tımız yalnız bu dünyadadır. Ölür, dirilirik. Biz (öləndən
sonra bir daha) dirildiləcək deyilik!” (“Muminun” surəsi,
34-37)
İnkar etmələrinin ən əsas səbəbi dünya həyatını yaşanacaq ye-
ganə həyat kimi görmələridir. Bu yanlış məntiqin onlara ölümlə yo-
xolma fikrini məqbul göstərməsi çox maraqlıdır. Yenidən dirilişi də
bu səbəbdən qəbul etməz, Allah’ın Quranda xəbər verdiyi hadisələri
və hesab gününü rədd edərlər. Halbuki, bütün canlıların və dünyanın
bir sonu var, həyat ölümlə birlikdə sona çatır. Təkrar dirilişi inkar
edən qullara qarşı Allah’ın dünyada ikən verdiyi misallardan bir
qismi Quranda bu şəkildədir.
“Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim di-
rildə bilər?!” - deyə, hələ Bizə bir məsəl də çəkdi. De:
“Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir
məxluqu çox gözəl tanıyandır! O yaradan ki, sizin üçün
yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od
yandırırsınız”. Məgər göyləri və yeri yaradan onlar kimi-
sini yaratmağa qadir deyilmi?! Əlbəttə, qadirdir. Hər şeyi
yaradan, bilən Odur! Bir şeyi istədiyi zaman buyruğu ona
ancaq: “Ol!” - deməkdir. O da dərhal olar. Hər şeyin
hökmü əlində olan Allah pak və müqəddəsdir. Siz də
Onun hüzuruna qaytarılacaqsınız!” (“Yasin” surəsi, 78-
83)
“Onun qüdrət nişanələrindən biri də budur ki, sən yer
üzünü qupquru görürsən. Biz ona yağış yağdıran kimi
hərəkətə gəlib qabarar. Onu dirildən, şübhəsiz ki, ölüləri
də dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir!” (“Fus-
silət” surəsi, 39)
İnsanın yaradılışı yenidən diriliş üçün özlüyündə mühüm bir
Harun Yəhya (Adnan Oktar)
87
dəlildir. İnsan tək bir spermadan tam mütəşəkkil və mükəmməl bir
canlı olaraq meydana gəlir. Tək bir hüceyrənin zaman içində, insanın
hər hansı bir müdaxiləsi olmadan düşünə bilən, görə bilən və fi-
kirləşə bilən bir varlıq halına gəlməsi bir dirilişin çox açıq əlamətidir.
İnsanı yoxdan yaradan Allah qurumuş sümükləri də toplayıb yenidən
diriltməyə qadirdir. Bu yaradılışı görməzlikdən gələn insanlar öz ya-
radılışlarını heç diqqətə almadan, şeytani cəsarətlə dirilişə qarşı çıxa
bilirlər. Bu, böyük bir cəsarətdir. İnsan bunu edərək Allah qarşısında
böyük bir məsuliyyəti öz üzərinə götürür. Axirətdə isə yalan hesab
etdiyi bu həqiqəti açıq-aydın şəkildə qarşısında görəcək. Qiyamət
günün arxasından insanlar onlara qiyamət vaxtının gəldiyini daha
əvvəl xəbər vermiş olan surun səsini yenə eşidəcəklər. Artıq bu an
insanların qəbirlərindən çölə çıxaraq yenidən dirildikləri andır. İn-
sanların hamısı sonsuzluğu qarşılamaq üçün ayağa qalxmışdır, onu
gözləməkdədir:
“Sur çalınacaq, Allah’ın göylərdə və yerdə olan istədiyi
kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir
daha çalınan kimi onlar qalxıb müntəzir olacaqlar!”
(“Zumər” surəsi, 68)
Din gününün xüsusiyyətləri
Allah dərgahında yerin, göyün və insanın yaradılışı nə qədər
asandırsa, qiyamət gününün gerçəkləşməsi də bunlar qədər asan ola-
caq. Quranda hesab və cəza gününün gerçəkləşməsi “şübhəsiz” və
“mütləq” kəlmələri ilə bildirilir. Mütləqlik bildirən bu sözlər mö-
minlərin axirət qarşısındakı qorxusunu və dünyadakı cəhdini, səyini
artırarkən inkarçıların qiyamət haqqında şübhə və inkarına da ən açıq
cavabdır.
Keçmiş dövrlərdə olduğu kimi, günümüzdə də dini rədd edən, ya
da haqq dindən ayrılaraq ənənələrlə bütünləşmiş batil bir din yaşayan
QİYAMƏT GÜNÜ
88
insanlar cəmiyyətinin böyük bir qismini təşkil edir. Halbuki, normal
bir mühakimə ixtiyarına sahib, düşünə bilən bir insan üçün axirət gü-
nünü ehtimal etməməyin hər hansı məntiqi bir istinadgahı yoxdur.
Bütün elmi faktlar da bizə dünyanın sonunun yaxınlaşdığını xəbər
verir. Buna baxmayaraq, insanların bir qisminin bu həqiqəti qulaq-
ardı etməsinin səbəbi Allah’ı lazımınca tanıyıb təqdir edə
bilməmələri, həqiqi rəhbər olan Qurandan azmaları və bu səbəblə də
hökm günündə verəcəkləri hesabı düşünməmələridir. Allah qorxusu
ilə hərəkət edən möminlər sürətlə yaxınlaşan bu aqibətin açıq-aşkar
fərqində ikən nəfsini rəhbər tutan insanlar bu böyük həqiqəti
görməzlikdən gəlir. Allah Quranda insanlara bu həqiqəti bu şəkildə
xəbər verir:
“De: “Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qi-
yamət günü bir yerə yığacaqdır. Ona heç bir şəkk-şübhə
yoxdur, lakin insanların çoxu bilməz!”“ (“Casiyə” surəsi,
26)
Dünya həyatı boyunca dəfələrlə dinə dəvət edildiyi halda,
həqiqətləri görməzlikdən gələnlər onları gözləyən dəhşətli aqibəti
ancaq din günündə tam şəkildə dərk edə biləcəklər. Dünya həyatı bo-
yunca rədd etdikləri hər şeyi qarşılarında görən insanlar boş vaxt ke-
çirdiklərini aşkar görəcəklər:
“Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni
götürdük. Sən bu gün sərrast görürsən!” (“Qaf” surəsi,
22)
İnsanların bu böyük günü qavraya bilməməsinin səbəbi
nəfslərinə və öz fikirlərinə daha çox güvənib maraq və istəklərinə
bağlı olması və bu qəflət pərdəsini qaldıran həqiqətlərə kor şəkildə
arxa çevirməsidir. Necə ki, Quranda Allah dünyaya yönələn,
həvəsinə tabe olan və vicdanını dinləməyən insanların anlayışlarının
olmayacağını, Quranın ifadəsi ilə desək, qəlblərinin örtüləcəyini və
Harun Yəhya (Adnan Oktar)
89
bu səbəbdən, doğrunu görməyəcəklərini bildirmişdir. Halbuki, artıq
Allah’ın varlığına, böyüklüyünə və vəd etdiklərinə özləri də açıq
şəkildə şahiddirlər.
Bir insan qiyamətə və o gün yaşanacaq hadisələrə bir an belə
inansa və bu ehtimalın ola biləcəyini bir saniyə belə düşünsə, yaşa-
yacağı qorxunu tərif etmək çox çətin olar. Bunu ən başdan rədd
etmək, hətta ağlına belə gətirməmək, axirətin varlığını ehtimal
etməmək insanların böyük hissəsinin aldanmasına səbəb olur. Bu al-
danma ilə yox olmanı qəbul etmişlər. Yox olmanın qorxunc olduğunu
da heç düşünmədiklərindən qiyamət gününə və axirətə inanmaq-
dansa, bu fikri qəbul etmək onlara daha asan gəlmişdir. Şeytanın
üsulu, bax, budur. İnsanları müxtəlif üsullarla düşünməkdən çəkin-
dirir və əsla çata bilməyəcəkləri böyüklük arzusu və mallarını artırma
həvəsi ilə onları aldadır. İnsanların axirətə qarşı qəflət içində olma-
sının ən əsas səbəbi budur. Axirətdə görəcəkləri həqiqət onlara peş-
manlıq və tükürpərdici qorxu gətirəcək. İnsanlara daha əvvəl xəbər
verilən həqiqət bütün açıqlığı ilə ortadadır. Artıq hesab günündən
qaçış yoxdur. Bu, inkarçılar üçün, həqiqətən, çox çətin bir gündür:
“Kafirlər boyunlarını qabağa uzadıb carçıya tərəf
tələsərək: “Bu nə çətin bir gündür!” - deyəcəklər”.
(“Qəmər” surəsi, 8)
Ölülərin məzardan çıxması
“Sur çalınacaq, Allah’ın göylərdə və yerdə olan istədiyi
kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir
daha çalınan kimi onlar qalxıb (Allah’ın əmrinə)
müntəzir olacaqlar!” (“Zumər” surəsi, 68)
Ayədə də bildirildiyi kimi, hər şey olub bitdikdən sonra Surun
QİYAMƏT GÜNÜ
90
Dostları ilə paylaş: |