241
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
rı onların prioritetliyindən asılı olaraq piramida şəklində bölünür və baza
səviyyəsi ehtiyaclarından başlayaraq tədricən təmin olunur. Hər növbəti
səviyyəyə keçid çox zaman yalnız əvvəlki səviyyə ehtiyaclarının təmin olun-
masından sonra baş verə bilər.
154
Aşağı səviyyə ehtiyacları təmin olunduqdan
sonra onlar davranış motivləri kimi öz aktuallığını itirirlər və insan dərhal
prioritetliyin növbəti səviyyəsində duran ehtiyaclarının təmin olunması üçün
yollar axtarmağa başlayır. Maslou nəzəriyyəsi indi də geniş tətbiq edilir və bu
bölmənin kontekstində də onu daha ətrafl ı müzakirə etməyə dəyər (bax Şəkil
16.1). Maslou nəzəriyyəsinə görə insan ehtiyaclarının ierarxiyası aşağıdakı
elementlərdən ibarətdir:
Fizioloji Ehtiyaclar
Orqanizmin fi ziki sağ qalmasının asılı olduğu ən mühüm ehtiyclar
oksigenə, yeməyə və suya, həmçinin bədənin hərarətinin nisbətən daimi bir
səviyyədə saxlanmasına olan ehtiyaclardır. Fəal olmaq, istirahət və yuxu,
həyat fəaliyyəti tullantılarından qurtulmaq, ağrıdan qaçmaq və cinsi əlaqədə
olmaq ehtiyacları da onlarla bir səviyyədə durur. İnsan bu baza ehtiyaclarını
təmin etmək imkanından məhrum olduqda, onlar ehtiyaclar iyerarxiyasında
əsas yeri tuturlar.
Təhlükəsizlik
Nə zaman ki, baza fi zioloji ehtiyacları artıq təmin edilmişdir və daha insa-
nın davranış motivləri kimi çıxış etmirlər, o zaman onda şəxsi təhlükəsizliyin
təminatına ehtiyac yaranır. Bu ehtiyac yalnız bədənin fi ziki təhlükəsizliyinə
və insanın sağlamlığına aid deyil, həm də ona öz gələcək fi zioloji ehtiyaclarını
təmin etməyə imkan verəcək resurslaradır. Bu kateqoriyaya maddi resurslar--
pul, əmlak və mülkiyyət, sosial resurslar (ailə, iş) və hətta daha qlobal qayda
–qanun və məhdudiyyətlərə can atmaq daxildir.
Sevgi, Mənsubiyyət və Sosial əlaqələr
Birinci iki kateqoriya ehtiyacları təmin olunduqdan sonra insan tənhalıq
və cəmiyyətdən ayrı düşmək kimi hissləri daha dərindən duymağa başla-
yır. Belə hisslər başqa insana qarşı sevgi və daha sıx münasibət, həmçinin
müəyyən sosial qruplara mənsub olma ehtiyaclarının təzahürləridür (məsələn,
aclığın qidaya ehtiyacın təzahürü olması kimi) və həyatda dostluğun, zərif
154
Bu nəzəriyyə ilk dəfə Maslounun “İnsan motivasiyası nəzərəiyyəsi” əsərində irəli sürülüb,
“Theory of Human Motivation,”
Psychological Review 50:4 (July 1943): 370–396.
242
İnsan Amilinin Rolu
münasibətlərin və birgə olmanın hesabına təmin edilir. Bu başqa insanlara
dostluq və incə duyğular bəsləməyi və onlardan da eyni hisslərin alınmasını,
həmçinin cəmiyyətin müəyyən qrupları ilə birlik hissini nəzərdə tutur.
Şəkil16.1. Maslou-ya görə Tələbatlar İerarxiyası
155
Hörmət və Tanınma
Ilk üç səviyyənin ehtiyacları təmin edildikdən sonra, insan tanınması və
başqa insanların hörmətini qazanması istəyinə daha çox fi kir verməyə baş-
layır. Maslou nəzəriyyəsinə əsasən bu ehtiyac iki formadan birində üzə çıxa
bilər. Tanınmaya və hörmət qazanmağa ehtiyacın birinci forması hörmət
nişanələrini digər insanlardan almaq arzusu ilə təzahür edir ki, bu da şəxsi
status hissinin, tanınma, razılıq, diqqət, məşhurluq, ləyaqət və hətta (başqa
insanlar tabelik və itaətkarlıq əlamətləri göstərdikdə) başqa insanlar üzərində
üstünlük kimi hisslər formalaşdırır. Maslou hörmətə və tanınmaya ehtiyacın
təmin olunmasının belə formasını aşağı forma hesab edirdi, çünki, onun real-
laşması başqa insanların hərəkətlərindən asılıdır. İkinci forma – özünə inam,
155
Janet A.Simons, Donald B. Irwin and Beverly A. Drinnien, Psychology – The Search for
Understanding), (NewYork: West Publishing Company, 1987 ).
243
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
yetkinlik, həyatda uğurlu olmaq və özünə güvənmək kimi hissləri əhatə edən
özünə hörmətə ehtiyacdır. Maslou bunu ən yüksək forma hesab edirdi, belə
ki, onun reallaşdırılması başqa insanların hərəkətlərindən daha az asılıdır.
Özünütəsdiq
Bütün aşağı ehtiyaclar təmin edildikdən sonra, insanları "özünü təsdiq
etmə" ehtiyaclarını təmin etmək haqqında fi kirlər daha çox məşğul edir - bu
onların bir fərd kimi öz unikal qabiliyyətlərini və şəxsiyyət kimi rollarını ifadə
etmək istəyidir: "musiqiçi musiqi bəstələməlidir, rəssam şəkil çəkməli, şair
isə şeir yazmalıdır". Bu ehtiacları təmin etmək üçün insan yaradıcı düşüncəyə
sahib olmalı, özünü dərk etməli, əxlaq normalarını gözləməli və bilik axta-
rışında olmalıdır. Əməldə bunların həyata keçirilməsi bundan aşağıda dörd
səviyyənin ehtiyaclarını təmin etmək üçün lazım olan dəqiq və kifayət qədər
universal tələblərə nisbətən, yüksək dərəcədə fərdidir.
Səmərəli idarəetməni və liderliyi həyata keçirmək üçün insan davranışı-
nın baza dinamikasını - davranışın motivlərini, davranışın özünü, nəticələrini
və onlara əks reaksiyanı anlamaq çox əhəmiyyətlidir. Maslounun insan eh-
tiyaclarının ierarxiyası işçilərin davranışlarını stimullaşdıran və idarə edən
müxtəlif ehtiyacları məhdudlaşdırmağa və anlamağa imkan verən dəyərli
köməkçi vasitədir. O həmçinin korrupsiya əleyhinə səylərin planlaşdırıl-
masında və hədəfl ərin müəyyən edilməsində də çox yaxşı köməkçi vasitə
ola bilər. Məsələn, ehtiyaclar ierarxiyasının ikinci səviyyəsində korrupsi-
ya davranışı təzahürlərinə mane olma üzrə ənənəvi tədbirlər, korrupsiyada
ələ keçmiş insanları maaşlarının, vəzifələrinin və hətta azadlıqlarının, yəni
"təhlükəsizliklər" sahəsinə aid olan atributlarının itirilməsi ilə təhdid edir. An-
caq bu risklərin çəkindirici effekti artıq "təhlükəsizliklər" səviyyəsində öz eh-
tiyaclarını təmin etmiş insanlar üçün azala bilər. İndi onların diqqəti növbəti
səviyyənin (başqa insanlarla münasibətlər, hörmət və tanınma) ehtiyacları-
nın təmin olunmasında cəmlənib. Belə insanlar "təhlükəsizlik" səviyyəsində
risklər qarşısında demək olar ki, əlçatmaz ola bilərlər. Ehtiyaclar ierarxiyası-
nın bu səviyyəsində risklər qarşısında zəifl ik yalnız həmin risklər daimi xa-
rakter aldıqda arta bilər. Belə insanlar üçün ehtiyaclar ierarxiyasında onların
üçüncü (sosial münasibətlər) və dördüncü (hörmət qazanmaq və reputasi-
ya) səviyyədə ehtiyaclarını təhdid edən xəbərdaredici tədbirlər daha təsirli
ola bilər. Eyni fi kri dürüstlüyü təmin etmək cəhdləri haqqında da demək
mümkündür. Kantın "mənəviyyat qanunu" nöqteyi-nəzərincə dürüstlüyün
təminatı özünün başlanğıc formasında o kəslərə xasdır ki, onların həyatda
əsas məqsədi mənəvi özünü təkmilləşdirmə və özünütəsdiqdir. Belə şəxslər