Mübariz yusifov linqviSTİK



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix19.07.2018
ölçüsü1,16 Mb.
#56632
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

Mübariz Yusifov
82
Azərbaycan dilində hovlamaq sözü işlənir. Sözün hov kökü-
nün motivində yaranın su udması mənası durur. Yəni hov sözü 
genetik cəhətdən su sözü ilə bağlıdır. Hov kökündən hovuz sözü 
düzəlmişdir. Hov sözünün su ilə bağlılığı başqırd dilində su mə-
nasında işlədilən hıy (hıv) sözündə müşahidə edilir. H samitinin  
samiti ilə əvəzlənməsi isə səslərin keçid sistemində mümkün 
hadisələri bildirir.
Müqayisəli metodun, əslində iki növü qeyd olunur: 1) müqa-
yisəli-tarixi  metod;  2)  müqayisəli-tutuşdurma  metodu.  Müqa-
yisəli metod qohum dillərin inkişafının öyrənilməsinə tətbiq edil-
dikdə müqayisəli-tarixi, ayrıca bir dilin inkişafının öyrənilməsinə 
tətbiq  edildikdə  isə  tarixi-müqayisəli  metod  olur Yenə  də  Ko-
tuxova görə, “tarixi-müqayisəli” metod ayrıca bir dilin daxili və 
xarici qanunauyğunluqlarını meydana çıxarmaq üçün həmin dilin 
tarixi inkişafının öyrənilməsində istifadə edilən üsullar və təhlil 
metodikası sistemlidir. Tarixi-müqayisəli metodun prinsipi dilin 
forma və səslərinin eyniliyini və fərqini müəyyənləşdirməkdir
1

O.S.Axmanova müqayisəli-tarixi metodu belə təsəvvür edir: 
“yazı vasitəsi ilə qeyd olunmamış seçilmiş dil faktorlarının yazı-
lı abidələrdə, yaxud nitqdə bilavasitə canlı surətdə işlənməsinə 
görə məlum olan iki və yaxud bir neçə dilin daha sonrakı uyğun 
faktları ilə mümtəzəm müqayisə yolu ilə bərpasının elmi üsulu”
2
 
Antuan Meyeyə görə “dilin tarixini yaratmağa yalnız müqayisəli 
metodun imkan verməsi müddəasından belə çıxır ki, təcrid olun-
muş dil tarixdən məhrumdur
3
.” 
Müqayisəli-tarixi metod ayrı-ayrı və qohum dillərin tarixini 
öyrənmək üsuludur. Müqayisəli tarixi metodun məqsədi dillərin 
müqayisəli tarixini yaratmaqdır. 
1
A. Meye Сравнительный метод в историчекий языкознания” М. 1977 s.19
2
O. С. Ахманова  Словарь лингвистических терминов М., 1966, s. 233
3
V.İ.Koduxova görə V.İ.Koduxov Общее языкознание М. 1977, s. 263


Linqvistik  tipologiya
83
Nəticə: müqayisəli metod həm müasir dillərə, həm də dillə-
rin tarixinə aid ola bilər. Müqayisəli metod həm dil reliktlərinə, 
həm də mənbələrə əsaslanır. Müqayisəli metodu təkcə bir dilin 
faktları üzərinə qurmaq mümkün deyildir. Odur ki, müqayisə-
li metod həm müasir dillərə, həm də dilin tarixinə tətbiq edilir. 
Müasir dillərdə tətbiq olunan müqayisəyə görə “müqayisəli dil-
çilik” və “tarixi dilçilik” və ya “dil tarixi” istiqamətləri yaran-
mışdır. Dil tarixinin araşdırılması təkcə tarixi dilçilik metodu ilə 
mümkün  nəticəni  vermir.  Odur  ki,  dil  tarixi  müqayisəli  tarixi 
metod əsasında tədqiq olunur. Burada müqayisəli tarixi-dilçilik 
adı ilə ikinci varianta ehtiyac yoxdur. İkisindən biri işlədilməli-
dir. Nəhayət, tarixi-müqayisəli dilçilik təkcə bir dilin material-
ları ilə bəhrə verə bilməz. Bu istiqamətin tədqiqatlarında qohum 
dillərin  materilallarının cəlb olunması vacibdir. Müqaisəli dilçi-
lik istiqamətləri tələb edir ki, müqayisə faktları təkcə qohum dil-
lərin üzərinə yox, həm də qohum olmayan dillərin üzərinə tətbiq 
olunsun. Bu halda dünya dillərindəki ünumi elemetlərin möv-
cudluğu və onların yaranma səbəbləri, dillər arasındakı tipoloji 
fərqlənmələr məntiqəuyğun şəkildə təhlil olunub araşdırıla bilər. 
Tarixi metod
Müqayisəli metodla yanaşı tarixi metod da inkişaf etmişdir. 
Onun əsas vəzifəsi ayrıca konkret bir dilin fonetikasının, mor-
fologiyasının, sitaksisinin və başqa sahəlrinin inkişafının tarixi 
aspektdə  öyrənilməsindən  ibarətdir.  Tədqiqatın  predmeti  dil 
strukturu və onun tarixi inkişafına dair nümunələri əks etdirən 
faktiki  materiallardan  ibarətdir.  Bu  metod  tədqiqatçıdan  dil 
elementlərinin  dildaxili  və  dilxarici  amillərin  dəyişmə  səbələ-
rini və  dil hadisələrinin mürəkkəb əlaqələrini xalqın tarixinin, 
onun  mədəniyyətinin,  ictimai  münasibətlərinin,  düşüncəsinin 
qarşılaşdırılıb  tutuşdurluması  əsasında  təhlil  olunmasını  tələb 


Mübariz Yusifov
84
edir. Tarixi metod, deyildiyi kimi,  əlbəttə təkcə bir dilə, onun 
tarixinə,  mədəniyyətinə  və  sosial  vəziyyətinə  tətbiq  edilə  bil-
məz.  Burada  müqayisədən  kənarda  əhəmiyyətli  nəticə  almaq 
mümkün deyildir. Ona görə də tarixi metodun özünü müqayisəli 
metoddan ayrı təsəvvür etmək çətindir. Çünki müqayisəli me-
tod    nəticənin  daha  dəqiq,  aydın  və  məntiqli  başa  düşülməsi-
ni təmin edir. Məsələn, Azərbaycan dilinin tarixi mənbələrində 
“yılmaq” sözü işlədilir. Bu sözü müqayisəsiz təhlil etdikdə onu 
yıxılmaqla eyniləşdirənlər də olur. Halbuki, yıl kökü yel, yıldı-
rım, yılğım, ilim-ilim (itmək), ilmə  kimi sözlərlə bağlıdır. Mü-
vafiq nümunələrinin müqayısəli təhlili ilə həqiqəti üzə çıxarmaq 
mümkün  olur.
Qarşılaşdırma metodu 
Bu metod mövcud dillərin (iki və daha artıq) quruluşunda 
oxşar və fərqli elementlərinin öytənilməsinə tətbiq edilir. Belə-
liklə, bu metodun əsas predmeti dillərin arasındakı oxşarlıq və 
fərqləri əks etdirən elementlərdən ibarətdir. Qarşılaşdırma meto-
du dillər arasındakı fonetik, leksik, morfoloji, sintaktik element-
lərin tutuşdurulmasını tələb edir. Bu metodun praktik cəhətdən  
əhəmiyyəti qarşılıqlı (izahli, tərcümə və s.) lüğətlərin və qram-
matikaların  hazırlanmasına  tətbiq  edilməsidə  özünü  göstərir. 
Ancaq onu da qeyd edək ki, qarşılaşdırma üsulunun özü müqa-
yisəli metodun bir tərkib hissəsinə daxildir.
Struktur metod
Bu  metod  XX  əsrdə  rus-polyak  alimi  Boduen  de  Kurtene, 
İsveçrə alimi Ferdinand de Sössür, rus dilçisi N.S.Turbetskoyun 
və başqalarının tədqiqat əaəsrələrinin bazasında yaranmışdır. Bu 
metodun məqsədi dilin bütöv bir funksiyalaşdırıcı struktur kimi 
anlaşılmasından  ibarətdir.  Onun  elementlərinin  və  hissələrinin 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə