Linqvistik tipologiya
125
ÜÇÜNCÜ BÖLMƏ
DİLLƏRARASI MÜŞTƏRƏKLİK
TƏKHECALI KÖKLƏRDƏ DİLLƏRARASI
MÜŞTƏRƏKLİK
Dillərin quruluşunda sözlərin tərkibi zamana görə dəyişdi-
yindən bütün dillərdə qarşılaşdırılan elementlər quruluşca bir-bi-
rinin eyni olmur. Bir dildəki tam tərkibli köklərin adekvatına ya
başqa dildə samit birləşməsi şəklində, ya da şəkilçi tərkibli söz-
lərin bu və ya digər elementi kimi rast gəlmək olur. Odur ki, kök
morfemlər üzrə müqayisədə başlanğıc element kimi Azərbaycan
dilindəki vahidlər əsas götürülür. Çünki müqayisələr Azərbaycan
dili elementləri üzrə aparıldığı üçün müqayisə obyekti də Azər-
baycan dili nümunələrindən
ibarətdir. Müqayisələr, məsələn, in-
gilis dili vahidləri üzrə aparılsa idi ingilis dili materiallarından
başlanğıc element kimi istifadə edilərdi. Eyni zamanda, hansı
bir dil müqayisə obyekti kimi qəbul olunsa idi müəyyən faktla-
rın araşdırılması və təsdiqi üçün digər dillərin materiallarından
yardımçı vasitə kimi istifadə edilə bilərdi. Bu mənada Azərbay-
can dilinə məxsus aşağıdakı kimi kök morfemlərin adekvatını
tapmaq üçün mümkün olan dillərdəki elementlərlə müqayisə
etmək olar.
Ağ kökü. Ağ kökü türk dillərində sinkretik kök kimi başqa
mənalarla birlikdə (məsələn, ağ rəng, ağı zəhər sözünün kökü
kimi, ağlamaq sözünün kökü kimi, ağac, ağa sözünün kökü
kimi və s.) yuxarılıq mənası da bildirir. Ağ kökünün yuxarılıq
mənası mənbələrdə də qeydə alınmışdır. “Ağdı qızıl bayraq”
Mübariz Yusifov
126
(Qırmızı bayraq qalxdı) (DTS, 16); “Bulut ağdı” (Bulud qalxdı)
(DTS, 16).
Ağ kökü müstəqi söz kimi Azərbaycan dilinin lokal ərazilə-
rində də qalxmaq, yuxarılıq mənalarını saxlayır: “Qoyun dağa
ağdı” (Qoyun dağa qalxdı); “Qoymaginan yük ağmağ olsun”
(Qoyma yük birtərəfli yuxarı qalxsın) (Füzuli rayonu, ADDL,
s. 21)
1*
.
Ağ sözü ehtiram mənasında uca tutmaq kimi klassik ədə-
biyyatda da işlənmişdir: “Bir içim su ilə ağırlamadın mehma-
nın” (Qonağını bir içim su ilə uca tutub ehtiram göstərmədin)
(Məhəmməd Füzuli).
Ağ kökünün ok şəklində işlənən adekvatına rus dilində-
ki hündür, yuxarı, yüksək, uca mənasındakı высокий, высоко,
высокость sözlərinin ikinci tərkib hissəsində rast gəlmək olur.
Rus dili analitik-flektiv dil olduğu üçün bu dilin sözlərinin əvvə-
linə sözdüzəldici ön prefikislərinin artırılması ümumi bir qayda-
dır. Bu mənada rus dilində sözlərin əvvəlinə вы-elementinin ar-
tırılması faktları mövcuddur: выслушать (dinləmək), выслуга
(xudmət); выслать (göndərmək) sözlərində olduğu kimi.
Eyni zamanda, rus dilində söz əvvəlinə со-prefiksi artırılma-
sına aid nümunələr də vardır: содрать (soymaq), соединение
(birləşdirmə), сожрать (yemək), создать (yaratmaq) və s.
Ona görə də hesab etmək olar ki, высокий, высота, высокость
sözlərindəki выс (vı-so) hissəsi prefiks səciyyəlidir, kök isə
Azərbaycan dilindəki kimi hündürlük bildirən ağ elementinin ok
adekvatıdır. İngilis dilində hündürlük bildirmək üçün high (hai)
sözü işlədilir. İngilis yazı dilində qədimlik saxanıldığı üçün he-
sab etmək olar ki, sözün tərkibindəki ig (ag) tərkibi Azərbaycan
dilindəki ağ elementinin adekvatıdır. High sözünün əvvəlində-
ki h elementi isə flektivizmin əlamətidir.
1
*
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964.
Linqvistik tipologiya
127
An kökü. An-kökü Azərbaycan dilində anmaq (bilmək, xa-
tırlamaq), anlamaq mənasında işlənir. Bu kökdən ilkin mənanı
saxlayan anlayış, anlaşıqlı, anılmaq, andırmaq (yada salmaq)
kimi sözlər düzəlir. Anmaq sözünün on (an) adekvatı rus dilin-
dəki понимать (anlamaq, düşünmək), пониматься (anlaşıl-
maq) sözlərinin tərkibində müşahidə edilir. Sözün əvvəlindəki
p elementi isə rus dilindəki flektivizm xüsusiyyətinin göstəricisi
olan prefiks səciyyəsi daşıyır. İngilis dilində an kökünün müva-
fiq adekvatı understant (anlamaq, düşünmək) sözündəki un (an)
elementində saxlanılır. Eyni zamanda, an kökünün in şəklində-
ki adekvatına latın mənşəli intellekt (ağıl, düşüncə) və həmin
sözlə bağlı olan intellektual, intelligensiya kimi sözlərdə təsadüf
edilir. An kök morfeminin müvafiq adekvatları, həmçinin, latın
mənşəli annotasiya (şərh, izah, yunan mənşəli analiz (təhlil edib
nəticə çıxarmaq) sözlərində an şəklində, ərəb mənşəli intixab
(seçmə) inkar (danma) sözlərində in şəklində ifadə olunur.
Rus dilindəki знание (bilik) познание (anlayış), знатный
(məşhur), вспоминать (xatırlamaq), ərəb mənşəli məna (məz-
mun), fars dilindəki dana (bilici), Çin dilindəki doing (xatırla-
maq, yada salmaq) sözlərinin tərkibində də an-kök morfeminin
an, (ı)n, in, ən kimi adekvatları mövcuddur.
Bor kökü. Bor kökü qədim mənbələrdə şərab mənasında iş-
lənmişdir: “Yemə bor kişikə qor qılur” (Və şərab insana zərər
verir) (DTS, 112). Bor kökündən düzələn borluq sözünün üzüm-
lük, borluqçı sözünün isə üzümçü mənaları qeydə alınmışdır:
“Antı bu erig elitəyin borluqumın küzətsin” (İndi mən bu ada-
mı aparıram qoy o mənim üzümlüyümə baxsın); “Ötrü teqin ol
borluqçi er birlə bardı borlukta teqmiştə borluqçu erkə inça tep
tedi” (Sonra şahzadə üzümçü ilə getdi, onlar üzümlüyə çatanda
o üzümçüyə belə dedi) (DTS, 113).
Bor kökü müasir Azərbaycan dilində müstəqil şəkildə üzüm,
üzümlük və şərab mənasında işlənmir. Ancaq Borçalı, Borsun-
Dostları ilə paylaş: |