MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 3,2 Mb.
səhifə1/15
tarix01.07.2018
ölçüsü3,2 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15


İSLAM MAARİFİ

(qısa tanışlıq)



Tərtib və təhqiq:
RÖVŞƏN ƏHMƏDZADƏ
Voronej - 2013

Bu kitabda müəllif, İslam dini haqqında çox qısa məlumat vermiş, o cümlədən müsəlmanlara vacib olan nöqtələri bəyan etmişdir. Həmçinin müəllif çalışmışdır ki, dinin xurafat yox, İlahi bir müqəddəs qanun toplusu olduğunu cəmiyyətə çatdırsın.

ÖN SÖZ



BAĞIŞLAYAN MEHRİBAN ALLAHIN ADI İLƏ
Varlıq aləmini cana gətirən, Dillərdə hikmətli sözlər bitirən,

Əyridən insanı düzə götürən, Əzim, Qadir, Əzəl Haqqın adıyla.


İnsan düşüncəli bir mövcuddur. O, hər bir məsələni özü üçün araşdırır və qarşıya çıxan suallara cavab axtarır. O düşünür: Mən kiməm? Haradan gəlmişəm? Nə üçün gəlmişəm? Hara gedirəm? Aqibətim nə olacaq? İnsan əbəsmi yaradılıb? Və s... Bu düşüncəli varlıq öz suallarına qənaətbəxş cavab tapanadək heyrətdə və başını itirmiş vəziyyətdə qalacaq.

O biri tərəfdən bilirik ki, insanların tərəqqi, inkişafı və kamala çatmasında əsas məsələ “zəngin dolğun məktəb və mədəniyyət” ola bilər. Bununla da o, müxtəlif cəhətlərdə bütün insanları hərtərəfli inkişaf, kamal və səadətə doğru apara bilər. Məhz, belə bir məktəb mütləq Allah tərəfindən olmalıdır. Buna görə də yalnız Əhli-beyt (Allahın salamı olsun Onlra) tərəfindən gəlib çatan mədəniyyət və ideologiya daha hərtərəfli və daha faydalı ola bilər.

Buna əsasən də bizə lazımdır ki, hidayət və inkişaf yolunda belə humanitar məktəb və zəngin mədəniyyətə hərtərəfli maraq göstərərək, onu özümüzə əməli və həyat proqramı təyin etməklə dünya və axirət səadətini qazana bilək. Çünki, dünyanın heç bir yerində belə bir kamal və mərifət bağışlayan bir məktəb tapa bilmərik. Belə ki, bu məktəbin mədəniyyətindən başqa, digər mədəniyyətlərlə həqiqi təkamül zirvəsinə çatıb aşkar xoşbəxtliklərə nail olmaq heç vaxt mümkün olmayacaqdır.

Bu kitab İslamın əsas və zəruri məsələlərini bəyan etmək üçün yazılmışdır. İnsan çox vaxt məsuliyyət hiss etmir və yalnız özünün xeyir və faydasını güdür. O, bilməlidir ki, özünün və ailəsinin maddi ehtiyaclarını təmin etdiyi kimi, onların mənəvi ehtiyaclarını da təmin etməlidir. Belə ki, batil düşüncə sahibləri onların sorağına gəlməmiş, İslam maarifini öyrənmək üçün şərait yaratmalıdır.

Ümid edirik ki, Allah-təala bu kiçik əsəri insaniyyət və kamillik yolunda müsəlmanlar üçün yol azuqəsi buyursun, onlara müvəffəqiyyət və yardım əta etsin ki, öz gələcəklərini qurmaq üçün İslam elmləri və maarifindən faydalana bilsinlər.

Allah-təala bu kiçik təlaşı qəbul edib savab yazarsa, həmin savabı möminə və mərhumə Xədicə nənəmin ruhuna hədiyyə edirəm.

İlahi! Səni and veririk Əhli-beytin xatirinə, bizə Quran və Əhli-beyt maarifinin nurunu qəlbimizə dadızdır və aqibətimizi xeyrlilərdən qərar ver! Amin, ya Rabbəl aləmin.

1434/ 14 rəcəb 2013/ 05 may

Voronej


Birinci fəsil: Allah



BAĞIŞLAYAN MEHRİBAN ALLAHIN ADI İLƏ
ALLAH1
Dünyada elə bir insan yoxdur ki, inancı olmasın. Belə ki, hər bir şəxsin qəbul etdiyi öz inanc və əqidəsi vardır. Belə ki, bəziləri “Allahın birliyinə”, bəziləri “ateizmə” bir qismi “bütlərə”, digər bir qismi isə hətta “heyvanlara” inanır və pərəstiş edirlər. Təssüflə qeyd etmək lazımdır ki, “Allahın birliyinə” iman gətirənlar (yəni müsəlmanlar) arasında elələri də vardır ki, Allahı düzgün tanımır, O müqəddəs varlığın (Allaha pənah aparırıq) insan kimi əli, ayağı və s. üzvləri olduğunu qəbul edirlər. Hətta Uca Allaha “cins” təyin edərək - “O kişi bilən məsləhətdir” - deyə, vaxtaşırı bu cümləni dilə gətirir və azyaşlı övladlarına “Allah baba” kəlməsini öyrətməklə günaha batırlar.

Bəzən cəmiyyət arasında elə insanlar da tapılır ki, görmədiyi Allaha inanmaq istəmir. Halbuki, bu dünyada gözə görünməyən bir sıra şeylərin (məsələn; ağıl, vicdan, cazibə qüvvəsi və s.) varlığına səmimi qəlbdən inanır və zərrə qədər də şəkk-şübhə etmirlər. Lakin “Allahın varlığı” məsələsinə gəldikdə isə axsayırlar.

İmam Cəfər Sadiqin (ələyhissəlam)1 tələbələrindən olan Bəhlul Dənəndə2 haqqında bir əhvalatı yada salırıq:

“Bir gün Bəhlul məscidin yanından ötərkən Əbu Hənifənin3 öz şagirdlərinə dərs keçdiyini görür. Ayaq saxlayır və qulaq asmağa başlayır. Görür ki, Əbu Hənifə deyir: İmam Cəfər Sadiqin (ələyhissəlam) bəzi sözləri məni çox təəccübləndirir. O deyir ki, Allah-təala nə bu dünyada, nə də axirətdə görünməyəcək. Mən isə deyirəm, məgər mümkündür ki, bir varlıq olsun, amma gözə görünməsin?

O deyir ki, şeytan axirətdə Cəhənnəm odunda yanacaq. Mən isə deyirəm, şeytan oddan yaranmışdır. Bir şey ki, oddan yaranıbsa, daha o, heç vaxt odda yanmaz və atəş ona təsir etməz.

O deyir ki, insanlar öz işlərinə məsuldur (Yəni, öz əməllərində ixtiyar sahibidirlər). Mən isə deyirəm, bütün işlər Allahın iradəsinə bağlıdır və biz öz əməllərimizə məsul deyilik. İşlərimiz və əməllərimiz Allahın ixtiyarındadır.

Bəhlul bu sözləri eşidən kimi yerdən bir parça bərkimiş torpaq götürüb Əbu Hənifənin başına vurdu. Başı qanayan Əbu Hənifə Bəhlulu tutub qazının yanını şikayətə gəldi.

Qazı Bəhlulu dindirdikdə o belə cavab verir: Mən gördüm Əbu Hənifə deyir ki, hər nə varsa, gərək gözə görünsün. İndi o, başının ağrıdığını deyir. Əgər doğru deyirsə, ağrını mənə göstərsin.

O deyir ki, şeytan oddan yaranmışdır və bir şey ki, oddan yaranıbsa, heç vaxt odda yanmaz. Əbu Hənifə də torpaqdan yaranmışdır. O ki, deyir mən onu torpaq parçası ilə vurub başını yarmışam, yalan deyir. Çünki o, torpaqdan yaranıb. Bir şey ki, torpaqdan yarana, torpaq daha onu yaralaya bilməz və ona heç bir təsir edə bilməz.

O deyir ki, insan öz işlərinə cavabdeh deyil və bütün işlər Allahın iradəsi ilə həyata keçir. Əgər mən torpaq parçası ilə onun başına çırpmışamsa, mənim təqsirim yoxdur. Çünki mən Allahın iradəsi ilə hərəkət etmişəm. Deməli, o məndən yox, Allahdan şikayət etməlidir.

Əbu Hənifə Bəhlulun cavablarını eşidib öz sözlərindən utandı və qazının yanından çıxdı. Qazı da Bəhlulu əfv edib buraxdı.”1

“Nəhcul-fəsahə” kitabının 1304-cü hədisində Məhəmməd1 Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) 2 mübarək dilindən belə buyurulur: Çox sayda “lə iləhə illəllah” (Allahdan başqa bir məbud3 yoxdur) - deməklə, imanınızı təzələyin!

Həzrət Əli (ələyhissəlam) buyurur: “Hər kəs özünü tanıyarsa, Allahını da tanıyar.” Yəni, hər kəs öz cisminin və bədən üzvlərinin incəliklərinə, hərəkət etməsinə, funksiyasına diqqətlə nəzər salsa və bu barədə düşünsə, onda Allah-təalanın sonsuz bir qüdrətə və hikmətə malik olduğunu görər, özünün necə bir qəribə məxluq olduğunu anlayar. Nəticədə isə Yaradanı qabiliyyəti qədər düzgün tanıyar.

Əlbəttə ki, Allahı tanıma məsələsində bəşərin bu barədə agahlığı tam və kamil surətdə qeyri-mümkündür. Çünki, “naqis” varlıq olan insan, “kamil” bir varlıq olan Allahı necə tanısın?! Lakin Yaradanı “nisbi” tanımaq mümkündür və bu da bütün insanların boynunda olan zəruriyyətdir. Belə ki, Allahın Xaliq4, Qadir5, Razzəq6, Əlim7, Rahim8, Rabb9 və s. sifətlərini araşdırdıqda Onun haqqında az da olsa, lazımi məlumat əldə etmiş oluruq.

İmam Əlinin (ələyhissəlam)Nəhcul-Bəlağədəki 1-ci xütbəsində buyurduğu “Allahı tanıma” haqqında olan dərin və mənalı kəlamlarına diqqət edək:

“Bütün danışanların mədh etməkdə və tərifləməkdə aciz qaldığı Allaha həmd olsun! İnsanlar Onun zatına layiq olan tərifi etmək gücündə deyil.1 Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.2 )N$O@O#$R%F^N&O(T*E! 2)N$O@O#$R%E^F&N(O*T! 2

Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər.3 O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər... Onun üçün müəyyən edilmiş zaman da yoxdur...4 Məxluqatı Öz qüdrəti ilə yaratdı. Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi. Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.

Dinin əsası Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid5 və Onu Tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.6)N$O@O#$R%F^N&O(T*E! 10)N$O@O#$R%E^F&N(O*T! 10 İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir...1Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar.2 Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan, Ona doğru işarə edər. Ona işarə edən, Onu məhdudlaşdıraraq çevrələyər (Onun üçün hədd və nəhayət yaradar). Onu məhdud hesab edən Onu sayar (Onu özündən xaricdə say vahidinə çevirər). «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər (Onun üçün yer və məkan seçər). «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.3 Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil...4 )N$O@O#$R%F^N&O(T*E! 13)N$O@O#$R%F^N&O(T*E! 14Hər şeylə yanaşı olmadan onlarladır (Beləliklə, O, hər bir şeylədir. Hər bir şey Onunla dirçəlib, mövcud olub). Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.5 İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət6 və nə də alət mənasında deyil (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Buna görə də zatən gözü olmadan görəndir). Yaratdıqlarından heç biri olmayarkən də Görən idi. Onunla ünsiyyət qurmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da Tək və Vahid idi...”

Göründüyü kimi Həzrət Əli (ələyhissəlam) heyrətedici xütbəsilə insanların Allaha olan baxışını (düşüncəsini) dəyişdirir və Onu qabiliyyətimiz qədər düzgün tanımaqda bizə yardım edir.

Allah gözə görünməzdir və Onun müqəddəs zatı haqqında düşünmək qadağandır. Çünki Onun tayı-bərabəri yoxdur. Buna görə də Allah-təala bizə təfəkkür, idrak və əql qüvvəsi bəxş etdiyinə görə əmr etmişdir ki, Onun yaratdığı varlıqlar barəsində şüurumuzu, ağlımızı işə salıb Allahın hikmətində, kainatdakı nişanələrində və insanın daxili aləmində dərindən düşünək.

Rəvayətdə oxuyuruq: “Bir gün Məhəmməd Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) Öz səhabələri ilə birlikdə küçədən keçərkən qoca bir qadının ip əyirdiyini görür. Həzrət (salləllahu ələyhi və əlihi və səlləm) ondan soruşur: Allahı qəbul edirsənmi? Deyir: Əlbətdə. Buyurur: Allahın mövcud olmasına sübutun nədir? Qoca qadın əlini ip əyirdiyi alətdən çəkir və deyir: Bu, mənim sübutumdur. Əgər əlim aləti hərəkət etdirməsə, onda bu alət dayanar və hərəkət etməz. Aləmdə olan bu qədər hərəkət etməli olan şeylərin hərəkət etdirənə ehtiyacı yoxdurmu? Bunu eşidən Peyğəmbər (salləllahu ələyhi və əlihi və səlləm) mübarək üzünü səhabələrinə çevirib buyurur: Siz də bu qarı kimi Allahı tanıyın!”1

Başqa bir rəvayətə diqqət edək: “Bir nəfər Həzrət Əlinin (ələyhissəlam) yanına gəlib soruşdu: Ya Əmirəl-möminin!1 Allahı nə ilə tanıdın? Buyurdu: Mənim əzm2 və qərarlarımı pozması ilə. Mən bir işi görmək istədikdə maneələr və qəzavü-qədər onunla məqsədlərim arasında fasilə salaraq onun həyata keçməsinə mane oldu. Başa düşdüm ki, (bu işi) tədbir edən və onun axırını fikirləşən başqa bir Kəsdir.

Soruşdu: Hansı səbəbə görə Allaha həmd edirsən? Buyurdu: Məndən necə (böyük) bəlaları dəf etdiyini, həmçinin başqalarına bəlalar varid etdiyini gördükdə başa düşdüm ki, O mənə minnət qoymuşdur. Mən də Ona şükür etdim.

O şəxs yenə də soruşdu: Nəyə görə Onunla görüşəcəyinə bu qədər şövq bəsləyirsən? Buyurdu: Öz mələklərinin və Peyğəmbərlərinin (ələyhimussəlam)3 ayinini (dinini) mənim üçün seçdiyini, neməti mənə tamamladığını gördükdə bildim ki, məni bu qədər əzizləyən Allah heç vaxt məni unutmaz. Buna görə də Onunla görüşə müştaq oldum.” 4

Bəli, hörmətli oxucu! Mehriban olan Allah heç vaxt yaratdıqlarını unutmaz. Unudan bizlərik. O, öz bəndələrini çox sevir və hətta Ona qarşı nankor və küfr edənlərin belə ruzisini yetirir.
Allahın varlığı aydın bir həqiqətdir
Hər bir hadisə və yaranmışın qurub-yaradana ehtiyaclı olduğu aydın bir həqiqətdir. Bir hadisə baş verən kimi hamı onun səbəbini axtarır. İstənilən birimiz rəqəmsal bir qurğu və ya kompyuter gördükdə əmin oluruq ki, bütün bunların mahir bir yaradıcısı var. Əgər bir şəxs kompyuterin öz-özünə, təsadüfən yarandığını bildirsə, dərhal düşünürük ki, həmin şəxsin ağlı yoxdur. Yaxud insan gözəl bir tablo gördükdə dərhal onun yaradıcısı ilə maraqlanır, bu işin hansı rəssamın fırçasından yarandığını soruşur.

Əgər yaşadığımız dünyada hər şeyin bir yaradanı (düzəldəni) varsa, əzəmətli varlıq aləmi də yaradıcısız ola bilməz.

Kim inanar ki, zirvələri buludları yarıb keçmiş dağlar, əzəmətli dənizlər və okeanlar, saysız-hesabsız ulduzlar, planetlər, insanı heyrətə gətirən atmosfer qatları, növbənöv bitkilər, həşəratlar, dördayaqlılar, sürünənlər və quşlar, nəhayət insanın özü təsadüfən, xaliqsiz yaranmışdır?

Əşya və mövcudların insanı heyran qoyan zərif nöqtələri, onlar arasındakı qarşılıqlı rabitlər qüdrətli bir yaradanın varlığına növbəti dəlildir.

İnsanın yaranışına nəzər salın! Körpə dünyaya gələnədək onun anasının sinəsində süd olmur. Amma körpə dünyaya gələn kimi onun rahatlıqla qidalanması üçün ananın sinəsində süd yaranır. Belə ki, o, həmin anlarda süddən başqa qida qəbul etmək qüdrətində deyil. Sonra körpə elə bir həddə çatır ki, ana südü onun orqanizminin ehtiyaclarını təmin etmir. Həmin vaxt körpənin dişləri çıxır və bu dişlər dəyirman tək müxtəlif qidaları üyüdür. Bir müddət sonra həmin körpəyə deyilsə ki, sən və sənin yaşadığın dünya təsadüfi yaranıb, deyilənləri qəbul edərmi? Axı o öz gözləri ilə müşahidə edib ki, qışda bir “qar adam” düzəltməkdən ötəri neçə uşaq bir yerə toplanır, hərə bir iş görür. Axı o necə inanar ki, qar adamı bir neçə nəfər çalışıb düzəldirsə, hərəkət edən şüurlu insan yaradıcısız olsun?

Bəli, hara baxsaq, varlıq aləmindəki əşya və mövcudların istənilən birini diqqətlə nəzərdən keçirsək, hikmət və qüdrət sahibi olan Allahın əsərlərini müşahidə edərik.


Səhraya baxıram yad edir səni,

Dəniz də oxuyur həmin nəğməni.

Baxdığım dağlar da, düzənliklər də,

Təkrar-təkrar söylər həmin kəlməni.


Sultan və bilikli vəzir
Keçmiş zamanlarda bir sultan bir ölkəyə hakimlik edirdi. O, zalım idi və Allahın vücudunu inkar edirdi. Bu sultanın tək Allaha inanan bir vəziri var idi. Vəzir dəfələrlə çalışmışdı ki, sultanı təkallahlığa cəlb etsin, lakin buna nail ola bilmirdi.

Bir gün vəzir ölkənin görkəmli memarlarından birini saraya dəvət edib ona əmr etdi ki, sultanın ovlağında gözəl bir qəsr tiksin və ona cürbəcür güllərlə zinət versin. Amma bu işi elə görsün ki, sultan və onun ətrafındakılar bundan xəbər tutmasınlar.

Bir müddət keçəndən sonra memar xəbər verdi ki, qəsr hazırdır. Sonra vəzir bir bəhanə tapıb sultanı ovlağa apardı. Sultan uzaqdan qəsri ovlağında görüb təəccüblə soruşdu: “Ovlaqda görünən nədir?” Vəzir cavab verdi: “Sultan sağ olsun, yaxşı olar ki, gedək yaxından bu sirri öyrənək.”

Sultan razılaşdı və birlikdə qəsrə tərəf yola düşdülər. Qəsrə çatdıqda, sultan onun hər tərəfini gözdən keçirib təəccüblə soruşdu: “Bu qəsri çöllükdə kim tikib?”

Vəzir dedi: “Keçən il qışda sel gəlmişdi. Sel özü ilə bir az torpaq, bir az da daş gətirmişdi. Daş və torpaq bura çatan kimi torpaqlar bir-birinə yapışıb kərpic şəklinə düşdülər. Sonra kərpiclər və daşlar təsadüfi olaraq bir-birinin üstünə yığıldılar. Beləliklə, bu qəsrin divarları əmələ gəldi.

Sonra başqa bir sel çoxlu miqdarda ağac qırıb bura gətirdi və ağaclar taxtaya dönüb təsadüfi olaraq divarların üstünə yığıldılar. Beləliklə də qəsrin tavanı düzəldi.

Daha sonra başqa bir sel gəldi. Qapı- pəncərələr divarlara yapışdı və bu qəsri düzəltdilər.

Axırda isə külək gül-çiçəkləri çöl və bağlardan qırıb bura gətirdi. Sonra təsadüfi olaraq onları burda əkdi və bu gözəl gülüstan əmələ gəldi.”

Vəzirin sözlərini eşidən sultan əsəbləşib dedi: “Dəli olmusan, yoxsa məni dəli sayırsan? Əgər memar, usta və iş alətləri olmasa, bu gözəllikdə qəsrin düzəlməyi mümkün deyil.”

Bunu eşidən vəzir fürsətdən istifadə edərək belə cavab verdi: “Sultan sağ olsun, siz deyirsiniz ki, bu gözəllikdə qəsrin düzəlməyi daş və torpaqla mümkün deyil. Bəs onda necə ola bilər ki, bu gözəllikdə və bu əzəmətdə olan aləm öz-özlüyündə əmələ gəlsin və heç bir xaliqi (yaradanı) olmasın? Bəs necə mümkündür ki, Ay və Günəş, yer və göylər, ulduzlar, dağlar, çöllər, çaylar, dənizlər, otlar, heyvanlar və s. öz-özünə yaransın və yaradanı olmasın?”

Sultan vəzirin nəsihətlərindən oyandı və tək olan Allaha iman gətirdi.1
Özü yaranışa möhtac olan kəs,

Mümkünmü varlığa verə bir nəfəs?!


Allahı tanımağın insana olan təsirləri

Allahı tanımaq insan həyatına aşağıdakı müsbət təsirləri göstərir:



1-Elmin inkişafı

Təsəvvür edin ki, bir dostunuz səfərdən gəlib və sizin üçün bir kitab hədiyyə gətirmişdir. O, bu kitabın çox gözəl və maraqlı olduğunu bildirir. Kitabın gözəlliyinin səbəbini soruşduqda deyir ki, bunun müəllifi çox diqqətli, mahir, təcrübəli, bilikli və öz ixtisasında usta bir şəxsiyyətdir. Şübhəsiz ki, belə bir kitabı siz üzündən oxuyub keçməyəcəksiniz. Əksinə, onun bütün ifadə, cümlə, hətta kəlmələrinə diqqət edəcəksiniz. Bir cümləsini başa düşmədikdə neçə saat, bəlkə də neçə gün ona vaxt sərf etməklə o cümlənin məna və məfhumunu başa düşmək istəyəcəksiniz. Bunun səbəbi nədir?! Səbəbi də budur ki, o kitabın müəllifi adi şəxs deyil. Əksinə, o müəllif böyük bir alimdir. Hər kəlməsində belə hikmətlər vardır.

Lakin sizə desələr ki, bu kitabın üzü, cildi qəşəng olsa da, müəllifi savadsız bir bir insandır, yəqin ki, o kitabı yalnız üzündən oxuyub keçəcəksiniz. Başa düşmədiyiniz yerdə də - “bu da müəllifin savadsızlığı üzündəndir”-deyəcəksiniz. İnsanın bu cür kitabın üzərində

vaxt sərf etməsi heyfdir.

Bu dünya da böyük bir kitaba bənzəyir. Onda olan hər bir məxluqat bir kəlmə, yaxud bir cümlə təşkil edir. Mömin bir şəxsin nəzərində bu dünyada olan bütün məxluqatın hamısı hikmət üzündəndir. Mömin olan şəxs Allahı tanımağın sayəsində xüsusi və fövqəladə bir diqqətlə dünya məxluqatının hikmət və sirrini öyrənməyə çalışır. Məhz bu məsələ elmin inkişafında böyük rol oynayır. Səbəbi də budur ki, o, bilir ki, bu məxluqatı yaradanın tükənməz elm və qüdrəti vardır. Buna görə də bu hikmət, sirr və fəlsəfəni tapmaq üçün daha dəqiq və daha güclü mütaliələr edir, axtarışlar aparır. Nəticədə isə elmi naliyyətlər əldə etmiş olur.

Ateist bir şəxs isə bu barədə heç bir mütaliə etmir. Çünki o, bunları yaradanı şüursuz təbiət bilir. Bəzi materialist alimlərin elm kəşf edənlər sırasına qoşulmasının səbəbi budur ki, onlar Allahı qəbul edir, lakin bu Allahı təbiətadlandırır və təbiətin “Allah” olduğunu iddia edirlər. Bunun səbəbi isə, materialistlərin təbiət üçün nizam-intizam, hesab və proqram iddia etməsidir. Qısa sözlə desək, Allahı tanımaq elmin inkişafına səbəb olur.



2-Çalışmaq ümid

İnsan öz həyatında çətinliklərlə üzləşdikdə, qapılar hər tərəfdən onun üzünə bağlandığı zaman, çətinliklərin müqabilində tənhalıq və zəiflik hiss etdikdə Allaha olan iman, onun köməyinə tələsərək ona arxa və kömək olur. Allaha imanı olan şəxslər heç vaxt özlərini tənha və zəif hiss etmir, məyus olmurlar. Çünki onlar Allahın qüdrətinin hər şeydən üstün və çətinliklərin onun əlində asan olduğunu bilirlər. Onlar Allaha, Onun lütf mərhəmətinə, köməyinə və himayəsinə ümid bağlamaqla çətinliklərə qarşı mübarizəyə qalxır və bütün qüvvələrindən istifadə edirlər. Ona ümid bağlamaqla bütün çətinlikləri arxada qoyur, onlara qalib gəlirlər. Doğrudan da Allaha imanlı olmaq, insanlar üçün böyük bir arxadır. Ona imanlı olmaq insanı səbrli və dözümlü edir. Ona iman bağlamaq ümid çırağını həmişə ürəklərdə saxlayır. Məhz bu səbəbdən də mömin insanlar heç vaxt özlərinə qəsd etmirlər. Özünə qəsd etməyin səbəbi yalnız məğlub, ümidsiz və məyus olmaqdır. Möminlər isə, heç vaxt məğlub və məyus olmurlar. Buna görə də Allahı tanımaq insana ümid bəxş edir.



3-Məsuliyyət hissi

Bəzi həkimlər, onlara kasıb və imkansız bir xəstə müraciət etdikdə müalicə üçün pul almamaqdan əlavə, onlara dərman almaq üçün öz ciblərindən pul da verirlər. Əgər xəstəlikləri bir qədər ciddi olarsa, səhərə qədər onun kasıb evində xəstənin başı üstə dururlar. Bu cür həkimlər Allaha inanan və mömin şəxslərdir.

Lakin bəzi həkimlər də vardır ki, pul almamış xəstəyə yaxın durmurlar. Bunlar imansız, ya da imanı zəif olan insanlardır. İnsanın imanı olarsa, öz işində (hər hansı bir iş olursa, olsun) məsuliyyət hiss edəcəkdir. Öz vəzifəsini yaxşı yerinə yetirəcəkdir, öz işində güzəştə gedəcəkdir. Öz daxilində əməllərini izləyən mənəvi bir keşikçi hiss edəcəkdir. İmansız insanlar isə özünüsevər, təkəbbürlü və təhlükəli insanlardır. Özləri üçün heç bir məsuliyyət hiss etmirlər. Başqalarına zülm edib, onların haqqını tapdalamaq, bu cür insanlar üçün çox sadədir. Belələri yaxşı və xeyirxah işlər görməyə çox az razı olurlar.

Deməli, hər kəs Allahın hər an onu nəzarət etdiyinə inanarsa, o şəxs həmişə bütün işlərində məsuliyyət hissi edəcəkdir.



4-Rahatlıq

Psixoloqların araşdırmalarından məlum olur ki, ruhi xəstəliyə məruz qalma hazırki dövrdə əvvəlki vaxtlardan daha çoxdur. Onlar belə izah edirlər ki, bu xəstəliyə düçar olmağın səbəblərindən biri “nigarançılıq hissi” keçirməkdir. Gələcək hadisələrin, ölümün, müharibənin, kasıbçılığın, məğlubiyyətin və s. nigarançılığı insanı ruhi xəstəliyə düçar edir. Bunun müalicəsində isə deyirlər: Bu nigarançılıq aradan qaldıran səbəblərdən biri Allaha iman bağlamaqdır.” Deməli, Allaha iman bağlamaq nigarançılığı dəf edir. Mehriban, Ruzi verən, bəndələrinin vəziyyətindən hər zaman agah olan və bəndələri ona üz tutan zaman onlara kömək edən Allah, imanlı insanları bu çətinliklərdən də rahat və azad edir. Məhz bu səbəbdən də həqiqi möminlər özlərini həmişə rahat hiss edirlər. Heç bir nigarançılıq onlara qalib gələ bilmir. Bütün işləri Allah xatirinədir. Buna görə də, bir ziyan gördükdə əvəzini Allahdan istəyirlər. Hətta müharibə meydanlarında onların üzündə təbəssüm və sevinc hiss olunur.

Quran bu barədə belə buyurur: «İman gətirib imanlarını zülmlə (günahla) qatışdırmayanlar əmin -amanlıqdadırlar hidayət olanlar (düz yolda olanlar) məhz onlardır1

Allahı tanımaq insana aramlıq və rahatlıq bəxş edir. Quran buyurur: «O kəslər ki, ayaq üstə, oturduqları uzandıqları halda Allahı yadlarına salır, göylərin yerin yaradılışı barəsində fikirləşir (qəlb dilləri ilə deyir)lər: Pərvərdigara, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız puç işlərdən) pak ( uzaq)san ( bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək dünyada savab əzaba layiq olmaq onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun (Cəhənnəm) əzabından qoru2

Nə vaxt olmadın ki, axtaram Səni?

Hər vaxt aşkarsan, könül həmdəmi.


Qeybə çəkilmədin gözüm araya,

Üzbəüzdə gördüm baxdım haraya.


Yüz min cilvə ilə səhnədəsən Sən,

Yüz min gözlə Səni seyr edirəm mən.





: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə