Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   2   3   4   5   6   7   8   9   ...   33

nə  kommersiya,  nə  də  qeyri‐kommersiya  təşkilatlarına  aid  edilməmiş,  ayrıca  kateqoriya kimi

göstərilmişdir. Qanunverici bununla ehtiva etmişdir ki, publik hüquqi şəxslər həm kommersiya, həm

də  qeyri‐kommersiya  hüquqi  şəxsi  kimi  fəaliyyət  göstərə  bilər.  Bu  çox  unikal  bir  təşkilatı  hüquqi

formadır. Təcrübədə daimi olaraq belə fəaliyyət göstərən hüquqi şəxs olmadığından (ictimai birliklər

və fondlar da öz nizamnaməsinə uyğun kommersiya fəaliyyətləri ilə məşğul ola bilirlər) bu hüquqi

şəxsin  vergitutma  sxeminin  də  ayrıca  tənzimlənməsinə  ehtiyac  duyulur.  Lakin  hələ  ki,  Vergilər

Məcəlləsinə düzəliş edilməyib, belə nəticəyə gəlmək olar ki, vergi orqanları ictimai birliklərə tətbiq

etdikləri qaydaların oxşarını (analogiyasını) publik hüquqi şəxslərə tətbiq edəcəklər.

Bundan  savayı, Mülki Məcəllədə  dövlətin  mülki  münasibətlərdə  iştirakına  bir  sıra  normalar  həsr

edilmişdir ki, bunlar da pərakəndə şəkildə «Hüquqi şəxslər» adlanan fəsildə öz əksini tapmışdır və

vahid bir sistem halında təqdim edilməmişdir. Bu isə öz növbəsində təcrübədə dövlət tərəfindən təsis

edilmiş qurumların hüquqi statusuna dair bir sıra hüquqi mübahisələrə yol açır. Məsələn, birjaların

işi ilə bağlı Ali Məhkəməyə qədər şikayətləndirilən və nəticədə qurumun hüquqi statusu ilə bağlı öz

hüquqi həllini tapmamış bir sıra problemlər mövcuddur (nümunə kimi Bakı Əmtəə Birjasının işini

qeyd etmək olar).

Oxşar problem yerli özünüidarə qurumlarında da müşahidə olunur. Yerli özünüidarə qurumlarından

yalnız  bələdiyyələr  barədə Mülki Məcəllədə  göstərişlər  var.  Lakin  digər  bu  cür  yerli  özünüidarə

qurumları (məhəllə komitələri, çoxmənzilli binanı tərkib hissəsi sahiblərinin ümumi yığıncağı və s.)

barədə  göstərişlər  ümumiyyətlə  mövcud  deyil.  Bu  isə  həmin  qurumların  fəaliyyətini  mümkünsüz

edib,  bir  sıra  yerli  institutlara  dair  qanunvericilik  müddəalarını  işləksiz  vəziyyətə  gətirib,  yerli

əhəmiyyətli problemlərin isə effektiv həlli mümkünsüz olmuşdur.

Mülki Məcəllədə publik hüquqi şəxslərə aid digər norma belə səslənir «43.7. Publik hüquqi şəxslərin



fəaliyyəti  bu  Məcəllə  və  «Publik  hüquqi  şəxslər  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  ilə

tənzimlənir.».

Bu norma Mülki Məcəllənin fəlsəfəsindən bir qədər kənara çıxır. Belə ki, Mülki Məcəllədə qeyd olunan

bütün  təşkilati‐hüquqi  formaların əsas  bünövrəsini  təşkil  edən  normalar  məhz Mülki Məcəllənin

özündə yer alır (bax. 64 – 119‐cu maddələr). Ancaq bu halda Mülki Məcəllə başqa bir qanuna istinad

edərək  təşkilati‐hüquqi  formanın əsas  elementlərini  belə  açıqlamır.  Bu  hal  isə  gələcəkdə  bir  sıra

hüquqi kazuslara yol açacağı şübhə doğurmur. Bu kazuslar dövlət tərəfindən təsis edilmiş fondların

hansı formada yenidəntəşkili barədə (dövlətə məxsus fond, yoxsa publik hüquqi şəxs), publik hüquqi

şəxsin  nizamnamə  kapitalının  tərkib  hissləri  barədə,  həmin  kapitala  payların  bölgüsü,  idarəçiliyi,

həmin şəxslərin səhm buraxma imkanları və sair bu kimi məsələlərlə dair mübahisələrlə əlaqədar

yaranması ehtimalı böyükdür. Sözü gedən mübahisələrə səbəb «Normativ hüquqi aktlar haqqında»

Konstitusiya  qanunun iki  müxtəlif  maddələrinin  eyni  müstəvidə  tətbiqi  müşküllüyündən doğur.

Həmin maddələrin birində deyilir ki: «2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq



normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının

Mülki Məcəlləsi tətbiq edilir», digərində isə «10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər

hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki,

həmin  münasibətlər  eyni  hüquqi  tənzimləmə  sahəsinə  aiddir».  Belə  olan  halda  Qanunun  mülki

münasibətləri tənzimləyən normaları ilə inzibati, maliyyə və s. məsələləri tənzimləyən normaları biri

birindən  ayırmalı,  üstünlüyün  hansı  müddəada başlayıb,  hansı  müddəada  bitməsini  uzun‐uzadı

qeydiyyat orqanlarına, nəzarət orqanlarına izah etməliyik. Halbuki, bu boşluğun aradan qaldırılması

üçün çox səmərəli hüquqi texnika mövcuddur.

Təklif:

Mülki  Məcəllədə  Dövlət  və  yerli  özünüidarə  orqanlarının  mülki  münasibətlərdə  iştirakının

xüsusiyyətlərinə həsr edilmiş ayrıca fəsil olmalıdır. Həmin fəslidə digər təşkilati‐hüquqi formalarla

yanaşı  publik  hüquqi  şəxslər  barəsində  də  həmin  qurumlar  barədə  qanunvericiliyin  «onurğa

sütununu» təşkil edən müddəalar əks olunmalıdır.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­  9 ­




­  10 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Qanunun tənzimləmə mövzusu

Qanunun 1‐ci maddəsi qanunun tətbiqi dairəsinə (tənzimləmə mövzusuna) həsr edilib. Lakin həmin

normada sadalananlarla Qanunun maddələrinin sırası uyğunsuzluq təşkil edir. İdealda bunlar eyni

olmalıdır. Qeyd olunan qüsurun təcrübi əhəmiyyəti ondan ibarətdir ki, belə qüsurlara sonradan

yeni qanunvericilik aktları layihələri barədə mərkəzi icra hakimiyyəti orqanları öz rəyini Nazirlər

Kabinetinə və ya digər səlahiyyətli orqanlara təqdim edərkən, həmişəki kimi, qanunun tənzimləmə

mövzusuna  istinad  edəcəklər.  Bu  da  bir  sıra  fikir  ayrılığına,  hətta  yersiz  olaraq  yeni  qanun

layihələrinin  tənqidinə  və  nəticədə  növbəti  mərhələyə  ya  təqdim  olunmamasına,  ya  da  təhrif

olunmuş (qol‐qanadı kəsilmiş) versiyada sərgilənməsinə gətirib çıxarır.

Qanunun ilkin  redaksiyasında 1.2‐ci  maddəsində  deyilirdi:  «1.2.  Bu  Qanun  dövlətə  məxsus



müəssisələrə  şamil  edilmir».  Nə Mülki Məcəllədə,  nə  də  Qanunda  «müəssisə»  sözünün  mənası

açıqlanmayıb.  Digər  sahəvi  qanunvericilikdə  bu  terminin  başa  düşülməsi  üçün  müddəalara  rast

gəlinsə də «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun mətni yuxarıda gətirilmiş

10.3‐cü maddəsi baxımından həmin müddəaların şərhi təcrübi əhəmiyyət kəsb etmir.

Deməli Qanunun ilkin mətnindəki 1.2‐ci maddəsindən belə çıxırdı ki, qanuni yaradılmış və fəaliyyət

göstərən elmi‐təcrübə müəssisələri, təhsil müəssisələri, kənd təsərrüfatı müəssisələri ilə yanaşı,

indiyə  qədər Mülki Məcəllənin  64.6‐cı  maddəsinin ziddinə  olaraq  müxtəlif  dövlət  qurumları

tərəfindən  yaradılmış  və  fəaliyyət  göstərən  kommersiya  hüquqi  şəxsləri  öz  qanunazidd

fəaliyyətlərinin davam etmələri üçün hüquqi zəmin yaranmışdı.

Lakin 1.2‐ci maddənin Qanundan ümumiyyətlə çıxarılması yenə də dövlət tərəfindən yaradılmış

bir sıra MMC‐lərin müqəddəratını həll etmir və nəzərimizcə qanunvericilikdə boşluqlar yaradır.

Təklif

Yuxarıda şərh edilənləri rəğmən, Nazirlər Kabinetinin yeni qanun layihələri ilə bağlı müvafiq icra

hakimiyyəti orqanlarından rəylərin keyfiyyətini artırmaq məqsədi ilə Qanunun 1‐ci maddəsindəki

«publik  hüquqi  şəxslərin  yaradılması,  fəaliyyət  göstərməsi  və  təşkili  qaydalarını  müəyyən  edir»

ifadəsinin daha geniş yazılması, 1.2‐ci maddəsinin isə aşağıdakı mətndə bərpa edilməsi məqsədə

uyğundur: «1.2. Bu Qanun dövlətə məxsus bütün müəssisələrə şamil edilir».



Anlayış qüsurları

Qanunun 2‐ci maddəsi anlayışlara həsr olunub. 2.1‐ci maddə belə ifadə olunub: «Publik hüquq –



ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq

normalarının  məcmusudur».  Bu  anlayışda «və  ya»  bağlayıcısı  onu  göstərir  ki,  publik  hüquq  ya

ümumdövlət  maraqlarını,  ya  da  ictimai  maraqları  əhatə  etməlidir.  Hər  iki  maraqların  üst‐üstə

düşməsi  halı  isə  nəzərdə  tutulmayıb.  Bu  maddə  mahiyyətcə  Qanunun  sonrakı  maddəsi «publik

hüquqi  şəxs»  anlayışında  qeyd  edilmiş «dövlət  və  bələdiyyə»  ifadəsi  ilə  ziddiyyətə  girir.  Belə

düşünsək  ki,  dövlət  ümumdövlət  maraqlarını,  bələdiyyə  isə  ictimai  maraqları  təmsil  edir,  digər

tərəfdən də Qanunun 2.2‐ci maddəsi bələdiyyə ilə dövlətin eyni zamanda (müştərək) publik hüquqi

şəxs yaratmasını nəzərdə tutub, onda 2.1‐ci maddədə «və ya» bağlayıcısının ziddiyyətli olduğunu

görərik. Məntiqlə də bir çox hallarda ümumdövlət maraqları ilə ictimai maraqlar üst‐üstə düşür,

məsələn, yolların çəkilişi, çağdaş infrastrukturun yaradılması və s.. O səbəbdən, düşünmək olar ki,

bəhs  edilən  hüquqi  şəxslər  həm  ayrı  ayrılıqda,  həm  də  eyni  zamanda  ümumdövlət  və  ictimai

maraqları əhatə edə bilərlər.

Bunda başqa, Qanunda nəzərə alınmayıb ki, Konstitusiyanın 12‐ci maddəsinin I hissəsinə əsasən

«I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli

həyat  səviyyəsinin  təmin  edilməsi dövlətin  ali  məqsədidir».  Bu  mənada  dövlətin  ictimaiyyət

maraqlarına  söykənməyən  məqsədləri ola  bilməz.  Belə məqsədlərin  olması  dövlətin  yaranış

təməlinə  zidd  olar.  Bu  baxımdan  ümumdövlət  maraqları  elə  respublika  əhəmiyyətli  geniş

ictimaiyyətin maraqlarıdır. Bir də bəhs edilən hüquqi şəxslər vasitəsi ilə bələdiyyələr tərəfindən

müdafiə olunan yerli ictimai maraqlar ola bilər.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə