Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə7/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   2   3   4   5   6   7   8   9   10   ...   163

6

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

habelə, çox vaxt bu cür sxemlər korrupsiya praktikasını inkişaf etdirmək üçün 

istifadə olunur.

Əməliyyat və başqa hərbi tələbləri yerinə yetirərkən təcililiyi əsas gətirmə, 

mövcud qaydaları birbaşa pozmaqla və ya sadələşdirilmiş gedişlərlə, açıq 

tender keçirməməklə açıqlıq və rəqabət tələb edən tenderlərdən yan keçməyə 

imkan verir.Təcililiyi əsas gətirmə halları əsasən yeni NATO üzvü ölkələrin 

və beynəlxalq əməliyyatlarda xüsusi hallarda iştirak edən tərəfdaş ölkələrin 

müdafi ə strukturlarında və ya hər hansı bir əməliyyat dəyişimi üçün yığılmış 

“kontingentdə” baş verir. Təcili tələbləri yerinə yetirmək məsələləri ortaya 

çıxdığı zaman, xüsusən də bu məxviliklə birləşəndə, qeyri şəffaf və öz başına 

qərarlar üçün əla şərait yaranır və beləliklə korrupsiya çiçəklənir.

 Popilist şuarlar da çox vaxt korrupsiyanın göstəricisidir. Məsələn, “mil-

li”  hərbi məhsullar və xidmətlərdən istifadə et çağırışları, bu hətta həmin 

məhsullar və xidmətlərin cəmi bir və ya bir neçə milli təminatçısı olan 

və beynəlxalq rəqabəti sual doğuran ölkələrdə edilir. Başqa bir nümunə, 

“əsgərlərin qayğısına qal”çağırışları. Bu çağırışlar  əsasında, artıq hərbi 

mülkiyyətin qeyri şəffaf mübadiləsi ilə  hərbçilər üçün yaşayış evləri, qey-

ri şəffaf müqavilələrlə istirahət mərkəzləri alınmışdır. Üçüncü nümunə kimi 

“xalqın mənafeyi üçün” hərəkət et çağrışlarını göstərmək olar. Burada ofset 

sazişləri ilə bazar mexanizmləri pozulur və müxtəlif formalarda ödənilən pul-

ların ayrı-ayrı adamlara geri qaytarılma yollarına şərait yaradırlır

5



Bu nümünələr silahlı qüvvələr rəhbərliyində şəffafl ığın və cavabdehliyin 



əsas “düşmənlərindən” bəhs edir. Eyni zamanda bu hallar orduda potensial 

korrupsiyanın geniş mənfi  nəticələrinin artmasına xidmət edir. 



Orduda Korrupsiyanın Təsirləri

Korrupsiyanın çilovlanmaması, ordu rəhbərliyinin məhsuldar işinə  və 

silahlı qüvvələrin  əməliyyat səmərəliliyinə ciddi zərər vurur. Korrupsiya 

cəmiyyətin  və beynəlxalq tərəfdaşların orduya olan hörmətini aşağı salır və 

vətəndaşların təhlükəsizliyini zərbə altına qoyur və ifrat təzahür kimi, de-

mokratik idarəetməni və ümumiyyətlə dövlətin əsaslarını təhlükəyə salır. Bu 

təsirlər aşağıdakı beş fərqli qrupların timsalında öyrənilmişdir.

Çatışmayan Ehtiyatların Mənimsənilməsi

Korrupsiyanın vurduğu zərər böyükdür. O ölkənin ehtiyacı olduğu müdafi ə 

qabiliyyətləri üçün nəzərdə tutulan məhdud ehtiyatları başqa istiqamətə 

5

  Bu toplunun 8-ci Fəslinə ətrafl i məlumatlar ücün bax




7

Lənətlənmiş Korrupsiya  

döndərir və beləliklə,silahlı qüvvələrin ölkənin və onun müttəfi qlərinin 

təhlükəsizliyi üçün hərbi  əməliyyatlara girmək imkanlarını  məhdudlaşdırır. 

Bu o deməkdir ki, ölkə öz təhlükəsizliyini və müdafi ə siyasətini təmin etmək 

qabiliyyətini itirir və təhlükəsizlik təhdidlərini dəf etmək üçün aşağı səviyyəli  

müdafi ə qabiliyyətinə malik olur.

Büdcənin göyə sovrulması  və ordunun texnoloji baxımdan 

modernləşdirilməsi imkanlarını itirməsi ilə bağlı korrupsiyanın vurduğu zərər 

Haşiyə 1.1-də nümunə kimi təqdim edilir. Onu da qeyd etmək lazımdır ki, 1.1 

haşiyəsindəki yazı sadəcə olaraq prokurorluğun qarşısına çıxan korrupsiya 

məsələsı haqqındadır.

Cəmiyyətin yanaşması baxımından, müdafi ə sektorunda korrupsiya, 

həmçinin, məsələn, təhsilə,sağlamlığa, yenilik və rəqabətliliyə qoyulan sosial 

məhsuldar yatırımların hesabına da baş verir.



Döyüş Hazırlığının Məhdudluğu

Hərbi əməliyyatlara girmiş ölktənin döyüş qabiliyyətinə korrupsiya  çox 

ciddi təsir edir. Lazımi döyüş qabiliyyətinin olmaması, hərbi birləşmələrin ro-

lunu və yararlılığını heçə endirir. Aşağı səviyyəli hərbi texnika əsgərləri risk 

qarşısında qoyur və itkilərin sayını artırır. Aydındır ki,əməliyyatlarda iştirak 

etmək üçün rüşvət verən əsgərlərin döyüş ruhu da aşağı olacaqdır.

Məlumat, texnoloqiya, təhlükəli materiallar, silah texnologiyaları və sis-

temləri əldə etmək üçün  terrorçular və mütəşəkkil cinayət qrupları korrupsi-

yadan istifadə edə bilər və faktiki olaraq istifadə edirlər. Korrupsiya , Haşiyə 

1.2-də göstərildiyi kimi,hərbi əməliyyatların sirliliyini də sarsıda bilər.



Hərbi Qulluqçuların Mənəviyyatının Aşağı Düşməsi və 

Hərbi Təşkilatlara olan Hörmətin Azalması

Müdafi ə sektorunda  korrupsiya halları  hərdən bir olsa da, o bütöv 

ordu rəhbərliyini ləkələyir və xalqın orduya olan inamına və ölkənin silah-

lı qüvvələrinin ənənəsinə mənfi  təsir edir. Korrupsiya ordu rəhbərliyi içində 

baş verirsə, o zaman ordunun və orduda çalışan mülki şəxslərin onuru ciddi 

surətdə alçalır. Hökümətin yüksək rütbəli şəxsləri arasında xalqa məlum olan 

korrupsiya hallarının cəzasız qalması müdafi ə sektorunun əsgər və zabitləri 

arasında ruh düşgünlüyü yaradır və cəmiyyətin orduya olan hörmətini aşa-

ğı salır. Bu hallar yüksək pesəkar səviyyəsi olan adamların orduda xidmət 

etməsinə  və ya mülki hərbi ekspertlər kimi orduya cəlb olunmasına mənfi  

təsir göstərir. 



8

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 1.1.Korrupsiyanın Törətdiyi İtkilər  

“Rossiyskaya qazeta”-ya müsahibəsində Rusiya Federasiyası Prokuror-

luğunun  İstintaq Qrupunun sədr müavini, General-Mayor Aleksandr 

Soroçkin bildirmişdir ki, 2008-ci ilin Yanvarından Sentyabrına qədər silahlı 

qüvvələrdə korrupsiya halları nəticəsində Rusiya Federasiyanın  büdcəsinə 

2.2 milyard rubl (78.6 milyon ABŞ dollar) zərər dəymişdir. Rusiya ordusunda 

korrupsiya cinayətlərinin sayı 1400-ə çatmış  və bu 2007-ci ilin analoji 

dövründən 30% artıq olmuşdur. Sübut olunmuş korrupsiya cinayətlərinin 

18-ə  qədəri ordunun yüksək səviyyəli rəhbərliyinin nümayəndələri 

tərəfi ndən törədilmişdir.General-Mayor Soroçkinın hesablamalarına görə, 

bu itkilərin hesabına Rusiya ordusuna ən azı 30 T-90 müasir döyüş tankları 

almaq olardı. 

Rusiyanın baş hərbi prokuroru Serqey Fridinskinın sözlərinə görə, ölkədə 

korrupsiyanın azalması tendensiyasının getdiyi vaxtda, 2008-ci ilin ilk 

doqquz ayında daxili qoşunlarda cinayətlərin sayı 22%, Fövqəladə Hallar 

Nazirliyində 60%, Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarında 

- 10%-dən çox, Müdafi ə Nazirliyində isə 24% artmışdır.  Bu zaman rüşvət 

və vəzifədən sui-istifadə halları 50% artmış və bu cinayətlərin yarıdan çoxu 

hərbi mülkiyyət və büdcə maliyyələşdirilməsi ilə bağlı olmuşdur. 

2008-ci ilin Mayında hakimiyyətə gələn Prezident Medvedev, korrupsiyaya 

qarşı mübarizəyə üstünlük verəcəyini elan etmişdir. O, inaqurasiyadan iki 

həftə sonra korrupsiya ilə mübarizə üzrə Prezident Şurası yaratmaq haqda 

fərman imzalamışdır.

Mənbə: “2008-ci ildə hərbi korrupsiya Russiyaya 80 milyon dollara başa gəlmişdir”. Ria 

Novosti (2 Dekabr 2008) 2008),  http://en.ru/russia/20081202/118637765.html.

  

Haşiyə 1.2. Gövrək Münaqişəli Bölgələrdə Korrupsiya və Təhlükəsizlik 

Qorxuları

Şimali Qafqazdakı hüquq mühavizə orqanları  işçilərinin ekstremistlər 

tərəfi ndən ideoloji olaraq öz sıralarına çəkmələri, korrupsiya ilə  bərabər 

yeni  əsas təhlükəsizlik təhdidləri kimi gündəmə  gəlmişdir. Çoxlu sayda 

terrorçu hücumlarının təhqiqatı, korrupsiyalaşmış  və ideoloji baxımdan 

dəyişdirilmiş polis zabitlərinin terrorçulara kömək etdiyini üzə çıxartmışdır. 

Rusiya höküməti hüquq mühavizə orqanlarında epidemiya xarakterı 

almış korrupsiyanın kökünü kəsməsə,nə passiv müdafi ə  tədbirlərinin 

genişləndirilməsi, nə də yaraqlıların bazalarına qarşı artan önləyici hərbi 

zərbələrin vurulması bir nəticə verməyəcəkdir.

Mənbə: Simon Saradzyan “Dynamics of Maritime Terrorist Threats to Russia and the 

Government’s Response,” Connections: The Quarterly Journal 8:3( Summer 2009): 53-84




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə