Mübariz Yusifov
110
miləşdirən anlayış kəsiklik, yumruluq, dəyirmilik mənasındadır.
Həmin keçid əsasında köy və göy sözləri də yaranmış dır.
Nəzərə aldıqda ki, göy sözünün tarixi mənbələrdə kök vari-
antı var, onda kök və göy sözlərinin əlamətinin k-g səs dəyişmə-
si olduğunu qəbul etmək olar.
Kök sözündən hündürlük, dəyirmilik anlayışını bildirən
kökə, köklük, göy (gök) kökündən isə göy (səma) kimi sözlər
yaranmışdır.
Q-k keçidindən yaranan qun-kün köklərindən qunc (kənar,
qıraq), qundaq (bələk, bürülü əşya) kündə (yumur-lanmış xəmir)
və künc (guşə) kimi sözlər əmələ gəlmişdir.
Q-k keçidi əsasında yaranan sözlərə qul-köl kökləri əsasın-
da formalaşmış aşağıdakı kimi sözləri də aid etmək olar: qul
(hüquqsuz insan) kölə (əsir kişi), qula (xəbərçi), qulluqçu (xid-
mət edən işçi) kölgə (əşyanın əks olunması).
Dil- diş samitlərinin t-d, t-ç, t-ş, d-s, d-y, d-ç, ç-s, c-s, d-s,
s-y, s-h, q-s, ğ-s, d-ş keçidləri üzrə də müəyyən sözlər yaranmış-
dır. Onlardan aşağıdakıları nümunə göstərmək olar:
Tiş-diş köklərindən tişəmək (dəyirmanın daşını diş-diş et-
mək), tişək (dəyirmanın daşını un üyütməyə hazırlamaq), diş-
lə (arabanın çıxıntı hissəsi), dişləmək (dişlə qoparmaq); tala
(qarət)-dala (dalamaq), tağar (ölçü) – dağar(cıq) (un, taxıl saxla-
nan dəri), tovar (yük)- dovar( qoyun); tik (ucalt)-dik (hündür), ta-
lan (etmək) çalmaq (oğurlamaq, qarət etmək); tilov (balıq tutmaq
aləti)-cilov (atın başına keçirilən yüyən), taq(qıltı)- şıq(qıltı); dürt-
sürt; dumbuz-yumruq; dumbuz-çumbuz (bir bel ağzı nəmli yum-
ruvari torpaq); dev(ir), çev(ir); dön(dər)- çov(ğun); cər(gə)- sır(a);
cır(ıq)- sır(ıq); dır(naq)- çır(maq); cır(ıq)- yır(tıq); çox-yox(lamaq;
çal(xala)-sil(kələ), sıx(maq)-zıx(çalamaq), diş-şiş və s.
Dodaq samitlərinin r-f, b-v, m-v keçidlərinə uyğun olaraq
aşağıdakı kimi sözlər düzəlmişdir: pır(ıldamaq)-fır(ıldamaq),
bur(maq)-vur(maq), mır(ılda)-vır(ılda) və s.
Linqvistik tipologiya
111
Saitlə başlayan kök sözlərdə səs
dəyişmələri ilə yeni sözlərin yaranması
Saitlə başlayan kök sözlərdə fonetik söz yaradıcılığının iki
tipini fərləndirmək olar. Birincisi, saitlə başlayan və sait dəyiş-
məsi ilə məna əlaqəsini saxlayan kök morfemlər, ikincisi, saitlə
başlayan və əvvəlinə samit qoşulmaqla məna əlaqəsi yaradan
kök morfemlər. Kök sözün əvvəlində samit səs iştirak etmirsə
vaxtilə mövcud olmuş və ya potensial samitin funksiyası baş-
lanğıcdakı sait səsin üzərinə düşür. Məsələn, Azərbaycan dilində
il - kökü ilə başlayan ildırım, ilxı, ilğım, en kökü ilə başlayan
endirmək, eniş, ul kökü ilə başlayan ulduz, al kökü ilə başlayan
alov, üz kökü ilə başlayan üzük, üzülmək, uc kökü ilə başlayan
uca, ucuz kimi sözlərin əvvəlindən y samitinin ixtisar olunması
şübhə yaratmır, çünki qohum dillərdə və ya lokal nitq arealların-
da həmin sözlərin əvvəli y samiti ilə ifadə olunan variantlarını
aşkar etmək mümkündür. Həmin sözlərin əvvəlində potensial
samit işlənməsə də sonrakı sait səs itmiş fonemin funksiyasını
öz üzərinə götürür. Bu mənada, iş, it, iy, iz, əz, ət, əy, ər, ay, at, al,
aş, aç, az, üz, üç, ün, un kimi əvvəli samitlə başlamayan sözlər-
də sait səs başlanğıc fonemin məna fərqləndiricilik funksiyasını
yerinə yetirir.
Azərbaycan dilində əvvəli saitlə başlayan bəzi kök sözlər də
mövcuddur ki, onlarda başlanğıc saitin müvafiq keçidi sayəsin-
də bir-biri ilə ardıcıl məna əlaqəsini saxlayan müəyyən sözlərin
yaranmasını müşahidə etmək olur.
Səslərin a- u keçidi əsasında anmaq sözündən unamaq (xa-
tırlamaq), unutmaq; a-ü keçidi əsasında alışma (hissə-hissə kəs-
mək, doğramaq) sözündən ülüş (hissə, pay), ülgüc; a-ö keçidi
əsasında ayıtmaq (demək, söyləmək), sözündən öyüd, öyünmək,
Mübariz Yusifov
112
öyrətmək, öyrənmək, acıq sözündən öcəşmək (mübahisə yarat-
maq, höcətləşmək); a-o keçidi əsasında ayıq sözündən oyaq,
oyan, oyat; e-i səslərinin keçidi əsasında eymə (iri qatıq, süzmə
torbası), iymə (tamamilə suyu süzülmüş qatıq, ADDL, 233) söz-
ləri formalaşmışdır.
Əvvəlinə samit qoşulmaqla məna əlaqəsi
saxlayan kök morfemlərin yaranması
Saitlə başlayan kök morfemin əvvəlinə samit qoşulması fo-
netik söz yaradıcılığında sözyaratma üsullarından biri kimi ana-
litizmin göstəricisidir. Türk dillərində analitik söz yaradıcılığı
keçici olsa da ilkin sözyaratma üsullarından biri kimi bu mexa-
nizmin izləri müəyyən qrup nümunələrdə öz izlərini saxlayır.
Doğrudur, müasir analitik dillərdə söz əvvəlinə samit qoşulması
yolu ilə yeni kök morfemlərin yaranması prosesi artıq fəal de-
yildir. Ancaq köksözlü dillərdə kökdaxili dəyişmələr yolu ilə söz
yaradıcılığı indi də davam etməkdədir.
11
Köksözlü dillərdə kökdaxili səs dəyişməsi yolu ilə söz ya-
radıcılığı davam etdiyi kimi, analitik dillərdə də fonetik söz
yaradıcılığının izləri qalmaqdadır. Odur ki, kökdaxili fonetik
söz yaradıcılığınadan, xüsusən də köklərdə analitik yolla söz
yaradıcılığı məsələlərindən bəhs edərkən müvafiq nümunələrin
müxtəlifsistemli dillərlə müqayisəsi münasib sayılmalıdır.
Ilkin köklərdən fonetik dəyişmə yolu ilə yeni sözyaratma-
nın başlıca motivi ondan ibarətdir ki, bir kök bazasında yaranan
söz semantik cəhətdən əvvəlki köklə əlaqəsini itirmir. Eyni kök
bazasında neçə söz yaranırsa onların hamısının arasında daxi-
1
1
С.Е.Яхонтов. Древнекитайский язык. “Наука”, М., 1965, с. 34, 35, 36;
Н.Н.Коротков, Ю.Б.Рождественский, Г.П.Сердюченко, Б.М.Солнцев.
Китайский язык. М., 1961, с. 8-46.
Dostları ilə paylaş: |