Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə50/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

Millətin hüququ, istiqlalı, hürriyyəti!” (30,  s.  117-118).
Bütün  Azərbaycan  Cümhuriyyəti  vətəndaşlarının -  erməni, 
rus,  yəhudi,  gürcü,  nemes,  polyak və  sair azlıqda qalan  millət­
lərin  nümayəndələrinin  heç  bir  ögey-doğmalığa  məruz  qalma­
dan bərabərhüquqlu  haqlara  sahib  olmalarının  parlament iclas­
larında  dəfələrlə  dilə  gətirilməsi  Azərbaycan  milli  dövlətçili­
yinin  hansı  humanist  və  demokratik  əsaslara  söykənməsi 
faktının  bir  dəlili  idi.  Parlamentinin  beşinci  iclasında  isə 
F.X.Xoyskinin yeni təşkil  etdiyi hökumətin proqramı və tərkibi 
haqqında məruzəsində  daxili  işlərdən bəhs  edərək bildirirdi  ki, 
bir  məmləkətdə  yaşayan  millətlər  özlərini  o  dövlətin  övladı 
kimi görməlidirlər. Biz müsəlman türk milləti də heç bir zaman 
özümüzü  vətənə  (tək)  övlad  görməmişik.  İndi  hamı  millətləri 
bir vətənin  övladı  kimi  görməli  və bizlər  özlərimizə  istəməyə- 
cəyimiz  şeyləri  digərlərinə  də  istəməməliyik.  Maarif məsələlə­
rinə  də toxunan  F.X.Xoyski  deyirdi:  “Maarif nəzarəti  hər kəsə 
imkan  verməlidir  ki,  öz  ana  dilində  məktəb  açıb  oxusun. 
Oxumaz, mənim  sizin ilə  danışdığım kimi  olar.  Maarif nəzarəti 
ana  dilində  milli  məktəblər  ilə  bərabər  sənət  məktəblərinə  də 
böyük  əhəmiyyət  verməlidir.  Çünki  bizə  hamıdan  artıq  sənət 
məktəbləri lazımdır (30,  s.  126).
Dövrünə  görə  misli  görünməmiş  tolerantlıqla yanaşı,  digər 
dövlətçilik  prinsiplərində  də  mədəni  dünya  standartlarından 
çıxış  edən  M.Ə.Rəsulzadə  bunu  da  bəyan  edirdi  ki,  “Firqə 
proqramımız  ilə  tanış  olanlar  bilirlər  ki,  biz  federalist,  türkçü 
və  demokratizm  məsləkimiz  milli-demokrat  məsələsidir. 
Demokratlığımız  radikalizm  dərəcəsinə  qədər  vardır.  Millətin 
qüvvətli  bir  cəhəti-camiəsi  yalnız  dində  deyil,  xalqın  “dili 
dilimdən,  dini  dinimdən”  deyə kəndinə məxsus  sağlam  hiss ilə 
dərk  eylədiyi  düsturda  görürüz.  Bu  mülahizə  ilə  biz  məfkurə­
mizdə  böyük  türk  millətini  bu  gün  gəlibdə  bir  türk  federasi- 
yonu  qurmaqla bütün  görmək istəriz.  Bu ittihadın mədəniyyəti 
bəşəriyyə  sərgisinə  qiymətdar bir hars  (kültür) bəxş  edəcəyinə 
əminiz (10,  s.  51).
149


Azərbaycanın  dövlət və  siyasi  xadimləri  -  M.Ə.Rəsulzadə, 
A.M.Topçubaşov,  F.Xoyski,  H.B.Usubbəyov,  D.B.Hacinski, 
M.B.Hacinski,  İ.Ziyadxanov,  Ə.Haqverdiyev,  X.B.Xasməm- 
mədov,  H.Şahtaxtinski,  A.Pepinov,  C.M.Qənizadə,  S.Meh- 
mandarov,  H.Məlikaslanov,  M.Y.Cəfərov  və  bir  çox  başqaları 
öz  şəxsi  nümunələri  və  həyat  fəaliyyətləri  ilə  yüksək  siyasi 
mədəniyyətin  əsası  olan  dövlət  quruculuğu,  daxili  və  xarici 
siyasətin  inkişafına  yardım  edirdilər  (59,  s.  397-398).  Xalqın 
ümumi  mədəni  səviyyəsinin  yüksəldilməsi,  milli  dövlət  quru­
culuğunun  prinsipial  əsaslarından  olan  demokratik  mədəniy­
yətin formalaşdırılması  yolunda ziyalıların  səy və təşəbbüskar­
lığı  ilə  yanaşı  kütləvi  informasiya  vasitələrinin  maarifçilik 
təbliğatının  da  mühüm  rolu  var  idi.  Hökumət  dairələrindən 
başqa,  demokratiya mədəniyyətinin formalaşmasına N.Nərima- 
nov,  A.Səfikürdski  kimi  bir  çox  fərqli  dünyagörüşlü  ziyalılar 
və  siyasi  partiya  nümayəndələri  təsir göstərirdilər.  Azərbaycan 
diplomatiyasının  uğurları  ölkənin  dövlət  müstəqilliyinin  bey­
nəlxalq  aləmdə  tanınması  uğrunda mübarizəsi  ilə təsdiq  edilən 
xarici  siyasətində də  öz ifadəsini tapırdı.  Azərbaycan müstəqil­
liyinin  1919-cu ilin  1  noyabrında İran tərəfindən tanıması və  11 
yanvar  1920-ci  il  tarixində  Parisdə  keçirilən  dünya  konfran­
sında Azərbaycan müstəqilliyinin  de-fakto tanınması  Azərbay­
can diplomatiyasının ən yüksək nailiyyətlərindən idi. Beləliklə, 
XX  əsrin  əvvəllərində  sosial,  siyasi  və  iqtisadi  həyatda  baş 
verən  və  Azərbaycanın  yeni  kapitalist  cəmiyyətinə  keçidini 
şərtləndirən  əsaslı  dəyişikliklər  keyfiyyətcə  yeni  burjua- 
demokratik  mədəniyyətinin  formalaşmasına  yardım  edirdi  ki, 
bu  da  Azərbaycan,  müsəlman  Şərqində  demokratiya  və 
parlament mədəniyyətinin istehkamına çevrildi.
Milli  dövlətçilik  hadisəsinə  yüz  illik  bir  zaman  məsafə­
sindən  baxıldıqda  da  görürük  ki,  həqiqətən  də  Demokratik 
Respublikanın yalnız bayrağı və gerbi yox,  suverenlik və istiq­
lal təcrübəsi də Azərbaycan xalqının milli-mənəvi  sərvətidir.
150


Cümhuriyyət 
dövründə 
Azərbaycanda 
parlamentçilik 
ənənələri  getdikcə  möhkəmlənir  və  inkişaf  edir,  ən  müasir 
parlament  mədəniyyəti  formalaşırdı.  Parlamenti  öz  fəaliyyəti 
ərzində,  о  cümlədən  17  aylıq  aramsız  fəaliyyəti  dövründə 
həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul 
etdiyi  yüksək  səviyyəli  qanunvericilik  aktları  və  qərarları  ilə 
Azərbaycan  dövlətçiliyi  tarixində,  xüsusən  də  parlament 
mədəniyyəti  tarixində  dərin  və  zəngin  iz  qoymuşdur.  Təbii  ki, 
Parlamentin  belə  bir  uğurlu  fəaliyyəti  Azərbaycan  hələ  XIX 
əsrdən  başlamış  yeniləşmə  təmayüllərində  və  XX  əsrin 
əvvəllərinin  milli-mədəni  intibah  hərəkatından  qaynaqlanırdı. 
Azərbaycanda  yeni  burjua-demokratik  mədəniyyəti  formalaş- 
dırılmasının  ən  ciddi  göstəricilərindən  biri  isə  Azərbaycan 
ziyalı  nümayəndələrinin Rusiya  dövlət Dumasındakı  fəaliyyəti 
idi.  Azərbaycan burjua ziyalıları  monarxiyalı  Rusiya  şəraitində 
Qərbin  demokratik ölkələrinə məxsus metodlarla -  milli hüquq 
bərabərliyi  sahəsində  dəyişikliklər,  siyasi  sahədə  demokratik 
islahatların həyata keçirilməsi yolu ilə mübarizə aparırdılar (59, 
s.  396-397).  Azərbaycan  Parlamenti  tərəfindən  respublikanın 
daxili  həyatının  demokratikləşdirilməsinə  yardım  edən  Qanu­
nun  qəbul  edilməsi  ölkədə  demokratik mədəniyyətin  formalaş- 
dırılmasında  mühüm  addım  oldu.  21  iyul  1919-cu  ildə  qəbul 
edilmiş  “Azərbaycan  Respublikasının  Təsisedici  yığıncağına 
seçkilər haqqında əsasnamə  seçkilərin bərabər,  ümumi, birbaşa 
və  gizli  keçirilməsinin  demokratik  prosedurunu  müəyyən­
ləşdirdi.  11  avqust  1919-cu  il  tarixində  Parlament  tərəfindən, 
Azərbaycan  ərazisində  doğulmuş,  milliyyəti  və  dini  etiqa­
dından  asılı  olmayaraq,  keçmiş  Rusiya  imperiyasının  hər  bir 
vətəndaşının  Azərbaycan  vətəndaşı  kimi  tanıyan  “Azərbaycan 
vətəndaşlığı  haqqında  qanun”un  qəbul  edilməsi  demokra­
tiyanın  siyasi  mədəniyyəti  və  humanizm  prinsiplərinə  sədaqəti 
təsdiq edən göstərici idi.
Toplumların  millət  olmasında  şəxsiyyətlərin  böyük  rol­
larının  olmasına  və  millət  yaratma  çalışmalarında  “sosial
151


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə