Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

24 
 
Antihərbi  əhval-ruhiyyənin  genişlənməsi  1934-cü  ildə  leyboristlər  tərə- 
findən  “Sülh  paktı”nın  qəbul  olunmasına  səbəb  oldu.Proqramın  “Sülh  və  Sosia- 
lizm“ adlandırılan bölməsi kapitalizm quruluşunun möhkəmləndirilməsinə xidmət 
edirdi. 
         1935-ci ildə keçirilmiş parlament seçkilərində mühafizəkarlar kollektiv təh-
lükəsizlik şüarı ilə çıxış etdilər.Onlar seçkilərdə qalib gəldi və Bolduin yeni höku- 
mətkabineti formalaşdırdı.Bolduin hökuməti faşist təsavüzünün güclənməsini,Al- 
maniya,İtaliya  və  Yaponiyanın  işğalçılıq  hərəkətlərini  alqışlayırdı.Eyni  zamanda 
Almaniyadan Sovet İttifaqına qarşı mübarizə kimi istifadə etməyə çalışırdı.
 
1937-ci  ildə  Nevil  Çemberlen  tərəfindən  yeni  mühafizəkar  hökumət 
kabineti  təşkil  edildi.İngiltərənin  xarici  siyasətində  aparıcırol  oynayan  Astor, 
Halifaks,Saymon,Xor  və başqaları  faşistpərəst siyasət  yeritmək  istəyirdilər.1938-
ci  ildə  A.İdenin  istefa  verməsindən  sonra  N.Çemberlen  xarici  siyasət  idarəsinə 
faşistpərəst Halifakası təyin etdi. 
N.Çemberlen  hökuməti  Hitlerin  Avstriya  və  Çexoslovakiyanı  işğal  etmə- 
sini müsbət qarşılaşdı.Eyni zamanda İngiltərə 1938-ci ilin martında anşülüstə qaşı 
heç bir reaksiya  vermədi.Mühafizəkar  hökumət 1938-ci  ilin sentyabrında Çexos-
lovakiya  ölüm  hökmü  oxuyan  tərəflərdən  biri  oldu.Bununla  ingilislər  ümid  edir- 
dilər ki, alman faşistlərindən yaxa qurtara biləcəklər və onun şərqə doğru hərəkəti 
təmin ediləcəkdir. 
1937-ci  ilin  ortalarında  İngiltərə  yenidən  iqtisadi  böhran  bürüdü.Köhnə 
sənaye  sahələri  sıradan  çıxdı,onların  yeniləri  ilə  əvəz  olunması  zərurəti  yaran- 
dı.1939-cu  ilin  əvvəllərində  ölkədə  2  mln-dək  işsiz  vardı.İngiltərənin  kapitalizm 
dünyasında  mövqeyi zəiflədi  vəbunun əsas səbəbi  isə sənayedə  yeni texniki qur- 
ğulardan az istifadə olunması idi.   
N.Çemberlen  hökuməti İngiltərənin  hərbi  qüvvələrini  gücləndirmək  niyyə- 
tindədeyildi.Faşist ordusunun Avropa,Asiya və Afrikada işğalları Britaniya impe- 
riyasının təhlükəsizliyinə heç bir təminat verməməsinə baxmayaraq,N.Çemberlen 
buna  əhəmiyyət  vermədi.1939-cu  ilin  əvvəllərində  İngiltərə  və  Fransa  hökuməti 
Sovet İttifaqı ilə danışıqlara başladı.Ancaq,bu danışıqlar saziş bağlamağı nəzərdə 


25 
 
tutmamışdı.Eyni vaxtda İngiltərə hökuməti Londonda Almaniya ilə SSRİ-yə qarşı 
birgə əməliyyataparmaq üçün danışıqlar aparırdı. 
Fransa 1918-1939-cu illərdə
 
Birinci dünya müharibəsinin 
          Fransanın iqtisadi və siyasi vəziyyətinə təsiri
 
Birinci dünya müharibəsi Fransanın sosial-iqtisadi inkişafına və digər kapi- 
talist  dövlətləri  arasında  vəziyyətinə  böyük  təsir  göstərdi.Belə  ki,müharibədən 
sonrakı  ilk  illərdə  ölkənin  iqtisadi  və  siyasi  quruluşunda  dərin  dəyişikliklər  baş 
verdi. 
 
Fransa  müharibənin  gedişində  1,3  mln  nəfər  itirdi.Bundan  başqa  750  min 
nəfər şikəst oldu.Ölkənin 6 min km dəmir yolu və 52 min km şosse yolu sıradan 
çıxdı.Almanlar Fransanın 23min fabrik və zavodunu,550 min isə yaşayış binasını 
dağıtdı.Onun  hərbi  xərcləri  62  mlrd  farnka  çatdı.Fransanın  ümumi  dövlət  borcu 
isə  300  mlrd  frank  oldu.Ancaq,  Elzas  və  Lotaringiyanın  tutulması,Saar  kömür 
hövzəsi üzərində nüfuz əldə edilməsi ölkənin metallurgiya sənayesini gücləndirdi. 
Xalq  təsərrüfatının  strukturunda  müəyyən  dəyişikliklər  baş  verdi,Fransa  sənaye-
aqrar ölkəsinə çevrildi.Buna görə də Fransada sənaye sahələrinin sayı əhəmiyyətli 
dərəcədə artdı.Lakin,20-ci illərin əvvəllərində Fransa fəhlələrinin əksəriyyəti xır- 
da  və  orta  müəssisələrdə  çalışırdı.Fəhlələrin  32,5  %-i  iri  müəssisələrdə,45,6%-i 
xırda  müəssisələrdə,21,9%-i  isə  orta  müəssisələrdə  işləyirdi.Ölkə  əhalisinin 
53,6%-ni  kənd  əhalisi  təşkil  edirdi.Maliyyə  öliqarxiyasının  möhkəmlənməsi 
özünü təkcə iqtisadiyyatda deyil,habelə,siyasi sistemdə də göstərməkdə idi. 
Bundan  başqa  katolik  kilsəsi  də  fövqəladə  hökmranlığını  qoruyub  saxla- 
yırdı.Müharibədən sonrakı  illərdə  Fransada siyasi  partiyalar   üç qrupa  bölünür- 
dü:1)  Sağ  burjua  partiyalar,2)Mərkəzçilər,3)Sol  burjua  partiyaları.Üçünçü  qrupa 
daxil olan  siyasi  partiyalar  arasında  radikallar, xüsusilə, radikal respublika par- 
tiyası və radikal sosialistlər böyük nüfuza malik idi.Bu partiyalar XX əsrin əvvəl- 
lərində yaranmış xırda və orta burjuaziyanın maraqlarını müdafiə edirdilər. 
 
1917-ci  ilin  noyabrında  hakimyyətə  gələn  Jorj  Klemanso  daha  çox  millət- 
çiliyi  və  irticaçı  hərəkətləri  fərqlənirdi.Dekabr  ayında  O,İngiltərə  ilə  Rusiyaya 


26 
 
qarşı  mübarizə  aparmaq  üçün  saziş  bağladı.Fransa  qoşunları  Murmanska  və 
Rusiyanın  cənubuna  çıxarıldı.Qara  dənizdə  Fransanın  hərbi-dəniz  donanması 
yerləşdı. 
 
Müharibədən sonra fəhlə sinfi özünün siyasi hüquqları uğrunda mübarizəni  
genişləndirdi.Fəhlələr 8 saatlıq iş günü,əmək haqqının artırılması və sosial müda- 
fiənin  gücləndirilməsini  tələb  edirdilər.Fransanın  hakim  dairələri  məcburiyyət 
qarşısında qalaraq fəhlələrə güzəştə getdilər.1919-cu ilin aprelində isə 8 saatlıq iş 
günü haqqında qanun qəbul olundu. 
 
1919-cu ilin fevralında fransızların 58-ci piyada polkunun əsgərləri qırmızı 
orduya qarşı  vuruşmaqdan  imtina etdi.Aprel ayında  isə VII piyada polku Odessa 
fəhlələri  ilə  həmrəylik  nümayişi  keçirdilər.Mayın  əvvəllərində  167-cı  polkun 
əksəriyyəti  vuruşmaqdan  imtina  etdi.Eyni  zamanda  Fransa  hərbi  gəmilərində 
inqilabi əhval-ruhiyyə gücləndi.Bununla antisovet müdaxilə baş tutmadı. 
“Milli blok” hökumətinin daxili və xarici siyasəti 
1919-cu  iln  noyabrında  Fransada  parlament  seçkiləri  keçirildi.Seçkilərdə 
Milli  Respublika  Hərəkatı  Partiyası,Respublika  Demokratik  Partiyası  və  digər 
siyasi partiyalar ”Milli blok“ adı altında birləşdilər.“Milli blok” seçkilərdə böyük 
qələbə  qazandı  və  625  yerdən  400  yer  əldə  etdi.1920-ci  yanvarında  keçirilmiş 
prezident  seçkilərində  Jorj  Klemanso  məğlubiyyətə  uğradı.Onun  məğlubiyyətinə 
təsir göstərən başlıca amil Versal sülh müqaviləsinə əsasən Almaniyanı tamamilə 
zəiflədə  bilməməsi  və  Sovet  Rusiyasına  qarşı  müdaxilədə  müvəffəqiyyət  qazan 
maması  idi.Yeni  hökumət  kabinetini  keçmiş  sosialist  Aleksandr  Milyeran  təşkil 
etdi. 
Milyeran  hökuməti  8  saatlıq  iş  gününü  tətbiq  etməyə  çalışdı.Ancaq,xarici 
siyasətdə  antisovet  müdaxiləni  gücləndirdi.O,eyni  zamanda  burjua  mülkədar 
Polşasının  Sovet  Rusiyasına  qarşı  hücumuna  kömək  etdi.1920-ci  ilin  fevralında 
dəmiryolçuların tətili başlandı.Tətilçilər 8 saatlıq iş günü, həmkarlar ittifaqlarının 
hüquqlarının    tanınması  və  əmək  haqlarının  artırılmasını  tələb  edirdilər.Aprelin 
26-da  də-  miryolçuların  fövqəladə  qurultayı  keçirildi  və  mayın  1-dən  etbarən 
dəmiryolçuların  yeni  ümumi  tətili  başlandı.Bu  tətil  hərəkatında  250  minədək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə