MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«...Biz onu eşidən və görən yaratdıq



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə13/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   9   10   11   12   13   14   15   16   ...   158
Kamil insan

«...Biz onu eşidən və görən yaratdıq.
Biz ona haqq yolu göstərdik. İstər [ne

mətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].»
(İnsan 2-3).
İnsanın azadlıq və ixtiyarını, onun əsas və köklərini bundan yaxşı və gözəl şəkildə bəyan etmək mümkün deyil. Onu 
imtahan edərək sınadıq, haq yolunu ona göstərdik, indi onun özü öz yolunu seçməlidir.
Qur

anın bu ayəsindən mə

lum olur ki, «kamil insan» müxtəlif iste

dadlara malik mürəkkəb bir məxluq olduğu üçün 
«kamil mələk»dən fərqlənir.
DƏYƏRLƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ TARAZLIĞIN QORUNMASININ ZƏRURİLİYİ
İnsanın kamilliyi onun tarazlığı və bütün cəhətlərinin bərabərliyindədir. Belə ki, insan bütün iste

dadlarına baxmayaraq, 
yalnız o vaxt kamillik dərəcəsinə çatır ki, özünün müəyyən bir iste

dadına meyl göstərərək digər iste

dadlarından üz 
çevirib onları tərk etməsin. O, bütün iste

dadlarını bərabər və uyğun şəkildə inkişaf etdirsə, kamillik dərəcəsinə çata 
bilər. Alimlər deyirlər ki, ədalətin həqiqəti tarazlıq və həmahəngliyə əsaslanır.
Burada tarazlıq və həmahəng olmaqdan məqsəd budur ki, insanın bütün iste

dadları inkişaf etməklə yanaşı bir-birinə 
uyğun inkişafa malik olsunlar.
Buna misal olaraq sadə bir məsələni göstərmək olar. İnkişaf etməkdə olan uşağın əl, ayaq, baş, qulaq, burun, dil, 
ağız, diş, mə

də, bağırsaq, böyrək və s. daxili və xarici bədən üzvləri var. Bütün üzvləri bərabər inkişaf edən uşaq 
sağlam adlanır. Amma əgər kiminsə burnu (karikaturalarda olduğu kimi) inkişaf edib, bədənin digər üzvləri inkişafdan 
qalsa və ya təkcə gözü yaxud başı böyüsə və bədəni sabit və inkişafsız qalsa həmin insan barəsində də inkişaf kəlməsini 
işlətmək olar, amma bu, həmahəng və bərabər inkişaf deyil. Kamil insan odur ki, onda bütün insani dəyərlər, bir-biri ilə 
həmahəng surətdə inkişaf etmiş olsun və onların heç biri inkişafsız qalmasın. Bundan əlavə, həmin dəyərlərin hər biri 


10
Kamilliyə doğru Wap.IXLAS.Az
özünün ən ali və yüksək dərəcəsinə çatmalıdır. Belə olan surətdə o, kamil insan adlanır. Qur

an belə bir insan barəsində 
«imam» kəlməsini işlədib.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə