Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   2   3   4   5   6   7   8   9   ...   65

 

cəmiyyət və dövlətlərinin müasir siyasi və sosial transforma-
siyası yeni mədəni rolun hazırlanmasına cəhd kimi qiymət-
ləndirilməlidir. Bu yeni mədəni rola, intellektual konsepsiya-
ları  həyata  investisiyalandırmağa  qadir  siyasi  elita  da  hazır 
olmalıdır” (1, s. 18).  
Müasir  kulturoloji  proseslərin  ümumi  gedişatı  belə  bir 
zərurəti bir daha təsdiqləyir ki, Azərbaycan Respublikasının 
müstəqilliyinin bərpasından iyirmi il keçməsinə baxmayaraq 
bu  gün  də  yaxın  milli  tariximizə  dair  yeni-yeni  tədqiqat 
işlərinin  yazılmasına  ehtiyac  vardır.  Bu  mənada  XX  əsrin 
əvvəllərində  Azərbaycan  kulturoloji  fikrinin  tədqiqi  həm 
tarixi  təcrübənin  öyrənilməsi  və  mənimsənilməsi,  həm  də 
müasir  Azərbaycanda  mədəniyyət  quruculuğu  və  dünyaya 
inteqrasiya prosesinin uğurla həyata keçirilməsi baxımından 
mühüm əhəmiyyət daşıyır. Ona görə də XX əsrin əvvəllərin-
də  Azərbaycan  kulturoloji  fikrinin  və  Azərbaycan  Xalq 
Cümhuriyyəti  dövründə  mədəniyyət  quruculuğunun  bütün 
qaranlıq məqamlarının öyrənilməsi zəruriliyi həm tədqiqatçı 
alimlər, həm də dövlət rəsmiləri tərəfindən təqdir edilmişdir. 
Heç də təsadüfi deyildir ki, “Azərbaycan Xalq Cümhuriyyə-
tinin 80 illiyinin keçirilməsi haqqında” Azərbaycan Respub-
likası Prezidentinin 1998-ci il 30 yanvar tarixli Sərəncamın-
da  da 
bu  məsələnin  aktuallığı  vurğulanmışdır  (10, s. 3). 
Təqdim edilən monoqrafiyanın tədqiqat obyektini də tarixi-
mədəni  irsin  tədqiqinin  aktual  problemləri  və  mədəni  in-
kişafın müasir durumu və perspektivləri təşkil edir. 
 
 
 
 
 


 

Kulturoloji terminologiya problemi
nə dair 
 
Kültür,  mədəniyyət,  sivilizasiya,  hars,  uyqarlıq,  irfan, 
umran, 
təməddün, fərhəng, və s. kimi terminoloji anlayışlar-
dan hansılar bizə lazımdır, bunlardan neçəsi düşüncələrimizi 
ifadə etmək üçün yetərli ola bilər? Mədəniyyətin “maddi” və 
“mənəvi”,  “milli”  və  “bəşəri”  şərti  bölgülərinin  hər  birinə 
ayrıca ad qoymaq lazımdırmı? Milli kültürü, bəşər mədəniy-
yətini, sivilizasiyalar tarixini öyrənən  elmin adı necədir,  və 
ya necə olması daha məntiqidir? “Kulturologiya” və “mədə-
niy
yətşünaslıq”  eyni  şeydir,  yoxsa  fərqli?  Ayrı-ayrı  mahiy-
yət  kəsb  edirsə  bu  terminlərin  çərçivəsi  hansı  meyarlarla 
(sərhədlərlə)  müəyyənləşdirilir?  Bu  sualları  cavablandırar-
kən dünya  təcrübəsi bizə nələri diqtə edir? Bizim də tətbiq 
etməli  olduğumuz  vahid  beynəlxalq  kulturoloji  standartlar 
varmı? Problemlə bağlı müzakirələr elmi və ictimai fikrə nə 
verə bilər?  
Təbii ki, bu suallara cavablar müxtəlif ola bilər. Ona görə 
də elmi müzakirələrdə vahid məxrəcə gəlmək istəyi və məra-
mını əsas şərt hesab edirik. Bizə görə, məsələni qəlizləşdir-
mək əvəzinə, sadələşdirmək yolunun tutulması daha mənti-
qidir.  Əslində  mahiyyət  etibarilə  eyni  məna  kəsb  edən  ter-
minlərin ortaq şəkildə, standart bir kəlmə ilə ifadə edilməsi 
bir çox fikir ayrılıqlarına son qoymuş olar. Təbii ki, dünya 
miqyasında  bunun  çətinliklərinə  dair  bir  çox  aspektlərdən 
dəlillər  gətirmək,  izahlar  vermək  mümkündür.  Bu  reallığı 
qəbul ediriksə, o zaman hazırkı şərtlər daxilində çıxış yolu-
nu,  ortaq  məxrəci  harada  axtarmalı?  Əgər  iddialarımızı 
(əslində terminoloji standartlarla bağlı istəklərimizi) Türkiyə 
və  Azərbaycan  miqyası  (Türk  Dünyası!?)  ilə  məhdudlaş-
dırsaq, fikrimizcə, o zaman problemin öhdəmizə düşən tərəf-
lərini həll etmiş olarıq (lakin ayrı-ayrılıqda bu ölkələrin elmi 
fikrin
də də sabit terminologiya ilə bağlı problem vardır, yəni 


 

anlayışlarda hər kəs tərəfindən birmənalı qəbul edilmiş sabit-
lik yoxdur). Başqa sözlə, terminoloji anlayışların işlədilmə-
sində vahid prinsiplərdən çıxış etmək elmi bir zərurətdir. 
Lakin burada ta
rixdən gələn bəzi yanlış meyllərdən yaxa 
qurtarmağımıza da ehtiyac var. Bunun üçün yaxın tariximizə 
müraciət  etməyimizdə  fayda  vardır.  Belə  ki,  Azərbaycanın 
istiqlalı uğrunda mücadiləni türk dil və kültür birliyi ideya-
sından ayırmayan aydınlarımız mühacirət mətbuatında yazır-
dılar ki, sovet idarəçilik sisteminin təməl amacları içərisində, 
Rusiya  hökmranlığındakı  müsəlman  və  türklərin  ortaq  dili-
nin ortadan qaldırılması, yalnız türklər üçün yetmişdən çox 
“ədəbi” dil icadı, hər bir “ədəbi” dilə xas, başqalarına bən-
zəməyən ayrıca əlifbaların yaradılması səbəbindən ortaq isti-
lahlara  lazımı  dəyər  verilmirdi.  Türk  və  müsəlman  xalqla-
rının  dillərindəki  kəlmə  alış-verişinin  yasaq  edilməsi,  elmi, 
siyasi,  sosial,  kültürəl  istilahların  ruscadan  alınması,  latın 
əlifbasını  qaldıraraq,  yerinə  kiril  əlifbasının  gətirilməsi  və 
Avropa istilahlarının ruscada tələffüz edildiyi kimi yazılması 
və “Sovet sosializm terminologiyasını” rus hərfləri ilə yazmaq 
qərarları  ruslaşdırma  siyasətinin  bir  parçası  idi  (114, s. 18). 
Kommunist partiya
sının  XVI  konqresində  şəxsən  Stalinin 
təklifi  ilə  start  götürən  bu  ruslaşdırma  və  məhvetmə 
siyasətinin hədəfi, Stalinin təbirincə – bütün milli kültürləri 
bir dil və bir kültür ətrafında birləşdirməkdən ibarət idi. Və 
bu ortaq dilin də rus dilindən ibarət olduğunu artıq gizləyən 
belə yox idi. 
Hələ  1936-cı  ildə,  “Sovet  Azərbaycanında  türk  dilinin 
ruslaşdırma  və  imha  siyasəti  haqqında”  adlı  yazısında 
M.B.Məhəmmədzadə bəyan edirdi ki, ərəb və fars sözlərinə 
qarşı  sovetlərdə  də  səfər  davam  edir,  fəqət  bunların  yerinə 
türk istilahları və yaxud yerinə görə, beynəlmiləl elmi-fənni 
qiyməti olan Avropa sözləri deyil, rus sözləri qoyurlar. Sovet 
dilçiləri açıq söyləyirlər ki: “Türk dilində olan ərəb və fars 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə