Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   2   3   4   5   6   7   8   9   ...   65

 
18 
kulturoloji  təhlilini  verməyə  çalışan  araşdırıcılara  çətinlik 
yaradır.  Belə  vəziyyətdə  bu  anlayışlar  ya  müasir  dövrdə 
anladığımız şəkildə dilimizə uyğunlaşdırılmalıdır, ya da hər 
dəfə  müəllifin  termini  hansı  mənada  işlətdiyi  vurğulanma-
lıdır.  Terminoloji  qarışıqlığın  bir  səbəbi  də  XX  əsrin  ilk 
illərindən  etibarən  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsul-
zadə kimi bir çox Azərbaycan ziyalılarının Türkiyənin elmi-
mədəni mühiti sıx bağlı olmalarından irəli gəlmişdir. 
Nəinki  Azərbaycanda,  habelə  Türkiyədə  də  (müəyyən 
mənada  dünyada)  kültür,  mədəniyyət  və  sivilizasiya (irfan, 
umran, hars, uyğarlıq və s.) anlayışlarına fərqli yanaşmaların 
olduğunu  artıq  vurğuladıq.  Ona  görə  də  “Kulturologiya” 
elminin milli-
tarixi  təfəkkürdən  məhrum  bir  boşluqda  “çır-
pındığı” bir vaxtda həmin terminlərə ehtiyat və diqqətlə ya-
naşmaq əvəzinə,  onları baş-ayaq çevirmək, kortəbii surətdə 
bir-
biri ilə əvəzləmək çaşqınlıqdan başqa bir şey ifadə etmir. 
İllah  da  ki,  istinad,  şərh  və  tərcümələrdə  müəllif  fikri, 
orijinal mətn təhrif edilə (70, s. 3-7). Bütün hallarda, Əli bəy 
Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu,  Ziya  Göyalp,  Məhəm-
məd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə, Mümtaz 
Turhan,  Cəmil  Meriç,  İbrahim  Kafesoğlu  və  digər  fikir 
sahiblərindən  başlamış  üzü  bəri  mədəniyyətə  dair  əsərlər 
yazmış elm, siyasət və mədəniyyət xadimlərinin yaradıcılıq-
larında bu məfhumlar haqqında formalaşmış qənaətlər vardır 
ki,  problemi  onlardan  faydalanaraq  çözməyimiz  daha 
məntiqidir. 
Təbii  ki,  kulturoloji  terminologiya  məsələsinin  tarixdən 
gələn probleminin birmənalı şəkildə həllini gözləmək bir az 
sadəlövhlük olardı. Məqsədimiz, tədqiqat mövzusuna uyğun 
olaraq,  XX  əsrin  əvvəllərində  işlədilən  terminlərin  mahiy-
yətini təhrif etmədən mədəniyyət problemlərini araşdırmaq-
dan ibarətdir. Ona görə də tədqiqatda daha çox üç kulturoloji 
termindən  –  kültür,  mədəniyyət  və  sivilizasiya  kəlmələrin-


 
19 
dən  istifadə  edərkən  həmin  dövr  müəlliflərinin  yanaşmala-
rına  sadiq  qalmağa  çalışacağıq.  Burada  bir  məqamı  vurğu-
layaq ki, XX əsrin əvvəllərində ictimai-siyasi fəaliyyətləri ilə 
bərabər elmi-mədəni yaradıcılıqlarını da regionun üç qaynar 
mədəniyyət  mərkəzi  sayılan  Bakı,  Tehran  və  İstanbulda 
davam  etdirmiş  Azərbaycan  ziyalıları  mədəniyyət  məsələ-
lərinə, demək olar ki, eyni mövqedən münasibət bəsləmişlər. 
Xüsusilə də, siyasi səbəblər üzündən İstanbula toplaşmış və 
o zamankı Rusiya türklüyünü təmsil edən ziyalılarla Osman-
lı  ziyalılarının  mədəniyyətin  elmi  problemlərinin  şərhində 
bir mövqe yaxınlığı vardı. Sonrakı dövrdə mühacirət həyatı 
yaşamaq  məcburiyyətinə  qalmış  Azərbaycan  ziyalılarının 
əksəriyyətinin kültür və mədəniyyət bölgüsünə münasibətləri 
Ziya  Göyalpın  kulturoloji  nəzəriyyəsi  ilə  üst-üstə  düşürdü. 
Bu  mənada  öz  mədəniyyət  konsepsiyasında  Ə.B.Hüseyn-
zadənin  üçlü  düsturundan  bəhrələndiyini  etiraf  edən  Ziya 
Göyalpın kulturoloji baxışları M.Ə.Rəsulzadə və M.B.Məm-
mədzadənin  yaradıcılığında  da  müşahidə  edilməkdədir.  Bu 
mövqe tərəfdarlarına görə, milləti meydana gətirən ünsürlər 
içərisində  mədəniyyət  birliyi  və  bütünlüyü  ən  önəmli  yer 
tutur.  Çünki  bir  millətin  milli  mədəniyyəti,  onun milli 
tarixin
dən qopub gələn uluların mirası və maddi varlığının, 
inanc  və  əxlaq  ucalığının,  dil  və  sənət  zənginliyinin,  adət-
ənənələrinin  yaratdığı  ortaq  bir  dəyərlər  toplusudur.  Bir 
millətin  var  ola  bilməsi,  dünya  millətlərinə  varlığını  qəbul 
etdi
rə  bilməsi  üçün,  həmin  millət  mədəni  dəyərlərini  elmi 
şəkildə  incələmək,  tanıtmaq,  yaradıcı  şəkildə  yanaşaraq 
inkişaf etdirmək məcburiyyətindədir. 
Azərbaycan-Türkiyə  elmi-nəzəri  fikrində  kulturoloji 
anlayışları  sosioloji  aspektdən  konseptual  şəkildə  ilk  dəfə 
Ziya  Göyalp  təhlil  etmişdir.  Onun  tərifləri,  təfərrüata  aid 
bəzi  məqamları  istisna  olunmaqla,  bu  gün  sosial  antro-
pologiya və sosiologiyada hakim olan dəyərləndirmələrə çox 


 
20 
bənzəməsi  baxımından  hələ  təzəliyini  mühafizə  etməkdədir 
(139, s. 39). Z.Göyal
pı  özündən  öncəki  elm  adamlarından 
ayıran önəmli bir tərəfi də, onun məhz sosioloji anlayışların 
sistemli  bir  şərhini  verməsidir.  Kültür  (hars)  və  uyğarlıq 
(mədəniyyət) anlayışları Z.Göyalpın kulturoloji konsepsiya-
sının əsas terminləridir. Bu konsepsiyanın demək olar ki, hər 
məqamında (təhsil, tarix, sənət, siyasət, iqtisadiyyat, kütür və 
ədəbiyyat) bu anlayış cütlüyünə rast gəlmək mümkündür ki, 
bu da daha çox onun ictimai təkamül nəzəriyyəsilə yaxından 
bağlıdır  (141, s. 11).  Z.Göyalp  “Türkçülüyün  əsasları”, 

Türk uygarlığı tarihi” və s. əsərlərində (26; 100; 101; 102; 
103
) bu problemin ətraflı təhlilini vermişdir.  
Tədqiqatçılar  Ziya  Göyalpın  Birinci  Dünya  Savaşından 
öncəki  illərdə  nə  kültür  sözünü,  nə  də  buna  qarşılıq  irfan 
kəlməsini  işlətməməsinin  səbəblərini  doğru-dürüst ortaya 
qoya bilməmişlər. O, kültürlə eyni anlama gələn ərəbcə hars 
kəliməsinə  üstünlük  vermişdir.  Lakin  1915-1930-cu  illərdə 
hars  şəklində  işlədilən  qavramın  yerini  sonralar  kültür  tut-
muşdur  (99, s. 572). Etmoloji  baxımdan  latınca  bir  kəlmə 
olan  kültür  isə,  toprağı  əkinə  hazır  hala  gətirmək  anlamına 
gəlir.  Lakin  “kültür”  sözü  leksik  anlamda  “şumlanmış  tor-
paq”  anlamında olsa da, onun daha geniş  mənası ram edil-
miş,  əhliləşdirilmiş  torpaqdır.  Çünki  hər  əkilən  torpaq 
məhsuldar olmaz. “Kültür verimliləşdirilmiş torpaqdır. İnsan 
iradəsinin torpağa enişidir” (25).  
Ziya  Göyalp  “mədəniyyət”  terminini  “sivilizasiya”nın 
qarşılığı  kimi  işlətmişdir.  Fransızcadakı  “kültüğ”  sözünə 
qarşılıq olaraq isə “hars” terminini işlədir ki, ərəbcə mənası 
“şum,  şumlama,  yer  sürmə”  anlamını  verir.  Buna  görə  də 
təmiz türkcədə “hars” yerinə bəzən “əkin” də işlədilir. Yada 
salmaq lazımdır ki, “kültür” sözü əslində latıncadakı “kultu-
ra”dan  törəyib.  Bu  “kultura”nın  bir  anlamı  isə  “becərmə, 
becərilmə,  torpağın  emalı”dır.  Ziya  Göyalp  1918-ci  ildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə