1
Mübtəda budaq cümləsini bağlayan vasitələrdən biri sonrakı dövrün
məhsuludur? A) qəlib sözlər B) kim ki, hər kim C) hər kəs, hər nə D)
intonasiya E) ki // kim
2
Cümlənin növünü müəyyənləşdirin: Gəh gözdə, gəh könüldə məkan
tutar, Hər qanda olsa, qanlım, əlbəttə, qan tutar. A) Bölüşdürmə
əlaqəli tabesiz mürəkkəb cümlə B) Şərt budaq cümləsi C) bağlayıcılı
tabesiz mürəkkəb cümlə D) Yer budaq cümləsi E) Mübtəda budaq
cümləsi
3
Cümlənin növünü müəyyənləşdirin. Xəyali-arizim cövlan edər bu
çeşmi-pürməndə, Nəcük kim, mövclənmiş suda əksi-afitab oynar. A)
Təyin budaq cümləsi B) Müqayisə budaq cümləsi C) tərzi-hərəkət
budaq cümləsi D) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb E)
ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə
4
Cümlənin növünü müəyyənləşdirin. Vər oğlunu dilərsən ola sahibi-
ədib, Əlbəttə,eylə zillətə möhtac qul kimi. A) Şərt budaq cümləsi B)
tabesiz mürəkkəb cümlə C) müəyyən şəxsli sadə cümlə D)
qarşılaşdırma budaq cümlə E) şəxsiz cümlə
5
Şəxs sonluqları nədən törəmişdir? A) Şəxs əvəzliklərindən B)
Müstəqil şəkilçi olmuşlar C) Xəbərlik kateqoriyasının şəkilçilərindən
D) mənsubiyyət şəkilçilərindən E) müəyyən tarixi inkişaf nəticəsində
zaman kateqoriyasından
6
Hicri dilbər, Eşq yolunda kim ki, ol yarinə canfəşan gedər, Əhli-yəqin
biliri kim, ol cənnətə bigünah gedər. Altından xətt çəkilmiş şəkilçi (i)
hansı şəkilçidir, nədən törəmişdir? A) zaman şəkilçisidir-indiki
zaman şəkilçisindən törəmişdir B) indiki zaman-şəxs şəkilçisindən
törəmişdir C) indiki zaman-şəxs sonluğu, o işarə əvəzliyindən
törəmişdir D) indiki zaman-"dır" şəkilçisindən törəmişdir E) indiki
zaman şəxs, sonluğu-mənsubiyyət şəkilçisindən törəmişdir
7
Haşa köməkçi nitq hissəsi aşağıdakılardan hansına daxildir? A) Ədat,
nida B) ədat, bağlayıcı C) modal sözlər D) Ədat, modal sözlər E)
Ədat, qoşma
8
Əya, gül yüzlü cöhrən ayə bənzər! Boyun bir sərvi-xoşbalaya bənzər!
İşarələnmiş söz nədir? A) əvəzlik B) ədat C)bağlayıcı D) vokativ söz
E) modal söz
9
Gər şərh edisərsən ayəti hüsnün kitabını, hər bab içində fəslinə yüz
min füsul ola.İşarələnmiş söz feilin hansı zamanını göstərir? A) indiki
zamanın şərtini B) qeyri-qəti gələcək zaman C) qəti gələcək zamanı
D) feilin şərt şəklini E) qeyri-qəti gələcək zamanın şərtini
10
Birinci şəxs əvəzliyinin şəkilçiləşməsi prosesində m-lə yanaşı bəzən -
... ilə də I şəxsin təki ifadə edilmişdir. Nöqtələrin yerinə nə
yaılmalıdır? A) am² B) n C) ıq
⁴ D) ız⁴ E) i
11
İndiki zamanı II şəxsin təkində işlənən -san² şəkilçisinin sabit şəklinə
Cənubi Azərbaycanın ...., ... dialektində təsadüf edilir. Nöqtələrin
yerini doldurun. A) am
², Zəncan B) -n, Ələmdar C) an², Təbriz D)
an², Ələmdar E) -n, Zəncan
12
İndiki zaman şəkilçisi -ır⁴ -dən başqa ..... şəkilçisi də eyni vəzifəni
daşıyır. Bu xüsusiyyət hansı qrup dialektdə özünü göstərir? A) dır⁴,
Şimal B) dır⁴, Cənub C) durur, Şimal D) durur,ədır⁴, Şərq E) dır⁴,
Qərb
13
Köməkçi nitq hissələrini göstərin, ardıcıllığı gözləyin. Bəs dəxi nə
edim, nəsihət eylə! Xaçan ələ girə nuş bu niş. Bir dəxi varım xəstə
saru; hər söz böhtan isə həqqa, bu söz böhtan deyil. A) bəs, nuş, isə,
həqqa B) dəxi, xaçan, dəxi, bir C) dəxi, nuş, isə, həqqa D) bəs dəxi,
xaçan, dəxi saru, nuş E) bəs, dəxi, xaçan dəxi saru həqqa
14
Törəmə nidalar hansı yolla yaranır? Dəqiq cavabı göstərin A) alınma
sözlərin nida funksiyasında işlənmiş. B) başqa nitq hissələrinin nida
funksiyasında işlənməsi. C) ey, vay, vey, hey nidaları vasitəsilə D)
başqa nitq hissələrinin və alınma sözlərin nida funksiyasında
işlənməsi. E) yalnız"ey" və alınma sözlər
15
İşarələnmiş sözlər hansı nitq hissəsinə aiddir? Ləblərin cami
meyindən cümlə əşya əsrimiş! Teyyib, ey pakizə saqa, barakallah, ey
şərab! Yüzündən gülüstan, billah degilim? Sözündür kün-fəkan,
billah degilim? A) nida B) modal sözlərə C) nida və modal sözlərə D)
ədatlara E) ədat və modal sözlərə
16
Türk dillərinin şəxs-xəbər şəkilçisinin hər iki kateqoriya üçün
müştərəkliyi .......inteqrasiyasının qalığıdır. Nöqtələrin yerinə nə
yazılmalıdır? A) isim+feil B) sifət+zərf C) ad+feil D) əvəzlik+feil
E) zərf+feil
17
Subyekt-predikat-subyekt (analitizm) sxeminə uyğun cümləni seçin.
A) Mən bilirmən bu dili şeyda nələr küncündədir B) Açıldı nərgisü
lalə, tutubdur yaçəmən çadir C) Söyütlər ətğəran titrər,qamışlar mindi
ənharə D)sən yar ol mana ki, könlüm dəxi yar istəməz E) Mən ol
Mənsuram, ey arıf ki, həqdən bulmuşam nüsrət
18
Yarə o saət saıam olsun, salam. İşrətin eyşi mudam olsun,
mudam.Göstərilən cümlə necə adlanır və necə yaranmışdır? Durğu
işarələri buraxılmışdır.A) əmr cümləsi, leksik vasitələrlə B) nida
cümləsi, leksik-sintaktik vasitələrlə C) nəqli cümlə, leksik-sintaktik
vasitələrlə D) nida cümləsi, vokativ sözlərlə E) əmr cümləsi, vokativ
sözlərlə
19
Nə qul-qül, qul-qüli badə, nə badə, badeyi-əhmər Yuxarıdakı cümlə
necə adlanır və yaranma vasitəsini göstərin. A) sual cümləsi, sual
əvəzliyi B) nəqli cümlə, nə əvəzliyi C) nida cümləsi, nə əvəzliyi D)
nida cümləsi, intonasiya E) əmr cümləsi, nə əvəzliyi
20
Nöqtələrin yerinə nə yazılmalıdır? Ardıcıllığı nəzərə alın.
.........əsrdə......dilində nidalarla düzələn nida cümləsi demək olar ki,
çox az işlənir. Amma ayrı-ayrı hiss - heyəcanlı deyilmiş söz- lər.....ilə
birlikdə işlənərkən nida cümləsinin bu tipi müəyyənləşir. A) XIV,
Nəsimi, feilin əmr şəkli B) XV, Ş.İ.Xətai, feilin əmr şəkli C) XIII,
Q.Burhanəddin, ədatlarla D) XVI, M.Füzuli, ədatlarla E) XVII,
Q.Təbrizi, feilin əmr şəkli
21
Hansı əsrə qədər -mı⁴ sual ədatı xəbər-şəxs şəkilçilərindən əvvəl
işlənmişdir? A) XVIII əsrə qədər B) XIX əsrə qədər C) XVI əsrə
qədər D) XVII əsrə qədər E) XV əsrə qədər
22
Ölməli gündür,Vaqif, öl bugün. Yuxarıdakı cümlə sadə cümlənin
hansı növünə daxildir. A) müəyyən şəxsli cümlə B) qeyri-müəyyən
şəxsli cümlə C) adlıq cümlə D) ümumi şəxsli E) şəxssiz cümlə
23
Klassik ədəbiyyatda təyinin mövqeyinin dəyişilməsi onun
funksiyasını dəyişirmi, dəyişirsə, nə kimi dəyişiklik yarada bilər? A)
yerini dəyişir, təyinlik funksiyasını itirir, təyinlənən sözün
şəkilçilərini qəbul edir. B) yerini dəyişir, öz funksiyasını saxlayır C)
yerini dəyişmir, öz funksiyasını saxlayır D) öz yerini dəyişmir,amma
öz funksiyasını itirə bilər E) yerini dəyişir,ancaq tamamlıq vəzifəsi
daşıyır
24
Cümlələrin sintaktik təhlilə görə düzgün cavabı müəyyənləşdirin:
1.Mən fəqirə əmr qılmışdı siyasət etməyə. 2. Çünki siz biçarələr
əsrardan qafil və ülümi-hikmət və kimyadan bixəbər adamlarsınız. A)
1. təyin, tamamlıq, xəbər, tamamlıq 2. təyin, mübtəda, tamamlıq,
xəbər, tamamlıq, tamamlıq, təyin, xəbər B) 1. tamamlıq, xəbər,
tamamlıq 2. Mübtəda, tamamlıq, tamamlıq, tamamlıq, xəbər C) 1.
təyin, tamamlıq, xəbər 2. mübtəda, təyin, tamamlıq, tamamlıq,
tamamlıq, təyin, xəbər D) 1. təyin, xəbər, tamamlıq 2. təyin, mübtəda,
xəbər, tamamlıq, təyin, xəbər E) 1. təyin, tamamlıq, xəbər, tamamlıq
2. təyin, mübtəda, tamamlıq, tamamlıq, təyin, xəbər
25
Folklor üslubunda daha çox işlənən -a² dedilər modelində olan
cümlələr sadə cümlənin hansı növünə uyğundur? A) şəxssiz cümlə B)
müəyyən şəxsli cümlə C) qeyri-müəyyən şəxsli cümlə D) adlıq cümlə
E) ümumi şəxsli cümlə
26
Qədim və orta əsrlərin dilində I növ təyini söz birləşmələri (I tərəf
müəyən miqdar sayı ilə ifadə olunduqda) arasında ......üçün formal
əlamət tələb olunur. Nöqtələrin yerinə nə yazılmalıdır? Formal əlamət
hansıdır? A) kəmiyyətcə uzlaşma ikinci tərəf I tərəfin çoxluq
məzmununa əsasən bir qayda olaraq -lar² şəkilçisini qəbul edir. B)
Kəmiyyətcə uzlaşma ikinci tərəf I tərəfin çoxluq məzmununa əsasən,
bir qayda olaraq şəkilçisiz işlənir.C) şəxsə görə uzlaşma, hər iki tərəf
şəkilçisiz işlənir. D) I t+II t
₀ , I tərəf şəkilçili, II tərəf şəkilçisiz olur
E) Hər iki tərəf arasında heç bir əlaqə özünü, uzlaşma özünü
göstərmir
27
III növ təyini söz birləşməsinin I tərəfi nə zaman yiyəlik hal şəkilçisiz
işlənir və əsasən hansı dövrdə özünü göstərir? A)Tərəflər yerini
dəyişdikdə B) II tərəf sayla ifadə olunduqda C) qədim və orta
əsrlərdə, I tərəf mənsubiyyət şəkilçisi ilə işləndikdə.D) XI-XII
əsrlərdə, II tərəf mənsubiyyət şəkilçisi qəbul etmədikdə E) XIX-XX
əsrlərdə I tərəf I və II şəxsin cəmi ilə ifadə olunduqda
28
III növ təyini söz birləşməsi hallandığı zaman hansı halda hal şəkilçisi
qəbul etmir? A) yiyəlik halda B) təsirlik halda C) yönlük halda D)
çıxışlıq halda E) yerlik halda
29
Bəqayı-eşqin ilə canı cavidan olanın, zavallı günəşi ya mahi-asiman
nədir? İşarələnmiş ifadələr qrammatik baxımdan nə adlanır? A) II növ
təyini söz birləşməsi B) I növ təyini söz birləşməsi C) III növ təyini
söz birləşməsi D) izafət E) feili birləşmə
30
Hansı xüsusiyyətlər XIII-XV əsrə aid deyil? A) Mən əvəzliyi mən //
bən, bin variantlarında işlənmişdir. B) t˃d, d˃t əvəzlənmələri özünü
göstərir C) xəbər şəkilçisi durur // turur formaları işlənməməşdir D)
təsirlik hal şəkilçisi -ı⁴, yı⁴, -nı⁴ şəkilçiləridir. E) h ilə başlayan sual
əvəzlikləri q/x/ğ ilə ifadə olunmuşdur
31
Gər açıq isə bəsirətin bax, Gər səndə həqnin qetmə irax. Cümlənin
növünü müəyyənləşdirin. A) Şərt budaq cümləsi B) qarşılaşdırma
budaq cümləsi C) səbəb budaq cümləsi D) məqsəd budaq cümləsi E)
nəticə budaq cümləsi
32
Cümlənin növünü müəyyənləşdirin: Fikir edərəm ki, yazayım zərrəcə
eşq sirrini, Bəhr midad, ağac qələm, taşı-fələk dəvat olur. A) şərt
budaq cümləsi B) tamamlıq budaq cümləsi C) səbəb budaq cümləsi
D) məqsəd budaq cümləsi E) nəticə budaq cümləsi
33
İlk baxışdan şərt budaq cümləsinə bənzəyən cümlənin növünü
müəyyənləşdirin: Zülfü rüxsarındır, ey can, sureyi-nürü düxan. Gər
bu mənidən ana şamü səhər dersəm, Nola? A) səbəb budaq cümləsi
B) şərt budaq cümləsi C) nəticə budaq cümləsi D) müqayisə budaq
cümləsi E) tərzi-hərəkət budaq cümləsi
34
Ol jalə ki düşdü güli-rüxsarımız üstə. Bir qətrə yağış damdımı, min
lalə tər oldu. Cümlənin növünü müəyyənləşdirin. A) təyin budaq
cümləsi B) zaman budaq cümləsi C) səbəb budaq cümləsi D) şərt
budaq cümləsi E) müqayisə budaq cümləsi
35
1. "Mən ol Mənsuram, ey arıf ki, həqdən bulmuşam nüsrət. 2.
Ənəlhəq söylərəm daim ki, ömrüm payidar oldu." I və II cümlənin
növünü müəyyənləşdirin. A) I səbəb budaq cümləsi, II zaman budaq
cümləsi B) I tamamlıq budaq cümləsi, II təyin budaq cümləsi C) I
təyin budaq cümləsi, II səbəb budaq cümləsi D) I səbəb budaq
cümləsi, II zaman budaq cümləsi E) Hər ikisi zaman budaq cümləsi
36
Cümlənin növünü müəyyənləşdirin. Səndən əgərçi düşmüşəm ayru,
səninləyəm yəqin A) şərt budaq cümləsi B) qarşılaşdırma -guzəşt
budaq cümləsi C) səbəb budaq cümləsi D) məqsəd budaq cümləsi E)
təyin budaq cümləsi
37
Cümlənin tərəfləri arasında hansı məna əlaqəsi var? Kirpiyin navək
oxudur, qaşların çaçı kaman. A) zaman əlaqəsi B) qarşılaşdırma
əlaqəsi C) aydınlaşdırma əlaqəsi D) ardıcıllıq əlaqəsi E) səbəb əlaqəsi
38
Aşağıdakı tabesiz mürəkkəb cümlə arasında əlaqəni müəyyənləşdirin.
Şol qaş, saçı büt-məhvəş gəlir, Kirpik oxundan dolu tərkəş gəlir. Həq
meyindən gözləri sərxoş gəlir, Kirpiyi, qaşı hesabı şeş gəlir. A)
ardıcıllıq əlaqəsi B) zaman əlaqəsi C) səbəb əlaqəsi D) aydınlaşdırma
əlaqəsi E) qarşılaşdırma əlaqəsi
39
Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələrini üəyyənləşdirin1. Çarə
yoxdur yarə, əbsəm, ey könül yar istəmə. 2.Ey Nəsimi, sən fələkin
gərdişindən qəm yemə, şadlıq ənduhiləndir, həm qızıl gül xar ilən. 3.
Aşiqə meyxanə küncündən gəlir peyğami-qəm ilhamü vəcd, Süfiyə
məscid qucağından gəlir peyğami-qəm. 4. Mislin görələr, ya bulalar
zatına həmtay. 5.Galıba, zülfü xalıdan saçın leylidürür, irişdi ayəti-
fanzur adı nurü düxan oldu.A)qarşılaşdırma, zaman, bölüşdürmə,
ardıcıllıq, səbəb B) səbəb, qarşılaşdırma, aydınlaşdırma, bölüşdürmə,
qarşılaşdırma C) aydınlaşdırma, zaman, səbəb, bölüşdürmə, ardıcıllıq
D)səbəb, aydınlaşdırma, qarşılaşdırma, bölüşdürmə, qarşılaşdırma E)
qarşılaşdırma, aydınlaşdırma, səbəb, bölüşdürmə, qarşılaşdırma
40
Cümlələr arasındakı bağlayıcının cümlədəki mənasını nəzərə alaraq
cümlənin növünü müəyyənləşdirin. Qəmzəyə versin nəsihət, yoxsa
qan eylər. A) qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə B) Səbəb
budaq cümləsi C) qarşılaşdırma budaq cümləsi D) səbəb əlaqəli
tabesiz mürəkkəb cümlə E) Müqayisə budaq cümləsi
41
Nəqli keçmiş zamanın şəkilçilərindən hansı aktiv olmuşdur və müasir
dildən fərqli cəhəti nədir? A) -mış⁴ II şəxsin təki və cəmində -ş-
ünsürü düşür B) -ıb⁴ əsasən III şəxsə məxsus olmuşdur. C) -mış⁴ II
şəxsdə "ş" ünsürünün düşməsi D) -ıb⁴ I şəxsdə işlənməsi E) mış⁴, -
ıb⁴ fərqli cəhət yoxdur.
42
Nəsiminin dilində III növ təyini söz birləşməsinin I tərəfi ismin hansı
halları ilə ifadə olunmasına rast gəlirik? A) yiyəlik, yerlik, çıxışlıq B)
yiyəlik, çıxışlıq C) adlıq, qeyri-müəyyən yiyəlik hal, çıxışlıq D)
yiyəlik, adlıq, çıxışlıq E) yiyəlik, yönlük, çıxışlıq
43
Çün Süleyman mülkünün qoydivi getdi dünyadan.Qaldı andan sonra
bu mülki-Süleyman sizlərə. İşarələnmiş sözlərə qrammatik baxımdan
nədir və bu cür işlənməsini necə izah etmək olar? A) hər ikisi ismi
birləşmədir bədii üslub üçün uyğundur. B) hər ikisi ismi birləşmədir,
obrazlılıq üçün işlənmişdir C) hər ikisi izafətdir, sadələşdirilmişdir D)
I misradakı III n.t.s.b, II misradakı izafətdir, azərbaycanlaşdırmaq
meyili güclüdür E) I misradakı III n.t.s.b, II misradakı izafətdir,
azərbaycanlaşdırmaq meyili zəifləmişdir
44
İtabi şöylə şirindir dodağın işvə vəqtində ki, aşıq can yağar sanır onun
nazü itabından. Cümlənin növünü müəyyənləşdirin. A) nəticə budaq
cümləsi B) dərəcə budaq cümləsi C) tərzi-hərəkət budaq cümləsi D)
müqayisə budaq cümləsi E) kəmiyyət budaq cümləsi
45
Zaman budaq cümləsini əmələ gətirən bağlayıcıları göstərin. A) çün,
ol vaxt kim//sol vaxt kim ta, ta ki, hər dəm, hər sübhi, kim/ki B) ol
vaxt//sol vaxt, öylə, həman kim/ki, sol ki, neçin ki C)kim/ki,
çun/çunkim, nisə kim, hər sübhi dəm ki D)kim/ki, çun / çunkim, nişə
kim, hər sübhi dəm ki, hər vərq ki E) ol vaxt/sol dəm ki, hər sübhi
dəm ki, hər vəqt ki, nədən kim diyən
46
Nəticə budaq cümləsini bağlayan vasitələr hansılardır? A) elə/öylə,
gər, vəli vəleykun, intonasiya B) elə/şöylə, ta/ta ki, məgər, kim//ki,
intonasiya C) ta/ki, gər, kim/ki məgər, öylə D) elə/söylə, vəli, ta// ta
ki, intonasiya E) nə qədər ki, elə, məgər, sansan
47
Cümlənin növünü müəyyənləşdirin: Qaravaşa don geyirsən, qadın
olmaz. A) tabeli mürəkkəb cümlə B) müəyyən şəxsli cümlə C)
ümumi şəxsli cümlə D) şəxssiz cümlə E) qeyri-müəyyən şəxsli cümlə
48
Nəsiminin "Dodağın qədinə şəkər dedilər" qəzəlində isə ........ poetik
diffuzluğu ifadə olunur. Nöqtələrin yerinə nə yazılmalıdır? A) sadə və
mürəkkəb B) sadə cümlələrin C) şəxsiz və müəyyən şəxsli cümlələrin
D) qeyri-müəyyən və ümumi şəxsli cümlələrin E) müəyyən və qeyri-
müəyyən şəxsli cümlələrin
49
Nida cümlələrini əmələ gətirən vasitələr hansılardır? Dəqiq cavabı
göstərin. A) intonasiya, xüsusi leksik-sintaktik vasitələr, nida sözləri,
nida, bəzi sual əvəzlikləri, nə sözü B) nidlar və intonasiya C) ədat və
nidalar D) nida, bağlayıcılar E) nida, qoşma
50
Min başda biri layiqi-dostlar bulunmaz. Cümlədə hansı söz birləşməsi
işlənmişdir və fərqli cəhət nədir? A) I n.t.s.b; fərqli cəhət yoxdur B) II
n.t.s.b; I tərəfin şəkilçili olması C) III n.t.s.b; I tərəfin yerlik halda
işlənməsi D) III n.t.s.b; II tərəfin sayla ifadə olunması E) III n.t.b;
fərqli cəhət yoxdur.
51
Nida cümləsi necə yaranmışdır? Mən mülki-cahan mənəm mən
Haqqa məkan mənəm mən! A) xəbər vəzifəsində işlənən təkid,
hökm bildirən şəxs əvəzlikləri vasitəsilə intonasiya B) arzu, dilək
bildirən leksik vasitələrlə C) sintaktik vasitələrlə D) nidalar vasitəsilə
E) sual əvəzlikləri ilə
52
Epenteza hadisəsi və epentetik səs nədir? A) eliziya hadisəsidir,
düşən səs B) kvintativ metatezadır C) səs artımı hadisəsidir, iki samit
arasına artırılır D) sinkopo hadisəsidir, kipləşən samitlər arasında baş
verir E) apokopo hadisəsidir, r,l samitlərinin düşməsidir
53
II növ təyini söz birləşmələri məzmunca hansı birləşməyə oxşayırdı?
Söhbət orta əsrlərdən gedir. A) III növ təyini söz birləşməsinə B) II
növ təyini söz birləşməsinə C) qeyri-təyini söz birləşməsi D) məsdər
birləşmələrinə E) feili-sifət birləşmələrinə
54
Haşa ki, türkzadə məhbublar feyzi-nəzmindən bəhrəmənd
olmayanlar; Əbzəs ki, bahar ayını, saqi gözüm istər. Haşa ki, bu
murğu-tiz rəftar.Sitəm etməgilə haşa ki, könül usana səndən, Əlhasil,
fərqi-iqtidarımı əfsəri-qənaət. Cümlələrdə işlənən köməkçi nitq
hissələri müəyyənləşdirin. ardıcıllığı gözləyin. A) ədat, ədat, modal
söz, ədat B) ədat, ədat, ədat, ədat C) modal söz, modal söz, ədat ədat,
modal söz D) modal söz, modal söz, ədat ədat E) ədat, modal söz,
ədat, ədat
55
Şeirdəki feillər hansı şəkildədir? Baş tob edə gör canan yolundə Ey
Xətayi, özünü xak edə gör pak. A) əmr şəkli B) lazım şəkli C) arzu
şəkli D) şərt şəkli E) indiki zaman
56
XVI əsr ədəbi dilində indiki zaman və onun şəkli əlamətinin semantik
məzmununda ..... məna çaları özünü göstərir. Nöqtələrin yerinə
aşağıdakılardan hansı yazılmalıdır? A) indiki və keçmiş zaman B)
indiki və qəti gələcək zaman C) qeyri-qəti gələcək zaman, qeyri-
müəyyən zaman D) qəti gələcək zaman və keşmiş zaman E) yalnız
indiki zaman
57
feilin əmr şəkli analtik üsulla necə yaranmışdır? A) gil,ğıl B) gilən,
ğınan C) ginən+ib D) a²+gör E) gil+a²
58
Verilən şeirdə feilin arzu şəkli feilin hansı şəklinin mənasını daşıyır?
Vəqt oldu: Verəm fənayə təxtim. Qədr ilən çəkəm bəqayə təxtim. A)
arzu şəklin B) əmr şəklin C) vacib şəklin D) şərt şəklin E) lazım şəkli
59
ama² şəkilçiləri feilin hansı şəklinin inkarına aiddir? A) indiki
zamanının inkarı B) feilin bacarıq şəklinin inkarı C) gələcək zamanın
inkarı D) qeyri-qəti gələcək zamanın inkarı E) arzu şəklinin inkarı
60
Nümunədə işarələnmiş söz sadə cümlənin hansı növünə aidir? Həqqə
yar ol, ey könül, yar ol, yetər, həqqi çün yar,eylədin,var ol, yetər. A)
əmr cümləsi B) müəyyən şəxsli cümlə C) şəxssiz cümlə D) qeyri-
müəyyən şəxsli cümlə E) adlıq cümlə
61
M. Füzulinin dilində ıkən, vari öküs kimi sözləri hansı nitq hissəsinə
daxildir? A) sifət B) feil C) isim D) say E) əvəzlik
62
XVI əsr ədəbi-bədii dilində, o cümlədən M.Füzulinin dilində arzu
şəkli feilin hansı şəkillərinin mənasını da daşımışdır? Tam cavabı
göstərin. A) əmr, vacib, xəbər B) yalnız arzu C) şərt şəkli, bacarıq
D) xəbər, arzu E) vacib, bacarıq şəkli
63
...........etimoloji subyekt və predikat arasındakı semantik münasibətin
metaformalaşması yolu ilə əmələ gəlmişdir. Nöqtələrin yerini
doldurun. A) şəxsiz cümlə B) adlıq cümlə C) ümumi şəxsli cümlə D)
qeyri-müəyyən şəxsli cümlə E) müəyyən şəxsli cümlə
64
Köməkçi nitq hissələrinin növünü müəyyənləşdirin. Yarimi ayırdın
məndən çərxi-qəddar, üştə gör. Yürəyim boş oldu məndən, gəl içim
yar üştə gör. A) modal söz, təssüf B) ədat, əmr C) modal söz, təsdiq
bildirənlər D) ədat, qüvvətləndirir E) nida, kədər
65
"ha" sözünün funksiyasını müəyyənləşdirin: Ey dil ki, edərdim ahu-
nalə ha dövləti-vəsli zövqu-didar. A) əmr ədatı B) işarə əvəzliyi
C)qüvvətləndirici ədat D) nida E) iştirak bağlayıcısı
66
"Qamu" sözünün funksiyasını müəyyənləşdirin: Xublar qamu solü
sağa durmuş Cövlanda durur qamu pərilər. Qamu hünərlərə
gördüyüm könlüm. A) isim, ədat, isim B) sual əvəzliyi, işarə əvəzliyi,
sual əvəzliyi C) qeyri-müəyyən əvəzliyi, təyini əvəzlik, təyini əvəzliyi
D) qeyri-müəyəyn əvəzlik, qayıdış, qayıdış əvəzliyi E) qeyri-müəyyən
əvəzlik, işarə əvəzliyi, qeyri-müəyyən əvəzlik
67
Fikrin emosional tərzdə deyilməsini qüvvətli şəkildə təsdiq etmək
məqsədi ilə göstərilən nümunədə nədən istifadə olunmuşdur? Deyən
hər dəm mənə ki baxma xubni yüzünə. Aşıqin gözü var, axır, ol
qədər nadan deyil! A) işarə əvəzliyindən B) təsirlik halın fərqli
xüsusiyyətlərindən C) ədatdan D)saydan e)intonasiya
68
Qeyri-müəyyən sayların bir növü də .......... üsulla, yəni..........
yaranmışdır. Nöqtələrin yerini doldurun. A) morfoloji, şəkilçilərlə B)
analtik, sözlərin təkrarı ilə C) sintaktik, müxtəlif sözlərin birləşməsi
ilə D) fonetik, səslərin əvəzlənməsi ilə E) morfoloji - sintaktik, şəkilçi
və sözlə
69
Aşağıda müxtəlif hallarda işlənən işarələnmiş sözlər ismin hansı
halını əvəz etmişdir? Ardıcıllığı gözləyin. Cananə mənim sevdiyim
can bilir ancaq. Gah çıxmışam. İsa kimi çərx üstünə oturmuşam.
Səltənətin zövqünü arifə sor kim, bilir A) yönlük, yönlük, yerlik B)
yönlük, yönlük, təsirlik C) təsirlik, yönlük, yerlik D) təsirlik, yerlik,
çıxışlıq E) təsirlik, yönlük, çıxışlıq
70
"Çu"-nun funksiyasını müəyyənləşdirin və hansı sözlə əvəz etmək
olar? Həbiba, firqətin saldı məlalə.Bu ənəlhəqin çırağı əbədi çü
yanəsərdir, . A) ədad ha, dəxi B) qoşma kimi, tək C) bağlayıcı amma,
vəli D) işarə əvəzliyi bu, şu E) modal söz əlqıssə, belkə
71
ıbanın feili bağlama şəkilçisinə ancaq ..... "...." rast gəlirik. Nöqtələrin
yerini doldurun. A) Qazi Burhanəddin "Divan"ı B) Məhəmməd
Füzulinin "Divan"ı C) Nəsiminin "Divan"ı D) Ş.İ.Xətainin "Divan"ı
E) Qövsi Təbrizinin "Divan"I
72
Elliptik cümlələrdə hansı sözlər düşmüşdür. Tək sən bənüm ol,
uçmağı kimə gərək isə, Tərk eylədi bir buğdayiçün uçmağı Adəm A)
ona, ver B) sən də C) cənnəti ona D) cənnəti də E) sən, ona
73
XIII-XV əsrlərdə indiki zamanın inkari hansı şəkilçilərlə də ifadə
oluna bilirdi a) ma+dın²i B) ma+acaqam C) maz²am//man//man D)
mar
² E) marıq²
74
XIII-XV əsrlərdə indiki zaman -ır⁴ şəkilçisi ilə yanaşı .....şəkilçisi də
işlənmişdir. Nöqtələrin yerinə hansı şəkilçi yazılmalıdır? A)
adur//ədur B) avuz//əvuz C) ıdır² D) mış⁴ E) isər
75
Cümlələrdəki mübtədalar ismin hansı halındadır? Könlümü aparanın
kirpigi oxin bulmişəm Necə ki ol dilər isə ki, bini olam olmuşam.
Gözuni xəstədir, xu göruruz, hicab yox A) adlıq, adlıq B) təsirlik,
adlıq C) yönlük, yönlük D) çıxışlıq, təsirlik E) adlıq, təsirlik,
təsirlik,adlıq
76
feili bağlama şəkilçiləri hansılardır? A) ıban
⁴, mədin, ası B) ıban⁴,
malı, yu C) dığı
⁴, ınca⁴ D) ıban, ınca ², yu,an² E) mədın, ıcaq², yu²,
gəc
77
Nümunədə işlənmiş eyləmi hissəsini hansı cümləyə daxil etmək olar.
Bənzüm saruvü yaşımı al etdin, eyləmi? A) adlıq cümlə B) yarımçıq
cümlə C) təktərkibli cümlə D) söz-cümlə E) cüttərkibli cümlə
78
Cümlənin növünü müəyyənləşdirin. Nə dilim varur ki, vəslin
diləyəm, Nə əlüm irər ki, sunam belinə A) qarışıq tipli tabesiz
mürəkkəb cümlə B) sadə cümlə C) mübtəda budaq cümləsi D) xəbər
budaq cümləsi E) I cümlə mübtəda, II cümlə xəbər budaq cümləsidir
79
Analtik üsulla yaranan əmr şəkli məzmunca feilin hansı şəklinə
yaxınlaşır? A) xəbər şəklinə B) arzu şəklinə C) vacib şəklinə D)
lazım şəklinə E) bacarıq şəklinə
80
Hansı qoşma aid olduğu sözdən əvvəl işlənə bilər? A) səmt B) doğrı
C) yana D) misali E) cılayın
81
dən-tən variantında olan qoşmalar mənaca qoşmanın hansı növünə
aiddir? A) yön, istiqamət B) birgəlik C) məsafə-zaman D) səbəb E)
kəmiyyət
82
Sintaktik vahidlərin ardıcıl olaraq ....... çevrilməsi prinsipi nəticəsində
müstəqil feillər köməkçi mövqeyə keçir. Nöqtələrin yerinə
aşağıdakılardan hansı yazılmalıdır? A) cümləyə B) söz birləşməsinə
C) sintaqmlara D) qrammatik kateqoriyaya E) qrammatik vasitə
83
Nə zaman təsirlik hal şəkilçisi düşür, bitişdirici samit qalır? A)
samitlə bitən isimlərin hallanmasında B) saitlə bitən isimlərin
hallanmasında C) feili sifətin hallanmasında D) məsdərin
hallanmasında E) II və III növ təyini söz birləşmələrinin
hallanmasında
84
Orta əsrlərin ədəbi, bədii əsərlərin dilində III növ təyini söz
birləşməsi formal cəhətdən hansı birləşməyə oxşayırdı? A) I növ
təyini söz birləşməsinə B) məsdər tərkibinə C) feili sifət tərkibinə D)
II növ təyini söz birləşməsinə E) qeyri-təyini söz birləşməsinə
85
İlə qoşmasının mənasını müəyyənləşdirin. Bu əqli naqis ilə özün
xurdədan tutar (Füzuli). A) birgəlik B) məhdudiyyət C) hal-vəziyyət
D) səbəb E) müstəqim obyekt bildirir
86
Çoxdan zərfi xəbər vəzifəsi daşıdıqda hansı fərqli cəhət özünü
göstərir? A) xəbər şəkilçisi "dır" şəkilçisinə qəbul etmir B) -dan
şəkilçisi düşür C) cümlənin ancaq əvvəlində işlənə bilir D) heç bir
dəyişikliyə məruz qalmır E) xəbər vəzifəsi daşıması üçün birləşmə
əmələ gətirirdi
87
"cağaz" şəkilçisinin funksiyasını müəyyənləşdirin. Nə qədərdir ki,
toxınıcağaz bu dilimə, Dilümi diləvü gəlməyə dəxi bilə nəzər A) feili
sifət B) düzəltmə feil yaradan şəkilçi C) feildən sifət düzəldən şəkilçi
D) feildən zərf düzəldən şəkilçi E) feili bağlama şəkilçi
88
İşarələnmiş sözdə nədir və fərqli cəhəti göstərin. Bir qac yigit dəxi
endilər, təpdilər, təpdiklərincə böyüdü. A) feili sifət+ca² B) düzəltmə
feil C) feili bağlama+mənsubiyyət şəkilçisi D) feili sifət+mənsubiyyət
şəkilçisi+ca E) məsdərin arxaikləşmiş forması
89
Çaparaq, qaçaraq sözləri hansı nitq hissəsinə daxildir? (vurğu III
hecadadır, nəzərə alınsın) A) feili sifət B) feili bağlama C) sifət D)
zərf E) isim
90
Cümlədə altından xətt çəkilmiş söz hansı cümlə üzvüdür? Qarğu gibi
qara saçum uzanır gördüm. A) təyin B) vasitəli tamamlıq C) xəbər D)
vasitəsiz tamamlıq E) zərflik
91
feillər hansı şəkildədir? Saqiyi-baqi əlindən məst olub içməkdəyüz
(Xətai). Qəm yükün çəkməkdəyüz mən bir zəman, ol bir zaman
(Füzuli). A) arzu şəkli B) bacarıq şəkli C) davam şəkli D) xəbər şəkli
E) vacib şəkli
92
Cümlədə işlənən feil hansı zamandadır? Eşq yolunda mən sona təqsiz
bilməzəm. Eşqindən özgə canıma təsir bilməzəm A) indiki zamanın
inkarı B) qeyri-qəti gələcək zaman C) qəti gələcək zaman D) nəqli
keçmiş zaman E) şühidi keçmiş zaman
93
Qaçan/xaçan sözləri sual əvəzlik vəzifəsindən başqa hansı funksiyanı
yerinə yetirə bilirdi? A) qoşma B) sifət C) ədat D) feili sifət E) isim
94
Nəsiminin dilində XIV əsrdə III şəxs mənsubiyyət şəkilçisinin digər
variantına rast gəlirik. Bu şəkilçi hansıdır? A) nı⁴ B) sın⁴ D) ın⁴ E)
yı⁴
95
Müasir dildən fərqli olaraq təsirlik halın hansı şəkilçisi işlənmişdir?
A) yı⁴ B) nı⁴ C) ı⁴ D) a² E) da²
96
"Yengi" sözü təxminən ..... əsrin ortalarına qədər əski formasını
saxlamış, get - gedə " " tərkibində olan " " zəyifləyib düşmüşdür.
Nöqtələrin yerini doldurun. A) XVII əsr, n-q B) XVIII əsr, g-n C)
XVIII əsr, g-n (sağır nun) D) XIX əsr, n-g E) XX əsr n-g.
97
feildən isim düzəldən ma² şəkilçisi nədən törəmişdir? A) ol köməkçi
feilindən B) maq² şəkilçisindən C) madən² şəkilçisindən D) aq²
şəkilçisindən E) müstəqil şəkilçidir, heç bir şəkilçidən törəməmişdir.
98
Sifətin çoxaltma dərəcəsinin neçə növü var, hansıdır? A)2;
nisbət və artıqlıq B)2; nisbət, şiddətləndirmə C)3; çoxaltma,
nisbət, tam D)3; naqış, azaltma, çoxaltma E)2; yarımçıq,
artıqlıq
99
"Afərin, səd afərin" - cümlənin növünü müəyyənləşdirin. A) cümlə
deyil B) söz - cümlə C) adlıq cümlə D) şəxsiz cümlə E) qeyri -
müəyyən şəxsli cümlə
100
Sifət düzəldən -ğan, -kən şəkilçiləri əsasən hansı şairlərin dilində rast
gəlirik? A) M.Füzuli, Q.Zakir B) M.V.Vidadi, M.P.Vaqif C)
Q.Bürhanəddin, M.V.Vidadi D) M.Füzuli, M.P.Vaqif E) M.Füzuli,
M.V.Vidadi
101
Arxaik feilləri seçin. 1) Əhli-nəzərdən yaşırma, aç üzünü gəl 2)
Doğru xəbərdir, onun üçün darə düşmüşəm 3) Könüldə eşqim can tək
dilərdim 4) Mənzilinə qalan açan irür ki, bu yolda tayinə 5) Qanıma
gəl bandır əlin ey nigar, gör 6) Vardır sualım çün sana, vergil cavab
qalma tana A) 1,2,3,4 B) 1,3,4,5 C) 1,4,5,6 D) 1,2,5 E) 1,2,3,6
102
Cümlənin növünü müəyyənləşdirin. Sənin eşqində mən oldum
ciyərxun, Necə kim Leylinin eşqində Məcnun (Fədai). A) tərzi-
hərəkət budaq cümləsi B) təyin budaq cümləsi C) kəmiyyət budaq
cümləsi D) səbəb budaq cümləsi E) şərt budaq cümləsi
103
Tarixən səsdüşümünə daha çox məruz qalan samitlər hansılardır? A)
b,n,m B) p,s,m C) t,s,r d) n,r,t E) r,b,p
104
Jan Denu əsərində göstərir ki, "çox dəfə feili bağlama şəkilçisi ....
yardımcı cümlədə.....məzmunu yaradır. Nöqtələrin yerini doldurun.
A) ıcaq şəkilçisi zaman, zaman budaq cümləsi B) ıcaq şəkilçisi
səbəb, səbəb budaq cümləsi C) ıban şəkilçisi məqsəd, məqsəd budaq
cümləsi D) ıban şəkilçisi qaşılaşdırma, güzəşt qarşılaşdırma budaq
cümləsi E) ıcaq şəkilçisi şərt, şərt budaq cümləsi
105
Nominativ - analitik strukturlu muxtəsər cümlələrdə mübtəda və
xəbər bir - biri ilə ..... və .....səviyyədə bağlanır. Nöqtələrin yerini
doldurun. A) uzlaşma və semantik B) məntiqi semantik və intonativ
C) semantik və intonativ D) uzlaşma və məntiqi E) uzlaşma və
intonativ
106
Cümlədə hansı fonetik hadisə baş vermişdir? Neyləyim görgəc yüzini
ixtiyar əldən gedər. A) proteza B) metateza C) epenteza D)
assimilyasiya E) eliziya
107
Cümlələrdə hansı nitq hissəsi zərflik mövqeyində işlənir? 1.
Oğlancuğazı öldü bilir (KDQ) 2. Oğlan ata binər, qılınc quşanır getdi
3. Oğlancığı qana bulaşmış yatır. A) hər üç cümlədə feili bağlama B)
hər üç cümlədə feili sifət C) I və II cümlədə təsriflənən feillə, III
cümlədə təsriflənməyən feillə D) I və II cümllədə feili sifətlə III
cümlədə təsriflənməyən feillə E) zərflik işlənməmişdir
108
feilin təsriflənməyən formalarını seçin və ardıcıllığı gözləyin. 1.
Əldən gedərəm sərvi-xuramanım görgəc (Q.Təbrizi). 2. Tupçaq
minib əldə baz ilən yetdi netəy (Əmani). 3. Genə yanar oda saldı can
aldığım (Vaqif). 4. Bəxt aldı çü, verdügi xəraci (vərqa və Gülşa) 5.
Haramdır yüzini görməklik anın. A) feili sifət, məsdər, feili bağlama,
feili bağlama, məsdər B) feili bağlama, feili sifət, məsdər, feili sifət,
feili bağlama D) feili bağlama, feili bağlama, feili sifət, feili sifət,
məsdər E) feili bağlama, feili sifət, feili sifət, feili bağlama, məsdər
109
1. Qiblədir üzün, nigara, qaşların mehrablar, 2. Surətin müsbət, vəli
mişkin xətib erablar. Bu cümlələrdəki məna əlaqələrini
müəyyənləşdirin. A) qarşılaşdırma, aydınlaşdırma B) hər ikisində
ardıcıllıq C) zaman, qarşılaşdırma D) bölüşdürmə, qarşılaşdırma E)
zaman, səbəb
110
Modal sözlərin məna növlərini müəyyənləşdirin. Lacərəm bu
məskənətdən nisbəti-sultan bitər. Xilafi vədə gər qılsa, Nəsimi, qəm
deyil, şayəd Tərəhhüm eyləyə bir gəz yalanı dəşgirə çına. A) təəssüf,
sıra B) təsdiq, güman şübhə C) təsdiq, təəssüf D) güman, şübhə E)
güman, istinad
111
Ədatların hansı növünə aid nümunə yoxdur. Axır, dəxi, həm, leyk,
vəli, pəs, gəl, di, heç, hərgiz, hoşa A) qüvvətləndirici B)
məhdudlaşdırıcı C) sual D) təsdiq və inkar E) dəqiqləşdirici
112
Qoşmaların hansı növünə aid nümunə yoxdur: yana, ayru/ayrı, asa
cılayın, kibi, dəkin sarı/saru,bərlu A) fərqlənmə B) istiqamət C)
məsafə D) səbəb E)birgəlik
113
Hansı birləşmənin tərəfləri yerini dəyişə bilir? A) I növ təyini söz
birləşməsi B) II növ təyini söz birləşməsi C) III növ təyini söz
birləşməsi D) feili sifət tərkibləri E) feili bağlama tərkibləri
114
Tarixən dilimizdə neçə samit olmuşdur? A) 21 B) 24 C) 25 D) 26
E) 23
115
Müasir ədədbi dilimizdə "h" səsi ilə başlayan sual əvəzlikləri XVIII
əsrə qədər hansı səslərlə əvəz edilmişdir? A) x, ğ, q B) x, g, k C) x,
q, n D) g, k, l E) x, g, m
116
Şərt budaq cümləsinin əmələ gəlməsində iştirak edən vasitələrdən biri
səhvdir. A) əgər B) gər C) sa² D) vər+sa² E) ol səbəbdən
117
iban
⁴ arxaikləşmiş feili bağlama şəkilçisi hansı dialektdə izinə rast
gəlirik? A) Quba-Qazax-Şamaxı-Zaqatala dialektində B) Cənub-
Ordubad dialektində C) Lənkəran dialektində D) Nehrəm şivəsində
E) Naxçıvan dialektində
118
Fars mənşəli "nak" şəkilçisi hansı şəkilçinin sinonimidir? A) sız B)
ğın⁴ C) li⁴ D) i, vi E) dakı²
119
Müasir dilimizdən arxaikləşən tarixən də az işlənən say növü
hansıdır? Şəkilçisini də göstərin. A) sıra sayı, inci⁴ B) qeyri -
müəyyən, larla², larca² C) kəsr sayları D) bölüşdürmə sayları, ar²,
şar² E) miqdar sayları
120
O şəxs əvəzliyi hallandıqda nə kimi dəyişiklik baş verir? A) o-a B) o-
u C) o-ı D) o-ö E) o-o
121
Qapalı hecadan açıq hecaya keçidə aid nümunələri göstərin. 1. Xeyli
müddətdir ki, könlüm eşq ilə viranədir Şimdi ol viranəni abad ol
qılsam vəqtidir 2. Qayit ki, bu işə çarə yoxdur 3. Sanma kim sən
getdin, sən ey ay yüzlü, can qaldı mənə 4. Təbibimdir mənim ruhum,
rəvanım ki, hər kim, can qaçar canan ondadır. A) 1,3 B) 2,3 C) 3,4
D) 1,4 E) 2,4
122
gilən, ginən, ğınan şəkilçiləri neçənci əsrdən sonra dilimizdə
işlənməyə başlamışdır? A) XVII əsrin II yarısından B) XVI C) XIV
D) XX E) XV
123
feilin əmr şəklini arxaikləşmiş "ginən" şəkilçisi hansı dialektdə
işlənir? A) Cənub-Naxçıvan dialektində, Muğan şivəsində B) Şərq-
Şəki dialektində C) Şimal-Zaqatala dialektində D) Qərb dialektində-
Qazax E) Cənubu-Şərq dialektində
124
Misralarda feillərin şəkillərini müəyyənləşdirin. Ardıcıllığı gözləyin.
1. İkimiz bir yerdə həmdəm olalım Əbri yüzindən götürgil, dutmagil
bəndən niqab 2. Duşdu dəli könül gözlərinin xəyalinə 3. Xəlq elə
biləydi əzgə aləm 4. Alışıb adlara yanasıyam 5. Qönçətək eldən kişi
sirrin nihal etmək gərək. A) əmr, əmr, əmr, xəbər, arzu (iltizam),
lazım, vacib B) əmr, arzu, lazım, xəbər, xəbər, arzu, əmr, əmr C)
xəbər, əmr, xəbər, əmr, arzu, lazım, vacib D) arzu, əmr, əmr, xəbər,
əmr, lazım, vacib E) vacib, lazım, əmr, xəbər, əmr, arzu
125
Yerlik halda da
² şəkilçisi ilə bərabər digər hansı halın şəkilçisi ilə
ifadə olunmuşdur? A) yiyəlik B) yönlük C) təsirlik D) çıxışlıq E)
adlıq
126
gıl, ğıl şəkilçiləri neçənci əsrdən dilimizdə zəifləmişdir? A) XV B)
XVI C) XVII D) XVIII E) XIX
127
Tabesiz mürəkkəb cümlələrin əmələ gəlməsində iştirak edən və
arxiaikləşmiş bağlayıcılar hansılardır? A) vəlakin, vəleykin, vəli B)
amma, ancaq, vəli, leyk C) vəli, və leykin, həm, həm də D) nə-nə də,
ya-ya da, yəni E) və, həm, lakin, yəni ya, həm, həm də
128
Misrada əvəzliyin hansı növü işlənmişdir? Ha böylə möhnət ilə
keçsinmi ruzigarım. Qanqa görsəm bir güli-tər, bir bülbülü-zar
andadır. Qani səndən ayru dilbər, qanı səndən özgə yar? Hər şəb
qabunda naləvu əfğan yetər mana Zülfü uzun qəsidədir, kimsə irəməz
ucına A) işarə, sual, şəxs,sual, şəxs, sual şəxs, təyini şəxs. inkar B)
işarə, şəxs, inkar, təyini, qeyri-müəyyən C) inkar, şəxs, qeyri-
müəyyən D) şəxs, qeyri-müəyyən, işarə, inkar D) şəxs, qeyri-
müəyyən, işarə, inkar E) inkar, şəxs, sual, inkar
129
Orta əsrlərdə "durur/turur" formasında işlənən şəkilçi hansı
qrammatik kateqoriyaya aiddir? A) mənsubiyyət kateqoriyasına B)
hal kateqoriyasına C) kəmiyyət kateqoriyyasına D) xəbərlik
kateqoriyasına E) dərəcə kateqoriyasına
130
Cümlə nə cümləsidir, necə yaranmışdır? Durğu işarələri
buraxılmışdır. Firqətindən dilbəra könlüm pərişan oldu gəl. Qıl kimi
cismim mənim əz dərdi-hicran oldu gəl. A) Nəqli cümlə, xəbər
şəklindədir B) əmr cümləsi, əmr ədatı ilə C) nida cümləsi, əmr
formalı feillərlə işlənmişdir D) nida cümləsi, nida vasitəsilə E) sual
cümləsi, intonasiya ilə
131
Səni dilərəm, qılma məni qeyrə həvalə. Cümlədə vasitəsiz tamamlıq
vəzifəsində işlənən "səni" sözü məzmunca hansı halı ifadə etmişdir?
A) çıxışlıq hal B) yönlük hal C) yerlik hal D) yiyəlik hal E) adlıq
hal
132
Cümlələr arasında hansı məna əlaqəsi var? Dil bazarçısı yalandır,
varmazam bazarına, Gerçək olmaz əgridil, inanmazam iqrarina A)
aydınlaşdırma əlaqəsi B) səbəb əlaqəsi C) zaman əlaqəsi D)
ardıcıllıq əlaqəsi E) bölüşdürmə əlaqəsi
133
Göstərilən cümlə necə cümlədir və nə ilə bağlanmışdır? Xəttuni
gördüm, ləbündən soraram, Qanda buldu ənbər ol bərgi-səmən? Can
ana vardı, ləli ləbindən zülal uma. A) sadə geniş cümlə B) tabeli
mürəkkəb cümlə, əvəzliklə bağlanmışdır C) tabesiz mürəkkəb cümlə,
zaman əlaqəli D) tabeli mürəkkəb cümlə, intonasiya E) tabeli
mürəkkəb cümlə, bağlayıcı sözlərlə
134
Göstərilən cümlədə müasir dildən fərqli cəhət nədir? Günahım ol ki,
anı sevmişəm bən (Q.Bürhanəddin) A) müasir dildən fərqli cəhət
yoxdur B) tabeli mürəkkəb cümlədir. I və II tərəflər yerini dəyişmişdir
C) Tabesiz mürəkkəb cümlədir. Bağlayıcı ilə işlənmişdir D) Tabeli
mübtəda budaq cümləsidir, "ol" işarə əvəzliyi ilə bağlanmışdır E)
Xəbər budaq cümləsidir, qəlib sözdə xəbər şəkilçisi işlənməmişdir.
135
"Kim" bağlayıcısı neçənci əsrə qədər aktiv olmuşdur? A) XVI əsrə
qədər B) XVII əsrə qədər C) XVIII əsrə qədər D) XIX əsrə qədər E)
XIII əsrə qədər
136
Nümunədə işlənən say hansı sayın ifadəsidir və fərqli cəhət nədir? Bu
qəmər dövründə hərgis görməsin şahım, zəval, üç ötuz on yaşı olsun,
on iki yaşındadır. A) 30 sayını ifadə edir onluq say sistemini göstərir.
B) 90 sayını ifadə edir, onluq say sistemini ifadə edir. C) 40 sayını,
20-lik say sistemini göstərir. D) 100 sayı, onluq say sisteminə uyğun
deyil. E) 60 sayını ifadə edir, onluq say sisteminə uyğun deyil.
137
"ədur/ədu" zaman şəkilçisi hansı dialektdə rast gələ bilərik? A) Qərb
dialektdində B) Şimal dialektdində C) Cənub dialektdində D) Şərq
dialektdinə E) Göyçay keçid şivəsində
138
Cümlənin növünü müəyyənləşdirin necə yaranmışdır? Durğu işarələri
buraxılmışdır: Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri - laməkan mənəm, kövnü məkana sığmazam A) Nəqli
cümlədir, adi intonasiya ilə oxunur B) Əmr cümləsidir, "mən" xüsusi
intonasiya və vurğu ilə deyilir C) Nida cümləsidir, xüsusi intonasiya
və ahənglə vurğulanır, feili xəbərlər - törəmə nidalarla yaranmışdır D)
Nida cümləsidir, nida sözləri vasitəsilə yaranmışdır E) nəqli cümlədir,
Yüksələn intonasiya ilə yaranmışdır
139
"Zira" bağlayıcısı hansı cümlələrin yaranmasında iştirak edir? A)
qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin B) Səbəb-nəticə
əlaqəli tabesiz mürəkkəb cümlələrin C) şərt budaq cümləsinin D)
səbəb budaq cümləsinin E) ardıcıllıq əlaqəli tabesiz mürəkkəb
cümlələrin
140
Altından xətt çəkilmiş şəkilçi hansı kateqoriyaya aiddir? Vermişəm ol
qara saçın qövlü qərarinə könül, Gərçi inanmazam anın əhdinə
vəfayinə A) xəbərlik şəkilçisi B) yönlük hal şəkilçisi C) yerlik hal
şəkilçisi D) mənsubiyyət şəkilçisi E) kəmiyyət şəkilçisi
141
Assimilyasiya hadisəsinin daha çox uğrayan səslər hansılardır? A)
r,l,s,n B) r,l,b,p C) r,m,c,s D) s,ş,j,d E) ç,c,ş,v
142
Cümlənin növünü müəyyənləşdirin. Ləbindən qətrə-qətrə qan içər
könlüm kərahətsiz, Şəkərdən olicaq mey qətrəsi güya haram olmaz
A) Şərt budaq cümləsi B) zaman budaq cümləsi C) səbəb budaq
cümləsi D) qarşılaşdırma budaq cümləsi E) məqsəd budaq cümləsi
143
gəc,-ğac feili bağlama şəkilçisi neçənci əsrə qədər bu formada,
neçənci əsrdən isə -caq, -cək formasına keçmişdir? A) XVII; XVIII
B) XV; XVI C) XVIII; XIX D) XIX; XX E) XIII; XIV
144
Arxiaikləşmiş şəkilçi hansıdır? 1. araq²-feili bağlama 2. madan²-feili
bağlama 3. maqlıq²-məsdər 4. ın
⁴-zərf. A) 1,2, B) 3,4 C) 2,4 D) 1,3
E) 1,4
145
Cümlənin növünü müəyyənləşdirin, fərqli cəhət nədir? Çü dərdim
böylə müzmərdin könüldə, Nəçün olmaz canın canıma
(Q.Bürhanəddin) A) zaman budaq cümləsi, nəçün əvəzliyi ilə
bağlanması B) səbəb budaq cümləsi, çü ilə bağlanması C) dərəcə
budaq cümləsi, çü ilə bağlanması D) tabesiz mürəkkəb cümlədir,
intonasiya ilə bağlanması E) şərt budaq cümləsi, çü ilə bağlanması
146
"Daş" şəkilçisinin alınma olmadığını sübut edən amillərdən biri
səhvdir. A) d>t bütün dövrlərdə və müəyyən dövrdə imlada özünü
göstərməsi dilimizə aid xüsusiyyət olduğu üçün B) türk dillərinin
bəzilərində d və t səssizləri sözün əvvəlində "-d", digərində "-t" kimi
tələffüz edilmişdir. C) d>t əvəzlənmələri sözün ortasında, sonunda
özünü göstərir D) "daş" şəkilçisi türk dillərinə xas olan da+eş
hissələrindən ibarətdir. E) müasir fars dilində işlənən "taş" şəkilçisi
fars dilinə xas olan da+eş şəkilçilərinin birləşməsindən yaranmışdır.
147
Cümlənin növünü müəyyənləşdirin: Zəmanə zülfü rüngündən bəlayə
sadı məni, Həm ol zaman ki seçildi qarası ağından. A) zaman əlaqəli
tabesiz mürəkkəb cümlə B) ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə
C) zaman budaq cümləsi D) səbəb budaq cümləsi E) şərt budaq
cümləsi
148
yu² feili bağlama şəkilçiləri əsasən hansı məna yaradır? A) zaman B)
səbəb-nəticə C) tərz, vəziyyət D) əlaqə, bağlılıq E) şərt
149
Cümlənin növünü müəyyənləşdirin müasir dildən fərqli olaraq
bağlayıcının başda işllənməsini necə izah etmək olar? Çün hüsnünə
xətm oldu bu gün dövrü məlahət,Ey fitnələrin xatəmi,şəqqül-qəmər
eylə.A) məqsəd budaq cümləsi, obrazlılıq üçün başda işlənir B)
səbəb budaq cümləsi,baş cümlənin budaq cümlədən sonra keçdiyi
üçün C) şərt budaq cümləsi, budaq cümlə baş cümlədən sonra
işləndiyi üçün D) zaman budaq cümləsi, obrazlılıq üçün E) zaman
budaq cümləsi, baş cümlə budaq cümlədən sonra işləndiyi üçün
150
Modal sözlərin mənaca hansı növü işlənməmişdir? Haşa,
lacərəm,əlhasil, səd heyf, galıba, tut kim A) təəssüf B) güman,
şübhə C) ümumiləşdirmə, yekun D) təsdiq E) sıra, ardıcıllıq
Dostları ilə paylaş: |