|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanQÜDRƏT MƏKTƏBİNİN BİRİNCİ İRADI
Bu məktəbdə iki səhv vardır. Səhvlərdən biri budur ki, bu məktəbdə qüdrətdən başqa bütün insani dəyərlərə göz
yumulub. Qüdrətin insani dəyər, öz filosoflarımızın dili ilə desək, kamillik olmasında heç bir şübhə yoxdur. Şübhəsiz ki,
kamal qüdrətlə deyil, qüdrət kamalla bərabərdir. Buna görə də bizim filosoflar vücudu vacib olan varlığın zatı barəsində
onun sırf varlıq olması və sırf varlığın kamilliklə bərabərliyini isbat etdikdən sonra, kamilliklə bərabər olan hər bir şeyi
dəlillə Allahın zatı üçün sabit edərək deyirlər ki, həmin kamilliklərdən biri də qüdrətdir. Elm, iradə, ixtiyar və həyat
kamal olduğu kimi, qüdrət də öz-özlüyündə kamillikdir.
Buna görə də qüdrətin insan üçün kamal olmasında şübhə etmək olmaz. Zəifliyi təbliğ edən zəiflik meylli məktəblər
tamamilə səhv edirlər. Amma məsələ burasındadır ki, qüdrət Allah-taalanın zatında yeganə kamillik sifəti olmadığı kimi,
insanda da təkcə kamal deyildir. Allah-taalanın zatının çoxlu kamillik sifətləri və gözəl adları vardır. Həmin kamillik
sifətlərindən biri qüdrət, gözəl adlarından biri isə «Qadir»dir, yə
᾽
ni Allah-taalanın kamillik sifəti yalnız qüdrətdə bitmir.
O, həmin sifətlərin yalnız biridir.
İKİNCİ İRAD
Bu məktəbin birinci səhvdən böyük olmasa da, ondan kiçik də olmayan ikinci səhvi qüdrətin özündədir. Bu məktəbdə
digər kamal və dəyərlərə göz yumulmasından əlavə, qüdrət tərəfdarı olması iddiası etməsinə baxmayaraq, qüdrətin
özü də yaxşı dərk edilməyib. Bu məktəb qüdrəti yalnız bir dərəcədə təsəvvür edir və onun tanıdığı həmin bir dərəcə
heyvanın əzələlərində olan fiziki gücdən ibarətdir. Heyvanın bütün qüdrətləri onun əzələ gücündə tamamlanır. Yə
᾽
ni
onun yeganə qüdrəti əzələlərindəki gücüdür və heyvanın bütün istəkləri nəfsani istəklərdir. İnsanın əhəmiyyəti bundadır
ki, onda əzələ gücündən başqa, digər bir qüdrət mənbəyi də vardır. Belə ki, bizim məktəbin qüdrət məktəbi olmasını fərz
etsək də belə, onun nəticəsi Niçenin gəldiyi «insan qüdrətə tabe olmalıdır», «qüdrət əldə etməyə çalışın», «qüdrət əldə
etdikdən sonra hər bir zəifin başından vurun», «nəfsinizi əzizləyin və onunla müxalifət etməyin, bacardıqca dünyanın
maddi ləzzətlərindən bəhrələnin» və bu kimi digər nəticələri vermir. Xeyr! Ümumiyyətlə qüdrətin özünün nəticəsi də
bunlar deyil.
Dostları ilə paylaş: |
|
|