Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

­  29 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

Azərbaycan Respublikası Konstitusiyasının 147‐ci maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan

Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

Bu  o  deməkdir  ki,  digər  qanunvericilik  aktları,  o  cümlədən  Mülki‐Prosessual  Məcəlləsi  də  qəbul

edilərkən Konstitusiyanın tələblərinə uyğun olmalıdır. Lakin Azərbaycan Respublikasının MPM‐nın

kassasiya, əlavə kassasiya  instansiyasında, həmçinin, yeni açılmış hallar üzrə işə baxarkən vəkilin

məcburi  iştirakı  barədə  tələbi  ölkəmizin  ən  yüksək  hüquqi  qüvvəyə  malik  qanunun‐Azərbaycan

Respublikası Konstitusiyasının 147‐ci maddəsinin I hissəsi ilə ziddiyyət təşkil edir.

Həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının

6‐cı maddəsi üçüncü hissəsinin «v» bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər



bir şəxs şəxsən və ya  özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq hüququna malikdir.

Buradan aydın olur ki, mülki prosesin kassasiya, əlavə kassasiya və yeni açılmış hallar üzrə

icraatla müqayisədə cinayət prosesinin eyniadlı mərhələlərində ikili standarta yol verilir.

Ona görə də mülki‐prosessual qanunvericiliyindən kassasiya, əlavə kassasiya və yeni açılmış

hallar üzrə məhkəmə prosesində vəkilin məcburi iştirakı barədə müddəanın çıxarılmasını

zəruri hesab edirəm.

Hesab  edirəm  ki,  qeyd  edilən  təkliflərin  qəbul  edilərək,  qanunvericilkdən  həmin

müddəaların  xaric  edilməsi  ölkəmizdə  mülki‐prosessual  qanunvericiliyin  daha  da

təkminləşdirilməsinə, son nəticədə  əsas insan və vətəndaş hüquq və azadlıqlarının daha

etibarlı qorunmasına xidmət edəcəkdir.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

a) azərbaycan dilində:

1. Azərbaycan Respublikasının Konstitusiyası, Qanun‐2009, 67 səh.

2. Azərbaycan dilinin izahlı lüğəti, «Elm» nəşriyyatı, Bakı‐1983, III cild, 555 səh

3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezidentin kitabxanası:

www.preslib.az

, 133 səh.

4. Azərbaycan SSR Qanunları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanları Məcmuəsi (1938‐1966‐cı illər),

iki cilddə, I cild, Azərbaycan SSR Ali Sovetinin nəşri, Bakı‐1966, 492 səh.

5. Azərbaycan Respublikasının Cinayət‐Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının 1960‐cı il 8 dekabr  tarixli qanunu

ilə təsdiq edilmişdir (1998‐ci il aprelin 1‐nə olan dəyişiklik və əlavələrlə), «Hüquq ədəbiyyatı» nəşriyyatı, Bakı‐1998, 296

səh.

6. Azərbaycan Respublikası İnsan hüquqları, Azərbaycan nəşriyyatı, Bakı‐1998, 95 səh.

7. Azərbaycan Respublikasının Cinayət‐Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının 2000­ci il 14 iyul  tarixli qanunu

ilə təsdiq edilmişdir (2003‐cü il oktyabrın 1‐dək olan dəyişiklik və əlavələrlə), «Hüquq ədəbiyyatı» nəşriyyatı, Bakı‐2000,

623 səh.

8. Ə.İ.İbrahimov, Azərbaycan SSR‐də məhkəmə və prokurorluğun təşkili, Azərtədrisnəşr, Bakı‐1963, 177 səh.

9. «İnsan  hüquqlarının  müdafiəsi  sahəsində  ədliyyə  orqanları  qarşısında  duran  vəzifələr  barədə»  Ədliyyə  Nazirinin

12.04.2002‐ci il tarixli 10‐T №‐li Əmri və onunla bağlı digər aidiyyatı sənədlər, Bakı‐2002, 76 səh.

10. M.F.Axundov, Komediyalar, povestlər, şeirlər, «Yazıçı» nəşriyyatı, Bakı‐1982, 271 səh.

11. Vəkillik fəaliyyəti, Sənədlər toplusu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Bakı‐2004, 690 səh.

12. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» 28 dekabr 1999‐cu il tarixli Azərbaycan Respublikasının Qanunu (6 avqust

2005­ci il tarixədək olan əlavə və dəyişikliklərlə), Vəkilin stolüstü kitabçası, Bakı‐2005, 54 səh.

b) rus dilində:

13. Azerbaydjanskaya Demokratiçeskaya Respublika (1918‐1920), Zakonodatelnıe aktı (Sbornik dokumentov), İzdatelstvo

Azerbaydjan, Baku­1998, 423 str.

14. M.Ö.Barhevskiy, «Orqanizatsiya i deyatelnost advokaturı  v Rossii», Moskva­2000, 358 str.

15. Svod Zakonov Azerbaydjanskoy SSR, Tom 7, Baku­1987, 939 str.

16.  Sbornik  prikazov,  postanovleniy  kolleqii,  instruksiy  i  ukazaniy  Ministerstva  Yustitsii  SSSR, İzdatelstvo  «İzvestiya»,

Moskva­1976, 807 str.

17. Sbornik prikazov, postanovleniy kolleqii, instruksiy i ukazaniy Ministerstva Yustitsii SSSR, İzdatelstvo «Yuridiçeskaya

literatura», Moskva­1982, 512 str.

18.  Uqolovno­Prosessualnıy  Kodeks  Azerbaydjanskoy  SSR, İzdanie  sedmoe  (so  vsemi  izmeneniyami  i  dopolneniyami

vklyuçitelno po 1 maya 1943 qoda), Azerneşr, Baku­1944, 121 str.


­  30 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Müzəffər Ağazadə

Əməkdar hüquqşünas

CİNAYƏT‐PROSESSUAL MƏCƏLLƏDƏ YENİ

PROSESSUAL ŞƏXS: ÖLMÜŞ TƏQSİRLƏNDİRİLƏN

ŞƏXSİN HÜQUQİ VARİSİ

Cinayət hadisəsi törətmiş şəxsin özünün hadisənin gedişində həlak olması, yaxud onun sonradan

vəfat  etməsi  hallarında  ibtidai  araşdırma  orqanları  və  məhkəmələrin  məhz  hansı  məzmunda

prosessual qərarlar qəbul etmələri son illərə qədər mübahisə predmeti olmamışdır. Azərbaycan

Respublikasının 2000‐ci ilə qədər qüvvədə olmuş Cinayət‐Prosessual Məcəlləsinin (bundan sonra

CPM),  habelə  hazırda  qüvvədə  olan  CPM‐nin  10.07.2011‐ci  il  tarixə  qədərki  redaksiyasının

normalarına əsasən bu məsələnin sadə və bizim fikrimizcə məntiqi həlli var idi. Hadisə törətmiş

təqsirli şəxsin nə vaxt ölməsindən asılı olmayaraq icraatında iş olan orqan tərəfindən icraata xitam

verilirdi. Yalnız ölən şəxsin reabilitasiyasının zəruri olması hallarında icraat davam etdirilirdi. Həm

də təqsirli şəxsin reabilitasiyası məqsədilə icraatın davam etdirilməsinə təcrübədə o hallarda yol

verilirdi ki, cinayət törətməsi ehtimal olunan şəxs haqqında artıq ittiham aktı,  yaxud məhkəmə

hökmü mövcud olmuş olaydı.

Bir sözlə cinayət hadisəsi törətmiş, lakin hadisənin gedişində, yaxud hadisədən sonra ölmüş şəxslər

haqqında  heç  bir  halda  ittiham  aktı  yazılmırdı,  onlar  məhkəmənin  hazırlıq  iclasının  qərarı  ilə

məhkəməyə  verilmirdilər  və  təbii  ki, mühakimə  olunmurdular.  Hazırda  qüvvədə  olan  CPM‐nin

39.1.5‐ci  maddəsi  hadisə  törətmiş  şəxsin  ölməsi  hallarında  onun  təqsirinin  sübuta  yetirilib‐

yetirilməməsindən asılı olmayaraq cinayət təqibini istisna edir. Doğrudur, bəzi hüquqşünaslar hesab

edirlər ki, təqsirli şəxs nəinki hadisəni törətdikdən sonra elə hadisəni törədilməsi gedişində  də ölə

bildiyindən  bu  maddənin  dəqiqləşdirilməsinə  eytiyac  vardır.  Biz  hesab  edirik  ki,  bu  maddədə

düzəliş edilmədən də söhbətin nədən getdiyi aydındır.

Əvvəl mövcud olmuş cinayət prosesual normalarda, o cümlədən hazırda qüvvədə olan CPM‐nin

41.2‐ci maddəsində təqsirləndirilən şəxsin ölməsi hallarında işin icraatına bu əsasla xitam verilməsi

üçün  yaxın  qohumları  və  müdafiəçisinin  razılığı  tələb  olunmurdu.  Lakin  "Azərbaycan

Respublikasının  Cinayət‐Prosessual  Məcəlləsinə  əlavələr  və  dəyişikliklər  edilməsi  haqqında

"2011­ci  il  10  iyun  tarixli  Qanunu  ilə  Məcəllədə  yeni  norma  yarandı.  41.2‐ci  maddəyə  belə  bir

müddəa əlavə olundu ki, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda ölmüş

şəxsin  yaxın  qohumlarının  və  müdafiəçisinin  razılığı  olmadan  cinayət  təqibinə  xitam  verilməsi

barədə qərar çıxara bilməz.

CPM‐nin  41.2‐ci  maddəsi  ilə  müəyyən  edilən  yeni  normanın  təcrübədə  həyata  keçirilməsi  üçün

cinayət‐prosesual qanunvericilikdə müfaviq baza olmadığından Milli Məclis özünün 2012‐ci il 11

dekabr tarixli Qanunu ilə 41.2‐ci maddənin mətnini yeni redaksiyada verdi və həmin maddənin

tətbiqini təmin etmək məqsədilə bir sıra maddələrdə dəyişiklik etdi, yaxud Məcəlləyə yeni maddələr

əlavə etməli oldu. 11 dekabr 2012‐ci il tarixli qanunla Məcəlləyə "ölmüş təqsirləndirilən (şübhəli)

şəxsin  hüquqi  varisi"  adlandırılan  cinayət  prosesinin  yeni  iştirakçısı  gətirildi.  CPM‐yə  haqqında

söhbət  gedən  yeni  normanın əlavə  edilməsi  Bakı  şəhəri,  Nəsimi  rayonu  ərazisində  baş  vermiş

konkret  cinayət  hadisəsi  ilə  bağlı  olmuşdu.  Belə  ki,  2006‐cı  ilin  noyabr  ayında  həmin  rayonun

ərazisində yerləşən 9 mərtəbəli binalardan birinin arxa hissəsində İbrahimov soyadlı şəxsin meyidi,

üstündə isə darağında 7 ədəd gülləsi olan tapança, habelə istifadə edilməmiş enli skoç aşkar edilmişdi.




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə