G!?!r
Mirağa Cdfərquliyev
-
yeni cinayət-prosessual qanun cinayət işlərinə
və cinayət təqibi ilə
bağlı digər materiallara məhkəmədə baxılmasının üçmərhələli
(müstəsna hallarda - dördmərhələli) sistemini nəzərdə tutmuşdur. Bu,
qəbul edilmiş yekun qərarların qanuniliyini, əsaslılığını və ədalətlili-
yini daha yüksək səviyyədə təmin etməyə yönəlmişdir;
-
yeni cinayət-prosessual qanun ölkəmizdə ilk dəfə olaraq andlı
iclasçıların iştirakı ilə ədalət mühakiməsinin həyata keçirilməsini
nəzərdə tutmuşdur. Andlı iclasçıların iştirakı ilə məhkəmə baxışına aid
normalar hələlik tətbiq edilməsə də, bu institutun nəzərdə tutulması
Azərbaycan Respublikasının ədalət mühakimə sistemi üçün olduqca
mühüm yenilikdir;
-
yeni cinayət-prosessual qanunvericilik qətimkan tədbirlərinin
tamamilə yeni sistemini nəzərdə tutmuşdur. Qətimkan tədbirlərinin yeni
sistemi cinayət prosesini həyata keçirən orqanlara imkan verir ki,
şübhəli və ya təqsirləndirilən şəxsin konkret iş üzrə icraatı həyata
keçirən orqanının sərəncamında qalması və qanunazidd əməllərdən
çəkinməsi daha səmərəli təmin edilsin;
-
yeni cinayət-prosessual qanunvericilik əksər istintaq və prosessual
hərəkətlərin həyata keçirilməsinin tamamilə yeni qaydalanm nəzərdə
tutmuşdur. Həmin qaydalar sübutlann vaxtında və lazımi həcmdə
toplanmasına və rəsmiləşdirilməsinə imkan verir (ll.
s.25-26).
Beləliklə, Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci il
tarixdən qüvvəyə minmiş Cinayət-Prosessual Məcəlləsinin yuxanda
göstərilmiş, habelə göstərilməmiş digər yenilikləri ölkəmizdə həyata
keçirilən cinayət mühakimə icraatının tamamilə fərqli prinsip və
ideyalar üzərində qurulduğunu, bu mühüm fəaliyyət sahəsinin yeni
məzmun kəsb etdiyini göstərir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi iki
hissədən: Ümumi və Xüsusi hissədən və on bir bölmədən ibarətdir.
Ümumi hissə (6 bölmə) iyirmi dörd fəsli əhatə edir. Burada cinayət
işləri üzrə mühakimə icraatının əsas prinsiplərindən; məhkəmə,
prokuror, müstəntiq və təhqiqat aparan şəxsin cinayət-prosessual
fəaliyyətin subyektləri kimi səlahiyyətlərindən və vəzifələrindən;
prosesin iştirakçılarından və onların hüquq və vəzifələrindən; cinayət
işləri üzrə sübutlardan və sübutetmədən; qətimkan tədbirləri, müddətlər
və məhkəmə məsrəflərindən bəhs edilir.
IIFƏSİL CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI
Yuxarıda göstərilən məsələlərin Məcəllənin Ümumi hissəsində əks
etdirilməsi onunla izah edilir ki, bu məsələlər iş üzrə icraatın bütün
mərhələlərində həm cinayət prosesini həyata keçirən dövlət orqanları,
həm də proses iştirakçıları üçün mühüm əhəmiyyətə malik olan
qaydaları və halları müəyyən edir.
Sonrakı bölmələr, yeddinci bölmədən başlayaraq, beş bölmə də daxil
olmaqla Məcəllənin Xüsusi hissəsini təşkil edir.
Bütün bu bölmələrdə cinayət işi üzrə icraatın prosesin müxtəlif
mərhələlərdə həyata keçirilməsi qaydalarından bəhs edilir. Daha sonra,
burada prosesin ayrı-ayrı mərhələlərində və iş üzrə bu və ya digər
istintaq, prokurorluq və məhkəmə orqanlarının fəaliyyəti, icraat zamanı
meydana çıxan məsələlərin həllində müvafiq orqanların və vəzifəli
şəxslərin hüquqları və səlahiyyəti, habelə işdə iştirak edən bütün
şəxslərin hüquq və vəzifələri tənzim edilir.
Məcəllənin Xüsusi hissəsi aşağıdakı bölmələri əhatə edir:
1.
Cinayət təqibi üzrə məhkəməyədək icraat. Bura daxildir:
XXV
fəsil
XXVI
fəsil
XXVII
fəsil
XXVIII
fəsil
XXIX
fəsil
XXX
fəsil
XXXI
fəsil
XXXII
fəsil
XXXIII
fəsil
XXXIV
fəsil
XXXV
fəsil
XXXVI
fəsil
-
cinayət işinin başlanması;
-
ibtidai araşdırmanın ümumi şərtləri;
-
təqsirləndirilən şəxs qismində
cəlb etmə;
-
dindirmə və üzləşdirmə;
-
baxış, meyitin qəbirdən çıxaniması
və şəxsi müayinə;
-
şəxsin və əşyaların tanınması;
-
axtarış və götürmə;
-
əmlak üzərinə həbs qoyulması;
-
poçt, teleqraf və digər göndərişlərin üzərinə
həbs qoyulması, telefon və digər qurğularla
apanlan danışıqların, rabitə və digər texniki
vasitələrlə ötürülən məlumatların və başqa
məlumatların ələ keçirilməsi;
-
ifadələrin yerində yoxlanılması və istintaq
eksperimenti;
-
ekspertizanın apanlması;
-
tədqiqat üçün nümunələrin götürülməsi;
Mirağa Cəfərquliyev
XXXVII fəsil
XXXVIII fəsil
XXXIX fəsil
-
cinayət işi üzrə icraatın dayandıniması və ona
xitam verilməsi;
-
ittiham aktının tərtib edilməsi və cinayət işinin
məhkəməyə göndərilməsi;
-
böyük ictimai təhlükə törətməyən aşkar cinayət
üzrə məhkəməyədək sadələşdirilmiş icraat;
2.
Birinci instansiya məhkəməsində icraat:
XL fəsil
XLI fəsil
XLII fəsil
XLIII fəsil
XLIV fəsil
XLV fəsil
XLVI fəsil
-
cinayət işlərinə, məhkəməyədək
sadələşdirilmiş
icraat üzrə materiallara və xüsusi ittiham
qaydasında şikayətlərə ilkin baxılması;
-
məhkəmə baxışının ümumi şərtləri;
-
məhkəmə baxışının açılışı;
-
məhkəmə istintaqı;
~ məhkəmə çıxışlan və təqsirləndirilən şəxsin
son sözü;
-
yekun məhkəmə qərannm çıxaniması;
-
andlı iclasçılarının iştirakı ilə birinci instansiya
məhkəməsində icraatın xüsusiyyətləri;
3.
Apellyasiya və kassasıya instansiyaları məhkəmələrində
icraat:
XLVII fəsil - məhkəmələrin hökm və qərarlanna apellyasiya
qaydasında yenidən baxılması;
XLVIII fəsil - məhkəmələrin hökm və ya qərarlanna kassasiya
qaydasında yenidən baxılması;
XLIX fəsil - məhkəmələrin hökm və ya qərarlanna əlavə kassasiya
qaydasında yenidən baxılması.
4.
Bəzi kateqoriyalı şəxslər barəsində icraatın xüsusiyyətləri:
L fəsil
- yetkinlik yaşına
çatmayanlar barəsində
icraatın xüsusiyyətləri;
LI fəsil
- beynəlxalq müqavilələrlə müəyyən edilmiş
imtiyaz və immunitetə malik olan şəxslər
barəsində icraatın xüsusiyyətləri;