Mücərrəd 2 Məntiqi ardıcıllığı tamamlayın: təmizlik, insanlıq, firavanlıq… a



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix31.10.2018
ölçüsü0,62 Mb.
#76887
növüMücərrəd
1   2   3   4   5   6   7

97

Saydan düzələn zərfləri göstərin: A) qəflətən, daxilən  B) hərdən, 

astadan  C) ucadan, qəsdən D) birdən, çoxdan  E) şəxsən, dahiyanə

98

Hansı cümlədə kimi qoşması bənzətmə mənasındadır? A) Çox 



sevirəm igid kimi döyüşən Kəlməni mən, sözü mən (B.Vahabzadə) 

B) Yalançını mənzilinə kimi qovarlar (Atalar sözü) C) Bunları görən 

kimi mən də naxırçı ilə birlikdə qaçdım D) Qayıq gözdən itənə kimi 

biz sahildə dayandıq E) Sən nə vaxta kimi camaatın adından 

danışacaqsan?

99

Nidanın işləndiyi bu cümlələrdən birində durğu işarəsində səhvə yol 



verilmişdir: A) Aman, kahin baba, ceyran qaçır ki! Bıy.. Bıy... 

ağaclar da çiçək açır ki! B) Ah... dünya nə qədər gözəlləşdi, bax! 

(S.Vurğun) C) Ey azad gün, azad insan,

Doyunca iç bu bahardan.... (S.Vurğun) D) Hey qoca dünya hey, 

səndə nələr var?! (H.Cavid) E) Qəlbimdə bir nəğmə dil açdı yenə, Ay 

ellər, bir sevda nəğməsidir o (M.Araz)

100

Feillərdən birini həm qayıdış, həm də məhcul növdə işlətmək olar: A) 



söykənmək B) işlənmək C) yoxlanmaq D) saxlanmaq E) kürünmək

101


Aşağıdakı cümlələrin hansında idi hissəciyi felin indiki zamanına 

artırılmışdır? A) Mən olan evdə haçan vardı kitab? (M.Ə.Sabir)

B) Sərxoşdum, bilmədim, əlimdən saldım (M.Gəncəvi) C) Uşaqlar 

bizə gəlmişdi D) Qazan xan özünü obasına yetirdi E) Yemək hamıya 

çatırdı

102


Biri feili bağlamanın zərflə ortaq xüsusiyyəti kimi götürülə bilməz:A) 

Hərəkətin zamanını bildirir B) Hərəkətin səbəbini bildirir C) 

Hərəkətin miqdarını bildirir D) Hərəkətin yerini bildirir

E) Hərəkətin tərzini bildirir

103

Zərf düzəldən şəkilçiləri seçin: 1 –la2  2 –akı2 3 –yana  4 –ıncı4 5 



–lıq 6 –lı4 A) 1,2,3 B) 4,5,6 C) 3,4,5 D) 1,4,5 E) 2,3,6

104


İlə qoşmasının sinonimi hansı cümlədədir? A) Heç kim məni səncə 

başa düşməz B) Bakı payızının soyuq küləyindən zərrəcə qorxum 

yoxdu C) Asanca yolu qoyub niyə dağa –daşa düşürsən? D) Yol 

boyunca əkilmişdir söyüdlər, Söyüdlərin kölgəsində igidlər  

(S.Rüstəm) E) Sözün quruluşca üç növü vardır

105


Cümlələrin birində köməkçi nitq hissələrindən heç biri 

işlənməmişdir: A) Bir yorğun pəri var, bir az uyusun, Uyusun 

dağların maralı Göygöl (Ə.Cavad) B) Burdan Vaqif ötmüş, Vidadi 

keçmiş, Gərək ki, onları tanıya yollar (N.Xəzri) C) Çox sevirəm igid 

kimi döyüşən Kəlməni mən, sözü mən... (B.Vahabzadə) D) Bu gün 

olmuş kimi Gözümün qabağındadır hələ də bir şeir gecəsi... (R.Rza) 

E) Qoy ildırım çaxsın, titrəsin cahan! Ürəklər qəzəbdən coşsun, 

partlasın (B.Vahabzadə)

106

Cümlələrin birində feil icbar növdədir: A) Köynəyimi özüm ütülədim 



B) Qoy hələ şalvarımı ütülədim C) Fəhlələr taxtaları ikinci mərtəbəyə 

qaldırdılar D) Həkim xəstəni ehmalca çarpayıya uzandırdı E) 

İdmançılarımız bayrağımızı göyə ucaldılar



107

Barmaq buxağa dayandı, Əl qırmızı geyinibdi (A. Tufarqanlı) 

Fərqləndirimiş feilin morfoloji təhlili ilə bağlı səhvləri göstərin: 1 

Sadədir 2 Düzəltmədir 3 Məlum növdədir 4 Məhcul növdədir 5 

Xəbər şəklindədir 6 Təsirlidən düzəlib təsirsiz olub A) 1,4 B) 2,4,6 

C) 1,2,5 D) 2,3,5 E) 3,6

108

Cümlələrin birində  -da



2

 şəkilçisi zərf düzəltməmişdir: A) Aslan hamı 

ilə təklikdə görüşüb tapşırıqlar verirdi B) Bu məsələni birlikdə həll 

etməlisiniz C) Arif  gündə həkimə getməlidir

D) Qışda havaların birdən –birə dəyişməsi onun planlarını alt –üst 

etdi E) Ayda Yer planetindən zəif görünən qrayzerlər var

109

Nümunədə işlənmiş bağlayıcıların növünü müəyyən edin: Arazla 



Kürün qovuşduğu yerə az qalanda yoldaşlarım məni xəbərdar etdilər 

ki, qayığı ancaq Kürə sürmək lazımdır (S.Rüstəmxanlı) A) 

birləşdirmə,aydınlaşdırma (tabeli) B) qarşılaşdırma, iştirak C) iştirak, 

inkar D) birləşdirmə, qarşılaşdırma E) səbəb, şərt

110

Nidalara aid edilmiş fikirlərdən biri səhvdir: A) danışanın hissini, 



həyəcanını, qorxu və ya sevincini bildirir B) Eh, hey, a, ay, ey çağırış 

nidalarıdır C) Mürəkkəb nidalar defislə yazıla bilər D) “Düşdü bütün 

qəzetlər qiymətdən, ay can, ay can!” (M.Ə.Sabir)

Nümunəsində işlənən nida təəssüf bildirir E) Cümlənin ortasında 

gələn nidalardan əvvəl və sonra vergül qoyulur

111


Nümunələrin birində  -ma

2

 feildən isim düzəltmişdir: A) Bölmə 



əməlini hamı bacarmalıdır B) Yığılan pulları hələ bölmə C) Tülkünün 

ovu belə bölməsi şirin xoşuna gəldi D) Torpaq kəndlilər arasında 

bölünməlidir E) Hər kəsin payını bölmədən sakitlik olmayacaq

112


Nümunədə neçə təsriflənməyən feil vardır? Şəngülava yurdu, aşıq 

alması, Gah da gedib orda qonaq qalması, Daş atması, alma, heyva 

salması Qalıb şirin yuxu kimi yadımda (M.Şəhriyar) A) 2 B) 3 C) 4 

D) 5 E) 6

113

Cümlələrin birində  -gə şəkilçisi zərf düzəltmişdir: A) Cahandar ağa 



döngəni burulub Kürə sarı getdi (İ.Şıxlı) B) Hər bölgəyə ayrı –ayrı 

adam göndərildi C) Biz bu işi birgə görməliyik D) Hərbi düşərgəyə 

yeni həyat gəlməlidir E) O, süpürgəni həyətin bir küncünə qoydu

114


Məntiqi ardıcıllığı tamamlayın: Qabaq, sonra, bəri.... A) başqa  B) 

ötrü C) əvvəl D) özgə E) tərəf

115

Uyğunsuzluğu göstərin: A) madam ki –şərt bağlayıcısıdır B) şübhəsiz 



–təsdiq bildirən modal söz C) savayı – fərqlənmə qoşması D) halbuki 

–iştirak bağlayıcısı E) yəni –aydınlaşdırma (tabesiz) bağlayıcı

116

Biri sifətdən düzəlmiş feildir: A) bozarmaq B) diksinmək C) 



düşünmək D) dillənmək E) qaşınmaq

117


Tələffüz  şəklində verilən sözlərdən biri feil kimi götürülməyə bilər: 

A) {gəzillər} B) {gəzəllər} C) {kəsirrər} D) {bəzəllər} E) {düzəllər}




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə