Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə5/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   2   3   4   5   6   7   8   9   ...   163

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

  Prinsipləri................................................................................321

Haşiyə 20.2.  ASD Etikası və Anti-Korrupsiya Fəaliyyətləri........................331

Haşiyə 21.1.  Araşdırıcı Jurnalistika Müdafi ə Sektorunda Korrupsiya 

  Hallarını Üzə Çıxarır...............................................................345

Haşiyə 21.2.  TSİ və Müdafi ə Sektorunda Nəzarət Funksiyaları üzrə  

 

 

 



Vətəndaş Cəmiyyətlərinin İştirakı və Tərəfdaşlıqları.............351

Haşiyə 22.1.  Beynəlxalq Təşkilatların siyahısı və onların Web saytları......363     

Haşiyə 22.2.  İƏİT-nın Anti-Rüşvət Konvensiyası və Milli Təhlükəsizlik  

 

  Maraqları.................................................................................368



Haşiyə 22.3.  Müdafi ə İnstitutlarının  Qurulması üzrə SNT Fəaliyyət 

  Planının Məqsədləri.................................................................371                                                      

Haşiyə 22.4.  NATO-Ukrayna Peşəkar İnkişaf Proqramı..............................376

Haşiyə 23.1.  NATO-nun Özünü Qiymətləndirmə Vəsaiti............................382

Haşiyə 23.2.  Baxış Bəyanatı.........................................................................385

Haşiyə 23.3.  Əsas Dəyişim İdarəetmə Strategiyaları...................................387

Haşiyə 23.4.  Planlaşdırılmış, Sistemli Dəyişim Prosesı Nümunəsi.............390

Haşiyə 23.5.  NATO-nu Dürüstlüyü Təmin Etmək Hazırlıq Kursları...........395

Haşiyə 23.6.  Rol-Oynama Oyunları: Güclü Təlim Aləti..............................396

Haşiyə 24.1.  Təşkilati Mədəniyyətin Tərifi  Haqda.......................................402

Haşiyə 24.2.  Müdafi ə Sektorunda Dürüstlüyün Post-Kommunist 

  Ölkələrində Möhkəmləndirilməsi............................................410

                                               



Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

I Hissə

Giriş

Korrupsiya bütün ölkələrin inkişafına bəla olub dövlət strukturlarına xal-

qın inamını sarsıdır. Korrupsiya, xüsusilə də keçid dövrünü yaşayan ölkələrin 

inkişafına mane olub, dövlətə  həyati lazım olan vəsaitləri mənimsəyir. 

Korrupsiya yolu ilə  əldə olunan vasitələr sonradan siyasi və iqtisadi təsir 

mexanizminə çevrilir və beləliklə, demokratik institutları zəifl ədərək və kor-

rupsiyanı genişləndirərək ölkəni çıxılmaz vəziyyətə salır. 

Müdafi ə sektoru bu cür bəd niyyətli fəaliyyət üçün çox vaxt münbit 

şərait yaradır. Bu cür şərait, müdafi ə sektorunda ciddi nəzarətin qarşısını 

alan məxvilik və cəzasızlıq ənənəsinin mövcudluğundan doğur. 1-ci Fəsildə, 

müdafi ə sektorunda bu işə yardımçı olanlar  haqqında və hərbi korrupsiyanın 

təsiri haqda danışılır. 2-ci Fəsil müdafi ə sektorunda korrupsiya risklərini azalt-

maq üçün mövcud olan strateji yanaşmanın əsaslarını təqdim edir. Təqdim 

edilən  əsaslar dürüstlüyün təmin edilməsi,  şəffafl ığın artırılması  və cavab-

dehliyin təkmilləşdirilməsi kimi səyləri özündə birləşdirir. Bu cür yanaşma 

korrupsiyalaşmış davranışın mənəvi yükünü daha da artırır. Korrupsiyadan 

gələn qazancları azaldır və gözlənilən xərcləri və ya cəzanı artırır. 

Bu toplunun giriş hissəsi müdafi ə sektorunda korrupsiyanın azaldılması 

ilə bağlı yerli və beynəlxalq yanaşmalardan nümunələr gətirir. Bu yanaşma-

lar, təhlükəsizlik sektorunda islahatlar və müdafi ə institutlarının qurulması 

ilə bağlı geniş  səpkidə aparılan səylərin ayrılmaz hissəsidir. Son nəticədə, 

müdafi ə sektorunda korrupsiya ilə mübarizə və dürüslüyün təmin edilməsinin 

ən səmərəli yolu geniş islahat prosesindən keçir: müdafi ə sektorunu yüksək 

demokratik ideyalar və praktika ilə peyvənd etməklə korrupsiyanın köklərini 

aradan qaldırmaq olar.   

                                                              



3

Lənətlənmiş Korrupsiya  

1-ci Fəsil 

Lənətlənmiş Korrupsiya   

Hərbi sahədə Korrupsiya

Korrupsiya inkişafı  əngəlləyir, müasir cəmiyyətlərin təhlükəsizliyini 

sarsıdır və dövlət institutlarına inamı azaldir. Müdafi ə sektoru da korrupsiya 

bəlasından sığortalanmamışdır. Çoxlarına təəccüblü gəlsə də, dünyanın hər 

yerində orduya xalq tərəfi ndən ümumilikdə böyük hörmətlə yanaşılır.Əgər 

dünyadakı orta statistikanı nəzərə alsaq, ordu ən çox hörmətlə yanaşılan üç 

institutdan biri sayılır və korrupsiya məsələsində QHT-lər və Dini təşkilatlar 

kimi ən çox inanılan təşkilatlar sırasındadır.(Bax şəkil 1.1)

1

. Dünyanın çox 



ölkələrində ordunun siyasi partiyalardan, qanunvericilərdən, biznes şirkətləri 

və mediadan az korrupsiyalandığı qənaətindədirlər.

Lakin ordunun nüfuzu dünyanın fərqli ölkələrində və bölgələrində köklü 

şəkildə fərqlənir. Məsələn, Qərbi Avropada və ABŞ-da ordunun geniş mənada 

korrupsiyadan uzaq olduğu qənaəti var. Lakin, Mərkəzi və Şərqi Avropanın 

yeni yaranmış ölkələrində, həmçinin Afrika və Latın Amerikada ordu bu im-

tahanı keçə bilmir

2

.



  

  Şəkil 1.1 Korrupsiyanın Səviyyələri

1

 

 BŞ/ Gallup  -ın “Global Corruption Barometer” sorğusunun 2006 –cı ilin məlumat bazası.  



Mark Pyman, Dominik Scott, Alan Valdron və İnes Voika-nın  Connections: The Quarterly 

Journal 7:2 (Summer 2008):21-44 dərc edilmiş  “Building İntegrity and Reducing Corruption 

Risk in Defence

 

Establishments”



 

yazısında.

 Pyman, “Building Integrity and Reducing Corruption Risk” ( 2008), 31



Hərbi


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə