Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə14/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   10   11   12   13   14   15   16   17   ...   163

27

NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü

Dürüstlüyü Təmin Etmək Təşəbbüsünün İnkişafı   

İqtisadi məsələlər üzrə NATO-nun Müdafi ə  və Təhlükəsizlik Direktor-

luğunun Siyasi İşlər və Təhlükəsizlik Siyasəti İdarəsi( NATO Defence and 

Security Economics Directorate, Political and Security Policy Division) və 

Beynəlxalq  Şəffafl ıq (dövlət strukturlarında korrupsiyanı müşahidə edən 

beynəlxalq qeyri-hökümət təşkilatı) hərbi qrupu, NATO-nun  Siyasi-Hərbi və 

Siyasi Komitəsi ( NATO Poitical-Military Steering Committee and Political 

Committee), AATŞ mexanizmləri çərçivəsində, AATŞ-nin təhlükəsizlik sek-

torunda dürüstlüyü təmin etmək istiqamətində verə biləcəyi töhvələrin ana 

xətlərini göstərən ilkin hesabat hazırlamışdır. Bu hesabat 2007-ci ilin Noyab-

rında AATŞ Səfi rləri səviyyəsində bəyənilmişdir.

Dürüstlüyü təmin etmək təşəbbüsünün yaradılışı, digər məsələlərlə 

bərabər, korrupsiyanın azaldılması  və müdafi ə resurslarının düzgün idarə 

edilməsi haqda kecirilən böyük konfransdan da bəhrələnmişdir.Bu konf-

rans  NATO-nun İqtisadi Komitəsinin

19

 Müdafi ə və Təhlükəsizlik sektorunda 



Şəffafl ığı və Dürüstlüyü təmin etmək seminarı ilə birgə olaraq

20

, AATŞ-nın 



sessiyası zamanı təşkil olunmuşdur. Təşkil olunmuş bu konfrans, müdafi ə re-

surslarının sağlam idarə edilməsi üçün dürüstlüyün oynadığı rolu və ona olan 

marağın mühümlük dərəcəsini nümayiş etdirmişdir.

AATŞ-ın çərçivəsində, Dürüstlüyü Təmin etmə Təşəbbüsü, 10 punktdan 

ibarət iş planı əsasında həyata keçirilmişdir. On punktdan ibarət olan AATŞ 

Dürüstlüyü Təmin etmə İş Planı Birləşmiş Krallığın rəhbərliyi altında hazırla-

nan təhsil modullarından;  Polşa tərəfi ndən hazırlanan Özünü Qiymətləndirmə 

Sorğusu və İsveçrə tərəfi ndən hazırlanan bu Ən Yaxşı Təcrübələr Toplusun-

dan ibarətdir.

Dürüstlüyü Təmin etmə  və NATO-nun 2008-2009 Zirvə 

Bəyanatları

NATO -nun 60 illik yubileyi münasibətilə Kehl-Strasburqda keçirilən 

sammit zamanı, Dövlət və Hökümət başçıları bəyanat qəbul edərək, korrup-

siyaya qarşı  həyata keçirilən islahatların və qabaqçıl idarəçiliyin fonunda, 

müdafi ə sektorunda ortaya çıxan problemləri aradan qaldırmağa hazır olduq-

larını vurğulamışlar.  Dövlət və Hökümət başçıları (paraqraf 36) AATŞ-nı, 

19 

  Defence Economics IX: Lessons Learned in Defence Resource Management from the 



NATO Accession 2004”, Ljubljana, Slovenia, September 2007.

20

  Building Transparency and Integrity in the Defence and Security Sector, UK Defence 



Acad emy, Shrivenham, UK, July 2007.


28

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

“müdafi ə sektorunda şəffafl ığı və cavabdehliyi təkmilləşdirməyə yönələn Dü-

rüstlüyü Təmin etmə Təşəbbüsünü inkişaf etdirməyə və bu təşəbbüsün gedişi 

haqda növbəti Lissabon sammitində hesabat verməyə çağırmışdır”.

Bu bəyanat 2008-ci ildə NATO-nun Buxarest Sammitində Dürüstlüyü 

Təmin etmək Təşəbbüsü ilə bağlı qəbul edilmiş mühüm bəyanatın davamı idi. 

Buxarest Sammitində Dövlət və Hökümət başçılarının bəyanatında deyilirdi: 

“biz bir neçə yeni praktik təşəbbüslərə, o cümlədən müdafi ə institutlarında 

dürüstlüyü təmin edəcək təklifl ərə üstünlük verəcəyik...” (Paraqraf 32)

Trast Fondları və Dürüstlüyü Təmin etmə Trast Fondu

Dürüstlüyü Təmin etmə Trast Fondu (The Building İntegrity Trust Fund) 

könüllü edilən maliyyələr hesabına qurulmuşdur və Polşa, İsvecrə və Böyük 

Britaniya tərəfi ndən idarə olunur. Bu fond 2008-ci ilin İyulunda işə başlayıb 

və məqsədi ordu elitasında dürüstlüyü təmin etmək və korrupsiya hallarını 

azaltmaqdır.

Bu müdafi ə institutu qurmağa praktiki kömək edən ilk Trast Fondu 

layihəsidir. Sınaq layihəsi mərhələsi (Mərhələ1) üç sütun üzərində dayanır: 

Ordu Rəhbərliyi üçün Dürüstlüyü Təmin etmə təlim modellərı; Dürüstlük üzrə 

Özünü-Qiymətləndirmə prosesi və Orduda Dürüstlüyü Təmin Etmək və Kor-

rupsiyanı Azaltmaq üçün Ən Yaxşı Təcrübələrin Toplusu. Praktiki olaraq bu 

vəsaitlər sınaq dərsləri olaraq, mülki və hərbi kadrlar üçün, dürüstlüyü təmin 

etmə kursları kimi Birləşmiş Krallıq Müdafi ə Akademiyası ,Almaniyadakı 

NATO Məktəbində və Bosniya-Herseqovina Sülhü Dəstəkləyən Əməliyyatlar 

Təlim mərkəzində tədris edilmişdir. O biri iki vəsait üzrə praktiki təlim sonda 

özünü-qiymətləndirmə kitabcasının yaradılmasına və müxtəlif təcrübələrin, 

öyrəndiyimiz bu Toplunun hazırlanmasına gətirdi (bir çox ölkələr ondan sı-

naq təlimləri üçün istifadə etdi). Bu işlərin görülməsi üçün müxtəlif vətəndaş 

cəmiyyətləri, Cenevrədəki Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət 

Mərkəzi və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Böyük Britaniya Hərbi 

Akademiyası  və  BŞ kimi tərəfdaşların məsləhətləri,  fi kirləri və töhvələri 

önəmli dərəcədə faydalı olmuşdur. Trast Fondu tərəfi ndən dəstəklənən ikinci 

mərhələnin tədbirləri bu əməkdaşlığı dərinləşdirmək üçün mümkün olan ən 

yaxşı yolları nəzərdən keçirəcəkdir.



Təlim və Təhsil 

Keçmiş və yeni tərəfdaşlarla iş görülən zaman, müdafi ə və təhlükəsizlik 

sektorunda daimi dəyişikliyə nail olmaq üçün fərdlərin və şəxsi heyətin geniş 



29

NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü

və dərin təlim və təhsili vacibdir. NATO-nun tərəfdaşlıq proqramının 50%-

dən çoxu döyüş qabiliyyətini və yaxşı idarəçiliyi bir-birinə bağlayan təlim və 

təhsildən ibarətdir.

Dürüstlüyü təmin etmək təşəbbüsünə gəldikdə isə, bu layihə Sülh Naminə 

Tərəfdaşlıq proqramının təlim mərkəzləri və başqa beynəlxalq təşkilatların 

nümayəndəliyi ilə  sıx məsləhətlər nəticəsində hazırlanmışdır. SNT prio-

ritetlərindən savayı, bu təşəbbüs ölkələrə özlərinin, BMT-nin Korrupsiyaya 

qarşı Konvensiyası da daxil, BMT qarşısında götürdükləri öhdəlikləri yerinə 

yetirməyə kömək etmək niyyəti daşıyırdı.



Müdafi ə Sektorunda İslahatların Maliyyə və Demokratik 

Problemləri

İqtisadi sıxıntısı olduğu zaman Maliyyə Nazirliyinin maliyyə  qənaəti 

siyasəti təbii ki, həm müdafi ə sektoruna, həm də digər sahələrə ayrılan təlim 

və təhsil proqramlarına təsir edəcək. Davam edən qlobal iqtisadi böhran, çox-

lu ölkələrin dövlət sektorunun maliyyə resurslarına davamlı təzyiqlər etmiş 

və etməkdə davam edir. Bu təzyiqlər dövlət sektorunda maliyyə  kəsiri ya-

ratmış və milli borcları artırmışdir. Nəticədə inkişaf etməkdə və inkşaf etmiş 

ölkələrdə sosial və siyasi qeyri stabillik yaranmışdır.

Çoxlu ölkələri bürüyən bu cür gövrək mühitdə, müdafi ə və təhlükəsizlik 

sektorunın dövlət büdcəsindən aldıqları maliyyənin həcmini davamlı saxla-

maq və ya artırmaq iddiaları artan yoxlamalara və köklü dayərləndirmələrə 

gətirir. Təbii, məsələ  təkcə müdafi ə sektoruna ayrılan məhdud resursla-

rın məhsuldar işlədilməsini təmin etmək yox( müdafi ə resurslarının ciddi 

idarəçiliyi vasitəsilə), onların istifadəsinin şəffaf və hesabatli olmasını təmin 

etmək də vacibdir. Bu həmçinin, vergi verənlər üçün önəmlidir, çünki o zaman 

onlar əmin olacaqlar ki, onların vergiləri hökümət tərəfi ndən ağıllı sürətdə və 

vicdanla istifadə olunur. Dürüslüyü Təmin etmək Təşəbbüsü müdafi ə sekto-

runda şəffaf, etik və düşünülmüş maliyyə idarəciliyini tətbiq etmək üçün çox 

mühüm maarifl əndirmə layihəsidir. 

NATO Dəyərləri və Dürüstlük 

NATO yarandığı gündən, ittifaqa üzvlük məsələsini dəyərlər üzərində 

və müxtəlif mühüm ideyaları  şərtləndirən idarəçilik üzərində qurulduğunu 

vurğulamışdır. Bura demokratik idarəçilik və insan haqlarının qorunması;  

bacarıqlı yüksək səviyyəli və etibarlı peşəkarların dövlət işinə götürülməsi; 

səmərəli, cavabdeh və şəffaf bir idarəçiliyin hökümətin bütün səviyyələrində 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə