MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə23/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

Qara dəliyin qaçış sürəti isə işıq sürətindən artıqdır. Yəni qara
dəliyin cazibə sahəsinə girən bir cisim onun cazibə gücündən qur-
tulması üçün işıq sürətindən artıq sürətlə qara dəlikdən uzaqlaşma-
lıdır. Ancaq heç bir maddə işıq sürətini aşmayacağı üçün qara dəliyin
cazibə qüvvəsi sahəsindən qurtula bilməz. Belə ki, saniyədə 300.000
km kimi yüksək sürətlə hərəkət edən işıq topaları belə qara dəliyin
cazibə gücünə qarşı dura bilmir. Bu səbəbdən, işığı da udan bu göy
cisimləri hər zaman qaranlıqdır. Odur ki, kosmosda müdhiş sürətlə
irəliləyən  dünyamızın  bir  gün  belə  qara  dəliyin  cazibə  sahəsinə
girməməsi üçün heç bir səbəb yoxdur.
Həmçinin ABŞ astronomları Günəş sistemimizin də içində yer
aldığı Südyolu qalaktikasının mərkəzində hər biri Günəş böyüklü-
yündə milyonlarla ulduzu uda biləcək ölçüdə və hələ aktiv olan iki
dənə qara dəlik aşkar etdiklərini açıqladılar.
Amerika Astronomiya Dərnəyi illik toplantısında açıqlanan elmi
raportlara görə, qara dəliklərdən biri Süd yolunun tam mərkəzində,
dünyadan 26.000 işıq ili uzaqlıqdadır. “Saqittarus A” (A-Star) adı
verilən qara dəliyin əhatə etdiyi həcm bizim Günəş sistemi böyük-
lüyündədir, ancaq kütləsi milyonlarla dəfə artıqdır. Hesablamalara
görə, 2,6 milyard Günəş kütləsinə bərabər bu qara dəlik ətrafındakı
ulduzları  saniyədə  965  km-lik  sürətlə  özünə  doğru  çəkir.  Bu,
şübhəsiz ki, önəmli hərəkət və eyni nisbətdə də böyük bir təhlükədir.
Süd yolunun tam ortasında belə bir təhlükənin mövcudluğu dünyanı
təhdid  edən  qara  dəlik  təhlükəsinin  hansı  miqyasda  olduğunu
göstərir.
Dünyadan 40.000 işıq ili o biri tərəfdəki disk şəklindəki “Old
Faithful” adlı ikinci qara dəlik isə daha böyükdür. Bu qara dəlik ətra-
fındakı ulduzları doymaq bilməyən bir canavar kimi davamlı olaraq
udur.
A-Starın saniyədə 965 km kimi yüksək sürətlə ətrafındakı ulduz-
Harun Yəhya (Adnan Oktar) 
77


ları çəkməsi qara dəliyin bu ulduzları udduqdan sonra cazibə gücü-
nün artacağını göstərir. Beləcə, ətrafındakı nəsnələri daha böyük
sürətlə çəkməyə başlayaraq bu müddət ərzində inanılmaz cazibə gü-
cünə sahib olacaq. Daha əvvəl anlatdığımız kimi, qara dəliklər işıq
topalarını da udurlar. Bundan dolayı ən müasir teleskoplar vasitəsi
ilə yaxınına da gedilsə, görünüb seçilməzlər. Bu səbəblə, onların kəşf
edilməsi  və  varlığına  əmin  olmaq  üçün  bəzi  çalışmaların  və
ölçmələrin  aparılması  lazım  gəlir.  Alimlərin  təsbit  etdiyi  qara
dəliklərin mövcudluğu çeşidli ehtimallara nəzərən aparılan ölçmələr
nəticəsində isbatlanmışdır. Bu anda aparılan çalışmaların yetərsizliyi
səbəbi ilə varlığı isbatlanmayan daha bir neçə qara dəliyin mövcud
olması ehtimalı olduqca güclüdür.
Belə ki, bu gün bir çox alim Günəşin bir tayının olduğunu və bu
ulduzun sonradan qara dəliyə çevrilmiş ola biləcəyini bildirir. Bu
təxminin səbəbi də Süd yolundakı bütün ulduzların ikili, üçlü, beşli
qruplar halında olmasıdır. Günəşin tək ulduz olması bir çox alimə
onun bir tayının (oxşarının) olub sonradan qara dəliyə çevrilmiş ol-
ması  ehtimalını  düşünməyə  əsas  verir.  Bu  ehtimalı  gücləndirən
dəliklər isə az sayılmayacaq qədər yüksəkdir. Bu nəzəriyyə bu gün
araşdırılır: fəqət Günəşin dünyamızdan sadəcə 50 milyon km uzaqda
olduğunu düşünsək, belə bir ehtimalın dünyamız üçün nə dərəcədə
böyük təhlükə törətdiyi açıq şəkildə ortadadır. Qısası, bizim xəbəri-
miz olmadığı bir anda dünyamızın hər hansı bir qara dəliyin cazibə
sahəsinə girməməsi üçün heç bir səbəb yoxdur.
Bu  gün  bir  çox  alim  dünyanın  ehtimal  olunan  qara  dəliklər
tərəfindən udulması ilə yox olacağını düşünür. Dünya belə bir qara
dəliyin içinə girməsə belə, bir qara dəliyin olduğumuz sistemin ya-
xınından keçməsi güclü fəlakət ehtimalıdır. Qara dəlik səssiz-səmir-
siz Günəş sisteminə yaxınlaşdıqda nələr olar?
Belə bir göy cisminin olduğumuz sistemin yanından keçməsi bir
QİYAMƏT GÜNÜ
78


çox planetin orbitlərindən çıxmasına səbəb ola bilər. Əlbəttə, buna
bənzər bir çox hadisə nəticəsində dünyadakı olduqca çox tarazlıq alt-
üst olacaqdır. Yüzlərlə, minlərlə asteroid belə bir cazibə qüvvəsindən
təsirlənə bilər. Bunlardan qara dəliyə özləri çəkilənlər ola biləcəyi
kimi cazibədən təsirlənən yüzlərlə, ya da minlərlə göy cismi də dün-
yaya düşə bilər.
Qalaktikaların toqquşması
Bu gün kainatda bizimki kimi 200-ə yaxın qalaktikanın olduğu
və  hər  qalaktikanın  quruluşunda  Günəşimiz  kimi  200  milyard
günəşin olduğu təxmin edilir. Bu nəhəng göy cisimlərinin isə heç
biri sabit olaraq yerlərində dayanmır, hamısı həm öz oxu ətrafında
dönür,  həm  də  müəyyən  bir  istiqamətə  doğru  irəliləyirlər.  Yeri
gəlmişkən, dünya içində olduğu qalaktikanın hərəkəti səbəbi ilə
Solap Apeks adı verilən orbit boyunca Veqa ulduzuna doğru olduqca
yüksək  sürətlə  hərəkət  edir.  Digər  qalaktikalar  da  eyni  şəkildə
hərəkət  edir.  Həmçinin  həmin  kosmosda  böyük  toqquşmalar  və
nəhəng partlayışlar baş verir, onlar dünyamızdan milyonlarla işıq ili
uzaqda gerçəkləşdiyi üçün insanlar bu hadisələrdən xəbərdar deyil.
Məsələn, Amerika Habl teleskopu dünyadan 63 milyon işıq ili o
biri tərəfdə meydana gələn bir toqquşmanın şəklini, rəsmini çəkmiş-
dir. NASA-ya çatan fotoları araşdıran alimlər sözügedən görün-
tülərdə  iki  qalaktikanın  bir-biri  ilə  toqquşmasının  yer  aldığını
bildiriblər. Son dərəcə müfəssəl və nəzərəçarpacaq bir şəkildə gö-
rünən bu toqquşma nəticəsində yeni göy cisimləri, eyni zamanda, da
kilometrlər boyunca ətrafa yayılan hidrogen qazı buludları meydana
gəlmişdir.  Belə  bir  toqquşmanın  dünyanın  yaxınlarında  olması
vəziyyətində bəlkə də dünyanın aqibətini müəyyən edən səbəblərdən
bir dənəsi gerçəkləşmiş olar. Üstəlik, alimlər dünyanın içində yer al-
dığı Süd yolu qalaktikasını da ehtimal ilə belə bir aqibətin gözlədi-
Harun Yəhya (Adnan Oktar) 
79


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə