hikmətlərindən biri də təlimdir. İnsanlar burada doğrunu, yanlışı,
gözəli, çirkini, yaxşını, pisi tək-tək görərək və müqayisə edərək
öyrənirlər. Dünyada bu xüsusiyyətə sahib olmağın yolu ancaq ağıl,
vicdan və ən vacibi də Allah qorxusundan keçir.
Qiyamət yaradılmışların ən xeyirliləri olan möminlər (Beyyinə
surəsi, 7) ilə yaradılmışların ən pisləri olan (Beyyinə surəsi, 6) in-
karçıların bir-birindən sonsuza qədər ayrılma vaxtıdır. Ayırma günü
Quranda belə izah olunur:
“Elçilərə vaxt təyin olunacağı zaman – deyiləcəkdir:
“Bunlara verilmiş möhlət hansı günə qədərdir?” De-
yiləcəkdir: “Ayırd etmə gününədək!” Sən Ayırd etmə gü-
nünün nə olduğunu bilirsənmi? Qiyaməti yalan
sayanların o Gün vay halına! Yoxsa Biz ilk nəsilləri həlak
etmədikmi? Sonrakıları da onlara qatacağıq. Biz günah
sahibləri ilə belə davranırıq. Qiyaməti yalan sayanların o
gün vay halına!” (“Mürsəlat” surəsi, 11-19)
Bu ayırma günü ölümlə başlayır və hesabla davam edir və in-
sanların əbədi yurdlarına yollanması ilə sona çatır. “Qaf” surəsində
kafirlərin və möminlərin əbədi yurdlarına etdikləri səfər belə izah
olunur:
“Ölüm bihuşluğu həqiqətən gələcəkdir. “Ey insan! Bu
sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd
olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə
gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə
gələcəkdir. Sən bunun haqqında qəflət içində idin. Amma
Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox
yaxşı görürsən!” Yoldaşı şahid mələk deyəcəkdir: “Bu ya-
nımdakı hazırdır!” Allah əmr edib deyəcək: “Atın
cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, azğın-
laşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allah’a
Harun Yəhya (Adnan Oktar)
113
tay tutanı. Yoldaşı şeytan deyəcəkdir: “Ey Rəbbimiz! Onu
mən yoldan çıxartmadım, əksinə, o, özü dərin azğınlıq
içində idi!” Allah deyəcəkdir: “Mənim hüzurumda
höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.
Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən de-
yiləm!” O gün Biz cəhənnəmə: “Doldunmu? – deyəcəyik.
O isə: “Yenə varmı? – deyəcəkdir. Cənnət müttəqilərə ya-
xınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. Budur
sizə vəd edilən cənnət! O, hər bir tövbə edib Allah’a üz
tutan, Onun əmrinə riayət edən, mərhəmətli Allah’dan
Onu görmədən qorxan və Allah’a yönəlmiş qəlblə gələn
kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu,
əbədiyyət günüdür”. (“Qaf” surəsi, 19-34)
QİYAMƏT GÜNÜ
114
ÖLÜMLƏ BAŞLAYAN
ƏSL HƏYAT
Təxminən 60-70 ilə qədər qısa bir ömrü İslamın hökmlərini qo-
ruyaraq keçirən möminlər ilə həvəslərinin ardınca qaçaraq Allah’ı
və din gününü unudan kafirlərin alacağı qarşılıq çox fərqlidir. Bu
fərqlilik ilk olaraq ölüm anında ortaya çıxır. Mələklər möminlərin
canlarını gözəlliklə alarkən kafirlərin canını çətinlik içində çıxarırlar.
Mələklər möminlərə salam verib onları cənnətlə müjdələyirlər.
Ayələrdə bildirildiyi kimi, ruhları bədənlərindən xəfif şəkildə alınır.
İnanan hər insan qaçılmaz olduğunu bildiyi və buna görə həyatı boyu
hazırlıq gördüyü sonsuz həyatın giriş qapısı olan ölümlə sevinclə
qarşılaşırlar.
İnkarçılar isə həyatı boyu qaçdıqları, varlığını bildikləri halda,
qulaq ardına vurmağa çalışdığı ölümlə şiddətli sarsıntılar içində qar-
şılaşırlar. Zəbanilər əllərini onlara doğru uzadır, üzlərinə və
kürəklərinə vuraraq ruhlarını ən dərindən əzabla alırlar və onları al-
çaldıcı, yandırıcı bir əzaba göndərirlər. Bir ayədə belə buyurulur:
“Kaş sən kafirləri mələklər onların canını alarkən
görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura
deyirdilər: “Dadın yandırıcı odun əzabını!”” (“Ənfal”
surəsi, 50)
Harun Yəhya (Adnan Oktar)
115
Möminlər həyatları boyu bu gün üçün hazırlanırlar və Allah’a
din günündə onları alçaltmaması üçün dua edirlər. “Ali-İmran”
surəsinin 194-cü ayəsində möminlərin bu duaları belə xəbər verilir:
“Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd et-
diklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz
ki, Sən vədindən dönməzsən!”” (“Ali-İmran” surəsi, 194)
Din günündə baş verənlər Allah qorxularını artırır. Lakin Allah
möminləri o çətin günün şərindən qoruduğunu ayəsində belə bildi-
rir:
“Əslində, biz Rəbbimizdən gələ bilən çox kəskin və ağır
bir gündən ehtiyat edirik! Bunun əvəzində Allah da onları
həmin günün qoruyar və onlara gözəllik və sevinc nəsib
edər”. (“İnsan” surəsi, 10-11)
Ayədə də göründüyü kimi, Allah’dan qorxan və axirət günü üçün
hazırlaşan möminlər cəhdlərinin mükafatı olaraq din günü yaşanacaq
çətinliklərə qarşı qorunacaqlar. Çətin əzab isə inkarçıları gözləyir.
Din günündə möminlərin vəziyyəti
Fiziki durumları
“O gün sən mömin kişilərin və mömin qadınların nuru-
nun onların önlərindən və sağ tərəflərindən yayıldığını
görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları al-
tından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qa-
lacaqsınız!” – deyiləcək. Bu, böyük uğurdur”. (“Hədid”
surəsi, 12)
Din gününün qorxusuna qarşılıq, böyük hüzur və rahatlıq içində
olan möminlərin üzləri gözlədikləri qarşılığı almağın güvəni və se-
QİYAMƏT GÜNÜ
116
Dostları ilə paylaş: |