MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Yaxşı əməl heç də [ibadət vaxtı] üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə17/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   13   14   15   16   17   18   19   20   ...   158
Kamil insan

«Yaxşı əməl heç də [ibadət vaxtı] üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı 
əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba [Allahın nazil etdiyi bütün kitablara] və peyğəmbərlərə 
inanan, Allaha məhəbbəti yolunda [və ya mal-dövləti çox sevməsinə baxmayaraq] malını [kasıb] qohum-əqrəbaya, 
yetimlərə, yoxsullara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, 
namaz qılıb, zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda çətinlikdə [ehtiyac, yaxud 
xəstəlik üz verdikdə] və cihad zamanı [məşəqqətlərə] səbr edənlərdir...» (Bəqərə-177).
Amma bə

zi vaxtlarda görürsən ki, Sə

di kimi bir şəxs özünün əməldə belə olmasına baxmayaraq, şe

r xatirinə belə 
deyir: «İbadət xalqa xidmətdən başqa bir şey deyil.»
(Əlbəttə Sə

dinin bu şe

ri barəsində on birinci fəsildə izahlar veriləcək). Bə

ziləri ibadətin yalnız və yalnız xalqa xidmət 
olmasını deməklə, ibadətin dəyərini inkar etmək istəyirlər. Onlar bu sözləri ilə islamda insan üçün nəzərdə tutulmuş 
zahidlik, elm, cihad və bu kimi ali və böyük dəyərlərin hamısını inkar etməyə çalışırlar. Onlar deyirlər ki, insanlıq 
yalnız Allah bəndələrinə xidmət etmək deməkdir. Xüsusilə müasir ziyalıların bə

ziləri çox-çox ali məntiq əldə etiklərini 
güman edir və öz fikirləri ilə ali məntiq olan həmin işin adını insanlıq və insanpərvərlik qoyurlar. İnsanpərvərlik nədir? 
Onlar bu sualın cavabında deyirlər ki, insanpərvərlik xalqa xidmət etməkdir və biz Allahın yaratdığı bəndələrə xidmət 
edirik. Bizim onlara sözümüz budur: Əlbəttə, Allah bəndələrinə xidmət etmək lazımdır, amma həmin xalq nə olmaq 
istəyir? Əgər Allah bəndələrinin qarınlarını doyuzduraraq, əyinlərinə paltar geyindirsək onlar üçün ibtidai işləri, yə

ni 
heyvanlara lazım olan işləri görmüş oluruq. Əgər biz onlara yüksək qiymət verməsək və ümumiyyətlə, bütün dəyərləri 
xalqa xidmətdə məhdudlaşdırsaq və həmçinin nə bizdə və nə də başqalarında digər dəyərlər olmasa, Allah bəndələri bir 
dəstə at və qoyun misalında olarlar. Biz, bu işimizlə bir dəstə heyvanın qarnını doyuzdurub, əyninə paltar geyindirmiş 
oluruq. Əlbəttə insanın, heyvanları doyuzdurması da bir işdir. Amma məsələ burasındadır ki, görəsən insanın ən yüksək 
dərəcəsi heyvanlıq dərəcəsində qalmaq və «mən»im xidmətimin ən yüksək dərəcəsi özüm kimi heyvanlara xidmət 
etmək və onların xidmətlərinin də ən yüksək həddi özləri kimi heyvan olan «mən»ə xidmət etmələridir?! Xeyir, insana 
xidmət etmək, çox böyük və yüksək dəyərdir, amma insanın insan olması şərti ilə! Həmişə demişik ki, Lumumba 
da insandır, Musa da. Əgər məsələ xalqa xidmətdirsə, onların hər ikisi xalqın nümayəndələridir, bəs nə üçün onların 
arasında fərq qoyursunuz? Əgər məsələ xalqa xidmətdirsə, Müaviyə ilə Əbuzər arasında nə fərq var? Onların ikisinə də 
xidmət etmək lazım deyilmi?!
Deməli, insanlığın yalnız xalqa xidmət kimi qiymətləndirilməsi və onun, bundan başqa heç bir dəyərə malik 
olmamasını iddia etmək də ifrata varmaqdır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə