Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   2   3   4   5   6   7   8   9   ...   33

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­  6 ­

Qeyd  etmək  istərdik  ki,  ailə  münasibətləri  ‐  mediasiyanın  tətbiq  edilməsi  ilə  bağlı  olan  əsas

sahələrdəndir. Evli cütlüklər, valideynlər və övladlar, qardaş və bacılar, həmçinin digər qohumlar

arasındakı münasibətlər adətən şəxsi maraqlar və yüksək emosionallıqla bağlı olur. Məlumdur ki,

ailə həyatında çox tez‐tez fikir ayrılıqları olur, bu isə psixoloji və hüquqi problem yaradır. Bəzən

uzanan və çətin həll edilən münaqişələr ailə münasibətlərində böhrana gətirir. Bu zaman ən müdrik

çıxış yolu kimi ailə mediatoruna müraciət etmək olar. Mediasiya ailə münaqişələrini məhkəməyə

müraciət etmədən həll etməyə kömək edə bilər.

Ailə  mediasiyası  mediasiyanın  digər  formalarından  onunla  fərqlənir  ki,  burada  münasibətlər

psixologiyasına xüsusi diqqət yetirilir, münaqişənin həlli zamanı mediator psixoloji metodlardan

istifadə edir.

Ailə mediatoru ər‐arvad münasibətlərini tənzimləməyə çalışır, bu zaman o, ilk növbədə hər iki tərəfə

qulaq asır, onların mövqeyini, tələb və arzularını aydınlaşdırır, emosiyaları sakitləşdirir, kompromis

yaratmağa  çalışır,  vəziyyəti  kənardan  öyrənir,  tərəflərin  razılığı  əsasında  məsələnin  yeni  həll

variantlarını və imkanlarını təqdim edir, danışıqların məxfiliyini qoruyur. Ailə mediatoru tanış insan,

yaxud kənar insanlar ola bilər, lakin hər bir halda neytral adam olmalıdır.



­ 7 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Fariz Şirinov

Vəkillər Kollegiyasının üzvü

PUBLİK HÜQUQİ ŞƏXSLƏR HAQQINDA

QANUNVERİCİLİYİN TƏTBİQİ PERSPEKTİVLƏRİ

Hazırkı  məqalədə  Publik  hüquqi  şəxslər  haqqında  yeni  qanunvericiliyin  təhlili  və  onun  tətbiqi

perspektivi müzakirə olunur.

Bu məqalə çərçivəsində biz «publik hüquqi şəxslər» adlanan institutun tarixi əhəmiyyətindən və

ümumi  fəlsəfəsindən  deyil,  qanunun  müddəalarının  təsvirindən  və  tətbiqi  perspektivlərindən

söhbət  açacağıq.  Belə  ki,  24  ildən  artıq  olan  müstəqillik  tariximiz  onu  göstərir  ki,  Azərbaycan

Respublikasında  məhkəmələr  və  inzibati  orqanlar  hər  hansı  hüquq  institutunun tarixçəsini,

fəlsəfəsini, qanunun ruhunu deyil, onun zahirini görünüşünü, yazı üslubunu və qanun mətnində

istifadə  edilmiş  sözlərin  anlamlarını əsas götürərək  qərarlar  verir,  hüquqi  hərəkətlər

(hərəkətsizliklər) edirlər.

Hazırkı məqalə çapa hazırlanan ərəfədə «Publik hüquqi şəxslər haqqında» Qanuna dəyişikliklər

olunaraq  bəzi  müddəalar  dəyişdirildi  (4  mart  2016‐cı  il  tarixli  qanun).  Biz  çalışdıq  ki,  hazırkı

məqalədə həmin müddəalara da münasibət bildirək.

Aktuallıq

«Publik hüquqi şəxslər haqqında» 29 dekabr 2015‐ci il tarixli 97‐VQD saylı Qanun (bundan sonra

hazırkı mətn üzrə ismin müvafiq halında – Qanun) və Azərbaycan Respublikası Mülki Məcəllənin

(bundan sonra – Mülki Məcəllə) 43‐cü maddəsinə müvafiq dəyilikliklər (29 dekabr 2015­ci il tarixli,

98‐VQD saylı Qanun) 2016‐ci ilin fevral ayında dərc olundu və qüvvəyə mindi. əslində dövlət və (və

ya) bələdiyyələr tərəfindən ictimai funksiyaları icra edən qurumların yaradılması zərurəti çoxdan

hiss olunmaqda idi. Təsadüfi deyildi ki, Mülki Məcəllənin 64.6 maddəsinin müddəası olan «Dövlət

orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi

çıxış edə bilməzlər» tələblərinə baxmayaraq bir sıra mərkəzi icra hakimiyyəti orqanları və yerli icra

hakimiyyəti  orqanları  bir  sıra  kommersiya  hüquqi  şəxs  təsis  etmiş  (Məsələn,  «Bakı  Sərnişin

Nəqliyyat» MMC, «1 saylı Rayonlararası İstehsalat Təmir‐Tikinti Tresti», Gəncə şəhər Reklam və

Xidmət  İdarəsi) onların  qanuna zidd  olaraq  dövlət  qeydiyyatına  alınmasına  müyəssər  olmuşlar.

Eynilə də yaxud da təbiətinə görə kommersiya qurumu olmayan təhsil müəssisələri və s. bu kimi

qurumlar  başqa  təşkilati‐hüquqi  forma  olmadığından  təsərrüfat  cəmiyyətləri  kimi  qeydiyyata

alınıblar. Bu hallar barədə müraciətlər olduqda isə müvafiq orqanlar «başqa təşkilati‐hüquqi forma

olmadığından» bu təşkilatların yaradıldığı qeyd edilir. Əslində isə Qanun üzrə KİV‐də çıxış edən bir

sıra  natiqlərin  də  qeyd  etdikləri  kimi,  dövlət  kommersiya  hüquqi  şəxsləri  yaratmamalı,  pul

qazanmamalıdır.  Dövlət  vergilər  üzərində  qurulmuş,  cəmiyyətin  idarə  edən  və  ali  məqsədi

Azərbaycan Respublikası Konstitusiyasının 12‐ci maddəsinin I hissəsində göstərildiyi kimi, «İnsan

və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat

səviyyəsinin təmin edilməsi»ndən ibarət olan ali bir təşkilatdır.



­  8 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Lakin ən inkişaf etmiş dövlətlərdə ‐ Almaniyada, ABŞ‐da və s. ölkələrdə belə bu təşkilat bir sıra

hallarda kommersiya əsaslı, lakin cəmiyyət üçün son dərəcə vacib funksiyaların icrasına nail olmağa

məcbur qalır ki, əlavə vergi yükü yaratmadan öz ali missiyasını uğurla həyata keçirə bilsin.



Təhlil edilən hüquq institutunun adı və təkliflər

Hazırkı  məqalədə  təhlil  edilən  hüquq  institutu «publik  hüquqi  şəxs»  adlanır.  Bildiyimiz  kimi

«publik» sözü bu kontekstdə latında «pulic» sözündən düzəldilib və sözün birinci mənası «cəmiyyətə

xas olan», «cəmiyyətə aid» deməkdir, məsələn «Jus publicum» söz birləşməsi «dövlət hüququ»

mənasını  verir.  Lakin  İngilis,  Fransız  və  Avropa  dillərində  «piblic»  və  ya  «publique»  sözü  həm

«cəmiyyətə xas olan», həm də «dövlətə xas olan» mənalarını verir. Məsələn «public officer» söz

birləşməsi ingiliscə «dövlət məmuru», «public notary» söz birləşməsi dövlət notariusu mənalarını,

eləcə də fransızca «service public» dövlət qulluğu, «agent public» dövlət qulluqçusu mənalarını,

italyanca «amministrazione pubblica» sözləri «dövlət hakimiyyət orqanı» və ya «icra hakimiyyəti

orqanı» mənalarını verir.

Lakin biz bir az sonra görəcəyik ki, «publik hüquqi şəxs» adlanan qurumun fəaliyyətini tənzimləyən

qanunvericilik aktlarında məsələ tək dövlət orqanlarından yox, həm də bələdiyyələrdən, yəni yerli

özünüidarəetmə orqanından gedir.

Nəzərə  alsaq  ki,  «publik»  sözü  milli  qanunvericilinin  dilinə  yad  bir  sözdür  və  qanun  çıxdığı  ilk

gündən bu söz məsxərə obyektinə çevrilib, onda həmin sözün əvəz edilməsinin və daha anlaşıqlı

terminlə əvəz edilməsinin nə qədər vacib olduğunu görərik.

Bir də qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası qanunvericiliyində bir neçə şəxsin vahid

bir məqsədə nail olmaq üçün birləşməsi «təşkilat» sözü ilə qeyd edilir. Bundan başqa hüquqi şəxsin

anlayışı Mülki Məcəllədə belə qeyd edilib: «Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət

qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır,

öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri‐əmlak hüquqları əldə

etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna

malikdir». Bu anlayışda biz dövlətdən və bələdiyyədən başqa formal/qanuni bir şəxs kimi yaradılmış

təşkilata «qurum» deyildiyini görürük.

Bundan başqa, uzun illər həm dövlət, həm də ictimaiyyət üçün əhəmiyyətli hadisələri qeyd etmək

üçün  dilimizdə  «geniş ictimaiyyət»,  «geniş  ictimai»  ifadələri  işlədilmişdir.  Bu  ifadələr  sovetlər

dövrünə aid iclas protokollarında, qurultay sənədlərində, KPMK iclas stenoqramlarında da görmək

mümkündür.



Təklif

Yuxarıda  qeyd  edilənləri,  habelə  qanunda  publik  hüquqi  şəxsin  məhz  «ümumdövlət  və  ictimai



əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan» qurum olduğunu göz önündə tutaraq qanunvericilikdə

«publik  hüquqi  şəxs»  ifadəsinin  «ümumdövlət  və  ictimai  əhəmiyyətli  təşkilat»  ifadəsi  ilə  və  ya

«ümumdövlət və ictimai əhəmiyyətli qurum» ifadəsi, amma sözlərə qənaət etmək, həm də qurumun

mahiyyətini əks etdirmək üçün «ictimai əhəmiyyətli qurum» ifadəsi ilə əvəz olunması məqsədəuyğun

görünür (bundan sonra mətn üzrə «ictimai əhəmiyyətli qurum» sözündən istifadə ediləcək).

Mülki Məcəllədə «publik hüquqi şəxs»

29  dekabr  2015‐ci  il  tarixli,  98‐VQD  saylı  Azərbaycan  Respublikası  Qanunu  ilə Mülki Məcəlləyə

dəyişiklik edilmiş və «publik hüquqi şəxs» barədə müddəalar 43.‐cü maddəyə (Hüquqi şəxsanlayışı

və onun növləri) əlavə edilmişdir. Dəyişikliyə məruz qalan maddələrdən biri 43.5‐ci maddədir ki,

onun  hal‐hazırda  qüvvədə  olan  mətni  belədir:  «43.5.  Hüquqi  şəxslər  fəaliyyətinin  əsas  məqsədi

mənfəət  götürməkdən  ibarət  olan  (kommersiya  hüquqi  şəxsləri)  və  ya  əsas  məqsədi  mənfəət

götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri­

kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul

olan (publik hüquqi şəxslər) qurumlar ola bilər». Bu maddədən biz anlayırıq ki, publik hüquqi şəxslər



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə