Mücərrəd 2 Məntiqi ardıcıllığı tamamlayın: təmizlik, insanlıq, firavanlıq… a



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix31.10.2018
ölçüsü0,62 Mb.
#76887
növüMücərrəd
1   2   3   4   5   6   7

38

Birində feili sifət cümlə üzvü kimi işlənməmişdir: A) Ay həzərat, 

gedənə bax, gedənə B) Kəsin eyşi –nuşi, gələnlər, susun! (Ə.Cavad) 

C) Sözü söylə alana, qulağında qalana D) Biz dünyadan gedər olduq, 

qalanlara salam olsun! (Y.Əmrə) E) Keçən günə gün çatmaz, calasan 

günü günə

39

Mürəkkəb zərflərin əmələgəlmə yollarından biri səhv göstərilmişdir: 



A) Eyni sözün təkrarı ilə: tez –tez, isti –isti və s.

B) Biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə: birdən 

–birə, üz –üzə və s. C) Yaxınmənalı sözlərin birləşməsi yolu ilə: tez 

–tələsik, ara –sıra və s. D) Yönlük halda işlənmiş bir sayına digər 

sayların qoşulması yolu ilə: birə -beş, birə - yüz E) “ha” 

bitişdiricisinin köməyi ilə: vurhavur, gəlhagəl və s. 

40

Verilmiş nümunədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını 



göstərin: Sən ki yaranışdan oxşar olmadın, Ancaq özün kimi 

böyüksən özün. (Ə.Kərim) A) ədat, ədat, qoşma B) ədat, bağlayıcı, 

qoşma C) bağlayıcı, bağlayıcı, qoşma D) qoşma, bağlayıcı, ədat E) 

qoşma, bağlayıcı, modal söz

41

Aşağıdakı cümlələrin hansında idi hissəciyi işlədilməmişdir? A) Mən 



olan evdə haçan vardı kitab? (M.Ə.Sabir) B) Sərxoşdum, bilmədim, 

əlimdən saldım (M.Gəncəvi) C) Uşaqlar bizə gəlmişdi

D) Qazan xan özünü obasına yetirdi E) Yemək hamıya çatırdı

42

Bu şəkillərdən birinin III şəxslərində şəxs şəkilçisi işlənir: A) əmr B) 



vacib C) arzu D) şərt E) xəbər şəklinin şühudi keçmişi

43

Cümlələrin birində  feli bağlama hərəkətin miqdarını bildirir: A) 



Sorağını gül –çiçəkdən alınca mən gördüm, yoxsan (B.Vahabzadə) 

B) Sən işdən qayıdınca gözləyəcəyəm

C) Xəbər kəndə çatar- çatmaz ata minib özümü yaylağa yetirdim D) 

Göyçayın gülöyşə narından çantam tutunca yığdım E) Yanğın 

söndürənlər gəlincə qonşular  yanğını söndürmüşdülər

44

Mürəkkəb zərflərin əmələgəlmə yollarından biri səhv göstərilmişdir: 



A) antonim sözlərin birləşməsi yolu ilə: gec –tez, əvvəl –axır və s. B) 

tərəflərindən biri və ya ikisi ayrılıqda işlənə bilməyən sözlərin 

birləşməsi yolu ilə: tələm –tələsik, az –maz və s. C) –a2 şəkilçisi 

qəbul etmiş felin təkrarı ilə: qaça –qaça, gələ -gələ və s. D) 

müxtəlifmənalı sözlərin birləşməsi yolu ilə: kəlməbaşı, gözaltı və s. 

E) “ba” bitişdiricisinin köməyi ilə: dalbadal, anbaan və s.

45

Verilmiş nümunədə bağlayıcının hansı növü işlənmişdir? Sən 



mümkün deyil fərar edəsən, Məni hərgah ki qovsalar, qaçaram, 

Uçmaqda onda qol –qanad açaram... (A.Səhhət) A) güzəşt B) 

aydınlaşdırma C) şərt D) iştirak E) səbəb

46

Feilin sadə şəkillərindən biri müstəqil sadə cümlənin xəbəri ola 



bilmir: A) şərt B) xəbər C) arzu D) lazım E) əmr

47

Feillərdən biri zamana görə dəyişməsə də, məzmununda gələcək 



zaman mənası var: A) isinməz B) qaçsın C) göyərər D) bəzənibdir E) 

utanacaq


48

Yaşarırdı və yaşayırdı feilləri haqqında hansı fikir səhvdir? A) Hər 

ikisində bir leksik, bir qrammatik şəkilçi işlənib B) Hər ikisi 

düzəltmədir C) Hər ikisi təsirsiz feildir D) Hər ikisi şühudi keçmiş 

zamandadır E) Hər ikisi isimdən düzəlmişdir



49

Mürəkkəb zərflər verilmiş bəndləri seçin: 1 atüstü,gözücü, 

axşamtərəfi 2 ölkələrarası, çoxtərəfli, ürəyiaçıq 3 yavaş –yavaş, gec 

–gec, bir –bir 4 yastı –yastı, uzun –uzun, xırda –xırda 5 daş –daş, top 

–top, üzük –üzük  6 üz –üzə, yan –yana, qabaq –qabağa A) 2,4,5 B) 

1,3,6 C) 1,4,5 D) 3,4,6 E) 1,2,6

50

Verilmiş nümunədəki köməkçi nitq hissələrini işlənmə ardıcıllığı ilə 



göstərin: Deyirəm ki, vətən təkcə su, hava deyildir, Vətən məncə, 

azadlıqdır, xoşbəxtlikdir... (S.Rüstəm) 1 Ədat 2 Bağlayıcı 3 Modal 

söz A) 2,1,3  B) 1,2,3 C) 2,3,1 D) 3,2,1 E) 3,1,2

51

Nümunələrin birində məsdər şəkilçisi işlənmişdir: A) Bölmə əməlini 



hamı bacarmalıdır B) Yığılan pulları hələ bölmə C) Tülkünün ovu 

belə bölməsi şirin xoşuna gəldi D) Torpaq kəndlilər arasında 

bölünməlidir E) Birinci bölmə ön sıraya keçirildi

52

Aşağıdakıların hansında inkar şəkilçisi işlənib? A) Məmməd 



dondurma aldı B) Onun gəlməsi ləngiyir C) O, vurma əməlini yaxşı 

bilir D) Əynində toxunma jaket vardı E) Gedər bu gözəllik, sənə də 

qalmaz

53

Sevən adam mərd olar, Sevməyən namərd olar, Sevəsən, ayrılasan, 



Bax, bu, yaman dərd olar Nümunədəki feillər haqqında səhv fikir:A) 

Bütün misralarda feil işlənmişdir B) 5 təsriflənən, 2 təsriflənməyən 

feil var C) 6 təsdiq, 1 inkar feil var D) 7 feildən üçü xəbər, ikisi arzu 

şəklindədir E) Şərt şəklində 2 feil işlənmişdir

54

Bitişik yazılan mürəkkəb zərflərin yaranma yolları hansılardır? 1 



İkimənalı sözün birləşməsindən əmələ gələnlər 2 Yaxınmənalı 

sözlərin köməyi ilə yarananlar 3 ba2  bitişdiricisinin köməyi ilə 

yarananlar 4 Eyni sözün təkrarı ilə yarananlar A) 1,2 B) 1,3 C) 1,4 D) 

2,4 E) 3,4 

55

Hansı fikir səhvdir? A) Ədat sözlərin və cümlələrin təsir gücünü 



artırır B) Ədat cümlədən çıxsa, cümlənin mənasında ciddi dəyişiklik 

baş verməz C) Axı, lap, artıq qüvvətləndirici ədatlardır

D) Ha işlənmə yerinə görə həm əmr, həm də qüvvətləndirici ədatdır 

E) Bəs, məgər, yəni sözləri ancaq ədat kimi işlənir

56

Hansında feili sifət isimləşməmişdir? A) Ağlayanlar gülər bir gün B) 



Hicrini ayrılıq çəkənlər bilir C) Özün əcəb gözəlsən, dilin can 

incidəndir D) Bizi qoyub qaçan durna E) Ay həzərat, gedənə bax, 

gedənə

57

Cümlələrdən hansında feili sifət isimləşmişdir? A) 20 Yanvar  



xalqımızın  tarixində şanlı bir keçmişdir B) Deyilmiş sözləri 

təkrarlamayın C) Qanacaq insanda böyük keyfiyyətdir D) Hələ 

gəncdir, qılıncını məharətlə çapacaqdır E) Keçən günə gün çatmaz

58

Hansı xüsusiyyətlər zərfə aid deyil? A) Hərəkətin, əsasən, tərzini, 



zamanını, yerini, miqdarını bildirir B) Zərflər həm təsriflənən, həm 

də təsriflənməyən feillərə aid olur C) Düzəltmə zərflər, bir qayda 

olaraq, zərfin özündən düzəlir D) Bildir, srağagün, inişil, içəri sadə 

zərflərdir E) Cümlədə əsasən zərflik olur




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə