|
![](/i/favi32.png) MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanCumiət fisifatikəl əzdad
Fəlihaza əzzət ləkəl əndad
Yə
᾽
ni: «Ziddiyyətlər səndə bir yerdə toplanaraq cəmlənib.
Zahidun hakimun həlimun şüca
᾽
Nasikun fatikun fəqirun cəvad.
Həm həlimlik və yumşaqlığın son həddində, həm şücaətin son dərəcəsindədir. Lazım olan yerdə sənin çirkin qanları
tökməyin də, qan tökməyin son dərəcəsindədir. Digər tərəfdən, ibadətin son dərəcəsinə çatmış bir abidsən. Həm yoxsul
və həm də səxavətlisən! Heç nəyin yoxdur, amma bağışlayırsan. Heç nəyin yoxdur və əlinə gələni bölüşdürürsən.
Bə
᾽
zi yerlərdə rəftar və davranışın o qədər lətif və mülayimdir ki, meh bu əxlaqın lətifliyindən xəcalət çəkir. Həmçinin
ruhunda o qədər şücaət və mücahidlik vardır ki, daş, filiz və cansız əşyalar onun müqabilində əriyirlər. Sənin ruhun o
lətafətli mehdir, yoxsa bu qüdrət və möhkəmliyin? Sən necə varlıqsan?!
Deməli, kamil insan bütün insani dəyərlərdə qəhrəman olan şəxsdir. Kamil insan insanlığın bütün meydanlarında
qəhrəmandır!
Biz, nə dərsi öyrənməliyik? Biz, bir dəyərdən yapışaraq digər dəyərləri unutmaq xəstəliyinə tutulmamaq dərsini
öyrənməliyik. Biz bütün dəyərlərdə qəhrəman ola bilmərik. Amma imkan daxilində mümkün olan qədər bütün dəyərləri
bərabər şəkildə əldə etməyə çalışmalıyıq. Tam kamil insan olmasaq da, orta və mütənasib insan olmalıyıq. Belə olan
surətdə, biz bütün meydanlarda həqiqi müsəlman kimi görünə bilərik. Deməli, kamil insanın mə
᾽
nası və onun ən bariz
nümunəsi budur və biz də belə olmalıyıq. İnşallah gələcək söhbətlərimizdə bu mövzunu bir daha davam etdirəcəyik.
ƏLİ (Ə)-IN HƏYATININ SON GÜNLƏRİ
Əli (ə)-ın ömrünün son Ramazan ayı başqa və səfalı bir Ramazan olub. Bu ay Əli (ə)-ın ailəsi üçün çox sıxıntlı və
iztirablı keçib. Çünki Əlinin bu aydakı rəftarı bütün digər ramazanlarla fərq edib. Mən indi Əli (ə)-ın qəhrəmanlıq
xislətlərinin digər birinə toxunmaq istəyirəm ki, «Nəhcül-bəlağə»də də yazılıb. Əli (ə) buyurur: Allah-taala
Dostları ilə paylaş: |
|
|