Mübahisələrin həllində mediasiyanın rolu vəkil Lalə Nağıyeva



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix04.07.2018
ölçüsü1,16 Mb.
#53213
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

Təklif

Qanunun 8‐ci maddəsində kollegial icra orqanı (idarə heyəti) iclaslarının keçirilməsi, səsvermə və s

məsələlərə dair dispozitiv normalar təsbit edilməsinə ehtiyac duyulur.

Audit və sair nəzarət mexanizmləri

Qanunda  hüquqi  şəxsin  məcburi  kənar  auditinə,  daxili  audit  qurumuna  dair,  habelə  Maliyyə

hesabatlarının beynəlxalq standartlarına, beynəlxalq korporativ idarəetmə standartlara və sair bu

kimi standartlara istinadlar edilməyib. əslində bu standartlara istinadlar nizamnamədə qeyd edilə

bilər.  Lakin  icbari  kənar  audit  məsələsi  mütləq  qaydada  qanunda  əks  olunmalıdır  ki,  una  riayət

olunsun. Əks təqdirdə həmin hüquqi şəxslərin fəaliyyətinin norma auditi və səmərəliliyinin artırılması

sübhə altındadır.

Təklif

Qanuna  məcburi  kənar  auditə  dair  və  daxili  audit  üzrə  struktur  bölməsinə  dair  müddəalar  əlavə

edilsin.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­  17 ­




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­ 18 ­



Anar Bağırov

Vəkillər Kollegiyası

Rəyasət Heyətinin üzvü

ÖDƏNİŞSİZ HÜQUQİ YARDIM

GÖSTƏRİLMƏSİNİN EFFEKTİV SİSTEMİNİN

YARADILMASI SAHƏSİNDƏ XARİCİ ÖLKƏLƏRİN

(POLŞA RESPUBLİKASININ) TƏCRÜBƏSİ

Hazırda Azərbaycan Republikasında ödənişsiz hüquqi yardım məsələsi dərin və hərtərəfli araşdırma

mərhələsindədir. Görülən işlərin başlıca məqsədi bu konstitusion hüququn təmin olunması üçün

effektiv mexanizmlərin doktrinal bazasını işləyib hazırlamaq və qanunvericilik səviyyəsndə təsbit

etməkdir. Hesab edirik ki, qarşıya qoyulmuş məqsədə nail olunması baxımından qabaqcıl dünya

ölkələrinin,  xüsusən  Avropa  Birliyi  ölkələrinin  yanaşmalarını  araşdırmaq,  milli  təcrübənin

yaradılmasında  onlara  müraciət  etmək  zəruridir.  İndiki  məqalə  çərçivəsində  biz Polşa

Respublikasının analoji təcrübəsini nəzərdən keçirəcəyik.

Polşa Respublikasında ödənişsiz hüquqi yardım sisteminin doktrinal hazırlanma və bilavasitə işə

salınma təcrübəsini öyrənməklə, həmin təcrübədən ən vacib və mütərəqqi oriyentirləri nəzərə ala,

Azərbaycan  Respublikasında  analoji  sistemin  işə  salınma  prosesini  sürətləndirə  bilərik.

Ümumiyyətlə, qabaqcıl ölkələrin təcrübəsi bizə istənilən məsələdə, o cümlədən baxılan konstitusion

hüququn  effektiv  realizəsi  üçün  zəruri  olan  normativ‐hüquqi  əsasların  işlənib  hazırlanmasında

faydalı ola bilər. Tədqiq olunan mövzunun aktuallığı da məhz bu amillə şərtlənir.

Məqalənin məqsəd və vəzifəsi Polşa Respublikasında ödənişsiz hüquqi yardım sisteminin normativ

bazasının  hazırlanma  və  işə  salınma  təcrübəsini  araşdırmaq, Azərbaycan  Republikasında  analoji

sistemin yaradılması üçün həmin təcrübənin münasib cəhətlərindən istifadə etməkdir.

Qeyd edək ki, Polşada hüquqi və mülki məsləhət xidmətinin kompleks və dayanıqlı mexanizmlərinin

işlənib hazırlanması məqsədilə 2011‐ci ildən etibarən geniş layihə işlərinə başlanılmışdı. Əmək və

Sosial Siyasət Nazirliyinin təşəbbüsü ilə başlanılan layihə işlərində Universitet hüquq məsləhətləri

fondu, Hüquq və cəmiyyət fondu, İctimai işlər institutu, Mülki mələhət büroları assosiasiyası kimi

səriştəli təşkilatlar iştirak etdi. Layihə işlərinin məqsədi Polşada hüquqi və mülki konsultasiyalar

(məsləhətlər) sferasını gücləndirmək və inkişaf etdirmək üçün nümunəvi (model) həll üsullarını və

dövlət siyasətinin prinsiplərini işləyib hazırlamaq idi.

Azərbaycan Respublikası Konstitusiyasının 61‐ci maddəsində təsbit olunmuş hər kəsin keyfiyyətli

hüquqi  yardım  almaq  hüququna   bizim  cəmiyyət  üçün  xarakterik yanaşmalardan  fərqli  olaraq,

Polşada hüquqi məsləhətlər almaq hüququ mülki məsləhətlər almaq hüququndan ayrılmaz hesab

edilir. Hüquq ədəbiyyatında vətəndaşların həmin hüququ məhz bu cür də adlanır: “hüquqi və mülki

məsləhətlər almaq hüququ”. Qeyd olunan iki anlayışı aşağıdakı kimi fərqləndirmək olar.

Hüquqi  məsləhət praktik  hüquqşünaslar  (yaxud  hüquqşünasların  rəhbərliyi  ilə  tələbə­

hüquqşünaslar) tərəfindən hüquq informasiyasının və hüquqi yardımın təqdim edilməsi şəklində

realizə olunur ki, bu da:

­

mütəmadi olaraq göstərilir;



­

qanunvericiliklə problemləri olan şəxslərə təqdim olunur;




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IX nömrə

­  19 ­

­

həmin problemlərin aradan qaldırılmasına yönəlir;



­

ödənişsiz əsaslarla həyata keçirilir (1, 58) [1].

Mülki məsləhətlər daha geniş diapazona malikdir, belə ki, hüquq təhsili olmayan şəxslər tərəfindən

də təqdim oluna bilər. Onun məqsədi vətəndaşları öz problemlərini həll etmək üçün bilinməsi lazım

gələn hüquq və vəzifləri barədə məlumatlandırmaq, habelə optimal qərar seçimində onlara yardım

etməkdir.  Mülki məsləhətlər,  məsələn,  mənzil  məsələləri,  sosila  müavinətlər,  sosial  sığorta  üzrə

müavinətlər, məşğulluq, işsizlik və sair bu kimi məsələlər üzrə təqdim olunur. Bu növ məsləhətlər

sayəsində vətəndaşlar dövlətn təqdim etdiyi imkanlardan daha yaxşı istifadə edir, onların dövlət

xidmətlərinə çıxışı asanlaşır, habelə bu xidmətlərin keyfiyyət səviyyəsi daim yüksəldilir.

Təbii ki, Polşada ödənişsiz hüquqi məsləhətlə yanaşı ödənişsiz mülki məsləhət alma hüququnun da

olması  dövlətin  öz  vətəndaşlarına  yüksək  qayğısına  dəlalət  edir.  Bundan  əlavə,  ödənişsiz  mülki

məsləhət  almaq  imkanlarının  mövcudluğu cəmiyyətdə  hüquq  mədəniyyəti  və  hüquq düşüncəsi

səviyyəsinin yüksəlməsinə tövhə verir, ölkənin ictimai quruluşuna bütövlükdə müsbət təsir göstərir.

Nəzərə  almaq  lazımdır  ki, Polşada hazırda  mövcud hüquqi  və  mülki məsləhətlər  sistemini işə

salmazdan  əvvəl dövlət  siyasətində  yeni  prinsiplər  və  problemlərin  həll  modelləri  işlənilib

hazırlandı.  Model  və  tövsiyələri  hazırlyan  işçi  qrup belə  bir  qənaətə  gəlmişdi  ki,  sistemin

yaradılmasına görə  məsuliyyət  dövlətin  və  yerli  idarəçiliyin  üzərinə  düşməlidir.  Çünki  nəzərdə

tutulan  sistem  artıq  mövcud  olan  informaiya‐məsləhət  infrastrukturkarı,  imkan  və  nailiyyətləri

üzərində qurulmalı, məsləhətə ehtiyacı olan hər kəsin xidmətlərə bərabər çıxışını, təqdim olunan

hüquqi və mülki yardımın müvafiq keyfiyyət və standartlara cavab verməsini təmin etməli idi.

Lahiyə işləri gedişində işçi qrup hüquqi və mülki məsləhətlərin qanunvericilik tərifini müəyyən etdi.

Qəbul olunan tərifə görə, hüquqi və mülki məsləhətlər – hüquqi və mülki problemlərə məruz qalan

müxtəlif subyektlərin (ilk növbədə fiziki şəxslərin) vətəndaş mövqelərini möhkəmləndirmək üçün

təqdim olunan xidmətlər növüdür. Məsləhətlər aşağıdakı əsas xidmətləri özündə ehtiva edir:

‐  məsləhət  üçün  müraciət  etmiş  şəxslərə  onların  probleminə  aid  normalar  barədə  hüquqi

informasiyanın verilməsi;

‐ müraciət etmiş şəxslərə onların hüquqi problemləri ilə bağlı müfəssəl, konkret və fərdi qaydada

seçilmiş informasiyanın hazırlanaraq çatdırılması, habelə işin məhkəmə mərhələsinə keçməsinədək

problemin həllinə dair məlumat xarakterli yardımın göstərilməsi;

­ müraciət etmiş şəxslərin mülki problemlərinin mümkün həll üsulları və mümkün nəticələr barədə

müfəssəl,  konkret  və  fərdi  qaydada  seçilmiş  informasiyanın  hazrlanması  və  verilməsi;  qərar

qəbulunda və davranış üsulu seçimində müstəqilliyinə hörmət etmək şərtilə onların dəstəklənməsi

və  lazım  gələn  hallarda  birgə  hərəkətlər  planının  hazırlanması,  habelə  onun  realizə  olunmasına

köməklik göstərilməsi. Məsləhət xidmətlərinə zəruri hallarda əlavə yardımlar, məsələn, vasitəçilik

xidmətləri daxildir.

İşçi qrup həll modellərinin üç konsepsiyasını təqdim etmiş və onları aşağıdakı elementlərə görə

fərləndirmişdi: məsləhət alma hüququ olan şəxslərin dairəsi; sistemin təşkili; sistemin monitorinqi

və qiymətləndirilməsi; təkliflərin realizə olunması üçün tələb olunan xərclərin qiymətləndirilməsi;

hüquqi  və  mülki  məsləhət  xidmətləri  göstərən  subyektlər  və  şəxslər;  sistemin  təqdim  etdiyi

xidmətlərdən istifadə meyarları.

Birinci  konsepsiya Universitet  hüquq  məsləhətləri  fondunun  dəstəyi  ilə, Hüquq  və  cəmiyyət

institutunun  mütəxəssisləri  tərəfindən hazırlanmışdı.  Onların  təklifinə  uyğun  olaraq,  ödənişsiz

hüquqi məsləhətlərdən istifadə edə bilmək üçün şəxslər həm subyektiv (ailədə adam başına düşən

gəlirin bu modeldə göstəriləndən az olması), həm də predmet (onların hüquqi problemi bu modeldə

göstərilən hüquqi xidmətlər siyahısına daxil olmalıdır) meyarlarına cavab verməlidir. Qeyd olunan

meyarlar dövri olaraq yoxlanılmalı və üzə çıxan təlabatlardan, habelə mövcud maliyyə və təşkilati

imkanlardan asılı olaraq genişləndirilə bilər.

Bu konsepsiya yerli (dairə) idarəetmə səviyyəsində geniş səlahiyyətləri olan Hüquqi Yardım Şurasının

yaradılmasını  təklif  edirdi.  Şura  mərkəzi  büdcədən  maliyyələşən  nazirliklərdən  birinin  nəzdində

yaradılmalı və hər hansı təsisatdan asılı olmadan işləməli idi.




Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə