununla leyborist partiyası ciddi  məğlubiyyətə uğra- 
dı.Parmentdə  onun  deputatlarının  sayı  5  dəfə  azaldı.Milli  hökumətdə  öz  mövqe- 
yini  möhkəmləndirən Makdonalad fəhlələrə qarşı hücumu gücləndirdi.Buna görə 
də tətil hərəkatı genişlənməyə başladı,xüsusilə,toxucular arasında bu hal əhəmiy- 
yətli dərəcədə möhkəmləndi. 


23 
 
1931-ci  ildə  İngiltərə  parlamenti  Vestminster  statutunu  qəbul  etdi.Həmin 
statuta  görə  dominionlara  daxili  və  xarici  siyasətdə  suverenlik  hüququ  verildi. 
Metropoliya  və  dominionlar  Britaniya  Millətlər  Birliyində  birləşdilər.Bu  ittifaq 
Britaniya  imperiyasında  istismar  olunan  təbəqələrin  istismarını  gücləndirdi.Nəti- 
cədə  1932-ci  ildə  Ottavada  “İngiltərə  və  dominionlar  arasında  ikitərəfli  ticarət 
haqqında”  müqavilə  imzalandı.Müqaviləyə  əsasən  İngiltərədən  dominionlara 
gətirilən  mallara  gömrük  tarifi  qoyulurdu.Bu,İngiltərənin  beynəlxalq  maliyyə-
iqtisadi  gücünü  artırdı.Ölkənin  xarici  ticarəti  gücləndi.Ancaq,bu  qeyri-bərabər 
səviyyədə idi. 
İkinci dünya müharibəsi ərəfəsində  
İngiltərənin  daxili və beynəlxalq vəziyyəti 
Milli hökumətin siyasəti antixalq xarakteri daşıyırdı.Tezliklə,burjua-demo-  
kratik azadlıqları məhdudlaşdırıldı.1934-cü ildə “Qiyamlara təhrik etmək haqqın- 
da“  qanun  qəbul  olundu.Hələ  ingilis  faşistləri  öz  fəaliyyətlərini  genişləndirmək  
üçün  Leyborist  Partiyasının  keçmiş  üzvlərindən  biri  olan  Osvald  Moslinin  baş- 
çılığı altında 1932-ci ildə “Britaniya Faşist İttifaqı” adlı təşkilat yaratmışdı.Onun 
məqsədi  ölkədə  mövcud  olan  demokratik  qaydalara  qarşı  mübarizə  aparmaq, 
Hitler Almaniyasını müdafiə etmək və SSRİ-yə qarşı müharibəyə hazırlaşmaqdan 
ibarət  idi.Ancaq,faşist  hərəkatı  İngiltərədə  özünə  dərin  kök  sala  bilmədi.Belə 
ki,ingilis  burjuasiyası  kifayət  qədər  demokratik  qüvvələrə  qarşı  mülayim  mövqe 
tutur,faşist  idarəçiliyinin  yaradılmasına  mane  olurdu.Həmin  dövrdə  İngiltərə 
Kommunist  Partiyası  faşizmə  qarşı  mübarizə  aparmaq  məqsədilə  Leyborist 
Partiyasının  və  tred-yunionların  Ali  Şurasının  birgə  ittifaqını  tələb  edirdi.  Lakin, 
Kommunist Partiyasının çağırışları heç bir nəticə vermədi. 
1934-1935-ci  illərdə  işsizlər  haqqında  qanun  qəbul  olundu.1934-cü  ilin 
yanvarında Londonda keçirilən “aclıq yürüşü” fəhlələrin kütləvi şəkildə həyat sə- 
viyyəsinin yaxşılaşdırılması uğrunda mübarizə idi.Hökumət yeni ixtisarların edil- 
məsinə təşəbbüs göstərmədi və əmək şəraitini yaxşılaşdırmaq üçün yeni iş yerlə- 
rinin açılmasına çalışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə