Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   2   3   4   5   6   7   8   9   10   ...   65

 
21 
“Mükafat  və  cəza  məsələsinə  dair  daha  bir  neçə  söz”  mə-
qaləsində  yazırdı  ki:  “hars”  sözünün  də  fransız  dilində  tam 
bir  qarşılığı  yoxdur.  Çünki  “kültüğ”  sözü  bu  dildə  “irfan” 
anlamındadır (26, s. 166).  
Tədqiqatçıların fikrincə, (92) kültür və mədəniyyət anla-
yışları  Osmanlı  dövlətinin  qərbliləşmə  dövründən  türkcəyə 
girmişdir.  Cəmil  Meriç  də  təsdiqləyir  ki,  kültür  kəlməsi 
türkcəyə  iki  qaynaqdan  gəlmişdir:  Fransızcadan  və  ameri-
kan
cadan.  Fransızca  kültürün  türkcə  qarşılığı  irfan, ameri-
kanca  kültürün  qarşılığı,  mədəniyyətdir  (116, s. 15). Bu 
yanaşmaya  görə,  fransızca  kültür  deyiləndə,  sosioloqların 
daha  çox  mənəvi  kültür  dedikləri  anlayış  nəzərdə  tutulur. 
Amerikanca kültür deyiləndə isə, maddi kültür – mədəniyyət 
başa düşülür. “Türkçülüyün əsasları” (100, s.  25) kitabında 
öz  əksini  tapdığı  kimi,  Ziya  Göyalp  kültürlə  mədəniyyəti 
ayrı-ayrı qavramlar kimi qəbul edir. Kültürü, hars kimi təq-
dim edən Ziya Göyalpa görə hars milli, mədəniyyət isə bey-
nəlmiləldir. Deməli, mədəniyyət millətlərarası ortaq dəyərlər 
səviyyəsinə  yüksələn  anlayış,  davranış  və  yaşam  vasitələ-
rinin bütünüdür. Bu ortaq dəyərlərin qaynağı kültürlərdir.  
Ziya  Göyalpa  görə  bir  cəmiyyətin  bütün  fərdlərini  bir-
birinə  bağlayan,  yəni  aralarında  həmrəylik  hasilə  gətirən 
k
ültür müəssisələridir. Bunların toplamı o cəmiyyətin kültü-
rünü  təşkil  edir  (91,  s.  39).  Deməli,  kültür  hər  millətə  öz 
özəlliyini verən, ona milli damğasını vuran maddi və bilava-
sitə  mənəvi  dəyərlər  məcmusudur.  Böyük  türk  sözlüyündə 
də  kültür  bir  millətin  mənəvi  varlığını  və  düşüncə  birliyini 
meydana  gətirən  fikir,  sənət  məhsullarının,  ənənələrinin 
bütünüdür (91, s. 31). 
Ziya Göyalp “Türk mədəniyyəti tarixi” əsərində yazır ki, 
“Bir  mədəniyyət,  müxtəlif  millətlərin  malıdır.  Çünki  bir 
mədəniyyəti, sahibləri olan çeşidli millətlər, ortaq bir həyat 
yaşayaraq  vücuda  gətirmişlər.  Bu  səbəblə  hər  mədəniyyət 


 
22 
mütləq  beynəlmiləldir.  Fəqət  bu  mədəniyyətin  hər  millətdə 
aldığı  xüsusi  şəkilləri  vardır  ki,  bunlara  kültür  adı  verilir” 
(102, s. 7; 91, s. 41).  
Kültür və mədəniyyət ikiliyinə fərqli münasibətlərə dair 
mübahisəli  məqamlar  bu  gün  də  davam  etməkdədir. 
Məsələn, “Almanlar, elm və fikir adamlarının təsiri ilə kültür 
və mədəniyyəti qarışdırdıqları halda, fransızlar və ingilislərə 
görə bunlar fərqli şeylərdir” (91, s. 37). 
“Mədəniyyət”  məfhumuna  etimoloji  baxımdan  münasi-
bətə  gəlincə,  ərəbcə  “Mədinə”  kəlməsindən  törədilmişdir. 
Şəhərlilik  –  həyatdan  tam  faydalanaraq,  yaxşı  və  rahat 
yaşama  deməkdir.  Türkcədə  mədəniyyət  qarşılığı  olaraq 
uyğarlıq  kəlməsi  də  işlədilməkdədir.  “Mədəniyyət”  sözü 
mənşə etibarilə ərəbcə olsa da, ancaq ərəb düşüncə və sosial 
həyatına  bağlı  olmamışdır.  Ərəblər  “mədəniyyət”  sözünə 
“təməddün”  deyirlər.  “Mədəniyyət”  XIX  əsrdə  Osmanlıda 
düzəldilmişdir. Ən çox Fransa ilə intellektual münasibətləri 
olan 
Osmanlı ziyalıları “sivilizasion” sözünə qarşılıq olaraq 
“mədəniyyət” sözünü işlətmişlər. G.Gəncalpa görə bu kəlmə 
Osmanlıdan  Qacarlara  –  İrana  keçmişdir.  “Məşrutənin  çox 
tələffüz etdiyi bir söz idi. Həm Osmanlı məşrutəsinin, həm 
də  Təbriz  mərkəzli  məşrutə  hərəkatının.  İranda  fars  ulus-
çuluğu mərkəzli dövlət qurulduqdan sonra Türkiyədən gələn 
bir sürü sözlərə yasaq gətirildi rəsmi ədəbiyyatda. Bu üzdən 
də İranda “mədəniyyət” sözünün yerini “təməddün” aldı. Bu 
arada  bunu  da  söyləmək  yerində  olar  ki,  İranda  Pəhləvi 
rejimi  qurulduqdan  sonra  Fars  Dil  Qurumu  bir  sürü  sözlər 
düzəltdi. O cümlədən “kültür” sözünün yerinə “fərhəng” ya-
y
qınlaşdı. Bu gün də İran genəlində “kültür” sözü qullanıl-
maz,  onun  yerinə  “fərhəng”  sözü  qullanılmaqdadır.  Episte-
moloji  açıdan  “kültür”lə  bağdaşmasa  (uyğun  gəlmək)  da, 
ancaq artıq alışqanlıq üzündən yerinə oturmuşdur. “Fərhəng” 
sözü “fərhixtə-seçkin” sözündən düzəldilmişdir” (25).  


 
23 
Terminoloji anlayışlara daha da zənginlik gətirən Cəmil 
Meriçin  düşüncələrində  kültürə  belə  yer  ayrılır:  “Qərbın 
kültürü var, bizim isə irfanımız. İrfan, insanoğlunun xas bağ-
çası,  ayırmaz,  birləşdirər.  Bu  bağçada  kinlər  susar,  divarlar 
yıxılar,  anlaşmazlıqlar  sona  yetər.  İrfan  özünü  tanımaqla 
başlar. Özünü tanımaq üçün ön yargıların köləliyindən qur-
t
ulmaq  gərəkir.  İrfan,  nəfs  tərbiyəsi,  kamilliyə  açılan  qapı, 
əməllə taclanan elm. Kültür, irfana görə qatı və fağır. İrfan 
insanı insan edən keyfiyyətlərin bütünü, yəni həm elm, həm 
iman və həm də ədəb. Qərb kültürün vətəni, şərq irfanın. Nə 
qərbi  tanıyırıq,  nə  şərqi,  ən  az  tanıdığımız  isə  özümüz. 
Əsərlərimin  kültür  cildi  tamamlandı,  bundan  sonra  irfanla 
uğraşmaq istəyirəm” (116, s. 11). 
Az
ərbaycan ədəbi-mədəni fikrinin müasir nümayəndələ-
rind
ən  Yaşar  Qarayev  də  kulturoloji  baxışlarında  irfan  və 
kültür k
əlmələrini  çox  işlətmişdir.  Yəsəviliyi hər  şeydən 
əvvəl kültür hadisəsi, türklüyün sivilizasiyaya verdiyi dini-
m
ənəvi dəyər və  sərvət kimi xarakterizə  edən Y.Qarayevə 
gör
ə,  islamdan  sonrakı  şer,  musiqi,  rəssamlıq  və  memarlıq 
ilk b
ədii  kültür  intibahını  “təsəvvüf  intibahı”  şəklində 
keçirir. Sonralar sufi ideyalar Q
ərb  intibahının  da  bədii, 
f
əlsəfi təşəkkülündə  iştirak  edir.  O,  “Tarix:  yaxından  və 
uzaqdan”  adlı  əsərində  (43)  yazır  ki,  “kültür”  sözü  XVIII 
əsrin ikinci yarısından elmi dövriyyəyə daxil olub və ilk dəfə 
latınca və fransızca “ari” (avropalı) qövmlərin tərəkəmələr-
d
ən, ellinlərin köçərilərdən (“türklərdən”) fərqi mənasında 
işlənib. Bu – bir paradoksdur və geniş yayılsa da, “kültür” və 
“türklük” hadis
ələri  arasında  məhrəmlik,  doğmalıq  tapmaq 
axtarışlarına  mane  olmayıb.  Hər halda bəşərin kültürlə 
t
əmasının ilk aktı, ilk törəməsi olan “ocaq”ın dünya dillərinə 
türk l
əhcəsindən keçməsi heç də  ötəri, keçici, təsadüfi 
olmayıb,  müəyyən  qanunauğunluğu  ifadə  edir və  “kültür” 
sözünün özünün türk m
ənşəyi barədə  düşüncəyə  də  əsas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə