MüƏLLİF: ayətullah əHMƏd ehtimam



Yüklə 0,89 Mb.
səhifə1/13
tarix18.06.2018
ölçüsü0,89 Mb.
#49503
  1   2   3   4   5   6   7   8   9   ...   13



İSLAM MAARİFİ

(qısa tanışlıq)



Tərcümə və təhqiq: Rövşən Əhmədzadə

Bu kitabda İslam dini haqqında çox qısa məlumat verilmiş, o cümlədən müsəlmanlara vacib olan önəmli nöqtələr bəyan olunmuşdur. Həmçinin səy olunmuşdur ki, dinin xurafat yox, İlahi bir müqəddəs qanun toplusu olduğu cəmiyyətə çatdırılsın.

Kitabın adı: ......................................... İslam maarifi

Tərcümə və təhqiq: ....................Rövşən Əhmədzadə

Nəşriyyat: ..................................

Çap tarixi: ......................................................... 2015

Çap növbəsi: .................................................. Birinci

Tiraj: ................................................................. 3000

ÖN SÖZ
BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İ


Varlıq aləmini cana gətirən,

Dillərdə hikmətli sözlər bitirən.

Əyridən insanı düzə götürən,

Əzim, Qadir, Əzəl Haqqın adıyla.


İnsan düşüncəli bir mövcuddur. O, hər bir məsələni özü üçün araşdırır və qarşıya çıxan suallara cavab axtarır. O düşünür: Mən kiməm? Haradan gəlmişəm? Nə üçün gəlmişəm? Hara gedirəm? Aqibətim nə olacaq? Insan əbəsmi yaradılıb? ... Bu düşüncəli varlıq öz suallarına qənaətbəxş cavab tapanadək heyrətdə və başını itirmiş vəziyyətdə qalacaq.

O biri tərəfdən bilirik ki, insanların tərəqqi, inkişafı və kamala çatmasında əsas məsələ “zəngin məktəb və mədəniyyət” ola bilər. Belə ki, bu məktəb və mədəniyyət müxtəlif cəhətlərdə bütün insanları hərtərəfli inkişafa, kamala və səadətə doğru apara bilər. Məhz, belə bir məktəb mütləq Allah tərəfindən olmalıdır. Buna görə də yalnız Əhli-beyt (ələyhimussəlam)1 tərəfindən gəlib çatan mədəniyyət və ideologiya daha hərtərəfli və daha faydalı ola bilər.

Buna əsasən də bizə lazımdır ki, hidayət və inkişaf yolunda bu mədəniyyətə hərtərəfli maraq göstərərək, onu özümüzə əməli və həyat proqramı təyin edib dünya və Axirət səadətini qazanaq. Çünki, dünyanın heç bir yerində belə bir kamal və mərifət bağışlayan bir məktəb tapa bilmərik və bilməliyik ki, bu məktəbin mədəniyyətindən başqa, digər mədəniyyətlərlə həqiqi təkamül zirvəsinə çatıb səadətə və xoşbəxtliyə nail olmaq heç vaxt mümkün olmayacaqdır.

Bu kitab İslamın əsas və zəruri məsələlərini bəyan etmək üçün yazılmışdır. Insan çox vaxt məsuliyyət hiss etmir və yalnız özünün xeyir və faydasını güdür. O, bilməlidir ki, özünün və ailəsinin maddi ehtiyaclarını təmin etdiyi kimi, onların mənəvi ehtiyaclarını da təmin etməlidir. Belə ki, batil düşüncə sahibləri onların sorağına gəlməmiş, Islam maarifini öyrənmək üçün şərait yaratmalıdır.

Ümid edirik ki, Allah-təala bu kiçik əsəri insaniyyət və kamillik yolunda müsəlmanlar üçün yol azuqəsi buyursun, onlara müvəffəqiyyət və yardım əta etsin ki, öz gələcəklərini qurmaq üçün İslam maarifindən faydalana bilsinlər.

Allah-təala bu kiçik təlaşı qəbul edib savab yazarsa, həmin savabı möminə və mərhumə Xədicə nənəmin ruhuna hədiyyə edirəm.

İlahi! Səni and veririk Öz izzətin xatirinə, bizə Quran və Əhli-beyt maarifinin nurunu qəlbimizə dadızdır və aqibətimizi xeyrlilərdən qərar ver! Amin, ya Rabbəl aləmin.

1434 hicri qəməri 2013 miladi Voronej


Rövşən Əhmədzadə


Birinci fəsil



BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
ALLAH1
Dünyada elə bir insan yoxdur ki, inancı olmasın. Belə ki, hər bir şəxsin qəbul etdiyi öz inanc və əqidəsi vardır. Belə ki, bəziləri “Allahın birliyinə”, bəziləri “ateizmə” bir qismi “bütlərə”, digər bir qismi isə hətta “heyvanlara” inanır və pərəstiş edirlər. Təssüflə qeyd etmək lazımdır ki, “Allahın birliyinə” iman gətirənlar (yəni müsəlmanlar) arasında elələri də vardır ki, Allahı düzgün tanımır, O müqəddəs varlığın (Allaha pənah aparırıq) insan kimi əli, ayağı və s. üzvləri olduğunu qəbul edirlər. Hətta Uca Allaha “cins” təyin edərək - “O kişi bilən məsləhətdir” - deyə, vaxtaşırı bu cümləni dilə gətirir və azyaşlı övladlarına “Allah baba” kəlməsini öyrətməklə günaha batırlar.

Bəzən cəmiyyət arasında elə insanlar da tapılır ki, görmədiyi Allaha inanmaq istəmir. Halbuki, bu dünyada gözə görünməyən bir sıra şeylərin (məsələn; ağıl, vicdan, cazibə qüvvəsi və s.) varlığına səmimi qəlbdən inanır və zərrə qədər də şəkk-şübhə etmirlər. Lakin “Allahın varlığı” məsələsinə gəldikdə isə axsayırlar.

İmam Cəfər Sadiqin (ələyhissəlam)1 tələbələrindən olan Bəhlul Dənəndə2 haqqında bir əhvalatı yada salmaq istərdik:

“Bir gün Bəhlul məscidin yanından ötərkən Əbu Hənifənin3 öz şagirdlərinə dərs keçdiyini görür. Ayaq saxlayıb qulaq asmağa başlayır. Görür ki, Əbu Hənifə deyir: “İmam Cəfər Sadiqin (ələyhissəlam) bəzi sözləri məni çox təəccübləndirir. O deyir ki, Allah-təala nə bu dünyada, nə də Axirətdə görünməyəcək. Mən isə deyirəm, məgər mümkündür ki, bir varlıq olsun, amma gözə görünməsin? O deyir ki, şeytan Axirətdə Cəhənnəm odunda yanacaq. Mən isə deyirəm, şeytan oddan yaranmışdır. Bir şey ki, oddan yaranıbsa, daha o, heç vaxt odda yanmaz və atəş ona təsir etməz. Yenə də o deyir ki, insanlar öz işlərinə məsuldur (yəni, öz əməllərində ixtiyar sahibidirlər). Mən isə deyirəm ki, bütün işlər Allahın iradəsinə bağlıdır və biz öz əməllərimizə məsul deyilik. Bütün işlərimiz və əməllərimiz Allahın ixtiyarındadır.”

Bəhlul bu sözləri eşidən kimi yerdən bir parça bərkimiş torpaq götürüb Əbu Hənifənin başına vurdu. Başı qanayan Əbu Hənifə Bəhlulu tutub qazinin yanına şikayətə gəldi.

Qazı Bəhlulu dindirdikdə o, belə cavab verir: “Mən gördüm Əbu Hənifə deyir ki, hər nə varsa, gərək gözə görünsün. İndi o, başının ağrıdığını deyir. Əgər doğru deyirsə, ağrını mənə göstərsin. O deyir ki, şeytan oddan yaranmışdır və bir şey ki, oddan yaranıbsa, heç vaxt odda yanmaz. Əbu Hənifə də torpaqdan yaranmışdır. Əgər iddia edirsə, mən onu torpaq parçası ilə vurub başını yarmışam, yalan deyir. Çünki o, torpaqdan yaranıb. Onun dediyinə görə torpaqdan yaranan bir şey ona heç bir təsir edə bilməz. O deyir ki, insan öz işlərinə cavabdeh deyil və bütün işlər Allahın iradəsi ilə həyata keçir. Əgər mən torpaq parçası ilə onun başına çırpmışamsa, mənim təqsirim yoxdur. Çünki mən, Allahın iradəsi ilə hərəkət etmişəm. Deməli, o məndən yox, Allahdan şikayət etməlidir.”

Əbu Hənifə Bəhlulun cavablarını eşidib öz sözlərindən utandı və oranı tərk etdi. Qazi da Bəhlulu əfv edib buraxdı.”1

“Nəhcul-fəsahə” kitabının 1304-cü hədisində Məhəmməd2 Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) 3 mübarək dilindən belə buyurulur: Çox sayda “lə iləhə illəllah” (Allahdan başqa bir məbud4 yoxdur) - deməklə, imanınızı təzələyin!

Həzrət Əli (ələyhissəlam) buyurur: “Hər kəs özünü tanıyarsa, Allahını da tanıyar.” Yəni hər kəs öz cisminin və bədən üzvlərinin incəliklərinə, hərəkət etməsinə, funksiyasına diqqətlə nəzər salsa və bu barədə düşünsə, onda Allah-təalanın sonsuz bir qüdrətə və hikmətə malik olduğunu görər, özünün necə bir qəribə məxluq olduğunu anlayar. Nəticədə isə Yaradanı qabiliyyəti qədər düzgün tanıyar.

Əlbətdə ki, Allahı tanıma məsələsində bəşərin bu barədə agahlığı tam və kamil surətdə qeyri-mümkündür. Çünki, “naqis” varlıq olan insan, “kamil” bir varlıq olan Allahı necə tanısın?! Lakin Yaradanı “nisbi” tanımaq mümkündür və bu da bütün insanların boynunda olan zəruriyyətdir. Belə ki, Allahın Xaliq1, Qadir2, Razzəq3, Əlim4, Rahim5, Rabb6 və s. sifətlərini araşdırdıqda Onun haqqında az da olsa, lazımi məlumat əldə etmiş oluruq.

İmam Əlinin (ələyhissəlam) “Nəhcul-Bəlağə”dəki 1-ci xütbəsində buyurduğu “Allahı tanıma” haqqında olan dərin və mənalı kəlamlarına diqqət edək:

“Bütün danışanların mədh etməkdə və tərifləməkdə aciz qaldığı Allaha həmd olsun! İnsanlar Onun zatına layiq olan tərifi etmək gücündə deyil.1 Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.2

Dinin əsası Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid3 və Onu Tək bilməkdir. Tovhidin kamalı, əməlləri Onun üçün xalis etməkdir.4 İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir...5Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar.6 Onun bölünə biləcəyinə inanan hər kəs, Onu tanımır. Onu tanımayan, Ona doğru işarə edər. Ona işarə edən, Onu məhdudlaşdıraraq çevrələyər (Onun üçün hədd və nəhayət yaradar). Onu məhdud hesab edən Onu sayar (Onu özündən xaricdə say vahidinə çevirər). «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər (Onun üçün yer və məkan seçər). «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.1 Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil...2 Hər şeylə yanaşı olmadan onlarladır (Beləliklə, O, hər bir şeylədir. Hər bir şey Onunla dirçəlib, mövcud olub). Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.3 İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət4 və nə də alət mənasında deyil (Əgər alət vasitəsilə iş görərsə, demək, Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Buna görə də zatən gözü olmadan görəndir). Yaratdıqlarından heç biri olmayarkən də Görən idi. Onunla ünsiyyət qurmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da Tək və Vahid idi...”
Nə vaxt olmadın ki, axtaram Səni?

Hər vaxt aşkarsan, könül həmdəmi.


Göründüyü kimi Həzrət Əli (ələyhissəlam) heyrətedici xütbəsilə insanların Allaha olan baxışını (düşüncəsini) dəyişdirir və Onu qabiliyyətimiz qədər düzgün tanımaqda bizə yardım edir.

Allah gözə görünməzdir və Onun müqəddəs zatı haqqında düşünmək qadağandır. Çünki Onun tayı-bərabəri yoxdur. Buna görə də Allah-təala bizə təfəkkür, idrak və əql qüvvəsi bəxş etdiyinə görə əmr etmişdir ki, Onun yaratdığı varlıqlar barəsində şüurumuzu, ağlımızı işə salıb Allahın hikmətində, kainatdakı nişanələrində və insanın daxili aləmində dərindən düşünək.

Bu rəvayətə diqqət edək: “Bir nəfər Həzrət Əlinin (ələyhissəlam) yanına gəlib soruşdu: Ya Əmirəl-möminin!1 Allahı necə tanıdın? Buyurdu: Mənim əzm2 və qərarlarımı pozması ilə. Mən bir işi görmək istədikdə maneələr və qəzavü-qədər onunla məqsədlərim arasında fasilə salaraq onun həyata keçməsinə mane oldu. Başa düşdüm ki, (bu işi) tədbir edən və onun axırını fikirləşən başqa bir Kəsdir.

Soruşdu: Hansı səbəbə görə Allaha həmd edirsən? Buyurdu: Məndən necə (böyük) bəlaları dəf etdiyini, həmçinin başqalarına bəlalar varid etdiyini gördükdə başa düşdüm ki, O, mənə minnət qoymuşdur. Mən də Ona şükür etdim.

O şəxs yenə də soruşdu: Nəyə görə Onunla görüşəcəyinə bu qədər şövq bəsləyirsən? Buyurdu: Öz mələklərinin və Peyğəmbərlərinin (ələyhimussəlam)3 ayinini (dinini) mənim üçün seçdiyini, neməti mənə tamamladığını gördükdə bildim ki, məni bu qədər əzizləyən Allah, heç vaxt məni unutmaz. Buna görə də Onunla görüşə müştaq oldum.” 1

Bəli, hörmətli oxucu! Mehriban olan Allah heç vaxt yaratdıqlarını unutmaz. Unudan bizlərik. O, Öz bəndələrini çox sevir və hətta Ona qarşı nankor və küfr edənlərin belə ruzisini daimi olaraq yetirir.



Allahın valığı aydın bir həqiqətdir
Quran buyurur:

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ قُلِ الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

«(Ya Peyğəmbər!) Əgər onlardan (müşriklərdən) soruşsan ki: Göyləri və yeri kim yaratmışdır? Deyəcəklər: Allah. De: Həmd olsun (o) Allaha (ki, özünüz də etiraf edirsiniz). Əslində onların əksəriyyəti bilmir (ki, hər şeyi nizamlayan və idarə edən elə onların Xaliqidir). »2

Hər bir hadisə və yaranmışın qurub-yaradana ehtiyaclı olduğu aydın bir həqiqətdir. Bir hadisə baş verən kimi hamı onun səbəbini axtarır. İstənilən birimiz rəqəmsal bir qurğu və ya kompyuter gördükdə əmin oluruq ki, bütün bunların mahir bir yaradıcısı var. Əgər bir şəxs kompyuterin öz-özünə, təsadüfən yarandığını bildirsə, dərhal düşünürük ki, həmin şəxsin ağlı yoxdur. Yaxud insan gözəl bir tablo gördükdə dərhal onun yaradıcısı ilə maraqlanır, bu işin hansı rəssamın fırçasından yarandığını soruşur.

Əgər yaşadığımız dünyada hər şeyin bir yaradanı (düzəldəni) varsa, əzəmətli varlıq aləmi də yaradıcısız ola bilərmi?

Kim inanar ki, zirvələri buludları yarıb keçmiş dağlar, əzəmətli dənizlər və okeanlar, saysız-hesabsız ulduzlar və planetlər, insanı heyrətə gətirən atmosfer qatları, növbənöv bitkilər, həşəratlar, dördayaqlılar, sürünənlər və quşlar, nəhayət insanın özü, təsadüfən Xaliqsiz yaranmışdır?

İnsanın yaranışına nəzər salın! Körpə dünyaya gələnədək onun anasının sinəsində süd olmur. Amma anadan olan kimi onun rahatlıqla qidalanması üçün ananın sinəsində süd yaranır. Belə ki, o, həmin anlarda süddən başqa qida qəbul etmək qüdrətində deyil. Sonra körpə elə bir həddə çatır ki, ana südü onun orqanizminin ehtiyaclarını təmin etmir. Həmin vaxt körpənin dişləri çıxır və bu dişlər dəyirman tək müxtəlif qidaları üyüdür. Bir müddət sonra həmin körpəyə deyilsə ki, sən və sənin yaşadığın dünya təsadüfi yaranıb, deyilənləri qəbul edərmi? Axı o öz gözləri ilə müşahidə edib ki, qışda bir “qar adam” düzəltməkdən ötəri neçə uşaq bir yerə toplanır, hərə bir iş görür. Axı o necə inanar ki, qar adamı bir neçə nəfər çalışıb düzəldirsə, hərəkət edən şüurlu insan Yaradıcısız olsun?
Səhraya baxıram, yad edir Səni,

Dəniz də oxuyur həmin nəğməni.

Baxdığım dağlar da, düzənliklər də

Təkrar-təkrar söylər həmin kəlməni.


Qurani-Kərim buyurur:
فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

«Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər. (Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal Ona şərik qoşarlar. »1



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə