MüƏLLİf haqqinda


yoxdur, lakin insanların çoxu bilməz!” (“Casiyə” surəsi



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə29/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

yoxdur, lakin insanların çoxu bilməz!” (“Casiyə” surəsi,
26)
O gün dünyadakı məqam və mülkün heç bir əhəmiyyəti olmaya-
caq. Heç kim bir başqasını təqdir edə bilməyəcək və heç kim digərinə
qarşı qürurlu ola bilməyəcək. Üstünlük də artıq olmayacaqdır. Əsil-
nəcabətlilər, zənginlər, ağalar, sahiblər və ya sıradan adi insanlar eyni
hesabla qarşı-qarşıya qalacaqlar. Yeganə üstünlük Allah’a olan ya-
xınlığa görədir. Bütün insanlar Allah’ın razılığını (rizasını) qazanmaq
üçün görülən işlərdən başqa heç bir işin əhəmiyyətinin olmadığını,
sahib olduqları hər şeyin yeganə sahibinin Allah olduğunu qəti olaraq
anlayacaqlar.  Həqiqəti  görən  inkarçılar  geriyə  dönüb  etdiklərini
düzəldə bilməyəcəklər. Quranda bu hadisə bu şəkildə anladılır:
“Sur  çalınacağı  gün  artıq  aralarında  nə  qohumluq
(əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval
tutarlar”. (“Muminun” surəsi, 101)
Hesab vaxtı
Quranda insan həyatının həqiqi mənası belə açıqlanır:
“Ey insan! Sən Rəbbinə doğru çalışıb çabalayırsan. Sən
Ona qovuşacaqsan!” (“İnşiqaq” surəsi, 6)
İnsanların həyatda dönüş nöqtəsi olduğuna inandıqları müəyyən
hadisələr var. Universitetə girmək, diplom almaq, evlənmək, uşaq
sahibi  olmaq  kimi...  Bu  və  buna  bənzər  planları  olan  insanlar
məqsədlərinə çatana kimi günləri sayarlar və həmin planlar əsasında
hazırlıq görərlər. Həyatlarında ancaq həmin hədəf olar və təkcə bu
məqsədlə yaşadıqlarını söyləməkdən də çəkinməzlər. Halbuki, insan
Allah’a qulluq etmək üçün yaradılmışdır. Hər nə qədər özü qəbul
etməsə də, yaradılmasının yeganə məqsədi budur. Əslində, bunu
bilir. Amma kitabın əvvəlində də bildirdiyimiz kimi, bitməyəcək
Harun Yəhya (Adnan Oktar) 
99


zənn etdiyi dünya həyatında bu həqiqəti unutmağa çalışaraq yaşayar.
Qısası, bunu tamamilə görməzlikdən gələr. Həyatı boyunca nə edirsə
etsin, nəticədə, Allah’ın hüzuruna çıxacaq. Həmin vaxt Ona hesab
verəcəyi məhşər günüdür.
Dünyada keçən hər gün bizi o məhşər gününə bir az da yaxınlaş-
dırır. Keçən hər saat, hər dəqiqə, hətta hər saniyə ölümə, yenidən di-
rilməyə və hesaba doğru atılmış yeni addımdır. Bunu saxlamağın və
ya geri çevirməyin yolu yoxdur. Bütün insanlar bu yolu keçəcəklər.
Allah Öz kitabında belə deyir:
“Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq
hesab çəkmək də Bizə aiddir!” (“Ğaşiyə” surəsi, 25-26)
O vaxt gələndə artıq hər şey sona çatır. Bundan sonra geri dönüş
yoxdur və əvəzetmə də mümkün deyil. Vicdanın göstərdiyi həqiqətə
önəm verməyənlər şiddətli dərəcədə təşviş və çaşqınlığa düşərlər.
Varlığı və birliyi heç bir şübhəyə səbəb olmayacaq qədər açıq olan
Allah’ı dünyada inkar edəcək qədər zalım olan bu insanlar daha
əvvəl heç gözləmədikləri, bənzəri görünməmiş bir əzabla qarşılıq
görəcəklər. Çünki haqq kitabı təbliğ edən elçilər tərəfindən xəbərdar
ediliblər və necə yaşamağın lazım olduğuna dair hər mövzudan hali
olublar. Onlara dünyada düşünüb mühakimə etmək üçün möhlət ve-
rilmişdir. Allah bu həqiqəti Quranda “Məgər orada sizə öyüd-nəsihət
qəbul  edəcək  kimsənin  öyüd-nəsihət  qəbul  edəcəyi  qədər  ömür
vermədikmi?!” (“Fatir” surəsi, 37) ayəsi ilə bildirir.
Artıq verilən vaxt bitmiş, hesab anı gəlmişdir. İnsanın dünya
həyatı boyu işdə, evdə, məktəbdə, əyləncədə, harada olursa-olsun,
bütün etdiklərinə Allah şahiddir. İnsana şah damarından daha yaxın
olan Allah hər kəsin hər anını görmüş, onu nəzarət altına almışdır.
Hər kəs dünya həyatında kim tərəfindən yaradıldığını, yaradılma
məqsədini, nə etmək lazım gəldiyini və Rəbbinə qaytarılacağını
öyrənmişdir. Bu həqiqəti bildikləri halda, özlərini aldatmağı üstün
QİYAMƏT GÜNÜ
100


tutublar. Bu isə, şübhəsiz, böyük günah və böyük cəsarətdir və bu
şeytani cəsarət, əlbəttə ki, qarşılıqsız qalmayacaq. O, çox ağır gündə
hər  kəsə  etdikləri  və  etməyib  təxirə  saldıqları  tək-tək  xəbər  ve-
riləcəkdir:
“Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri
onlara xəbər verəcəkdir. Allah sayıb yazmış, onlar isə
unutmuşlar. Allah hər bir şeyə şahiddir!” (“Mücadilə”
surəsi, 6)
“O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün
dəstə-dəstə çıxacaqlar! Kim zərrə qədər yaxşı iş görmüş-
dürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüş-
dürsə, onu görəcəkdir”. (“Zəlzələ” surəsi, 6-8)
Allah: “...Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün.
Ən yaxşı tədarük isə təqvadır...” (“Bəqərə” surəsi, 197) - deyərək in-
sanları hesab üçün hazırlıq görməyə çağırmışdır. Vicdanını dinləyən,
Rəbbinin çağırışına itaət edənlər üçün o gün heç bir qorxu və hüzn
yoxdur. İnkarçılar isə əvəzi olmayan peşmanlıq yaşayarlar. Dünyada
etdikləri axirətdə özlərinə deyiləndə peşman olacaqları Quranda bu
şəkildə anladılır:
“Və cəhənnəmin gətiriləcəyi gün - məhz o gün insan xa-
tırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O:
“Kaş  ki,  mən  əvvəlcədən  həyatım  üçün  yaxşı  əməllər
edəydim!” - deyəcəkdir. O gün Allah’ın etdiyi əzabı heç
kəs edə bilməz!” (“Fəcr” surəsi, 23-25)
Heç kim haqsızlığa məruz qalmaz
“Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq,
peyğəmbərlər  və  şahidlər  gətiriləcək,  onlar  arasında
ədalətlə  hökm  olunacaq  və  onlara  haqsızlıq
edilməyəcəkdir!” (“Zumər” surəsi, 69)
Harun Yəhya (Adnan Oktar) 
101


Sorğu sual günü Allah’ın böyüklüyünə, sonsuz ədalətinə, Cabbar
(dilədiyini zorla da olsa gerçəkləşdirən), Qəhhar (qəhr edən) və
Müntəqim (intiqam alan) isimlərinə yaraşan şəkildə əzəmətli və eh-
tişamlı olacaq. Dünyada olduğu kimi, axirətdə də sorğu-sual Allah’ın
ədaləti ilə qüsursuz olacaqdır. O gün qurulacaq həssas tərəzilərlə hər
kəsə haqqı verəcək. Quranda din günündə qurulacaq həssas tərəzilər
haqqında belə deyilir:
“Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə
əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa
belə, onu gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik”.
(“Ənbiya” surəsi, 47)
Dünya həyatı boyunca edilən kiçik-böyük hər bir əməl incəlikləri
ilə bu tərəzilərə qoyulacaq. Bu tərəzi sonsuz əzab və ya sonsuz qur-
tuluş və xoşbəxtliyi müəyyənləşdirəcək. Etdikləri yaxşılıqları ağır
gələn insanlar cənnətə gedəcək, yüngül olanlar isə qorxunc əzab dolu
cəhənnəmə atılacaqlar:
“O gün tərəzisi ağır gələn kimsə xoş güzəran içində ola-
caq! Tərəzisi yüngül gələn kimsənin isə məskəni haviyə
olacaqdır! Sən nə bilirsən ki, o nədir?! O, çox qızmar bir
atəşdir!” (“Qariə” surəsi, 6-11)
Hesab yerinə bir sürüyən
və bir şahidlə gələr
Hesab günü sorğu-sual vaxtı bütün insanların yanında olacaq iki
mələk haqqında Quranda belə buyurulur:
“Hər bir kəs bir sürüyən və bir də şahidlə gələcəkdir”.
(“Qaf” surəsi, 21)
Din  günü  hər  yer  Allah’ın  nuru  ilə  işıqlanacaq.  Bu  böyük
QİYAMƏT GÜNÜ
102


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə