Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

 
27 
ön cəbhəsində olan yeni elmi biliklər və s. – bütün bunların 
mədəniyyətə heç bir aidiyyəti yoxdur. Yaxud məsələyə baş-
qa plan
da  baxsaq,  çox  böyük  bir  elm  adamı  mədəniyyətsiz 
(yəni,  həyatda,  məişətdə,  sənətə  münasibətdə,  siyasətdə  və 
s.) və əksinə, elm sferasında çalışmayan, yəni elm sisteminə 
daxil olmayan hansı isə bir şəxs yüksək dərəcədə mədəni ola 
bilər.  Sonuncuya  bütövlükdə  elm  yox,  onun  sıravi  adam 
üçün zəruri olan bir sıra nəticələri, adətən humanitar biliklər 
kifayət edir” (38, s. 117). 
S.Xəlilov problemlə bağlı qənaətini ümumi şəkildə belə 
ifadə edir ki, “elmin bir mədəniyyət hadisəsi kimi, mədəniy-
yətlə qarşılıqlı əlaqədə öyrənilməsi həm onun mahiyyətinin 
daha düzgün anla
şılması üçün, həm də mədəniyyətin özünün 
bütöv  mənzərəsinin  yaradılması  üçün  xüsusi  əhəmiyyətə 
malikdir”  (38
, s.  107). S.Xəlilova görə  mədəniyyətlə  qarşı-
lıqlı  əlaqə  özünü  başqa  kontekstdə  də  büruzə  verməkdədir. 
“Belə ki, mədəniyyət özü də elmin predmetinə daxil olur və 
mədəniyyətşünaslıq bir elm hadisəsi kimi ortaya çıxır” (38, 
s. 107-108).  
Təbii ki, bu gün hər kəsi təmin edən şəkildə “mədəniyyət 
nədir?”  sualına  cavab  vermək  çətindir.  Həmçinin  mədəniy-
yətlə bağlı sahələrdə çalışan elm adamlarından, demək olar 
ki,  hamısının  onu  yenidən  tərif  etmə  təşəbbüsü  də  bunu 
göstərməkdədir. Bununla bərabər indiyə qədər ortaya atılan 
bütün  təriflər  gözdən  keçirildiyi  təqdirdə  hamısında  müştə-
rək  olanı  və  mədəniyyətdən  nə  qəsd  edildiyini  anlamaq 
asandır. Problemin açıqlanması baxımından kulturoloji irsin 
tədqiqinə  mühüm  qiymət  verən  F.Məmmədov  kulturologi-
yanı  insanın  və  bəşəriyyətin  yaradıcı  həyatı  və  fəaliyyəti 
haqqında  elm  kimi  xarakterizə  edir.  O,  yazır  ki,  kultu-
rologiya insanın həyat fəaliyyətinin mahiyyətini, onun xüsu-


 
28 
siyyətini, tarixi nailiyyətini,  inkişaf  qanunlarını,  dəyişdirici 
imkanl
arını  aşkarlayır.  Kulturologiya  “idrakın  elə  bir  çox-
pilləli  piramidasıdır  ki,  insan  onun  pillələrini  qalxarkən  və 
tədricən  xüsusi  elmi  biliklərə  yiyələndikcə,  bu  gününü 
pozitiv  idarə  etmək,  dəyişmək,  daha  yaxşı  gələcək  qurmaq 
qabiliyyətlərini  dəfələrlə  artırıb  müdrikliyə  yaxınlaşır.  O, 
yaradıcı insanın həyat fəaliyyətinin minilliklərlə davam edən 
vəhşilik,  barbarlıq  və  sivilləşmə  dövrü  ərzində  topladığı 
yaradıcı  həyat  təcrübəsini,  təşəkkül,  təkamül  və  inkişafı, 
onun  ideologiya,  nailiyyət  və  vasitələrini  əks  etdirən  həm 
xüsusi  tarixi,  həm  də  nəzəri  biliklərin  elmi  ümumiləşdiril-
məsidir” (51, s. 33). 
Kulturologiya mədəniyyət haqqında elm, onun elmi əsası 
hesab edən akademik R.Mehdiyev də bu elmin predmetinin 
üm
umbəşəri  və  milli  mədəni  proseslərin  qanunauyğun-
luqları,  insanların  maddi  və  mənəvi  həyatının  ən  mühüm 
hadisələri  olması  fikrini  təsdiqləyir:  “Kulturologiya  mədəni 
proseslərin və insanların tələbatının yaranmasının və forma-
laşmasının  ilkin  şərtlərini  və  amillərini  öyrənir,  mənəvi 
dəyərlərin istehsalını, mənəvi məhsulların bölgüsünü, müba-
diləsini, istehlakını, qorunub saxlanmasını və gələcək nəsil-
lərə  çatdırılmasını,  dəyər  oriyentasiyalarının,  müəyyən  ide-
yala
rın,  təsəvvürlərin,  estetik  zövqlərin  yaranmasını  tədqiq 
edir.  Kulturologiya  həm  də  müxtəlif  cəmiyyətlərdə  mədəni 
həyatı öyrənir və beləliklə, müxtəlif konkret mədəniyyətlərin 
tarixi  tiplərinin  nailiyyətlərini  və  xüsusiyyətlərini  aydınlaş-
dırmağa çalışır. Kulturologiyanın ən mühüm vəzifəsi dünya 
mədəniyyətinin tarixi və nəzəriyyəsi məsələlərini öyrənmək, 
müasir dövrün sosiomədəni meyllərini və proseslərini təhlil 
etməkdir” (48, s. 24).  
Mədəniyyət  tarixçiləri  “mədəniyyət”  kəlməsinin  elmi 
yöndən  ifadə  edildiyi  mənaları  aşağıdakı  şəkildə  müəyyən-
ləşdirilməyə  çalışılmışdır:  E.B.Taylor  bu  qənaətdədir ki, 


 
29 
“Mədəniyyət,  biliyi,  imanı,  hüququ,  sənəti,  əxlaqı,  adət  və 
ənənələri, fərdin mənsub olduğu cəmiyyətin bir üzvü olması 
etibarı ilə qazandığı vərdişlərini və bütün digər məharətlərini 
ehtiva ed
ən  çox  mürəkkəb  bir  bütündür”  (146, s. 17); 
C.Wisslerə  görə  “Mədəniyyət  bir  topluluğun,  bir  xalqın 
yaşam tərzidir” (139, s. 37-38); “Mədəniyyət babalardan gə-
lən maddi-mənəvi dəyərlərin yekunudur” (E.Sapir); “Mədə-
niy
yət insanın təbiəti və özünü idarətetmə yolu ilə bilavasitə 
meydana gətirdiyi əsərdir” (A.Young); “Mədəniyyət bir top-
luluqda  adət  və  ənənələrdən,  davranış  tərzlərindən,  təşkilat 
və  təsisatlardan  ibarət  ahəngdar  bütündür”  (R.Thurnwald); 
“Mədəniyyət ümumi olaraq inanclar, dəyər hökmləri, adət və 
ənənələr,  zövqlər,  qısaca  insan  tərəfindən  düzəldilmiş  və 
yaradılmış hər şeydir” (A.K.Kohen); “Mədəniyyət bir millət 
fərdlərinin  iştirak  halında  olduğu  mənəvi  həyatdır” 
(F.A.Wolf); 
“Mədəniyyət  insanın  nəsildən-nəslə  ötürülə  bi-
lən uğurlarından meydana gəlmişdir” (107, s. 15; 139, s. 38).  
Tanınmış  alman  antropoloji  alimi  Thurnvald  isə  mədə-
niyyəti bu şəkildə tərif etməkdədir: “Mədəniyyət tövrlərdən, 
davranış  tərzlərindən,  adət  və  ənənələrdən,  düşüncələrdən, 
ifadə  şəkillərindən,  dəyər  formalarından,  təsisatlardan  və 
təşkilatdan ibarət elə bir sistemdir ki, tarixi bir məhsul olmaq 
üzrə təşəkkül etmiş, ənənəyə bağlı bir cəmiyyət içində onun 
mədəni təchizatı və vasitələri ilə qarşılıqlı təsirlər nəticəsin-
də meydana çıxmış və bütün ünsürlərinin zamanla bir-birinə 
qayna
ması  sayəsində  ahəngli  bir  bütün  halına  gəlmişdir. 
Buna müqabil sivilizasiya toplan
mış  bir  bilgiyə  və  texniki 
vasitələrə sahib olmağı ifadə edər” (139, s. 39). Bəzi sosio-
loqlar da Thurnvald 
kimi mədəniyyətlə kültür arasında əsaslı 
bir f
ərq  izləməkdə  və  ona  yaxın  bir  şəkildə  tərif  etməkdə-
dirlər. Ekzistensialist sosioloq E.Tirikyan belə hesab edir ki, 
mədəniyyət  simvolların  çoxlaylı  sistemidir,  bu  simvolların 
hər  biri  müəyyən  dəyər  oriyentasiyasının  mahiyyətini  ifadə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə