yaşayan qəbilələri vahid bir millət bayrağı altına səsləyən, onların
gücünü-qüvvəsini birləşdirib bir məqsədə doğru yönəldən, ictimai
qüsurlan birlikdə dəf etməyə, milli çətinlikləri birlikdə aradan
qaldırmağa çağıran, ümumxalq səadətinə nail olmaq, müsibət və
bədbəxtliklərdən nicat yolları arayıb tapmaq üçün hamını yekdil,
həmrəy olmağa dəvət edən, gözəl yaşayışdan ibarət təzə həyata
qovuşduran, vətəndaşlarının əyinlərinə istiqlal paltarı geydirən
əsas vasitədir” (23, s. 9-10). Bu mövqe tərəfdarlarına görə,
millətin kimliyi onun dilindən başlanırdı və türk xalqları bir-birini
gərəyincə tanımaq, sevmək, öz milli mənliyini dərk etmək üçün,
vahid, güclü millətə çevrilməkdən ötrü mütləq vahid dildə -
ümumtürk ədəbi dilində danışmalıdırlar (47, s. 143). Əhməd
Cəfəroğlu İ.Qaspırinskinin bu ideal yolundakı çalışmalarından
bəhs edərək yazırdı ki, “Dildə, fikirdə, işdə birlik!” şüarı ilə
meydana atılan İsmayıl bəyi “... nə rus missionerləri, nə də türk-
rus bolşevikləri türk dili birliyindən dolayı əfv etmədilər, onu türk
ölkələrinə yakıştırmadılar. İsmayıl bəyin böyük rus ittihadına
qarşı qoyduğu bu böyük türk birliyi, onlarca nə qədər zərərli isə,
bizcə o qədər əziz və o qədər hörmətlidir” (101, s. 169).
Y.V.Çəmənzəminli də ortaq türk dili məsələsinin üzərində ətraflı
dayanmış, İ.Qaspıranskinin dildə birlik ideyasını təqdir etmiş, hətta
Rusiya türklərinin mədəni birliyinə, ilk növbədə isə dil birliyinə
nail olmağın yolları barədə maraqlı mülahizələr irəli sürmüşdür.
Onun fikrincə: “Biz böyük türk ailəsinə mənsubuq. Tarix, ənənə,
dil və adətlər birliyi bizləri birliyə çağırıb’ (90, s. 162).
Türk kültür birliyi uğrunda çalışmış fikir adamları “türklər
kimdir”, “türklərin dünyada yeri”, “türkləri nə gözləyir” və s.
bu kimi taleyüklü problemlərə baş vurublar. M.Ə.Rəsulzadə
kimi azərbaycanlı ziyalıların əqidəsi də həmişə türk kültür
birliyi amalına xidmət etmişdir (130, s. 1-3). Təbii ki, XX əsrə
kimi türklər çox geniş coğrafi, siyasi, mədəni bir diferensiasiya
prosesi keçirmişdilər və bu ictimai-siyasi amillər onları bir-
birindən fərqləndirmişdi. Nizami Cəfərovun fikrincə, bu
diferensiasiya prosesi dil fərqi ilə nəticələnmişdi. Çünki türk
119
xalqlarının hamısında ictimai, siyasi, mədəni inkişaf eyni olma
mışdır. Bəzi türk xalqları bir çox səbəblərdən müəyyən sahə
lərdə inkişafdan geri qalmışlar. Müxtəlif səbəblərdən zamanın
inkişafından geri qalmış türk xalqlarının geniş ziyalı təbəqəsi,
ideoloqları yox idi. Ancaq Osmanlı türkləri, Azərbaycan türk
ləri və nisbətən tatarlar inkişaf xəttinin önündə idilər. Amma ən
maraqlı cəhət ondan ibarətdir ki, XIX əsrin sonlarından başla
yaraq artıq türk ziyalılarının - diferensial şəkildə olsalar da,
mənəvi birliyi yaranmışdı. Bu mənəvi birliyin qarşısında çox
böyük problemlər var idi. Həmin dövrdə mütəşəkkillik kifayət
qədər deyildi. Düzdür, eyni əqidə və məsləyin daşıyıcısı idilər.
XIX əsrin sonlarında türklərin dünyaya çıxmaq imkanları orta
əsrlərə nisbətən çox aşağı idi. Tarix sübut edir ki, türklərin
ictimai-siyasi səviyyəsi orta əsrlərdə daha yüksək olub (21).
Türklərin tarixi müqəddəratında dilin və dinin rolundan bəhs
edərək M.Ə.Rəsulzadə yazırdı ki, onların toplu halda yaşadıq
ları Orta Asiya dövründə şübhəsiz ki, aralarında tam bir kültür
birliyi vardı. Bu müştərəkliyin müasir ölçülər baxımından nə
qədər uyğun olmasından asılı olmayaraq, hər halda yabançı
təsirlərdən daha çox azadə idi. Çünki türklər Orta Asiyada
hakim bir durumda olduğundan, təmasda olduğu yabançı
kültürlərin nə maddi, nə də mənəvi təsiri altına düşməmişlər
(130, s. 1).
Türk kültürünün tarixən böyük bir ərazidə dominantlığı ilə
yanaşı, türkləri birləşdirəcək ideyalar yalnız XIX əsrin sonu, XX
əsrin əvvəllərində gündəmə gətirilmişdi. Həmin dövrün türkçüləri
fikir və düşüncələrini İ.Qaspıralının Krımda nəşr etdiyi “Tərcü
man” qəzeti ilə bəyan edirdilər. Türk dünyasının böyük mütəfək
kiri Ə.Ağaoğlu Avropa parlamentinin kürsüsündən sözünü
deməyə müvəffəq olmuşdur. Ancaq N.Cəfərov belə hesab edir ki,
həmin dövrdə türklərin ümumi güc potensialı ilə müqayisədə
görülmüş işlər qaneedici deyildi. Bunun ardınca da bütün
türklərin inam və güvənc yeri olan Osmanlı imperiyası çökməyə
başladı. Eyni tarixi dövrdə Türkiyənin qonşuluğunda vaxtilə çar
120
Rusiyasının işğalına məruz qalmış türk respublikalarında bolşe-
vikləşməyə start verildi (21). M.Ə.Rəsulzadə hələ işğalın ilk
vaxtlarında yazırdı ki, sonralar yayıldıqları ərazilərdə hakim möv
qedə olduqları vaxtlarda da kültür birliyini qorumuşlar. Yalnız
hürriyyət və istiqlaliyyətlərini itirdikdən sonra kültür birliyindən
uzaqlaşmışlar. Taleyin bu gərdişində ən mühüm qoruyucu amil
yenə də dil və din olmuşdur (130, s. 1-2).
Burada bir məqam diqqəti çəkir ki, türklərin böyük bir
hissəsinin bolşevik əsarətində qaldığı dövrdə Türkiyə müstəqil
dövlət siyasəti yeritsə də, türk dil və kültür birliyi baxımından,
onlar da türk dünyasından təcrid vəziyyətdə qalmışlar. İlkin
dövrlərdə Türkiyə digər türk respublikaları ilə müəyyən
əlaqələr qursa da, sonradan bu bağlantılar tamamilə qırıldı.
Hətta Sovetlər Birliyinin tərkibində yaşayan 15-ə qədər türk
xalqı bir-birindən təcrid olundu. Aparılan ideoloji-siyasi kurs
bütün vasitələrlə onları bir-birindən aralı salır, nəyin bahasına
olursa-olsun, bu xalqların birliyinin qarşısını alırdı. Kremldən
yürüdülən siyasət nəticəsində hər bir türk xalqı üçün ayrıca dil
yaradılırdı ki, onlar bir-biri ilə ünsiyyətdə olmasınlar. Bunun
üçün müxtəlif üsul və vasitələrə əl atırdılar (21). Türk
xalqlarının bir-birini başa düşmənləri üçün terminologiyanı
fərqli etmək, rus dili vasitəsi ilə imperiya xalqlarını birləş
dirmək, bu və ya digər üsullarla mənşəyi məlum olmayan bir
mühit yaratmaqla məqsədlərinə nail olmaq istəyirdilər. Bu
mənada M.Ə.Rəsulzadənin bu qənaəti müasir dövrdə də
məntiqi səslənir ki, tarixi gedişat nəticəsində hətta buddizmin
və xristianlığın hakim olduğu ölkələrdə yayılmış türklər də
əgər müxtəlif dinləri qəbul etmiş olsaydılar aralarındakı
ortaqlıqdan az şey qalardı. Lakin türklərin 95%-nin islamı qə
bul etmiş olmaları bu böyük təhlükəni aradan qaldırmışdır.
Nəticədə bu gün türklüyün tək bir dili olduğu kimi, tək də bir
dini vardır (130, s. 2). Onun fikrincə bu birliyin təmin olunma
sında türk dili ilə bərabər, islam dini də mühafizə funksiyası
daşımışdır.
121
Dostları ilə paylaş: |