MüƏLLİF: ayətullah əHMƏd ehtimam


Yeddinci fəsil: Üsuliddin



Yüklə 1,23 Mb.
səhifə6/15
tarix01.07.2018
ölçüsü1,23 Mb.
#52549
1   2   3   4   5   6   7   8   9   ...   15

Yeddinci fəsil: Üsuliddin


Müqəddəs İslam dininin maarifi iki hissədən ibarətdir:

1) Usuluddin (dinin əsasları və ya kökləri).

2) Furuuddin (dinin budaqları).

Başqa sözlə desək, din – “iman” və “əməl”dən ibarətdir və hər bir müsəlman “dinin kökləri”nə inanmalı, “dinin budaqları”na isə əməl etməlidir. Məhz belə olan surətdə insan Allahın razılığını, əbədi olan Cənnəti qazanacaq, məqsəd və hədəfə çatacaqdır.

Bir qanadı olan quşun öz məqsəd və hədəfinə yetişməsi qeyri-mümkündür. Bunun üçün onun iki qanadının olması zəruridir. İnsanın da bu iki qanadı ( yəni, “iman” və “əməl”i) olmasa, onda, o, bir qanadlı quş kimi öz məqsədinə və hədəfinə heç vaxt yetişməyəcək və əbədi olan Cənənnəmi qazanacaqdır.

Quran buyurur: «Şübhəsiz, iman gətirib1 saleh görənlər2 isə yaradılmışların ən yaxşılarıdır. Onların Rəbbi yanındakı mükafatları (evlərinin ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür1

Usuluddin 5, furuuddin isə 10 maddədən ibarətdir. Usuluddinin maddələri aşağıdakılardır:

1)Tovhid – yəni Allahı hər bir cəhətdən yeganə, misilsiz və şəriksiz bilmək.

Məhz “tovhid” bütün İslam təlimlərinin ruhu və əsasdır. O, İslam dininin bünövrəsi, kökü və dayaq nöqtəsidir. Dinimizin hər bir bölməsi bir növ, “tovhid”lə Allahın yeganəliyi ilə sıx bağlıdır. Allahın pak zatının vəhdəti və misilsiz olması, “tovhid”ə əsaslanır. İlahi Peyğəmbərlərinin (ələyhimussəlam) bir Allaha doğru çağırışları, İlahi dininin və ayinlərinin bir olması, müsəlmanların qibləsinin, həmçinin Müqəddəs kitabımızın bir olması, İlahi qanun vericiliyinin və hökmlərin bəşər övladları üçün vəhdəti, Qiyamət gününə olan etiqadın birliyi də, “tovhid”dən xəbər verir.

Qurani-Kərim buyurur: «Sənə səndən əvvəlki bütün Peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər müşrik2 olsanız, əməllərinizin hamısı hədər olacaqdır. əlbəttə, ziyankarlardan olacaqsınız.»3

2) Ədl - yəni Allahın ədalətli olduğuna inam.

Allahın öz bəndələrinə zülm etməsi, heç bir səbəb olmadan kimisə cəzalandırması və ya əsassız olaraq bağışlaması qeyri-mümkündür. Çünki Allah-təala dəfələrlə Quranda zalımların və günahkarların əbədi Cəhənnəmdə olmasını vəd edir. Deməli, Onun Öz vədəsinə əməl etməməsi, ləyaqətsiz və günahkar şəxslərə peyğəmbərlik və imamət məqamı bəxş etməsi və onların ixtiyarında müxtəlif möcüzələr qoyması da, qeyri-mümkündür. O, Adildir və zərrə qədər heç kimə nahaq yerə zülm etməz.

Quran buyurur: «Doğrudan da, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər1

Yaxud «Həqiqətən, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz2

Ağılın hökmünə əsasən kainatın Xaliqi hər növ zülmkarlıq və insafsızlıqdan uzaq olmalıdır. Əks təqdirdə Allah-təalanın sifətlərindən biri sayılan hikmətin mənası olmayacaqdır.

Heç bir ağıl və məntiq, zülmkar Rəbbi təsdiq etməz, çünki zülmə əl atan şəxs ya kimdənsə qorxur və onun şərrindən uzaq olmaq istəyir, ya kimə və ya nəyəsə ehtiyacı vardır. Allah-təala isə bütün bunlardan pak və uzaqdır.

Görəsən, insanları ədalət və yaxşılığa əmr edən Allahın Özü ədalət və insafdan kənar ola bilərmi?!

Əgər Allah-təala Öz işlərində ədalətli olmasaydı, onda Onun bütün işləri hikmətsiz sayılar, hikmətsiz işlər isə əbəs və mənasız olardı. Bu isə uca məqamlı Rəbbimizdən çox-çox uzaqdır.

Qiyamətdə sorğu-sualın da ədalətlə keçirələcəyi barədə buyurulur: «Biz Qiyamət günü (əqidə, sifət əməlləri ölçmək üçün) ədalətli ölçü tərəzilər qoyacağıq. Beləliklə, heç kəsə heç bir şəkildə zülm olunmayacaq onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir1

Əməllərimizi çəkmək istəyən bu tərəzi nədir? Xatırladaq ki, bu ayədə deyilən tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi tərəzi deyildir. Bu, Allah-təalanın xalis ədalət tərəzisidir.

3) Nubuvvət - Yəni, Həzrət Adəmdən (ələyhissəlam) sonuncu Peyğəmbər Həzrət Məhəmmədə (salləllahu ələyhi və əlihi və səlləm) qədər insanların hidayəti üçün göndərilmiş yüz iyirmi dörd min Peyğəmbərin (ələyhimussəlam) haqq olmasına inanmaq və onları təsdiq etmək.

Allah-taalanın insanlara din və qanun göndərməsi Peyğəmbərlərin (ələyhimussəlam) vasitəsi ilə olmuşdur. Onların hədəfi Allahın yeganəliyi, adillliyi, hökmləri və habelə Qiyamətə kimi zəruri məsələləri insanlara çatdırıb, onları bu yola hidayət etmək olmuşdur.

Peyğəmbər göndərilməsinin digər bir səbəbi də budur ki, bəndələr üçün bütün bəhanə yollarını bağlayır ki, Qiyamət günü heç kəs - Ey Allah, bizə bir peyğəmbər göndərsəydin, biz ona tabe olub yolumuzu azmazdıq - deməsin.

Allahın bizlərə 124 min peyğəmbər göndərməsində hədəf vardır. Bu, o deməkdir ki, ey insan, Mənim səninlə işim var və sənin də vəzifələrin vardır və verdiyim vəzifələrə necə əməl etdiyini Axirətdə yoxlayacağam. Bunu əməl tərəzisi ilə ölçəcəyəm. Əgər tərəzi ağır olsa, deməli yerin Behiştdir.

Bilməliyik ki, biz öz ağlımız vasitəsilə düz yolu tapa bilmərik. Buna görə də İlahi elçilərə ehtiyac vardır.

Quran buyurur: «Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər1

İslam cəmiyyətində

rəhbərin rolu
Hər bir hərəkət bir neçə ünsürdən ibarətdir; başlanğıc, yol, vasitə, bələdçi və məqsəd. Bu beş ünsür arasında bələdçi daha mühüm rol oynayır. Əgər bələdçi və ya rəhbər alim və pəhrizkar2 olarsa, yolçular yolunu azmaz. Layiqli rəhbərə xalq itaət etsə, bütün çətinliklər həll olar.

Misal: İynənin ucu iti və sap da möhkəm bağlı olarsa, istənilən bir parçanı tikmək olar. Sap iynədən çıxdıqda isə ən nazik parçanı belə tikmək mümkünsüzdür. Sapsız iynə gecə-gündüz işləsə belə, faydasız olar.

Yaxud, mahir sürücü nasaz maşını təmir edib yoluna davam etdiyi kimi, Peyğəmbərlər (ələyhimussəlam) də ən çətin ictimai şəraitlərdə insanları tərbiyələndirə bilmişlər. Ləyaqətsiz rəhbər isə naşı sürücü kimi ən qiymətli avtomobili hərəkətə gətirə bilmədiyi tək, öz xalqını işığa çıxara bilmir.

Beləliklə, Allah, səadət yolunda ucalıb İlahi kamilliyə çatmaq hədəfilə yaratdığı bəndələrini başçısız qoymamış və onlara Peyğəmbərlər, İmamlar göndərmişdir.

4) İmamət – Sonuncu Peyğəmbərimiz Məhəmməddən (salləllahu ələyhi və əlihi və səlləm) sonra insanları doğru yola hidayət etmək üçün Onun haqq canişinləri olan 12 İmama (ələyhimussəlam) inanmaq və Onları təsdiq etmək.

İmamət - peyğəmbərlik kimi İlahi bir məqamdır. Bu məqam Allah tərəfindən ləyaqəti olan insanlara əta edilir. Bəzi Peyğəmbərlər bu məqamı daşımışlar. Bu barədə Quran buyurur: « (oğlu) İshaqı (nəvəsi) Yəqubu əlavə bəxşiş kimi ona əta etdik hamısını saleh (peyğəmbərlik məqamına) layiq etdik. Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən imamlar qərar verdik onlara xeyir işlər görməyi, namaz qılmağı zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.»1

Yaxud: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda, Allah ona - səni insanlara İmam (dini rəhbər, başçı) təyin edəcəyəm - dedi. İbrahim isə - nəslimdən necə? - deyə soruşdu. Allah (onun cavabında) buyurdu: - Zalımlar mənim imamlıq rütbəmə nail ola bilməzlər2

Yəni, İbrahim (ələyhissəlam) nübuvət və rəsulluq (peyğəmbərlik) məqamına çatdıqdan və Allahın imtahanlarından başı uca çıxdıqdan sonra “imamət” məqamına nail olur və camaatın zahiri, batini, maddi və mənəvi rəhbərliyini öhdəsinə götürür.

5) Məad - yəni dirilib əbədi yaşamağa inanmaq.

Adəmdən Peyğəmbərdən (ələyhissəlam) ta Qiyamət gününə kimi gəlib-getmiş bütün insanlar bir daha dirilib, dünyada etdiyi əməllər üçün Allah qarşısında cavab verəcəkdir.

Məad - lüğətdə, “qayıdış” mənasındadır. Yəni, insanlar öldükdən sonra bir daha dirilib Axirət aləminə qayıdacaqlar. Bu əqidə dinin zəruri məsələlərindən biridir və hər bir şəxsin buna etiqadı və inamlı olması gərəkdir. Hər bir şəxs inanmalıdır ki, insan öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət Cənnət və ya Cəhənnəmə gedəcəkdir. Həmçinin qəbirdə olan sorğu-sual və Bərzəx aləminin məsələləri də bu mövzuya aiddir.

Amma çox təəssüflər olsun ki, bu mühüm məsələyə bəziləri soyuq münasibət göstərirlər.

Quran buyurur: « üçün Allaha kafir olursunuz (inanmırsınız), halbuki siz ölü idiniz. O, sizi diriltdi, sonra öldürəcək yenidən sizi dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız1

Əgər insan keçmişinə bir nəzər salsa, görər ki, bir gün yox idi və birdən insan şəklində bu dünyada yaşamağa başladı. Bu, Allahdır ki, biz insanları xəql etmiş və bizə can vermişdir. Hər bir meyvə ağacdan dərilən kimi, hər bir insan da bir gün bu dünyadan dərilərək, gedəcəkdir.

Özümüzü tanımaq yolu ilə Allahı da dərk etdikdən sonra görürük ki, Allah bizə ölülərin yenidən dirildilməsi haqqında ayələr buyurur. Bəs Allah bizləri necə dirildəcəkdir? Biz axı torpaq olacağıq?! Onu yaddan çıxartmayaq ki, biz insan kimi xəlq edilməmişdən qabaq da torpaq idik və Allah bizi xam torpaqdan xəql etmişdi. Bəs indi yenidən bunu edə bilməzmi?!

Rəvayətdə deyilir: Dirilməyə inanmayan bir şəxs qəbiristanlıqdan götürdüyü çürümüş sümüyü gətirib Peyğəmbərimizin (salləllahu ələyhi və əlihi və səlləm) qarşısında ovxaladı və istehza edərək dedi: “Bu çürümüş sümükləri kim dirildəcək?”

Bu zaman Allah-təala Yasin surəsinin 78 və 79-cu ayəsini nazil etdi: « öz yaradılışını unutduğu halda Bizə bir məsəl çəkib dedi: (Bu) sümükləri çürümüş toz-torpaq olduqları halda kim dirildəcək?! De: Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir

Bir neçə misala nəzər salaq:

1-Nehrəyə bir qədər qatıq və su töküb çalxalayın. Yağ dənəciklərinin bir yerə yığışdığını görəcəksiniz. Allah da yeri hərəkətə gətirməklə əzaları bir yerə toplayacaqdır.)N$O@O#$R%F^N&O(T*E! 73)N$O@O#$R%E^F&N(O*T! 73

2-İnsanın yarandığı nütfə1 müxtəlif qidalardan zərrə-zərrə toplanır. Torpaqdakı maddələr buğdanın meyvənin canına sovrulur, sonra insan orqanizminə keçib nütfəni formalaşdırır. Demək, insan torpaq zərrələrindən vücuda gəlir.

3-Məgər mal-qaranın əti və südü yediyi otlardan yaranmırmı?! Otdan süd çıxaran Allah ölünü torpaqdan çıxara bilməzmi?

İnsan gərək Xaliqi ilə məadına aid vəzifələrini tanısın. Yəni bilsin ki, Allah onu yaradandan sonra ondan nə istəyir, vəzifələri nədir?! Yoxsa - Allah məni sadəcə xəlq etdi, sonra da öz başına buraxdı - deyə səhv və batil fikirlərə dalmasın!
Nə üçün ölümdən qorxuruq?
Sürücü sükan arxasında o zaman qorxur ki, ya yanacaq tükənir, ya qaçaqmal aparır, ya sürət çoxdur, ya yol təhlükəlidir, ya yoldaşları pis adamdır və s…

Ölümdən sonranı düşünüb, hazırlıq görən, günahdan çəkinən, möminlərlə dostluq edən, bir sözlə Allahın razılığı üçün çalışan insan ölümdən heç vaxt qorxmur və çəkinmir. O, bu dünyanın imtahan olduğunu bilir və buna görə də həmişə çalışır ki, bütün əməlləri Allaha xatir olsun.

Quranda təqribən iki mindən çox ayə “məad” barəsindədir və bu da Quranın üçdə iki hissəsini təşkil edir. Bəlkə də bu ona görədir ki, əgər insanlar öləndən sonra dirilib əbədi yaşayacaqlarına inansalar, onda heç kim günah etməyə can atmaz və hamı səadət içində ömür sürər.

«Sura1 (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər. Deyərlər: - Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? (Bəli,) bu Rəhman (olan Allahın dünyada) bizə vəd verdiyi həmin (ölümdən sonrakı həyat)dır. Onun Peyğəmbərləri doğru deyirlərmiş - (Bu zaman) üfürmə bağırtı (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda hazır duracaqlar2


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə