Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   2   3   4   5   6   7   8   9   ...   65

 
12 
mamışıq,  kulturoloji  irsin  təbliğinin  effektliliyindən  və  bu-
nun  cəmiyyət  həyatına  faydası  baxımından  arzuedilən  nəti-
cələrindən danışmaq çox çətindir. 
Mədəniyyət  haqqında  dünya  elmi-nəzəri  düşüncəsində 
rəngarəng  bir  (hətta  qarışıq  və  ziddiyyətli)  mənzərə  müşa-
hidə edilməkdədir. Mədəniyyətə münasibətdə meyarlar müx-
təlifliyi  nəzərə  çarpmaqdadır,  ciddi  söz  sahiblərinin  hər 
birinin öz ölçü etalonu vard
ır  desək,  bəlkə  də,  yanılmarıq. 
Dünyanın ayrı-ayrı ölkələrində mədəniyyətin çərçivəsi fərqli 
konturlarla  cızıldığı  kimi,  alimlərin  terminoloji  anlayışlara 
münasibətlərinin  də  çeşidli  məna  tutumları  vardır.  Amma 
əksəriyyət, “insanın – mədəniyyətin məhsulu” və “mədəniy-
yətin – bəşəriyyətin xilası yolu” olması fikrində həmrəydir. 
Deməli,  xoşməramlı  mövqedən  yanaşdıqda,  məqsəd  və 
mahiyyət eynidir. Mədəniyyəti öyrənən elmin adının da necə 
adlandırılmasından  asılı  olmayaraq  mədəni  dünya  üçün  bu 
fenomenin məzmun, funksiya və prioritetləri birdir. Sadəcə, 
söhbət yalnız kəlmələrin mənşəyindən, terminlərin etimoloji 
mənasından  gedə  bilər  ki,  zaman  keçdikcə  bunların  məna 
tutumu  və  hüdudları  da  dəyişikliyə  uğrayır.  Dünyanın  get-
dikcə “kiçildiyi” və xalqların daha çox mədəni yaxınlığa can 
atdığı  bir  vaxtda  terminoloji  standartlara,  məfhumların  hər 
kəs tərəfindən anlaşıqlı və stabil bir hala gətirilməsinə ehti-
yac  artmaqdadır.  Bu  vaxta  qədər  istər  mədəniyyətin  maliy-
yələşdirilməsi və idarə edilməsi, istərsə də anlayışların fərqli 
miqyası  baxımından  dünyada  müxtəliflik  və  özünəməxsus-
luq  izlənməkdədir.  Mədəniyyət  bir  sıra  elmlərin  tədqiqat 
obyektidir,  bu  fenomen  müxtəlif  fənlər  vasitəsilə  az  və  ya 
çox dərəcədə tədris edilir. Şübhəsiz ki, mədəniyyəti öyrənən 
elmlərin  və  tədris  edən  fənlərin  çoxluğu  onun  mahiyyətini 
dəyişmir. Xüsusilə də, dünya ali məktəblərində mədəniyyə-
tin tədrisi məsələsində qarışıq bir mənzərə vardır. Mədəniy-
yətin  konkret  bir  ad  altında  bütöv  və  sistemli  şəkildə 


 
13 
tədrisinə çox az ölkələrdə rast gəlinir. Nümunə üçün deyək 
ki,  gen,  qan,  tarix,  ənənə,  milli  dəyərlər  baxımından  bağlı 
olduğumuz  Türkiyə  ali  məktəblərində  sırf  mədəniyyətin 
tədrisinə  yönəldilmiş  fənlər  bloku,  eləcə  də,  ayrıca  olaraq 
elmi indeks baxımından mədəniyyətşünaslıq və ya kulturolo-
giya i
stiqamətində ixtisaslaşmalar yoxdur. Mədəniyyət fərqli 
bölüm  və  elm  sahələrində  öyrənilir,  tarix,  sosioloji,  fəlsəfə 
və s. kimi elmlər vasitəsilə tədris edilir. Bu mənada mütəxəs-
sislərimizin  əksəriyyəti,  uzun  illər  ortaq  təhsil  sisteminə 
malik  olduğumuz  Rusiya  modelinə  üstünlük  verirlər.  Bu 
modeli  özləri  üçün  etalon  hesab  edənlər  bəzən  Rusiya  ali 
məktəbləri  üçün  yazılmış  dərsliklərin  eynilə  Azərbaycanda 
da tədrisini məqbul sayırlar. Bunun fərqli səbəblərini vurğu-
la
maqla yanaşı, deməliyik ki, burada plagiatlıq hallarına da 
rast  gəlinir.  Ona  görə  də  milli  tariximizin  mədəni  hadisə-
lərinin  elmi-tənqidi  qiymətini  vermək,  kulturoloji  irsimizi 
araşdıraraq  tarixi  təcrübənin  qənaətlərini  demokratik  vətən-
daş cəmiyyəti quruculuğuna tətbiq etmək kimi mühüm vəzi-
fələrin  həyata  keçirilməsində  məsuliyyətimizi  dərk  etməli-
yik.  Bu  mənada  əksər  tədqiqatçılar  tərəfindən  Azərbaycan 
üçün milli-
mədəni  intibah  dövrü  adlandırılan  XX  əsrin  əv-
vəllərində kulturoloji fikrin öyrənilməsinin elmi əhəmiyyəti 
olduqca böyükdür. 
Ziya
lılarımızın mədəniyyətə dair terminoloji anlayışlarla 
bağlı  fikirlərinə  aydınlıq  gətirilməsi  üçün  diqqətdən  yayın-
mamalıdır  ki,  mədəniyyətin  mənşəyinə  dair  nəzəri konsep-
siyala
rın  müxtəlifliyi  (Evolution  (təkamül)  nəzəriyyəsi; 
Diffusion  (yayılma,  intişar)  nəzəriyyəsi;  Mədəniyyət 
çevrələri  nəzəriyyəsi;  Yüksək  mədəniyyət  nəzəriyyəsi;  Ana 
mədəniyyət qəlibi nəzəriyyəsi (107; 139) və s.) və bu sahədə 
nəzəri fikir birliyinin olmaması səbəblərindən biri, mürəkkəb 
və  çoxcəhətli  təhlil  və  şərhlərlə  izah  edilən  mədəniyyət 
fenomeninin elmi tədqiqinin obyektiv çətinliyidir. Mədəniy-


 
14 
yətə  aid  əsərlərdə  rast  gəlinən  bəzi  terminoloji  anlayışların 
fərqli  şərhləri  ilə  bağlı  isə  deyək  ki,  bütövlükdə,  ictimai 
elmin heç bir anlayışı “mədəniyyət” anlayışı qədər müxtəlif 
mühakimələrə,  mülahizələrə,  təriflərə  səbəb  olmamışdır. 
Xüs
usilə  də,  konkret  elmlər  çərçivəsində  mədəniyyət  haq-
qında bir-birindən fərqli, çox müxtəlif təsəvvürlər mövcud-
dur (49
, s. 14). Və deyək ki, hətta bu gün mədəniyyətə ve-
rilən  heç  bir  müfəssəl  tərif  belə  onun  məzmununu  tam  aça 
bilmir. Kulturologi
ya, fəlsəfə, sosiologiya, tarix, etnoqrafiya
psixologiya  və  digər  ictimai  elmlərdə  mədəniyyətin  çox 
zaman bir-
birindən  olduqca  fərqli  təriflərinə  təsadüf  edilir. 
Düzdür,  həmin  təriflərdə  çox  vaxt  mədəniyyətin  ayrı-ayrı, 
bəzən də olduqca mühüm tərəfləri əhatə edilir, lakin bununla 
belə heç də az əhəmiyyətli olmayan digər tərəfləri nəzərdən 
qaçırılır. 
Bəzən  bu  fikir  müxtəlifliyi  təkcə  elmi  səbəblərlə  deyil, 
eyni zamanda sosial-
tarixi səbəblərlə izah edilir. Çünki mə-
dəniyyət  nəinki  nəzəri  izah  tələb  edən  anlayışdır,  həmçinin 
ictimai  inkişafın  real,  praktik  problemidir.  “Mədəniyyət 
problemi  dünyanın  tarixi  prosesinin  bilavasitə  törəməsi  və 
nəticəsidir” (49, s. 5). Mədəniyyət elə bir fenomendir ki, onu 
ictimai  həyatın  digər  sahələrindən  ayırmaq,  təcrid  olunmuş 
şəkildə  düşünmək  mümkün  deyildir.  Mədəniyyət,  ən  geniş 
mənada, insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – 
maddi  istehsalı,  sosial-siyasi münasibətləri,  mənəvi  inkişaf 
sahəsini,  məişəti,  insanlar  arasındakı  qarşılıqlı  əlaqələri  sə-
ciy
yələndirir.  Ona  görə  də  alimlər  bu  faktoru  daha  çox 
qabardırlar ki, mədəniyyət ictimai hadisədir, o yalnız ictimai 
həyatın  bütün  tərəflərinin  (iqtisadi,  sosial,  siyasi,  mənəvi) 
kontekstində dərk edilə bilər. 
Mədəniyyətin  vahid  struktura,  daha  doğrusu,  üzvi  vəh-
dətə malik olub-olmaması problemi ilə bağlı tədqiqatlar kifa-
yət  qədərdir.  Məsələn,  “Vinculum  Substantiale”  yanaşma-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə