Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

tərəfindən  təsis  edilən  və  bir  neçə  mərkəzi  icra  hakimiyyəti  orqanı  tərəfindən  birgə  təsis  edilən

hüquqi şəxslər üçün Nazirlər Kabineti, digər dövlət orqanları tərəfindən təsis edilənlər üçün isə Dövlət

əmlak komitəsi tərəfindən nümunələr təsdiq olunacaq.

Bundan başqa, Ədliyyə Nazirliyi bələdiyyələrin yaratdığı hüquqi şəxslər üçün nümunəvi sənəd qəbul

etsə, bələdiyyələrə köməklik etmiş olar. Hərçənd ki, Qanunun 6.1‐ci maddəsi üzrə Ədliyyə Nazirliyinə

səlahiyyət verilməyib. Amma bu səlahiyyətin qanunda yazılması həmin nümunənin imperativ norma

kimi qəbul edilməsinə dəlalət edir, bu da bələdiyyələrin imkanlarını son dərəcə məhdudlaşdırır.

Təklif

Qanunun 6.1‐ci maddəsinə aşağıdakı mətndə verilsin: «6.1. Müxtəlif sahələr üzrə dövlət adından və ya



dövlətin iştirakı ilə təsis edilən ictimai əhəmiyyətli qurumun nümunəvi nizamnaməsi həmin qurumu

təsis edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmin icra hakimiyyəti orqanının normativ hüquqi

aktı ilə təsdiq olunur». Belə olduqda hər bir hüquqi şəxs üçün nümunəvi nizamnamələr elə mərkəzi

icra  hakimiyyəti  orqanın  özü  tərəfindən  normativ  hüquqi  akt  ilə  təsdiq  olunar,  onun  fəaliyyətinə

uyğunlaşdırılar,  Ədliyyə  Nazirliyində  də  qeydiyyatdan  keçər  və  ümumi  məsələlərdə  unifikasiya

aparmaq mümkün olar.

Ədliyyə Nazirliyi isə, qanunda yazılmasa belə, tövsiyə xarakterli aktı ilə bələdiyyələr üçün nümunəvi

nizamnamələr təklif edə bilər. Mövcud qanunvericilik Nazirliyə belə imkan yaradır.



Hüquqi şəxsin əmlakın statusu

Qanunun 7‐ci maddədə publik hüquqi şəxsin əmlakının statusu müəyyən olunmayıb. Amma hüquqi

şəxslərin ümumi anlayışına əsasən belə qənaətə gəlmək olar ki, onun sərəncamına verilmiş əmlak

həmin hüquqi şəxsin mülkiyyətinə verilir. Lakin bizim dövlət orqanlarının işləmə qabiliyyətini nəzərə

alaraq,  bu  ümumi  müddəanın  publik  hüquqi  şəxslərə  tətbiqinin  nə  dərəcədə  nəzərə  alınacağına

təxmin etmək çətindir.



Təklif

Qanunun 7.3‐cü maddəsinə hüquqi şəxsin sərəncamına verilmiş əmlakın və onun fəaliyyətindən əldə

edilmiş əmlakın həmin hüquqi şəxsin mülkiyyətində olmasına dair müddəa daxil edilməlidir. əlavə

də edilməlidir ki, müqavilə əsasında onun istifadəsinə də əmlak verilə bilər.



Hüquqi şəxslərin qrant və ianələrin verilməsi

Qanunun  7.2‐ci  maddəsinə  əsasən:  «7.2.  Publik  hüquqi  şəxsin  əmlakı  nizamnamə  fondundan,  ona



təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən,

fəaliyyət  istiqamətlərinə  uyğun  olaraq  görülən  işlərdən,  göstərilən  xidmətlərdən  əldə  edilən

daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil

olan  vəsaitlərdən  formalaşa  bilər».  Qrantlar  haqqında  qanunvericilik  nəzərdə tutur  ki,  qrantlar

haqqında  məlumatlar  ədliyyə  nazirliyinə  verilir  və  ədliyyə  nazirliyi  bildiriş  verir  ki,  məlumatı

qeydiyyata  aldı.  Amma  ianələr  haqqında  ümumi  qanunvericilik  yoxdur.  QHT‐lər  haqqında

qanunvericiyə əsasən QHT‐lərin aldığı ianələr barədə məlumatlar Maliyyə Nazirliyinə verilir. Ancaq

bu  yeni  hüquqi  şəxslər  mahiyyətinə  və  tənzimləmə  üsuluna  görə  qeyri‐kommersiya  qurumlarına

oxşar olsa da, onların ianələrinin qeydiyyatı və ya dövlətin məlumatlandırılması barədə Qanunda bir

rəhbər göstəriş yoxdur.

Təklif

Qanuna hüquqi şəxslər tərəfindən qrant və ianələr almasına dair xüsusi normalar yazılsın və onların

qeydiyyatı və məlumatlandırma məqamları açıqlansın. Bundan başqa, Qanunun 6.2‐ci maddəsinə də

«Qrantların və ianələrin qəbul edilməsi qaydası» adlı yarımmadə əlavə edilsin.



Əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilmə qaydası

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­  15 ­




­  16 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IX nömrə

Qanunun 7.3‐cü maddəsinə əsasən: «7.3. Publik hüquqi şəxsin əmlakı üzərində sahiblik, istifadə və



sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası onun nizamnaməsi ilə müəyyən edilir». Bu

normanın təcrübədə səmərəli tətbiqi mümkün deyil. Əvvəla belə norma Qanunun 6.2‐ci maddəsində

sadalanmayıb. Qanunun 6.2.6‐cı və 6.2.7‐ci maddələrim isə 7.3‐cü maddəsində təsbit edilənləri tam

əhatə etmir. Hüquqi şəxsi qeydiyyata alan orqan isə haqlı olaraq 6.2‐ci maddəsini əsas götürəcəkdir.

Digər  tərəfdən,  qeydiyyat  orqanını  təcrübəsinin  mükəmməl  olmadığını  və  heç  o  dərəcədə  də

mükəmməl  olmalı  olmadığını  nəzərə  alaraq,  tam  əminliklə  demək  olar  ki,  təcrübədə  «əmlakı



üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsi qaydası»nın əsasları

Nizamnamədə, 

təfərrüatlarının 

isə 


həmin 

hüquqi 


şəxsin 

lokal, 


təşkilati‐hüquqi

aktlarında(reqlamentində) təsbit ediləcəkdir. Qanunun 7.3‐cü maddəsi isə sadəcə formal olaraq

nizamnamədə ümumi sözlərlə icra olunacaq. Başqa cür də mümkün deyil. Ictimai münasibətlərin

hər ani dəyişikliyinə görə nizamnamə dəyişmək mümkün deyil. Lakin aktlar vasitəsi ilə isə əmlak

münasibətlərinin tənzimlənməsində çevikliyə nail olmağa imkan verir.

Məsuliyyətin bölüşdürülməsi

Qanunun 7.5‐ci maddəsinin əvvəli ilə («Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi



şəxsin  öhdəlikləri  üçün  cavabdeh  deyildir») Qanuna  4  mart  2016‐cı  il  tarixli  Qanunla  dəyişiklik

edilənə qədər qüvvədə olmuş 7.6‐cı maddəsi («Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik



hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir») mahiyyətcə üst‐üstə

düşürdü. Ancaq hüquqi şəxsin onu təsis etmiş dövlət və (və ya) bələdiyyə orqanının öhdəliklərinə

görə məsuliyyəti məsələsi açıqlanmayıb. Bundan başqa, əgər publik hüquqi şəxs digər publik hüquqi

şəxs tərəfindən yaradılacaqsa, onda məsuliyyəti necə bölüşdürüləcəyi məlum deyil.



Təklif

Qanunun 7.6‐cı maddəsi aşağıdakı redaksiyada bərpa edilsin: «7.6. İctimai əhəmiyyətli hüquqi şəxslə



onun  təsisçisi  (təsisçiləri)  arasında  bağlanan  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  ictimai

əhəmiyyətli hüquqi şəxs onun təsisçisinin (təsisçilərinin) öhdəliklərinə görə məsuliyyət daşımır».

Təsisçilərin səlahiyyətləri

Qanunun 8.2‐ci maddəsi ilə «Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə» aid olanlar sadalanıb.

Əvvəla  nəzərə  alınmayıb  ki,  Qanunda,  Mülki  Məcəllədə  olduğu  kimi,  təsisçinin  ancaq  müstəsna

səlahiyyətləri sadalanmalıdır ki, təsisçilərə nizamnamə və (və ya) reqlamentlə əlavə səlahiyyətlər

verilə bilsin. Amma hal‐hazırda Qanunun 8.2‐ci maddəsi elə yazılıb ki, təsisçiyə əlavə səlahiyyət

vermək  mümkün  deyil.  Deməli  icra  orqanının  hüquqlarının  yuxarı  orqana  vermək  üçün  mütləq

direktorlar/müşahidə/himayə şurası yaradılmalı, əlavə səlahiyyətlər həmin orqana verilməlidir.

Bunda əlavə, həmin Qanunun 8.2‐ci maddəsi publik hüquqi şəxs tərəfindən törəmə publik hüquqi

şəxs  yaratması  haqqında  qərarın  təsisçi  tərəfindən  qəbul  edilməsi  və  belə  halda  nizamnamənin

təsdiqinin təsisçi tərəfindən həyata keçirilməsini nəzərdə tutmayıb, bu isə elə Qanunun özünün

2.2‐ci maddəsi ilə uyğunzusluq təşkil edir.

Nəzarət və icra orqanları

Qanunun 8.3‐cü maddəsinə əsasən: «8.3. Bu Qanunun 4.1‐ci maddəsinə uyğun olaraq yaradılan publik



hüquqi şəxs həmin orqanın təyin etdiyi rəhbər və ya kollegial icra orqanı (bundan sonra – rəhbər)

tərəfindən idarə olunur». Bu maddədə «rəhbər və ya kollegial icra orqanı» ifadəsindən belə məlum

olur ki, «rəhbər» dedikdə icra orqanı nəzərdə tutulur. Amma hüquqi şəxsin təkbaşçı rəhbərinin adı

(direktor,  baş  direktor  və  s.)  qeyd  edilməyib.  Düşünmək  olar  ki,  bu  müsbət  haldır  və  rəhbər

vəzifəsinin adı nizamnamədə seçilə bilər. Lakin kollegial icra orqanının bəzi səlahiyyətləri Mülki

Məcəllədə  digər  qurumlar  üçün  nəzərdə  tutulduğu  kimi  Qanunda  da  təsbit  edilsin  ki,  minimal

tələblərə riayət edilsin. Əks təqdirdə publik hüquqi şəxsə nəzarət edən bəzi mərkəzi icra hakimiyyəti

orqanları tərəfindən sui‐istifadə ediləcəyi istisna edilmir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə