lər ailəsində özünəməxsus bir evə, bir yuvaya malik olmaq
davası ilə eyniləşdirən M.Ə.Rəsulzadəyə görə də 28 may,
müasir Azərbaycan cəmiyyətinin hələ Mirzə Fətəli ilə başlayan
milli tərəqqi və kültürəl inkişaf seyrini icmal edərək, ona
yaşadığımız milli istiqlal məfkurəsilə dolu böyük dövr ilə
mütənasib bir şəkil və istiqamət vermişdir (126, s. 119).
XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər olan bir
dövr içərisində getdikcə güclənən milliləşmə prosesi, 1918-ci
ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və bu
dövrdə görülən fəaliyyətlərlə dini kimlikdən milli kimliyinə,
bir başqa deyişlə müsəlman camaatdan türk millətinə keçidin
təməllərin atdı. “Müsəlman” qavramı rəsmi fikirdə yerini “türk
milləti” qavramına buraxdı. Beləcə Əhməd Ağaoğlunun
bildirdiyi kimi “mərifəti qövmiyyə” yəni milli kimlik, “ideal”
sahədən “real” sahəyə verilmiş oldu (125; 143, s. 339).
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan
Milli Şurasının tarixi iclasında iştirak edən Həsən bəy Ağayev
(sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy
Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mir Hidayət Seyidov,
Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov,
Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahrnudbəyov, Aslan bəy
Qar-daşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov,
Mehdi bəy Hacı-bababəyov, Məmməd Yusif Cəfərov, Xudadat
bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski,
Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfı bəy Rüstəm-
bəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd
Мəhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim
Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında,
ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən
demokratik respublika idarə üsulunun - parlamentli respublika
nın yaradılacağından xəbər verirdi. Bu mənada Milli Şuranın
qərarları olmasaydı, elan edilmiş olan istiqlal bir “Bəyanna-
mə”dən ibarət olaraq qala bilərdi. Məhz bu qərarların bəşəri
143
dəyərləri ehtiva etməsi nəticəsində Milli Cümhuriyyət höku
məti, qısa bir zamanda, anarxiya halında olan məmləkətdə
əmniyyət və asayişi təmin etdi, ordu, jandarma və polis
təşkilatı vücuda gətirdi. Azərbaycan Parlamenti sosial islahatlar
hazırladı, lisələr, müəllim seminariyaları və universitet təsis
etdi, qonşu dövlətlərlə dostluq müqavilələri imzaladı (129, s. 6
7). 1918-ci il sentyabr ayının 15-də Qafqaz İslam Ordusu
tərəfindən Bakı azad edildikdən sonra Azərbaycan Cümhuriy
yəti hökuməti Bakıya köçdü, noyabrın ortalarında Azərbaycan
Cümhuriyyəti Milli Şurası öz fəaliyyətini bərpa etdi. Noyabrın
9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərin
də aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla
əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif
sahələrində quruculuq işlərinə başlanıldı.
“Milli həyat, milli varlıq, milli mənlik və milli ruhun
əsasını, baş mənbəyini təşkil edən milli harsdır (kültür - M.S.)”
- deyən M.B.Məmmədzadə yazırdı ki, 28 may “milliyyət
dövrü”nün sonu, “millət” dövrünün əvvəli idi. Mədəni-ictimai
təşəkkül və inkişafın məhsulu olan “millət” dövrü ilə, Azər
baycan cəmiyyəti “milli bir məfkurə” ətrafında siyasi hakimiy
yət davasına başlayırdı. Sonralar “milli davasını silah gücüylə
davam etdirməyə məcbur olmuşdu. Bu surətlə biz 15 sentyabra
qədər milli hərəkatımızda üç mərhələ görürük: 1 - Milliyyət
dövrü dediyimiz kültürəl inkişaf dövrü. 2 - Millət dövrü
dediyimiz siyasi şüur və müştərək məfkurənin təəssüsü, siyasi
mücadilənin başlaması. 3 - Millətimizin bu müqəddəs haqqına,
hürriyyət və istiqlal istəyinə qan və atəşlə mane olan rusluğa
qarşı müsəlləh mücadilə” (112, s. 122-124). Azərbaycan istiq
lal mübarizəsinin kültürəl, siyasi və hərbi olmaqla üç qol
üzərində davam etdirildiyini yazan M.B.Məmmədzadəyə görə,
kültürəl varlığımızın məntiqi nəticəsi olan siyasi şüur və istiqlal
məfkurəsinin gerçəkləşməsi müsəlləh bir mübarizə ilə nəticə
ləndi (112, s. 127). Bu mənada Azərbaycan Xalq Cümhuriy
yəti, türk aləmində və müsəlman şərqində ilk demokratik
144
respublika olması etibarilə öz-özlüyündə bir inqilab təşkil edir
di. Qərbi Avropa üsulunda demokratik prinsiplər üzərinə qurul
muş və xalq hakimiyyətinin bərqərar olduğu bu cümhuriyyət,
hər şeydən öncə, demokratik bir hərəkat olan milli kültür oya
nışının məntiqi və təbii bir nöqtəsi, yəni milli bir dövlət idi
(113, s. 5-7). M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, “türk mən
şəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində
qərar tutduqları halda, Azərbaycan Cümhuriyyəti müasir milli-
mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət
qurumu zəmininə əsaslanır və bu baxımdan bizim cümhuriy
yətimiz ilk türk dövlətidir” (129, s. 4).
Millət və demokratiya məqaləsində M.B.Məmmədzadə
yazırdı: “Bir xalq yalnız milli kültürü, milli dili və ədəbiyyatı,
milli ənənə və tarix vasitəsilə siyasi hakimiyyətini təsis edə
biləcəyindən hər demokratiya hərəkatına milli hərəkat deyilə
bilir. Necə ki, milliyyət hərəkatı da xalq hakimiyyəti ilə sonuc
lanır. Gerçək və tam bir demokratiya və milliyyət hərəkatı hər
zaman eyni şey və hər zaman bir-birinə qarışmış və bərabər
yürüyən eyni qüvvələrdir” (62, s. 5-6; 148, s. 218-219)
M.B.Məmmədzadəyə görə: “Millətlərin milli dövlət qurduğu
və milli dövlət qurmaq üçün uğraşdığı və mücadilə etdiyi
zaman vardır. Çünki millət varlığını qorumaq və gələcəyini
əmniyyət altına almaq üçün dövlət halında təşəkkül edir. Döv
lət halında təşəkkül etməyən və yaxud qurmaq üçün mücadilə
etməyən milli toplumlar daha millət olmamışlar deməkdir”
(148, s. 224).
1918-ci il dekabrın 7-də saat 13.00-da H.Z.Tağıyevin qızlar
məktəbinin binasında təntənəli surətdə açılmış Azərbaycan
Parlamenti bütün müsəlman şərqində о dövrün ən demokratik
prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Bu
mənada Azərbaycan Xalq Cümhuriyyəti, şübhəsiz, 1917-1920-
ci illərdə Avropa, Rusiya və Qafqaz miqyasında özünü geosi
yasi maraqların obyektiv olaraq şərtləndirdiyi tarixi hadisə idi.
Lakin o, daha əvvəl Azərbaycanda yaxın iki əsrin və xüsusən
145
Dostları ilə paylaş: |