93
əhəmiyyəti vardı.Belə ki,konfransda qəbul edilmiş qərarlar antifaşist koalisiyasını
həmişəlik olaraq möhkəmləndirdi.
İkinci dünya müharibəsinin üçüncü mərhələsi
İkinci Cəbhənin açılması
1944-cü il iyunun 6-da müttəfiqlər Şimali-Qərbi Fransadan-Normandiya-
dan hərbi əməliyyata başladılar.Bununla Avropada İkinci Cəbhə açıldı.Avqustun
19-da Fransanın paytaxtı Paris şəhərində alman işğalçılarına qarşı xalq üsyanı baş
verdi.Paris əhalisinin üsyanı şəhərdə yerləşən alman ordusunun komandanlığını
ciddi təşvişə saldı.Avqustun 25-də Parisin faşist qoşunlarından azad edilməsinə
şərait yaratdı.Sentyabrın 4-də müttəfiqlərin qoşunu şərqə doğru hərəkət edərək
edərək Rur vilayətini mühasirəyə aldılar.Ancaq,Rur vilayətini ələ keçirmək müm
kün olmadı.1944-cü il dekabrın 16-da alman qoşunları Arden altında əks hücuma
keçdilər.Belə şəraitdə U.Çörçill 1945-ci il yanvarın 6-da Stalinə teleqam göndərdi
və Sovet dövlətinin başçısından Visla əməliyyatını vaxtından əvvəl başlamağı
xahiş etdi.Yanvarın 7-də İ.Stalin U.Çörçillə cavab teleqramı göndərərək bildirdi
ki,yanvarın ikinci yarısından gec olmayaraq alman ordusuna qarşı hərbi əməliyyat
başlanacaqdır.1945-ci il yanvarın 12-də 150 diviziyadan ibarət Sovet ordusu
alman-faşist ordusuna qarşı hücuma keçdi.Bu,Arden yaxınlığında vəziyyəti tama-
milə dəyişdirdi və müttəfiqlər yenidən hücumu davam etdirdilər.
Krım konfransı.San-Fransisko konfransı.
1945ci il fevralın 4-də Yaltada dövlət başçısının yenidən konfransı keçirildi.
Konfransda qərara alındı ki,faşist Almaniyasının darmadağın edilməsinədək birgə
mübarizə aparılacaqdır.Almaniyanın məğlub edilməsindən sonra SSRİ-nin 20 ml-
rd
.
dol.həcmində təzminat alacağı müəyyən edildi.
Konfransda,həmçinin, dünyanın böyük dövlətlərininYaponiyaya qarşı hər-
bi əməliyyatlarda birgə iştirakına dair razılıq əldə edildi.SSRİ-ni irəli südüyü şərt-
lər ondan ibarət idi ki,Saxalinin Cənub hissəsi və ona bitişik adalar SSRİ-yə veril-
məli,Şərqi Çin və Cənubi Mancuriya dəmir yollarından Çin və SSRİ birgə istifadə
etməlidir.SSRİ-nin bu təklifləri müttəfiqlər tərəfindən bəyənildi.
94
Bu dövrün beynəlxalq münasibətlərində aparıcı məsələlərdən biri də BMT-
nin yaradılması idi.Hələ təşkilatın əsaslarına dair məsələ 1944-cü ilin avqust-
oktyabraylarında SSRİ,ABŞ,İngiltərə və Çin dövlətləri tərəfindən Dumbarton-
Oksda müzakirə edilmişdi.Ümumiyyətlə,BMT-yə dair problem 1945-ci il aprelin
25-də San-Fransisko konfransında qəti olaraq həllini tapdı.Qeyd edək ki,həmin
ilin oktyabrın 24-də isə BMT rəsmin fəaliyyətə başladı.Dünyada ən böyük bey-
nəlxalq təşkilat kimi BMT-nin yaradılmasının çox mühüm əhəmiyyəti vardı.Belə
ki,sülh və təhlükəsizliyi qoruyan,əməkdaşlığı rəhbər tutan təşkilat kimi BMT bü-
tün məsələlərə təsir etmək gücünə malikdir.Onun elan etdiyi prinsiplər dövlətlərin
suverenliyi,sərhədlərin pozulmazlığı,bir-birinin daxili işlərinə qarışmamaq və
münaqişələri dinc yolla həl etməkdən ibarət idi.
Faşist Almaniyasının darmadağın edilməsi.Potsdam konfransı.
1945-ci ilin yanvarından etibarən Sovet ordusu Baltik dənizindən Karpat
dağlarınadək faşist Almaniyasına qarşı irimiqyaslı hərbi əməliyyata başlaı.Tezlik-
lə, düşmənin Şərqi Prussiya qruplaşması ləğv edildi.Kenisberq Sovet ordusunun
əlinə keçdi.Visla-Oder əməliyyatının nəticəsindəVarşava və demək olar ki,Polşa
ərazisi faşist ordusundan azad edildi.Bununla Berlinə doğru yol açıldı.1945-ci il
aprelin 13-də Sovet ordusu Avstriyanın paytaxtı Vyananı alman ordusundan
təmizlədi. Qərb cəbhəsində hərbi əməliyyatları davam etdirən müttəfiq qoşunlar
1945-ci ilin martında Ruru və bir sıra Qərbi Almaniya torpaqlarını faşist qoşun-
larından azad edə bildilər.Aprelin ortalarında ingilis-amerikan ordusu artıq Ber-
linin 100 kim-ə çatmışdı.Aprelin 25-də Berlin Sovet ordusu tərəfindən müha-
sirəyə alındı.Elba çayı yaxınlığında,Torqau rayonunda sovet-amerikan ordusu
birləşdi.Aprelin 30-da isə sovet döyüşçüləri Reystaq üzərinə qırmızı bayraq
sancdılar.Faşizmin rəhbərləri Hitler və Gebbels intihar etdilər.Mayın 2-də Berlin
tamamilə Sovet ordusunun əlinə keçdi.Mayın 5-də admiral Denits Şimal-Qərbi
Almaniya,Danimarka və Hollandiyada müqavimətin dayandırılması haqqında
əmr verdi.1945-ci il mayın 8-də Berlində Almaniyanın danışıqsız təslim olması
haqqında akt imzalandı.Sovet ordusu mayın 9-da qələbə paradını keçirdi və
bununla Böyük Vətən Müharibəsi başa çatdı.1945-ci il iyunun 5-də dörd dövlət,o
95
cümlədən Sovet İttifaqı,ABŞ,İngiltərə və Fransa Almaniyada “İşğal rejiminin
yaradılması haqqında bəyannamə” imzaladı. Rejimin Ali rəhbərliyini Nəzarət Şu-
rası həyata keçirməli idi.
Faşist Almaniyasının darmadağın edilməsindən sonra antifaşist koalisiyası
ölkələri müharibədən sonra Avropada sülhün və təhlükəsizliyin təmin edilməsi
üçün 1945-ci il iyulun 17-dən avqustun 2-dək Potsdam konfransını keçirdilər.
Konfransda tərəflər razılaşdılar ki,Almaniyada milli-sosialist partiyaları məhv
edilməli,bütün faşist təşkilatları buraxılmalı,faşist caniləri zərərsizləşdirilməlidir.
Potsdam konfransında Polşanın Qərb sərhədlərinə dair məsələ də həllini tapdı.
Həmçinin,Almaniyanın məğlubiyyətindən sonra Yaponiyanın darmadağın edil-
məsi problemi aparıcı məsələlər sırasında idi.
İkinci dünya müharibəsinin başa çatması və
müharibənin əsas yekunları
1945-ci ilin yayında Yaponiyada 270 diviziya vardı ki, həmin diviziyalarda
yapon qoşunlarının ümumi sayı 4 mln.nəfərə çatırdı.ABŞ rəhbərliyi Yaponiya ilə
müharibəni 1946-cı ildə başa çatdırmağı nəzərdə tuturdu.Lakin,Sovet İttifaqının
köməyi ilə Yaponiyanın darmadağın edilməsi tezləşə bilərdi.1945-ci ilin avqus
tunda Sovet İttifaqı Yaponiyaya müharibə elan etdi.Avqustun 6-9-da isə ABŞ
Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdı və zərbələr nəticəsində 450
min insan həlak oldu.1945-ci il sentyabrın 2-də Yaponiya təslim oldu.Cənubi
Saxalin və Kuril adası Sovet İttifaqına qaytarıldı.
İkinci dünya müharibəsində 61dövlət,dünya əhalisinin 80%-i iştirak etdi.
Müharibənin gedişində 60 mln-dan artıq insan həlak oldu,20 mln-a yaxın isə
yaralandı.Sovet İttifaqının ümumi itkisi 27 mln.nəfər,faşist Almaniyasının 13
mln. nəfər,ABŞ-ın 405 min nəfər,İngiltərənin 375 min nəfər,Fransanın 600 min
nəfər idi.Bundan başqa Polşanın 6 mln.nəfər,Çinin 5 mln.nəfər,Yaponiyanın 2,5
mln.nəfər,İndoneziyanın 2 mln.nəfər,Yuqoslaviyanın 1,7 mln.nəfər, Filippinin isə
1mln.nəfər oldu.
Dostları ilə paylaş: |