Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   2   3   4   5   6   7   8   9   ...   33

Təklif

Qanunun  2.1‐ci  maddəsi  aşağıdakı  redaksiyada  verilməsi  məqsədə  uyğundur «İctimai  əhəmiyyətli



hüquq  –  ümumdövlət  və  (və  ya) yerli  əhəmiyyətli ictimai  maraqların  təmin  edilməsi  ilə  bağlı  olan

münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur».

Qanunun növbəti maddəsi belə səslənir:

«2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan,



ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan

təşkilatdır».  Burada «dövlət  və  bələdiyyə  adından  və  ya  publik  hüquqi  şəxs»  ifadəsi  hüquqi

terminalogiyada  belə  anlaşılır  ki,  dövlətlə  bələdiyyə  mütləq  birgə/müştərək  hüquqi  şəxs

yaratmalıdırlar,  belə  ki  «dövlət»  sözü  ilə «bələdiyyə»  sözləri  arasında «və»  bağlayıcısı  yazılıbdır.

Əlbəttə ədəbiyyatda «və» bağlayıcısı həm birləşdirici, həm də ayırıcı kimi istifadə edilə bilər. Lakin

eyni  cümlədə «və  ya  publik  hüquqi  şəxs»  ifadəsi  ona  dəlalət  edir  ki,  bu  ifadədən  əvvəlki  «və»

bağlayıcısı  ancaq  birləşdirici  kimi  başa  düşülə  bilər. Gərçi,  bu  qanunla  eyni  zamanda  Azərbaycan

Respublikası  Prezidentinin  fərmanı  ilə  dövlət  adından  təkbaşına  olaraq  publik  hüquqi  şəxsin

yaradılmasını nəzərə alsaq, anlaşılar ki, qanun müəlliflərinin əsl niyyətləri bəhs edilən maddənin

daha geniş tətbiqi olmuşdur. Bu mənada «və» bağlayıcısının ya vergül ilə əvəz edilməsi ya da «və (və

ya)» bağlayıcısı ilə əvəz edilməsi zəruridir. Bu fikir yuxarıda qeyd edilmiş ümumdövlət və ictimai

maraqların üst‐üstə düşməsi halı ilə də sıx bağlıdır.

Bundan  savayı,  həmin  maddədə  bir  publik  hüquqi  şəxs  tərəfindən  digər  publik  hüquqi  şəxs  təsis

edilməsi imkanı nəzərdə tutulmuşdur. Bu norma, həmin hüquqi şəxs kommersiya fəaliyyəti ilə məşğul

olduqda,  olduqca  təhlükəli sui‐istifadə  amili yaratmış  olur. Həmin  sui‐istifadə  amilinin  yaratdığı

təhlükənin açıqlanmasından əvvəl Mülki Məcəllənin bəzi maddələrinə diqqət salaq: «88.2. Məhdud

məsuliyyətli  cəmiyyətin  yeganə  iştirakçısı  bir  şəxsdən  ibarət  digər  təsərrüfat  cəmiyyəti  ola  bilməz»,

həmin Məcəllənin 98.5‐ci maddəsinin sonuncu cümləsi «Səhmdar cəmiyyətinin yeganə iştirakçısı bir



şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz». Qeyd olunan qadağaların Mülki Məcəllədə təsbit

edilməsinin  səbəbi    kommersiya  qurumları «başsız  atlı»  effektindən  istifadə  etməmələri,  mülki

məsuliyyətdən yayınmaq üçün müxtəlif  maliyyə «torlarının» təsis edilməsinin qarşısını almaqdır.

Təsəvvür edin (başsız atlı effekti), bir kommersiya qurumu ikincisini təsis edir, o da üçüncüsünü təsis

edir,  üçüncüsü  də  dördüncüsünü  təsis  edir  və  bu  minvalla  yaradılmış  silsilə  hüquqi  şəxslərin

sonuncusu birinci hüquqi şəxsin paylarını (səhmlərini) satın alır. Nəticədə bir halqa təsis edirik ki,

onun sonuncu benefisiar iştirakçısı (xeyirgötürəni) formal olaraq aradan çıxır. Belə hüquqi şəxslər

qrupunun  birini  formal  olaraq  müflisləşdirmək  olar  və  hamısı  nəticədə iflasa  uğrayıb  yüzlərcə

kreditorların hüquqlarını pozarlar.

Digər tərəfdən ikinci, üçüncü nəsil törəmə hüquqi şəxslər əslində birinci hüquqi şəxsin tam kontrolu

altındadır və ortada olan hüquqi şəxslər sadəcə formal olaraq törəmə təşkilatları kontrol edirlər. Bu

nəzarət imkanı 6‐ci maddədə daha aydın görünür: «6.3. Dövlətin adından yaradılan publik hüquqi



şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən,

bələdiyyə adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin nizamnaməsi

isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilir», yəni ikinci, üçüncü və sair nəsil hüquqi şəxslərin də

nizamnamələri  ilkin  hüquqi  şəxsi  təsis  edən  dövlət  orqanı  və  (və  ya)  bələdiyyə  tərəfindən  təsdiq

edilməlidir. Lakin  bu  vəziyyətdə  ilkin  hüquqi  şəxsi  yaratmış  dövləti  və  (və  ya)  bələdiyyəni

məsuliyyətdən yayındırır və sui‐istifadə amili yaratmış olur. Məsələn, təsəvvür etsək ki, bir bələdiyyə

publik hüquqi şəxs yaradar, həmin publik hüquqi şəxs də ikincisini yaradar, ikincisi də üçüncüsünü

təsis edər və sonuncu başlaya bilər tam hüquqazidd, qanunsuzluqlar, özbaşınalıqlar törətməyə, sonra

da bələdiyyədən bunun hesabını soruşanda, bələdiyyə iddia edə bilər ki, onun bu qanusuzluqlardan

xəbəri olmayıb «bəs bu üçüncü (dördüncü, beşinci) nəsil hüquqi şəxsdir. Bizim nəzarətimizdə deyil.

Bilsəydik, imkan verməzdik» bununla da kələfin ucun suya atmış olurlar. Nəzərimizcə belə sui‐istifadə

hallarının  qarşısını  almaq  üçün  ancaq  belə  bir  hüquqi  müddəa  yazmaq  olar  ki,  yalnız  iki  təsisçisi

(dövlət və bələdiyyə) olan hüquqi şəxs, törəmə hüquqi şəxs yarada bilər.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­  11 ­




­  12 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Təklif

Yuxarıda qeyd edilənləri nəzərə alaraq Qanunun 2.2‐ci maddəsi belə mətndə verilə bilər:

«2.2. İctimai əhəmiyyətli qurum – dövlət və (və ya) bələdiyyə adından, yaxud bir neçə təsisçisi olan

ictimai  əhəmiyyətli  qurum tərəfindən  yaradılan,  ümumdövlət və  (və  ya)  yerli  əhəmiyyətli  ictimai

əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və (və ya) bələdiyyə orqanı olmayan və müstəqil

hüquqi şəxs olan qurumdur».

Sahibkarlıq fəaliyyəti ilə məşğul olma imkanı

Qanunun 3‐cü maddəsinə görə «3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda



məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş

məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin». Həmin Qanunun 5‐ci maddəsinə

əsasən  «5.2.  Publik  hüquqi  şəxs  yalnız  nizamnaməsində  nəzərdə  tutulmuş  fəaliyyət  ilə  məşğul  ola



bilər»;  və  nəhayət  Qanunun  6‐ci  maddəsinə  görə  isə  onun  nizamnaməsində  əks  olunmalı  olan

məsələlərdən biri belə təsbit olunub: «6.2.3. fəaliyyətin məqsədi və istiqamətləri... 6.2.7. əmlakının



formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları». Qeyd olunanlardan belə nəticəyə gəlmək olar

ki,  nizamnamədə  fəaliyyət  istiqamətlərində  kommersiya  fəaliyyəti  nəzərdə  tutulmuş  olsa  belə,

əmlakının formalaşma mənbəyi kimi kommersiya fəaliyyəti göstərilmiş olsa belə, əgər məqsədləri

düzgün  göstərilməyibsə,  onda  Qanunun  3.1‐ci  maddəsinə  əsasən  həmin  fəaliyyətlə  məşğul ola



bilməz.  Yəni  nizamnamədə  belə  hüquqi  şəxsin  məqsədləri  bir‐bir  göstərilməli,  sonra  hər  bir

məqsədə  uyğun  fəaliyyət  istiqamətləri  (prinsipləri)  qeyd  edilməli,  əmlak  formalaşmasında  da

konkret məqsədə uyğun konkret kommersiya fəaliyyəti növü təsbit edilməlidir. Bir biri ilə bu cür

zincirvari  normaların  hər  hansı  həlqəsi  olmazsa,  onda  qurumun  kommersiya  fəaliyyəti  hüquqi

cəhətdən mübahisələndirilə bilər.

Bundan başqa, Qanunun 3.1‐ci maddəsində istifadə edilmiş hüquqi konstruksiya («nizamnaməsində



qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmağa  xidmət  etsin  və  bu  məqsədlərə  uyğun  gəlsin»)  Mülki

Məcəllənin 48.6‐ci maddəsinin ikinci cümləsindəki tənzimləmə üsulu ilə eynidir. Müqayisə üçün:

«Qeyri‐kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki,

bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu

məqsədlərə  uyğun  gəlsin».  Bu  mənada  publik  hüquqi  şəxslərin  kommersiya  fəaliyyətlərinin

tənzimləməsi üsulu ilə qeyri‐kommersiya hüquqi şəxslərinin kommersiya fəaliyyətinin tənzimləmə

üsulu ilə eynilik təşkil edir. Çox güman ki, vergi orqanları və ədliyyə orqanları da publik hüquqi

şəxslərə  də  qeyri‐kommersiya  hüquqi  şəxslərinə  tətbiq  etdikləri  normaların  analoqlarını  tətbiq

edəcəklər. Yəni publik hüquqi şəxslər ictimai birliklərin dövlət orqanı tərəfindən yaradılan analoqu

kimi görünür.



Təsərrüfat cəmiyyəti yaratma hüququ

Qanunun 3.2‐ci maddəsinə görə: «3.2. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda



təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər». Bu norma Mülki Məcəllənin 88.2‐ci

və 98.5‐ci maddələrindəki məhdudiyyətlərin ruhuna zidd görünür. Düzdür biz Mülki Məcəllənin

hərfi mənasına müraciət etdiyimizdə belə anlaşılır ki, məhdudiyyət bir tək təsisçisi olan kommersiya

təşkilatının təkbaşına törəmə kommersiya təşkilatının yaradılmasına aiddir, publik hüquqi şəxs isə

tənzimləmə  üsuluna  görə  kommersiya  təşkilatı  deyil, əksinə  qeyri‐kommersiya  təşkilatlarına

yaxındır.  Amma gərçi,  görəndə  ki, Mülki Məcəllənin  88‐ci  və  98‐ci  maddələrdəki  qadağalar

kommersiya sui­istifadəsi əleyhinə normalardır, onda bəlli olur ki, kommersiya fəaliyyəti ilə məşğul

olan publik hüquqi şəxs yenə də kommersiya fəaliyyəti ilə məşğul olan törəmə təşkilat yaratdıqda

eyni minvallı sui‐istifadə üçün əsas yaranmış olur. Bu yolla dövlət orqanları yenə də dolayısı ilə

kommersiya  qurumları  təsis  etməyə  nail  olub,  ciblərinə  pul  qazanmaqla  məşğul  ola  bilərlər.

Məsələn, bir nazirlik təşəbbüs irəli sürür, öz nəzarətində publik hüquqi şəxs yaradır, sonra həmin

publik  hüquqi  şəxs  yüzlərcə  MMC  təsis  edir;  publik  hüquqi  şəxs  isə  müqəvva  rolunu  oynayır.

Azərbaycan reallıqlarında bir müddət sonra belə də olacağına şübhə etməyə lüzum yoxdur.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə