Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   2   3   4   5   6   7   8   9   ...   33

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­  4 ­

2007‐ci il tarixli “Mediasiya haqqında” Moldova Respublikasının Qanunu, 20 maddədən ibarət 27

iyul 2010‐cu il tarixli “Vasitəçinin iştirakı ilə mübahisələrin tənzimlənməsinin alternativ proseduru

haqqında (mediasiya proseduru haqqında)” Rusiya Federasiyasının Qanunu, 28 maddədən ibarət

28 yanvar 2011‐ci il tarixli “Mediasiya haqqında” Qazaxıstan Respublikasının Qanunu, 19 maddədən

ibarət  12  iyul  2013‐cü  il  tarixli  “Mediasiya  haqqında”  Belarus  Respublikasının  Qanunu  qəbul

edilmişdir.

03 iyul 2015‐ci il tarixdə 42 maddədən ibarət “Mediasiya haqqında” Moldova Respublikasının yeni

Qanununun qəbul edilməsi ilə əlaqədar 14 iyun 2007‐ci il tarixli Moldova Respublikasının eyni adlı

Qanunu qüvvədən düşmüşdür.

Vasitəçinin iştirakı ilə mübahisələrin tənzimlənməsinin alternativ proseduru haqqında (mediasiya

proseduru haqqında)” Rusiya Federasiyası Qanununun 1‐ci maddəsinə əsasən mediasiya proseduru

mülki  hüquq  münasibətlərindən,  o  cümlədən  sahibkarlıq  və  digər  iqtisadi  fəaliyyətin  həyata

keçirilməsi  nəticəsində,  həmçinin  əmək  və  ailə  hüquq  münasibətlərindən  yaranan  mübahisələrə

tətbiq edilir. Mülki məhkəmə icraatı qaydasında baxılan mübahisələr yarandıqdan sonra mediasiya

proseduru  tətbiq  edilə  bilər.  Kollektiv  əmək  mübahisələrinə,  həmçinin  mediasiya  prosedurunda

iştirak etməyən üçüncü şəxslərin hüquq və mənafelərinə yaxud ümumi maraqlara toxunulan və ya

toxunula bilən mübahisələrə mediasiya proseduru tətbiq edilmir.

Analoji  qaydalar  demək  olar  ki,  “Mediasiya  haqqında”  Belarus  Respublikası  Qanununun  2‐ci

maddəsində öz əksini tapmışdır.

“Mediasiya  haqqında”  Qazaxıstan  Respublikasının  Qanununda  mediasiyanın  daha  geniş  sahədə

tətbiqi  nəzərdə  tutulmuşdur.  Belə  ki,  həmin  Qanunun  1‐ci  maddəsinə  görə  mediasiyanın  tətbiq

dairəsinə  aiddir  ‐  fiziki  və  hüquqi  şəxslərin  iştirakı  ilə  mülki,  əmək,  ailə  və  digər  hüquq

münasibətlərindən, habelə cinayət məhkəmə icraatı qaydasında böyük ictimai təhlükə törətməyən

və az ağır cinayətlər, digər cinayət hüquq pozuntuları (əgər Qazaxıstan Respublikasının qanunları

ilə digər qayda müəyyən edilməyibsə) və icra icraatı həyata keçirilərkən yaranan münasibətlər.

Amma, nə Moldova Respublikasının, nə Rusiya Federasiyasının, nə Belarus Respublikasının, nə də

Qazaxıstan Respublikasının qanunvericilik aktlarında məhkəmə araşdırmasından əvvəl mübahisəyə

mediator‐vasitəçi tərəfindən baxılmasının məcburiliyi öz əksini tapmamışdır.

 “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu məhkəmələrdə mülki işlərin,

həmçinin böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərlə bağlı işlərin azalması səbəbindən

məqsədəuyğun olardı.

Həmçinin nəzərə alsaq ki, Azərbaycanda bir ailənin, elin, cəmiyyətin ən yaxşı və hörmətli adamı kimi

ağsaqqalın sözü, ağbirçəyin öyüdü həmişə mühüm əhəmiyyət daşıdığından qəbul ediləcək “Mediasiya

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  birinci  instansiya  məhkəmələrində  mediator

vəzifəsinin təsis edilməsi və həmin vəzifəyə hər bir ərazi vahidində ağsaqqal kimi tanınan insanların

təyin edilməsi müsbət hal olardı.

Bir sıra avropa ölkələrinin qanunvericiliyində təsbit olunduğu kimi mediativ sazişin icrasının daha

rahat  təmin  edilməsi  məqsədilə,  belə  sazişin  notariat  qaydasında  təsdiqlənməsi  məqsədəuyğun

olardı. Çünki notariat qaydasında təsdiq edilmiş saziş icra vərəqəsi qüvvəsinə malik olacaq.

Qeyd olunmalıdır ki, həm “Qurani‐Kərim”də, həm də “Bibliya”da mübahisələrin dostcasına, xeyirxah

vasitəçilərin iştirakı ilə həll edilməsinin fəzilətlərindən geniş bəhs edilir.

Mediasiya  alternativ  mübahisə  həlli  metodları  arasında  ən  geniş  yayılan  və  ən  uğurlusudur.

Mediasiyanın mübahisələrin həllində istifadəsini mümkün edən əsas tələb mübahisə tərəflərinin

könüllü  razılığıdır.  Mediasiya  yalnız  hər  iki  və  ya  bütün  (mübahisədə  tərəflərin  sayı  çox  olarsa)

tərəflərin razılığı əsasında mümkündür.

Mediasiya  əks,  ziddiyyətli  mövqenin,  konfliktin  mövcudluğundan  və  bunu  məhkəməsiz,  bitərəf

vasitəçinin  –  mediatorun  köməyi  ilə  aradan  qaldırmaq  istəyindən  yaranır.  Məhkəmələrdən,

hakimlərdən  fərqli  olaraq,  mediatorlar  qanunvericiliyin  bu  və  ya  digər  normalarına  əsaslanaraq

qərar vermir, mübahisə tərəflərinin özlərinə ziddiyyətlərin həlli yollarının axtarılıb tapılmasında

kömək edir, buna şərait yaradır.




­  5 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Məlum  olduğu  kimi,  məhkəmələrə  o  işlər  gedib  çıxır  ki,  ortada  cinayət  faktı  vardır,  mübahisə,

ziddiyyət  artıq  açıqlanmışdır,  yəni  məxfilikdən  çıxmışdır,  tərəflərdən  biri  digərinin  ciddi

cəzalandırılmasını  (cinayət  işlərində)  tələb  edir,  yaxud  (mülki  mübahisələrdə)  öz  iddiasında

israrlıdır, qəbul ediləcək qərarın məhkəmədən sonra məcburi qaydada yerinə yetirilməsinə zərurət,

həm də nəzarət vardır.

Mediasiya və mübahisənin digər alternativ həlli üsulları o hallarda tətbiq olunur ki, tərəflər arasında

mübahisələr vardır və onu danışıqlar, qarşılıqlı razılaşmalar yolu ilə həll edib, həm də bunu müvafiq

qaydada  sənədləşdirməklə  yekunlaşdırmaq  istəyi,  arzusu  ifadə  edilmişdir.  Mediasiyanın  əsas

üstünlüyü də ondadır ki, mübahisənin həllinə qarşılıqlı istək vardır, burada tərəflər problemin sülh,

danışıqlar yolu ilə həllində maraqlıdırlar və belə bir mövqe nümayiş etdirirlər.

Məhkəmə  çəkişmələri  adətən  tərəflərdən  birinin  “qalib”,  digərinin  “məğlub”  olması  ilə  bitirsə,

münasibətlər pozulursa, bəzən daha böyük narazılıqların təməli qoyulursa, mediasiyada hər şey

könüllüdür, belə hallara yer yoxdur. Burada adətən uduş=uduş (win‐win) formulu qüvvədədir.

Mediasiyada üçüncü tərəf yalnız mübahisə tərəflərinin sərbəst qərar qəbul etməsi prosesində onlara

yardım göstərir. Tərəflər spesifik mübahisənin həllində kömək almaq üçün üçüncü tərəfə müraciət

edirlər, vasitəçi də ünsiyyətin yaxşılaşdırılmasına kömək edir və beləliklə, tərəflər bir‐birlərinin

mövqelərini daha yaxşı anlayır və mübahisəni birgə həll etməyə hazır olurlar. Rahat şəraitdə öz

mübahisələrini ortaya qoyub sərbəst müzakirə açır, çıxış, həll yolu axtarırlar. Tərəflər digər həll

yolundan, konkret məhkəmələrdən fərqli olaraq vaxta, pula qənaət edirlər, tərəfdaşla münasibəti

pozmurlar. Mediasiyada könüllü qəbul edilməyən qərar olmadığı kimi, məcburi icra da yoxdur.

Mediasiya  metodu  məhkəmə  mübahisə  üsulunu  bir  çox  məqamlarda  üstələyir.  Mediasiya

mübahisələrə  münasibətdə  əks  qütblü  yanaşmalardan  kənarlaşmağa  və  tərəflərin  mövqe  və

maraqlarında  fərqliliyi  qəbul  etməyə,  onları  qeyri‐müəyyən  hesab  etməməyə  imkan  yaradır.

Yaradıcı  yanaşma  və  gələcək  əməkdaşlığa  şüurlu  meyl  əvvəllər  mümkünsüz  görünən  nəticələri

mümkün edir.

Mediasiya tərəflərin vaxt, pul və emosional qüvvələrinə qənaət etməyə imkan verir. Onun aparılması

zamanı  prosesin  şəraiti,  təşkili  və  məzmunu  mübahisə  iştirakçılarının  özləri  tərəfindən  birgə

müəyyən edilir. Bu üsul konfliktin özündən, kimin doğru, kimin günahkar olduğunu araşdırmaqdan

və qalibiyyətdən çox, konstruktiv həllin tapılmasına istiqamətlənir. Mediasiya tərəflərə gələcəyə

baxmağa və yaradıcı qabiliyyətlərindən istifadə etməyə imkan verir.

Mediasiyanın köməyi ilə mübahisənin həlli zamanı əldə olunmuş razılıqlar bir qayda olaraq daha

uzunömürlü  olur,  hadisələrin  real  vəziyyətinə,  tərəflərin  istəyinə  daha  uyğundur,  bu  da  onların

həyata keçirilməsini qarşılıqlı qəbul edilən və təbii addım kimi səciyyələndirir.

Dünyada geniş yayılmış mediasiya prosedurunun hər bir mübahisə zamanı tətbiq edilən müəyyən

mərhələləri var. Belə ki, mediasiya prosedurunun başlanğıcında mediator mübahisə edən hər bir

tərəfdən mübahisənin mahiyyətinin yazılı şəkildə ifadə olunmasını istəyir. Mediasiya proseduru

bir qayda olaraq bütün tərəflərin iştirak etdiyi iclas ilə başlayır. Mediator tərəflərə prosedurda öz

rolunu və prosedurun konfidensial olmasını izah edir. Sonra isə problemin müzakirəsi başlayır, bu

zaman mediator tərəflərə bir‐birləri ilə birbaşa ünsiyyətdə olmaq imkanı verə bilər. Prosedurun

müddəti baxılan mübahisənin mürəkkəbliyindən asılıdır. Bəzi alimlər haqlı olaraq hesab edirlər ki,

əvvəllər məhkəmədə işləmiş mediatorlar digər mediatorlarla müqayisədə üstünlüklərə malikdirlər,

çünki  onlar  tərəflərə  mübahisənin  həlli  üçün  məhkəməyə  müraciət  edildiyi  halda  hansı  qərarın

qəbul ediləcəyi barədə əsaslandırılmış fikir söyləyə bilərlər.

Əvvəllər mediasiya əsasən ailə və əmək mübahisələrinin həllində tətbiq edilirdi. Hal‐hazırda isə

mediasiya  metodundan  daha  çox  sahələrdə,  məsələn,  istehlakçıların  hüquqları  ilə  bağlı

mübahisələrin həllində, kommersiya və s. istifadə olunur. Ona görə ki, mediasiya prosedurunun

effektiv,  dayanıqlı  xarakteri  onu  geniş  dairəli  münaqişələrin  həllində  istifadə  edilməsinə  imkan

verir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə