Mücərrəd 2 Məntiqi ardıcıllığı tamamlayın: təmizlik, insanlıq, firavanlıq… a



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix31.10.2018
ölçüsü0,62 Mb.
#76887
növüMücərrəd
1   2   3   4   5   6   7

59

Mürəkkəb zərf  işlənməmiş cümləni göstərin: (defis işarəsi 

buraxılmışdır) A) Uşaq başdan başa toz içində idi B) Bu xəbər bizə 

sonradan sonraya çatdı C) Onlar bu xəbəri eldən elə ötürdülər D) 

Onun halı gündən günə yaxşılaşırdı E) Orucun fikirləri bizim 

planlarımızla daban- dabana ziddir

60

Verilmiş cümlələrdən hansında ki  ədatdır? A) Hər dalğa elə bil ki, 



Qafqazın bir dağıdır (Ə.Kərim) B) O, elə sanır ki, onun əliylə Maral 

yox, təbiət yaralanıbdır (N.Xəzri) C) Kim ki öyrənməyi bilməyirsə  

ar, Sudan dürr, daşdan da gövhər çıxardar (N.Gəncəvi) D) Həsən bəy 

Zərdabi konkret misallarla sübut etdi ki, ağıl, süur materiyanın 

əlamətidir E) Deyirlər ki, onlar tezliklə bununla razılaşacaqlar

61

Cümlələrin  hansında təsirsiz feli təsirliyə çevirən şəkilçi işlənib? A) 



Acı sözlərin qəlbimi incidir B) Bəzək daşlarından biri də incidir C) 

Qazdır məzarımı çeşmə başında D) Bayrağımızı həmişə yüksəklərə 

qaldır E) Oxuyan bülbüldür, dinləyən qazdır

62

Cümlələrin birində məsdər feili sifət tərkibinin tərkib hissəsi kimi 



işlənmişdir: A) Ali məktəblərə qəbul olmaq istəyən şagird dərslərini 

yaxşı oxumalıdır B) Sınan hissələri düzəltmək bacaran üçün çətin 

deyil C) Böyüklərə hörmət etmək hamının borcudur

D) Vətən tələb edəndə onun üçün canından keçənlər unudulmur

E) İtirilmiş torpaqları geri almaq –döyüşçülərimizin məqsədi budur

63

Zərfə aid düzgün fikirləri seçin: 1 Zərflər hərəkətə aid olduğu kimi, 



bəzən digər nitq hissələrinə də aid ola bilər 2 Zərflər hərəkətin 

səbəbini və məqsədini də bildirir 3 Yer zərfləri cümlənin təyini, 

tamamlığı və ismi xəbəri ola bilir 4 Miqdar zərfləri quruluşca yalnız 

sadə olur 5 Zərf cümlənin zərfliyi olmaya bilər A) 3,4  B) 2,4  C) 

1,2,4 D) 1,3,5  E) 1,2,3

64

Köməkçi nitq hissələri sözlərin elə məna qruplarıdır ki,.... Bu 



fikirlərdən biri səhvdir: A) Leksik mənaya malik olmur B) Ayrılıqda 

cümlə üzvləri kimi işlənə bilir C) Əsasən, şəkilçi qəbul edib dəyişmir 

D) Söz yaradıcılığında iştirak etmir E) Qrammatik mənaya malik olur

65

Biri ədat deyil: A) artıq B) yalnız C) təki D) olmaya E) məhz



66

Feillərdən biri icbar növdədir: A) qaldır B) baxdır C) sildir D) güldür 

E) alışdır

67

Nə gülürsən mənim kimi gülüncə? Sən mənə gülüncə, dərdə gül, 



Pəri (A. Tufarqanlı) Fərqləndirilmiş sözlər haqqında hansı fikirlər 

doğrudur? 1 Hər ikisi feili bağlamadır 2 Hər ikisi quruluşca sadədir 3 

Birincisi düzəltmə, ikincisi sadədir 4 Hər ikisi sifətdir 5 Hər ikisi 

düzəltmədir 6 Birincisi sifət, ikincisi feili bağlamadır 7 Hər ikisi 

zərflik vəzifəsindədir 8 Birincisi tamamlıq, ikincisi zərflikdir A) 

1,2,6  B) 3,5,7 C) 4,5,8 D) 3,6,8 E) 1,2,7




68

Hansı cümlədə zərf həm təsriflənməyən, həm də təsriflənən feilə 

aiddir? A) Daş kimi bərkimiş torpaq dənizin zərbələrini dəf edərək 

ağır –ağır nəfəs alırdı B) Onlar bələd olmadıqları yerlərə baxa –baxa  

getdikləri üçün yolun uzunluğu hiss olunmurdu C) Həyatda hər 

addımbaşı bunun əksini görürsən D) Zülmət gecə əriyəndə toranı da 

çəkib özü ilə aparırdı E) Paravozların bacasından çıxan tüstü sakit 

havada üzüb halqa –halqa yayılaraq yavaş –yavaş əriyirdi 

(Ç.Aytmatov)

69

Bunlardan biri köməkçi nitq hissələrinə daxil deyil: A) bağlayıcı  B) 



qoşma C) zərf D) ədat E) modal sözlər

70

Məntiqi ardıcıllığı tamamlayın: -sana2, -mı4 ... A) – ca B) məhz C) 



təki D) kaş D) di 

71

Hansı cümlədə zərf həm təsriflənməyən, həm də təsriflənən feilə 



aiddir? A) Daş kimi bərkimiş torpaq dənizin zərbələrini dəf edərək 

ağır –ağır nəfəs alırdı B) Onlar bələd olmadıqları yerlərə baxa –baxa  

getdikləri üçün yolun uzunluğu hiss olunmurdu C) Həyatda hər 

72

Feillərdən hansı təsirli –təsirsiz –təsirli –təsirsiz sxeminə uyğun 



deyil? A) ayaqlandırıldı B) görüşdürüldü C) dilləndirildi D) 

kəsişdirildi E) bölüşdürüldü

73

Hansı cümlədə zərf feilə aid deyil? A) O, şəhərdən aldığı zəngin və 



xoş təsirlər haqqında sevinclə danışacaqdı B) Müğənni “Rast” 

muğamını çox həvəslə oxudu C) Əvvəllər bura göz işlədikcə uzanan 

bomboz düzənlik idi D) Yavaş –yavaş payız qışa çevrilir, bacaların 

tüstüsü qalınlaşırdı (İ.Şıxlı) E) Onlar stolun qarşısında qabaq 

–qabağa oturmuşdular

74

Verilmiş cümlədə köməkçi nitq hissələrindən  hansılar işlənmişdir? 



Təəssüf  ki, Dəlidağ qayaları Qobustan qayalarından da az öyrənilib 

A) Modal söz, bağlayıcı B) nida, ədat C) qoşma, bağlayıcı D) ədat, 

modal söz E) nida,qoşma

75

Verilmiş nümunənin morfoloji təhlilindəki səhvləri göstərin: Cütcü 



saf  tüm səpsə torpağa əgər, Şübhəsiz torpaqdan saf  tum göyərər 

(N.Gəncəvi) 1 Cütcü –düzəltmə isim, adlıq halda, kim? sualına cavab 

verir 2 Cümlədə hər iki tum sözü sadə, adlıq halda nə? sualına cavab 

verən isimdir 3  Göyərər -düzəltmə, təsirsiz, təsdiq, məlum növ və 

xəbər şəklində olan feildir 4 Əgər –güzəşt bağlayıcısıdır 5 Səpsə -

sadə, təsirli, təsdiq, məlum növ, arzu şəklində olan feildir 6 Şübhəsiz 

–təsdiq  bildirən modal sözdür A) 3,6 B) 2,4,5 C) 1,4  D) 3,4,6  E) 

1,2,5


76

Şəkilçilərdən hansılar təsirsiz feilləri təsirliyə çevirir? 1 – ır4 2 –ış4  

3 –ar2 4 –dır4 5 –ış4 6 –la2  7 – ıl4 8 –ın4 A) 1,2,5 B) 2,6,7 C) 3,5,8 

D) 1,3,4 E) 4,6,8

77

Keçən günə gün çatmaz, Günü günə calasan da Dərdli adam yata 



bilməz,Şirin layla çalasan da (Aşıq Şenlik) Fərqləndirilmiş feillər 

hansı şəklindədir? A) Hər ikisi arzu şəklində B) Hər ikisi şərt 

şəklində C) Birincisi arzu, ikincisi şərt şəklində D) Birincisi şərt, 

ikincisi arzu şəklində E) Birincisi şərt, ikincisi lazım  şəklində




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə