Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə1/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
  1   2   3   4   5   6   7   8   9   ...   66


Mübariz Süleymanlı
AZƏRBAYCAN KULTUROLOJİ 
FİKİR TARİXİNDƏN 
(XX əsrin əvvəlləri)
Azərbaycan  Milli  Elmlər  Akademiyası 
Memarlıq  və  İncəsənət  İnstitutunun  Elmi 
Şurasının  17  aprel  2009-cu  il  tarixli 
(protokol № 3)  qərarı ilə çap olunur
Bakı -  2011


Elmi məsləhətçi və ön sözün müəllifi:
Kamal Talıbzadə
Azərbaycan Milli Elmlər Akademiyasının 
həqiqi üzvü, filologiya elmləri doktoru, professor
Redaktor:
Minaxanım Əsədli
sənətşünaslıq üzrə fəlsəfə doktoru,  dosent
Rəyçilər:
Azad Nəbiyev
AMEA-nm müxbir üzvü, 
filologiya elmləri doktoru, professor
Babək Qurbanov
fəlsəfə elmləri doktoru, professor
Rahid Xəlilov (Ulusel)
fəlsəfə elmləri doktoru
Çingiz Abdullayev
kulturologiya elmləri doktoru
Mübariz  Süleymanlı.  Azərbaycan  kulturoloji  fikir tarixin­
dən (XX əsrin əvvəlləri). Bakı, “Nafta-Press”, 2011, 208  s.
Kitabda  XIX  əsrin  II  yarısından  etibarən  Azərbaycan  cəmiyyətində  müşahidə 
edilən yeniləşmə prosesinin tarixi-kulturoloji təhlili  verilir.  XX əsrin əvvəllərindəki 
milli-mədəni  intibahın  kulturoloji  qaynaqları  araşdırılır.  Milli-ictimai  şüurun 
formalaşmasını  şərtləndirən tarixi-mədəni mühit öyrənilir.  Milli həmrəylik ideyasını 
aktuallaşdıran  kulturoloji  fəaliyyətlərdən  və milli  özünüdərketmə  prosesində  dil  və 
kültür birliyinin əhəmiyyətindən bəhs edilir. Mədəniyyət quruculuğu məsələləri milli 
istiqlal kontekstində dəyərləndirilir.
0 4901000000 -1
S
071 -  2011
Qrifli nəşr.
© ”Nafta-Press” nəşriyyatı, 2011


Kulturoloji irsə yeni baxış
Bəşər  mədəniyyəti  tarixini  öyrənmədən,  dünya  xalqlarının 
kültürləri  ilə  tanış  olmadan,  elm  və  incəsənəti  dəyərləndirmə 
meyarlarına  yiyələnmədən,  obyektiv  və  demokratik  düşüncə 
tərzinə,  humanist və bəşəri hisslərə sahib  olan vətəndaş yetişdi­
rilməsi,  insan tərbiyəsi,  mütəxəssis hazırlığı mümkün deyil.  Bu 
məqsədə nail  olmaq üçün isə  öncə  milli  kültürə  sahib  durmalı, 
milli-mənəvi  dəyərlər  əxz  edilməlidir.  Çünki  millət  əsasına, 
kültürəl  özəlliklərə  söykənmədən,  xalqın  adət-ənənəsini,  şifahi 
və  yazılı  ədəbiyyatını,  dilini,  dinini,  musiqisini,  əxlaqını 
mənimsəmədən  müasir  sivilizasiya  nailiyyətlərinin  cəmiyyət 
quruculuğuna tətbiqi milli mənafelər baxımından zərərli nəticə­
lərə  gətirib  çıxara bilər.  Tarixən  kulturoloji  fikrimizdəki  möv­
cud  nöqsanların,  naqisliklərin  əsas  səbəblərindən  biri  də  elə 
məhz  bu  amillərin  dəyərincə  qiymətləndirilməməsi  və  hesaba 
alınmaması  olmuşdur.  Halbuki  Azərbaycan  mədəniyyət tarixi­
nin  elə  mənbələri  var  ki,  bunların  böyük  əksəriyyətindən  hələ 
lazımınca yararlanmamışıq. Mədəniyyət tarixi və nəzəriyyəsinə 
dair  dəyərli  əsərlər  yazmış  mütəfəkkirlərimizin  yaradıcılıq­
larının  tədqiqatdan  kənarda  qalması  səbəbindəndir  ki,  bəzən 
özümüzdə  aranmalı  olan  milli-mənəvi  dəyərləri,  mədəni  irsi, 
kulturoloji  düşüncə və baxışları  yad örnəklərdən iqtibas  edirik. 
Bu  mənada  Mübariz  Aslan  oğlu  Süleymanlının  “XX  əsrin 
əvvəllərində Azərbaycan kulturoloji fikri” mövzusunda yazdığı 
tədqiqat  işi  bu  sahədəki  boşluğun  doldurulması  istiqamətində 
atılmış ciddi bir araşdırma kimi dəyərləndirilə bilər.
Kulturoloji  irsimizə  diqqət  və  marağın  yeni  mərhələsinin 
başlanmasının  təzahürü  hesab  edə  biləcəyimiz  monoqrafiyada 
XX  əsrin  əvvəllərinə  aid  mədəniyyət  hadisələri,  dövrün 
ictimai-elmi  mühitini  formalaşdıran  mütəfəkkirlərin  mədəni 
irsi milli tariximizlə,  cəmiyyətin ümumi tərəqqisini  şərtləndirən 
amillərlə  vəhdətdə,  bir-biri  ilə  qarşılıqlı  çulğalanmış  şəkildə 
təqdim edilir.
3


Azərbaycan kulturoloji  fikrinin təşəkkülü və inkişafı  tarixi­
nə  yeni  baxış  tərzi  ilə  yanaşan  tədqiqatçı  milli-kulturoloji  dü­
şüncə  sisteminin  formalaşmasına  təsir  göstərən  Şərq  və  Qərb 
sivilizasiyası meyllərini  də diqqətdən yayındırmır.  O,  Azərbay­
can  xalqının  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərindən  etiba­
rən kulturoloji  dəyərlərdən milli-siyasi  gerçəkliyə doğru istiqa­
mətlənmiş  istiqlal  hərəkatını  regionun və bütövlükdə  dünyanın 
həm  ictimai-siyasi,  həm  də  elmi-mədəni  hadisələri  fonunda 
təhlil edir və ümumiləşdirilmiş elmi  nəticələrini ortaya qoyur.
Monoqrafiyada  qaldırılan  problemlər,  mövzu  ilə  bağlı 
təhlil,  şərh  və  qənaətlər  bütövlükdə  Azərbaycan  mədəniyyət 
tarixində  daima  yüksək  dəyərləndirilmiş  və  mühafizə  edilmiş 
varislik  ənənələri  və  milli-mənəvi  dəyərlərin  transformasiyası 
amilləri  ilə  vəhdətdə  nəzərdən  keçirilir.  Belə  bir  araşdırma 
üsulu  və  tədqiqat  metodu  həm  tariximizin  qaranlıq  qatlarının, 
mədəniyyətimizin  uzun  illər  xalqdan  gizlin  saxlanılmış  tərəf­
lərinin  öyrənilməsi,  həm  də  Azərbaycanın  bugünkü  müstəqil­
liyinin,  istiqlaliyyətinin  qorunması  və  yaşadılması  baxımından 
əhəmiyyətlidir.
Tədqiqatçı  XX əsrin  əvvəlləri üçün xarakterik və  sosial  da­
yağı möhkəm olan təmayül və cərəyanların mahiyyətini  açıqla­
yarkən  əsasən  “Türkləşmək,  islamlaşmaq  və  müasirləşmək” 
düsturunun  ehtiva  etdiyi  xüsusiyyətlərə  daha  çox üstünlük ve­
rir.  Milli  xarakterin də tələblərinə cavab verən bu milli-ideoloji 
prinsiplərin mətbuat və  ədəbiyyat vasitəsilə təşəkkül  və inkişaf 
taparaq  istiqlalçılıq  ideallarına  çevrilməsinin  elmi-nəzəri  əsas­
larını  araşdırarkən  müəllif  öz  mülahizələrini  ilkin  qaynaq  və 
mənbələrdən gətirilən istinadlarla təsdiqləməyə çalışır.
Araşdırma  zamanı  XX  əsrin  əvvəllərindəki  Azərbaycan  mə­
dəni  həyatının  ümumi  mənzərəsi  əsasən  Əli  bəy  Hüseynzadə, 
Əhməd bəy  Ağaoğlu,  Məhəmməd  Əmin  Rəsulzadə,  Yusif Vəzir 
Çəmənzəminli, Üzeyir Hacıbəyov, Abdulla  Şaiq,  Cəlil Məmməd­
quluzadə,  Nəriman  Nərimanov,  Firudin  bəy  Köçərli  və  dövrün 
digər  ziyalılarının  elmi-nəzəri  irsi  əsasında  verilsə  də  müəllif,
4


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə