Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə9/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   5   6   7   8   9   10   11   12   ...   163

12

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 1.5.  Korrupsiya Stabillik və Yenidənqurma Səylərinə Mane 

olur 

General  Stənli McKristal (Stanley McChrystal)  Beynəlxalq Təhlükəsizlik 

Yardimı Qüvvələri  (İnternational Security Assitance Force-İSAF) və 

Daimi Azadlıq Əməliyyatları (Operation Enduring Freedom) qüvvələrinin 

başarısı üçün ən böyük təhlükənin korrupsiya və zəif dövlət institutlarının 

olduğunu dəfələrlə önə  çəkmişdir.  O qeyd edir ki, korrupsiya və 

cinayətgarlığın aparıcı qüvvələrinin kifayət qədər başa düşülməməsi 

əfqanlar arasında inamsizlığa gətirmişdir. Əfqan polis və ordusuna təlim 

keçən digər ABŞ generalı  Robert Kon ( Robert Cone) eyni cür hissləri 

ifadə etmişdir:  “Ölkənin təhlükəsizliyini öz üzərinə götürmək üçün, əfqan 

ordusu və polisinin üzləşdiyi ən böyük maneə xroniki korrupsiyadir”. 

Korrupsiya və xroniki pis idarəetmə müharibədən dağılmış ölkədə bərpa 

işlərini geriyə atır. Beynəlxalq yardım fondunun işçilərinin dediyinə görə, 

15 miliyard ABŞ dolları  həcmində istifadə edilən pulun üçdə biri israf 

edilmişdir. Nəticədə yerli əhalinin xarici hərbi qüvvələrə qarşı narazlığı  

dərinləşmişdir. Həmid Karzayın Prezident kimi andicmə mərasimindən bir 

gün sonra ABŞ-ın müdafi ə naziri Robert Geyts (Robert Gates) “donorların 

ölkəyə böyük həcmdə axan pullarının necə istifadə olunmasına nəzarət 

gücləndirilməlidir” demişdir.  Qərb ölkələrinin başçıları H. Karzaya 

təzyiq edərək korrupsiya ilə mübarizə aparmağa və keçmiş komandirləri 

hökümətdən uzaqlaşdırmağa çağırmışlar. 

İndiki və keçmiş nazirlərdən ibarət  Əfqanstanın on beş naziri Karzay 

hökümətini bürüyən korrupsiya iddiaları ilə araşdırma altındadırlar. 

Özünün ikinci inaqurasiya çıxışı zamanı  Həmid Karzay korrupsiyaya 

bulaşanları  həbs edəcəyini vəd etmişdir. Öz qoşunlarını  və  Əfqanıstanın 

inkişafı üçün ayırdıqları pulları geri çəkəcəkləri ilə hədələyən beynəlxalq 

güclər, Karzay hökümətinin korrupsiyanı təmizləyəcəyi vədlərinə nə gədər 

sadiq çıxacağını diqqətlə izləyirlər.

Mənbələr: “McChrystal: More forces or ‘mission failure’,” Washington Post (21 September 

2009), www.washingtonpost.com/wpdyn/content/article/2009/09/20/AR2009092002920.

html; Jon Hemming, “Cor ruption holds back Afghan army expansion,” Reuters (11 

December 2008), www.reuters.com/ article/worldNews/idUSTRE4BA5S420081211?p

ageNumber=1&virtualBrandChannel=0; “US Secretary of Defence Robert Gates in the 

Pentagon,”  BBC News (21 November 2009); AJ Henninger, “Corruption: 15 Afghan 

ministers under investigation; bribes, perks, skimming,” on the DEFENSE (Novem ber 24, 

2009), http://onthedefense.wordpress.com/2009/11/24/corruption-15-afghan-ministers-

under-investigation-bribes-perks-skimming.



13

Lənətlənmiş Korrupsiya  

Orduda Korrupsiya Heç Vaxt Sonu Olmayan Hekayədirmi?

Orduda korrupsiyanı  məhv etmək, hamıya məlum olan çətin bir işdir. 

Ancaq bu iş  cəmiyyətdə orduya yenidən inam qazanmaq üçün və müdafi ə 

və təhlükəsizliyi əlverişli məsrəfl ərlə və qəbul edilə biləcək risklərlə təmin 

etmək üçün ilkin şərtdir.Orduda korrupsiyanın tamamilə aradan qaldırılma-

sı tam aydın olmasa da,sübut olunmuş yanaşmalar və qabaqcıl təcrübələr 

göstərir ki,əgər bu tədbirlər uyğun qaydada həyata keçirilsə, korrupsiyanı çi-

lovlamaq üçün onlardan istifadə etmək olar.

Toplunun II hissəsində, ordunun funksional fəaliyyəti zamanı istifadə 

olunan yaxşı təcrübələrdən əlavə, III-cü hissədə fərdlər, hökümətin icra or-

qanları səviyyəsində və xüsusilə də müdafi ə nazirliyində, parlament və audit 

ofi slərində,ombudsman idarəsində, müdafi ə sənayesində, vətəndaş cəmiyyəti 

və media və beynəlxalq təşkilarlarda dürüstlüyü təmin etmək üçün  nizamla-

yıcı strukturlar və sınaqdan keçmiş praktik yanaşmalar ətrafl ı təqdim olunur.

Yol nə qədər üzün olsa da, kiçik addımlarla başlayır. Bu topluda ordu-

dakı korrupsiya riskləri və anti-korrupsiya strategiyaları və  tədbirləri geniş 

və ətrafl ı yer alsa da, bu yanaşmaların tətbiqi konkret ölkənin xüsusiyyətləri 

ilə bağlıdır və qarşıya qoyulan məqsədləri həyata keçirmək və resursları əldə 

etmək üçün açıq-aydın prioritetlərin müəyyən edilməsini və yerli reallığın 

nəzərə alınmasını  tələb edir.1.6 Haşiyəsi müdafi ə sektorunda korrupsiyanı 

köklü səkildə azaltmaq üçün praktiki tədbirlər nümunəsini təqdim edir.

Haşiyə 1.6. Orduda Korrupsiya Risklərinin Azaldılması üçün Praktiki 

Prioritetlərin Müəyyən Edilməsi

2008-ci ildə, qeyri-hökümət təşkilatlarının apardığı araşdırma Bolqarıstanın 

Müdafi ə Nazirliyində korrupsiya potensialının tez bir zamanda azaldılmasına 

aparan bir neçə əsas tədbirləri müəyyənləşdirmişdir:

• Korrupsiyanın aradan qaldırılması üçün əlverişli normativ və hüquqi 

şəraitin yaradılması. Bu zaman üstünlük verilir:

• Proqramların  əsasında məqsədli büdcələmələrin işlənib 

hazırlanması və davamlı tətbiq edilməsi;

• Təhcizat proseslərində maksimum şəffafl ığı artırmaq və tender 

zamanı maksimum sayda alıcının iştirakını təmin etmək;

• Müdafi ə Nazirliyinin və ordunun istənilən formadakı iqtisadi 

fəaliyyətini dərhal qüvvədən salmaq;

• Mülkiyyət mübadiləsi və ona uyğun sövdələşmələri dayandırmaq;



14

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

• Xaricdəki hərbi  əməliyyatlara ancaq mövcud hərbi qabiliyyətli 

birləşmələri göndərməli;

• Stabilizasiya 

və bərpa işləri zamanı yaranan korrupsiya problemləri ilə 

bağlı əlavə araşdırmalar aparmaq; ofset və ona oxşar programların və 

layihələrin hazırlanması və həyata keçirilməsi; səmərəsiz idarəçiliyin 

köklərini ayırd etmək; həmin məsələləri həll etmək üçün metodların 

hazırlanması və müqayisəli analizlərin aparılması.

• Müdafi ə sektorunda potensial korrupsiyanın səviyyəsi haqda, 

qanunvericilik və icra strukturlarının gördüyü tədbirlər haqda, biznes 

və qeyri-hökümət təşkilatlarının korrupsiyaya qarşı mübarizələri haqda 

və korrupsiyanın əsil səviyyəsi haqqında monitorinqlər;

2009-cu ildə, bu araşdırmanın üzvləri Müdafi ə Nazirliyində  rəhbər 

vəzifələrə təyin edildilər və onlar dərhal öz tövsiyələrini həyata keçirməyə 

başladılar.



Mənbə: Todor Tagarev, “Defence Decision-making and Corruption Risks,” in Integrity in 

Defence: Effec tive, Transparent and Accountable Management, Avgustina Tzvetkova, ed. 

(Sofi a: Euro-Atlantic Educa  tion Initiative, 2009), 189–214.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə