Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə8/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   4   5   6   7   8   9   10   11   ...   163

9

Lənətlənmiş Korrupsiya  

Korrupsiya xalqın orduya inamını azaldır. Xroniki hal almış korrupsiya 

isə xalqın hərbi təşkilatlara olan inamına öldürücü təsir edir. Haşiyə 1.3-də 

göstərilən nümunədən aydın olur ki, orduya olan münasibət o qədər aşağı 

düşmüşdür ki, nəticədə büdcənin kəsilməsi ilə müdafi ə nazirliyinin nominal 

olaraq işləməsinə təhlükə yaranmışdır.

Əvvəlki səhifədə müzakirə etdiyimiz kimi, korrupsiya nəticəsində ordu-

nun imkanlarının və döyüş ruhunun azalması, beynəlxalq sülh missiyasına 

qoşulan həmən ölkənin ehtibarlılığını da şübhə altına alır. Ümumiyyətlə, or-

duda korrupsiya həm silahlı qüvvələrin, həm də bütövlikdə ölkənin nüfuzu-

na- müttəfi qlərin, tərəfdaşların və beynəlxalq təşkilatların,məsələn, NATO-

nun və həmçinin geniş beynəlxalq ictimaiyyətin gözündə, mənfi  təsir yaradır. 



Başqa Təhlükəsizlik Qorxuları

Bundan başqa, təhlükəsizlik və müdafi ə  təşkilatlarının korrupsiya 

vasitəsilə mütəşəkkil cinayətkarlıqla əlaqədə olması, ölkə və onun vətəndaşları 

üçün birbaşa təhlükə törədir.Korrupsiyalaşmış müdafi ə və təhlükəsizlik sek-

toru, mütəşəkkil cinayətkarlıq və pirat qruplarnın yaranması  və funksiyası 

üçün münbit şəraiti təmin edir. Haşiyə 1.2 bir nümunəni təqdim etdi və digər 

nümunə Haşiyə1.4-də verilib. 

Dövlətin Əsaslarına Təhlükə

Bəzən müdafi ə sektoru bütöv höküməti və müxtəlif oyunçuları  əhatə 

edən korrupsiya mərkəzinə çevirir. Xalq və vətəndaş cəmiyyətləri qarşısında 

şəffafl ığın və cavabdehliyin olmadığı bir mühitdə, müdafi ə sektoruna ayrılmış 

pulun başqa istiqamətə yönləndirilməsi və səhnə arxasındakı şəbəkələrdə pi-

arçıların və saxta medianın dəstəyi ilə korrupsiyalaşmış rəsmiləri, biznesləri, 

vasitəçiləri, mühasibləri, hüquqçuları işdə saxlamaq nisbətən asandır.    

Haşiyə 1.3. Xalqın  İnamının  İtməsi və  Nəticədə Müdafi ə Büdcəsinin 

Kəsilməsi

İllər boyu, Bolqarıstan Müdafi ə Nazirliyində və Silahlı Qüvvələrində geniş 

miqyaslı korrupsiyanın olması haqda şübhələr və mətbuat eyhamları baş 

alıb gedirdi, amma rəsmi şəxslər sadəcə bir neçə xırda korrupsiya hallarını 

boyunlarına alırdılar. Ancaq 2009-cu ildə hökümət dəyişəndən sonra, 

Müdafi ə Nazirliyi və hüquq mühavizə orqanları Müdafi ə Nazirliyinin ən 

yüksək rəhbərliyinin əməllərini araşdırmağa başladılar. Onların korrupsiya 

halları üzə çıxarıldı və 2009-cu ilin Dekabrına qədər, prokurorluq keçmiş 

müdafi ə nazirini üç iş üzrə vəzifəcindən sui- istifadə  etməkdə ittiham etdi.



10

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Yeni hökümətin ilk 100 günlük hesabatı göstərdi ki, nazirlik və silahlı 

qüvvələr mənəvi böhranın bir addımlığındadırlar. Hesabat bəyan etdi ki

pis idarəçilik və korrupsiya hesabına, hərbi qulluqçuların atributları sayılan 

xidmət, şərəf, dürüstlük, inam və özünə hörmət korlanmışdır.

Müdafi ə Nazirliyində pis idarə etmə, korrupsiya və büdcənin zay edilməsi 

praktikalarını aradan qaldırmaq mühüm məna daşıdığı halda,  burada baş 

verən korrupsiyanın miqyasının və metodlarının xalqa bildirilməsi xalq 

arasında geniş narazılığı daha da artırdı. Silahlı qüvvələrə ictimaiyyətin 

inamını daha da zəifl ətdi. Nəticədə, hərbi büdcəni çox ciddi surətdə, 

bu ölkənin tarixində  əvvəllər görünməyən miqyasda azaltdılar. ( bax 

Şəkil 1.2). Önəmli bir faktı qeyd etmək lazımdır ki, iqtisadi və maliyyə 

böhranının bu büdcə  kəsintisinə  təsiri çox az idi və  hərbi təşkilatlardakı 

“mənəvi aşılanma”-ya görə heç bir müdafi ə  və  təhlükəsizlik ekspertləri, 

tədqiqat mərkəzləri və ya media bu cür amansız büdcə  kəsintisinə qarşı 

etiraz etmədilər.



Şəkil 1.2. Bolqarıstan Hərbi Büdcəsi ÜDM faizləri ilə

Digər tərəfdən, bu cür ciddi kəsinti silahlı qüvvələrin saxlanmasını və tələb 

olunan müdafi ə imkanlarının inkişaf etdirilməsini təhlükə altına qoydu 

və beləliklə sistemli korrupsiyanın milli təhlükəsizliyə qorxu olduğuna 

gətirdi. Eyni zamanda ölkənin etibarlı müttəfi q kimi beynəlxalq mövqeyinə 

də zərər vurdu.

Mənbə: “Former Bulgarian Defence Minister Facing Contract Fraud Charges,” 

Agence France-Presse (20 November 2009), www.defensenews.com/story.

php?i=4386991&c=EUR; “The Defence Ministry in a Finan¬cial and Morale Collapse,” 

Mediapool.bg (9 November 2009), www.mediapool.bg/show/?Storyid=158371.




11

Lənətlənmiş Korrupsiya  

Bu cür “nəhəng” korrupsiyada, oliqarx dairələr və kölgə iqtisadiyya-

tı ölkənin bütün iqtisadiyyatını  və  siyasətini kriminallaşdırır və özlərinin 

özəl maraqlarını qəbul etdirirlər.  Bu fenomen xüsusi ədəbiyyatda “dövləti 

zəbtetmə” kimi adlanır

6

.



Bu düşüncələrin gedişinə baxsaq, korrupsiyaya qarşı mübarizə sadəcə 

höküməti “təmizləmək” üçün qərarlar vermək deyil; korrupsiyanı ləvğ etmək, 

ölkəni korrupsiyalaşmış rəsmilərin, fi rmaların oliqarxik dairələrindən və qa-

nunsuz bizneslərindən çıxartmaq və səffaf surətdə hər yerdə qanun aliliyini 

təmin etməkdir. 

Əgər ölkənin təhlükəsizliyi və ya bütövlükdə mövcudluğu xarici və ya 

daxili düşmənlərin və ya hər ikisinin hədəsi altındadırsa, o zaman xroniki 

korrupsiya hesabına həmin ölkənin vəziyyəti daha da ağırlaşır. 



Haşiyə 1.4  Piratlıq və Onun Korrupsiya ilə Bağları

2008-ci ilin 15 noyabırında, Somali piratları neft tankerı olan Sirius Star 

–ı içindəki 25 nəfər ekipajla və 2,2 milion barrel neftlə tutdular. Tankerın 

qiyməti ABŞ dolları ilə 150 milyon civarında idi, yük isə 100 milyon 

dollar dəyərində idi. Həmən hadisə  və ona bənzər kiçik gəmilərə başqa  

pirat hücumları, Hind Okeanı hövzəsində dəniz qüvvələrinin yerləşməsinə 

böyük ehtiyac yaratdı. 

Son zamanlar, Somali sahillərində piratlığın artmasinın çoxlu səbəbləri 

vardır. Az hallanan səbəblərdən biri piratlarla Somali hərbi-siyasi elitası 

arasındakı korrupsiya bağlılığıdır  Çəthəm Houzun (Chatham House) 

tədqiqatçısı Roger Millerona görə piratlar “maneəsiz öz işlərini həyata 

keçirmək üçün əhəmiyətli siyasi və  hərbi dairələrlə hesablaşırlar(pul 

ödəyirlər)”.

Mənbə: Barney Jopson, “Somalia’s bandits broaden their horizons,” Financial Times (19 

No vember  2008),5.

 Bax, məsələn Joel Helman, Geraint Jones və Daniel Kaufmann,  Seize the State, 



Seize the Day: State Capture, Corruption and Infl uence  in  Transition, World Bank Policy 

Research Working Paper No. 2444 (September 2000).




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə