Mücərrəd 2 Məntiqi ardıcıllığı tamamlayın: təmizlik, insanlıq, firavanlıq… a



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix31.10.2018
ölçüsü0,62 Mb.
#76887
növüMücərrəd
1   2   3   4   5   6   7

118

Verilmiş cümlələrdən hansında ki  ədatdır? A) Hər dalğa elə bil ki

Qafqazın bir dağıdır (Ə.Kərim) B) O, elə sanır ki, onun əliylə Maral 

yox, təbiət yaralanıbdır (N.Xəzri) C) Kim ki öyrənməyi bilməyirsə  

ar, Sudan dürr, daşdan da gövhər çıxardar (N.Gəncəvi) D) Həsən bəy 

Zərdabi konkret misallarla sübut etdi ki, ağıl, süur materiyanın 

əlamətidir E) Deyirlər ki, onlar tezliklə bununla razılaşacaqlar

119


Hansı cərgədə tabesizlik bağlayıcıları ilə tabelilik bağlayıcıları bir 

yerdə verilmişdir? A) həm də ki, və yaxud, nə də ki B) hərçənd ki, 

həmçinin, çünki, nəinki C) lakin,amma, fəqət, habelə D) belə ki, indi 

ki, ona görə də E) o cümlədən, hətta, gah da, və ya

120

Hansı cümlədə fərqləndirilmiş sözlər köməkçi nitq hissəsidir?       1 



“Gülüstan” bağlandı, o gündən bəri Bu kəndin adında bir ləkə qaldı 

(B.Vahabzadə) 2 Uğundu getdi bu qəribə, gözlənilməz qafiyəyə, 



Sonra yoldaşlarına qoşuldu getdi (R.Rza) 3 Elə dərd tökülür qaş 

–qabağından... Amma çox razıyam qanacağından (S.Vurğun) 4 Belə 



deyirlər ki, ağladır yeri Sizin Qarabağın xanəndələri (S.Vurğun) 5 

Göz işlədikcə uzanan meşənin yuxarısında qarlı –buzlu Dəlidağ 



görünür 6 Şairdir, görünür, düz ilqarı var, Nə gözəl, nə şirin 

kəlamları var (S.Vurğun) A) 1,2,3  B) 1,3,6 C) 2,4,5 D) 1,3,5 E) 

2,4,6

121


Feilin hansı zaman şəkilçiləri leksik şəkilçilərlə omonimlik təşkil edə 

bilmir? 1 –dı4 2 –mış4 3 –ıb4 4 – ır4 5 –acaq2 6 –ar2 A) 1,3,4 B) 

2,4,6 C) 2,3,5 D) 4,5,6 E) 1,2,3

122


Tələffüz şəklində verilən sözlərdən biri həm feil, həm də başqa nitq 

hissəsi kimi götürülə bilər: A) {əzəllər} B) {süzəllər} C) {üzəllər}D) 

{düzəllər} E) {bezəllər}

123


Cümlələrdə fərqləndirilmiş sözlərdən biri zərf deyil: A) Rəna və 

Nemət qonşuluqda yaşayırdılar B) O, cəsarətlə pəncərənin 

çərçivəsindən bərk –bərk yapışmışdı C) Həsən bu işin öhdəsindən 

çətinliklə gəlirdi D) Tikintidə daş işləri tamamilə qurtarmışdı E) 

Faytonçu  könülsüzcəsinə süfrəyə yaxınlaşdı (İ.Şıxlı)

124

Altından xətt çəkilmiş sözlərdəki –da



2

  nədir? İşlənmə ardıcıllığı ilə 

göstərin: Bozdağın dolama ətəklərində Kür gümüş kəmər kimi 

dolanıb axır Hərdən lal suları olur dumduru, Hərdən də lil olur, 

bulanıb axır... (M.Dilbazi) A) Yerlik hal şəkilçisi, ədat B) Zərf 

düzəldən şəkilçi, ədat C) Yerlik hal şəkilçisi, zərf düzəldən şəkilçi

D) Zərf düzəldən şəkiçi, qoşma E) Yerlik hal şəkilçisi, qoşma

125


Modal sözlərdən biri bu sözlər üçün olan ümumi məna qrupundan 

kənara çıxır: A) deməli B) nəhayət C) beləliklə  D) xülasə E) 

şübhəsiz

126


Bu şəkillərdən biri heç vaxt vurğu qəbul etmir: A) Xəbərlik 

şəkilçiləri B) Hal şəkilçiləri C) Mənsubiyyət şəkilçiləri D) Cəm 

şəkilçisi E) İsimdən isim düzəldən şəkilçilər

127


Hansı modal sözlər başqa nitq hissələri kimi işlənə bilməz? A) 

Bəlkədə, beləliklə B) Düzdür, demə C) Sözsüz, tutaq D) Müxtəsər, 

deyəsən E) Deməli, xülasə



128

Cümlələrin birində sifət məcazi məna daşıyır: A) Kəskin söz 

qılıncdan itidir B) Soyuq divarlarda güllə nişanı C) Meşənin alt tərəfi 

dərin uçurum idi D) Dildə alınma sözlərin çoxluğu mənimsənilməni 

çətinləşdirir E) Dünənki  söhbətimizi davam etdirməliyik

129


Hansı qoşmalar yönlük hala qoşulduqda məsafə, yiyəlik halda olan 

sözlərə qoşulduqda bənzətmə mənasını bildirir? A) Qədər, tək B) 

Kimi, doğru C) Kimi, qədər D) Sarı, tərəf E) tək, kimi

130


Verilmiş sıralardan birindəki bütün sözləri məbsubiyyətə görə 

dəyişdikdə ikinci sait düşür: A) Çiçək, oğul, burun B) Ağıl, nağıl, 

əyin C) Sinif, cisim, səbir D) Ömür, isim, kömür E) Boyun, oyun, 

şəkil


131

Hansı sözü iki köməkçi nitq hissəsi kimi işlətmək olar? A) ilə B) 

sonra C) gah D) və E) savayı

132


Cümlələrin birində çıxışlıq hal şəkilçisi yazılışından fərli tələffüz 

edilir: A) Uşaqlar çəməndən çiçək topladılar B) Mən kitabdan çox 

şey öyrənmişəm C)  Onlar içəridən çıxdılar D) Nahardan sonra 

düşərgəyə yola düşdük E) Ana çaydan aldı

133

Təsirlik halda olan isimləşmiş söz hansı bənddədir? A) İşin əsli 



B) Gözəllərin gözəli C) Uşaqları oxutmaq D) Əli qələmli E) Oxuyanı 

alqışlamaq

134

Hansı bənddə bu işarə əvəzliyindən sonra vergül qoyulmalıdır? A) 



Bu işlərdən baş çıxarmaq çox çətindir B) Bu ki  İsrafilin qardaşı 

oğludur C) Bu mənim son vəsiyyətimdir D) Bu söhbətin axırı heç 

xoşuma gəlmir E) Bu lap bizim istədiyimiz kimi oldu

135


Feilin təsriflənməyən formalarına aid edilmiş əlamətlərdən hər üçü 

üçün ortaq götürülə bilər: A) Zamana görə dəyişmək B) Tərkib əmələ 

gətirmək C) Təsirli və təsirsiz olmaq D) İki nitq hissəsinin 

xüsusiyyətini daşımaq E) Təsdiqdə və inkarda olmaq

136

Hansı cümlədə -la, -lə zərf düzəldən şəkilçidir? A) Düşmənin bağrını 



dağla B) Atamla birlıikdə gedərsən C) Arabaçı çəlləklə su daşıyırdı 

D) Tahirlə Famil dənizə doğru getdilər E) Aybəniz ehtiyatla yuxarı 

qalxdı

137


Hansı cümlədə say işlənmişdir? A) Onlardan bəzisi söz istədi B) 

Söhbətimiz xeyli çəkdi C) Azlıq çoxluğa tabedir D) Natiq çox 

danışdı E) Bu hadisədən az-çox xəbərimiz var

138


Məna tayları feil-isim olan omonimi göstərin: A) Yaş B) Daş C) 

Hava D) Aşıq E) Şəmş 

139

Hansı cümlədəki feil birgəlik növdədir? A) Dostlar bir yerdə işlədilər 



B) Çox şükrü var, genə gəldik görüşdük, ötənlərdən, keçənlərdən 

soruşdux C) Zaldakı bütün tamaşaçılar gülüşdü

D) Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir-birinə qarışdı

E) Çeynədilər, dişlədilər, diddilər. Bir-birini al qana qərq etdilər

140

"Zəng vurulanda uşaqlar sakitcə içəri keçdilər" cümləsində zərfin 



hansı məna növləri işlənmişdir? A) Zaman, tərzi-hərəkət B) Zaman, 

yer C) Tərzi-hərəkət, yer D) Kəmiyyət, tərzi-hərəkət 

E) Zaman, kəmiyyət

141


Mən heç vaxt səndən belə fərasətsizlik görməzdim. Cümlədəki feilin 

morfoloji təhlilindəki səhvi göstərin: A) Qeyri-qəti gələcək 

zamandadır B) Quruluşca sadədir C) I şəxsin təkindədir D) 

İnkardadır E) Qayıdış növdədir




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə